QUYU LÜLƏSİNİN MEXANİKİ DAYANIQLIĞININ
TƏMİN EDİLMƏSİ
Günay Vaqif qızı Rəhimova
AMEA Neft v
ə
Qaz
İ
nstitutu
Bak
ı
, Az
ə
rbaycan
rahimovagunay95@gmail.com
Elmi rəhbər: f.-r.e.d Ədalət Həsənov
Açar sözlər:
qrunt, deformasiya, lay təzyiqi
Son zamanlar neft və qazın kəşfiyyatı getdikcə mürəkkəb obyektlərdə
və böyük dərinliklərdə cəmlənir. Müvafiq olaraq, qazma getdikcə daha bahalı
olur və qazma fəsadları getdikcə daha çox təsədüf еdilir. Belə fəsadların baş
vermə riskini azaltmaq üçün quyuların planlaşdırılması zamanı bir sıra
şərtlərin, parametrlərin və xassələr haqqında daha dəqiq və səlist proqnozlar
tələb olunur. Bu məlumatlar həm quyu lüləsinin həndəsəsini, onun dizaynını
THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
71
və qazma rejimini əsaslandırmaq, həm də qazma məhlulunun sıxlığına nəza-
rət etmək üçün lazımdır.
Qruntların mexaniki xassələrinin müvafiq xüsusiyyətlərinin müəyyən
edilməsi və qruntların deformasiyasını təsvir edən asılılıqların alınması
nümunələrin laboratoriya və çöl sınaqları zamanı aparılır.
Qrunt kütlələrinin deformasiyalarının və möhkəmliyinin hesablanması
üsullarının qurulması üçün zəruri olan qrunt mexanikasının əsas qanunauy-
ğunluqları üçoxlu yüklənmə altında gərginliklər və qrunt deformasiyaları ara-
sındakı əlaqələrdir.
Dağ-mədən, yataqların işlənməsi, yeraltı məkanların tikintisi, sənaye
tullantılarının dərin horizontlara vurulması ilə bağlı çoxsaylı geodinamik və
geomexaniki hadisələr yerin təkinə təsir edən texnogen amillər qrupuna
birləşdirilə bilər [4, 6].
Eyni zamanda filiz yataqlarının işlənilməsi və yeraltı strukturların tikintisi
təcrübəsindən yaxşı məlumdur ki, geodinamik və geomexaniki amilləri
bilməsi, idarə edilməsi və hətta onlardan istifadə edilməsi yerin təkinin
işlənməsinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilər [6].
Yuxarıda göstərilənlərdən yerin təkinə texnogen təsirin ən əhəmiyyətli
növü neft və qaz hasilatıdır [6].
Neft və qaz yataqlarının işlənməsi istər-istəməz lay təzyiqinin dəyişmə-
sinə gətirib çıxarır və lay təzyiqinin saxlanması və neftvermənin artırılması
üçün layda müxtəlif növ təsirlər yerin təkinin təbii gərginlik-deformasiya vəziy-
yətini pozur və güclü deformasiyalı yataqların yaranması üçün ilkin şərait
yaradır. Bütün bu səbəblər dağ silsiləsi və bütövlükdə yer səthinin deforma-
siyasına gətirib çıxarır, sistem və qurğulara, eləcə də neft quyularına və kom-
munikasiyalara ziyan və qəzalar törədir [4].
Yerin təkinin işlənilməsi zamanı süxurların geomexaniki davranışının
digər son dərəcə mühüm aspekti onların neft və qaz hasilatının səmərəliliyini
artırmaq üçün istifadəsi ilə bağlıdır. Quyuların dayanıqlığı geolojı massivin
geomexaniki xüsusiyyətləri, strukturu və ilkin gərginlik vəziyyəti ilə sıx bağlı-
dır.
Yer səthinin deformasiyaları və çökmələri daha çox müəyyən təhlükəli
dərəcəyə çatdıqda, həmçinin yeraltı və yerüstü mühəndisi qurğularının po-
zulması ilə aşkar edilir. Bu proseslərin ilkin mərhələlərini yalnız xüsusi moni-
torinqlər əsasında aşkar etmək olar. Yer səthinin çökməsinin öyrənilməsi və
proqnozlaşdırılması üzrə mövcud təcrübə göstərir ki, onların güclü təzahür-
ləri aşağıdakı hallarda mümkündür [5]:
- lay təzyiqinin normadan artıq yüksək olması (AYLT);
- kollektorların aşağı möhkəmliyi və deformasiya xüsusiyyətləri;
- kollektor süxurlarının yüksək məsaməliliyinin olması (30÷40%-ə qədər);
- işlənmiş yataqların nisbətən kiçik yatım dərinliyi (2000 m-ə qədər);
- məhsuldar layların yüksək ümumi qalınlığı.
|