2) Azərbaycan filoloji lüğətləri üzərindəki müşahidələr göstərir ki, bir çox terminlərin
üslubi baxımdan hansı elm sahəsinə aid olmasının verilməsi, nədənsə, unudulmuş, yaxud da
göstərilməsi lazım bilinməmişdir. Konkret olaraq “Azərbaycan dilinin izahlı lüğəti”nin təhlili
göstərir ki, burada verilən termin səciyyəli sözlərin nəinki heç də hamısında onların hansı elm
sahəsinə mənsubluğu verilməmiş, eyni zamanda onlardan bəzilərinin bir neçə elm sahəsinə aid
olanları da göstərilməmişdir. Təbiidir ki, bu səbəbdən izahlarına da rast gəlmədik. Faktlara diqqət
edək: Məsələn, “Affekt” termini barədə oxuyuruq:
Affekt (lat. affectus – ruhi həyəcan) İnsanın əhvaldan və ehtirasdan fərqli olaraq güclü,
coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affektin
aradan qladırılması xeyli dərəcədə iradə gücü tələb edir ( ADİL. I c, 2006 səh.51).
Bu termin hazırda nisbətən geniş və daha dəqiq şəkildə işlənməkdədir:
Affekt.is.psix (lat. Affectus – ruhi həyəcan, çılğınlıq) bəzi insanlarda qəflətən yaranan,
nisbətən qısamüddətli, güclü və coşqun emosional vəziyyət. Psixologiya elmi affekt vəziyyətini
zorakılıq, ağır təhqir, qanunsuzluq, əxlaqsızlıq və dözülməz psixi şərait nəticəsində qəflətən baş
verən güclü ruhi həyəcan kimi müəyyən edir. Affekt vəziyyətə düşmək.
Göründüyü kimi, ADİL-in 2006-cı il nəşrində affekt termini haqqında verilən izahla bizim
verdiyimiz şərh arasında xeyli fərq var, sonrakı açıqlama həm həcmcə, məzmunca dolğundur, həm
də terminin tətbiq sahəsi müəyyənləşdirilmişdir.
ADİL-də verilmiş “abolisionizm” termini haqqında izaha da nəzər salmaqla dildə müasir
dövrdə işləndiyi məzmunu qarşılaşdıraq:
ADİL, səh.30: Abolisionizm is (lat.) ABŞ-da XVIII-XIX əsrlərdə zənciləri köləlikdən azad
etmək hərəkatı.
Bugünkü dövrün mahiyyətinə uyğun olaraq “abolisionizm” sözü barədə aşağıdakı məlumatı
çatdırmağı məqsədə müvafiq hesab etmək olar. Abolisionizm (lat.abolotio-məhvetmə, ləğvetmə).
1) Hər hansı hədsiz məhdudlaşdırıcı qanunun ləğvinə çalışan ictimai hərəkat. Abolisionizim
hərəkatı. 2) XVII-XIX əsrlərdə ABŞ-da, sonralar isə İngiltərə, Fransa və Avropanın başqa
ölkələrində köləliyin ləğvi uğrunda gedən mübarizə. Abolisionizim dalğası. Bu leksik vahidə
verilən izahın geniş və səhih olmasını hamı təsdiqləyə bilər.
Bəllidir ki, izahlı lüğətlər hazırlanarkən onlara müəyyən prinsiplər üzrə yanaşılır; belə ki,
terminlərin hansı elm sahəsinə aidliyi göstərilir (buna bənzər orfoqrafiya lüğətlərində də əməl
olunur), sözün, terminin hansı dilə mənsubluğu və mənası verilir, bu, daha dəqiq izahlara əməl
olunmaq xatirinə edilir. Təəssüf ki, Azərbaycan dilinin izahlı lüğətində gedən məqalələrin yalnız bir
qismində bu şərt yerinə yetirilir. Ümumən leksikoqrafiya təcrübəsində məqbul sayılan, qəbul olunan
qaydalar əsasən diqqət mərkəzində saxlanılır. Bu aspektən daha bir neçə nümunəyə nəzər salaq:
Aqreqat
2
is. [lat.] Maddənin üç halının – bərk, duru və qaz hallarının ümumi adı.
- 119 -
Altruizm [fr.] Başqasının naminə, təmənnasız olaraq, öz mənafeyini qurban verməkdən
ibarət əxlaqi prinsip.
Asketizm [ yun.askeo-cəhd edirəm] Əxlaqi və yaxud dini ideala çatmaq məqsədilə Yer
üzərindəki nemətlərdən son dərəcə imtina edilməsi ilə səciyyələnən davranış prinsipi və həyat tərzi
[1].
Dördcildlik izahlı lüğətdə etnoqrafizm kimi göstərilən sözlər yalnız toy mərasimi ilə bağlı
mənalar ifadə edən leksemlərin təqdimi ilə kifayətlənilmişdir. Halbuki leksikoqrafik baxımından
hər bir etnoqrafizm növünün (bunlarsa çoxçeşidlidir: geyim və yemək adları, bütün mərasimlərə
aid söz və terminlər və s.) aid olduğu üsluba uyğun işarələrlə lüğətdə göstərilərsə, daha
məqsədəuyğun olardı. Yəni toy leksikası toy, yas leksikası yas, mifoloji leksika mif., dini sözlər din
və s. Etnoqrafiyaya aid elmi terminlər aid olduğu elmi sahəni göstərmək məqsədilə yalnız etnoqr.
üslubi işarəsi ilə verilə bilər.
3) “Azərbaycan dilinin izahlı lüğəti”ndə bəzən sözlərin etimologiyasının verilməsində
vahid prinsipə əməl olunmamışdır. Məsələn, arfa leksik vahidi alman mənşəli göstərilmişdir:
“Arfa [alm.] mus. Üzərinə simlər çəkilmiş böyük üçbucaq çərçivə şəkilli barmaqla (misrabsız)
çalınan musiqi aləti”. Halbuki arfa sözünün yunan mənşəli olması açıq-aydın bir həqiqətdir. Bunu
mübahisəsiz qəbul etmək gərəkdir.
İzahlı lüğətdə ballada musiqi termininin fransız mənşəli olduğu bildirilir: “Ballada [fr.] 2.
mus. Əsasən, rəvayət mahiyyətində olan oxunulan, ya çalınan musiqi əsəri növü. Keçmiş bir
hadisəni kiçik bir hekayə şəklində nəql edən musiqi əsərlərinə “ballada” deyilir. Ə.Bədəlbəyli”.
Əslində leksik vahid Fransanın cənubunda, İtalya və İspaniyanın müəyyən əyalətlərində yayılmış,
etnik azlıq hesab edilən, hind-Avropa dillərinin roman qrupuna aid olan oksitan dilindən
götürülmüşdür. M.Fasmer öz lüğətində bu leksemin əvvəl balad şəklində olduğunun və alman
dilindən fransız dilinə keçdiyini göstərir [2, s.117]. V.Dal isə bu sözün Şotlandiya mənşəliyini
bildirir.
İzahlı lüğətdə aerologiya termini rus mənşəli kimi göstərilir: “Aerologiya [rus.] Havanın üst
təbəqələrinin fiziki, kimyəvi və başqa xassələrini tədqiq edən elm”. Dağçılıq termini olan bu söz
yunan mənşəli aer – “hava” və logos – “söz, təlim (a. miningaerology; n. Aerologieim Bergbau; f.
aerologiedesmines; i. Aerologna de minas) sözlərinin birləşməsi olub “hava haqqında elm”
deməkdir [3, s. 65]. Bu elmi sahə mədən və karxanaların atmosfer xüsusiyyətlərini, dağ
mədənlərində, karxanadaxili məkanda və ona bitişik ərazidə havanın hərəkət qanunauyğunluqlarını,
qaz qarışıqlarını, toz və istinin yerdəyişməsini öyrənir [4].
Beləcə, “Azərbaycan dilinin izahlı lüğəti”ndə aeronavt, aerostat kimi yunan mənşəli
mürəkkəb sözlər də nədənsə, rus mənşəli olaraq verilmişdir. Aeronavtaer – “hava” və nautes –
“üzən” sözlərinin birləşməsindən yaranıb, hərfi tərcüməsi havada üzən deməkdir. Aerostat isə aer –
“hava” və states – “dayanan” havada uçan aparat; hava şarı” [5].
Daha sonra lüğətimizdə verilən “klapan” sözü barədə də bir neçə kəlmə demək istərdik.
Texniki termin olan klapan alman mənşəli klappe sözündən alinmadır [3]. “Azərbaycan dilinin
izahlı lüğəti”ndə bu leksemin etimologiyası
verilməmişdir: “Klapan is. Maşın motorunun hissələrindən biri”.
4) Leksik vahidlərdəki semantik dəyişikliklərin lüğət məqalələrində çoxmənalılıq
ardıcıllığı ilə əks etdirilməsi. XX əsrin 60-cı illərinə qədərki lüğət fondunun təzahürü olan,
dövrünün ən samballı və ilk izahlı lüğəti olan dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti”ndə
yaşadığımız XXI əsrin ikinci onilliyində zamanın tələblərindən doğan dəyişikliklərin aparılması
zərurəti qaçılmaz bir həqiqət kimi leksikoqraflarımızın qarşısında durur. Dilin təbii inkişafı nəinki
yeni sözlərin yaranması və alınması prosesinin müşayiəti ilə baş verir, eyni zamanda artıq mövcud
sözlərimizin denotat, siqnifiqat və konnotasiyalarında baş verən müxtəlif dərəcəli dəyişikliklərlə
xarakterizə olunur. Bu həm omonimik, həm də polisemik planda baş verə bilir. Məsələn, adapter
lekseminin izahlı lüğətdə bu gün qüvvədə olan müasir anlamı deyil, texniki termin kimi dövrümüz
üçün aktual olmayan mənası verilmişdir: “Qrammofon (patefon) valının səsini reproduktor
vasitəsilə vermək üçün elektromaqnitli cihaz.” Adapto latın sözündən olub, ingilis dilində “adapter
- 120 -
– qururam, düzəldirəm” mənalarını və “qurğuları birləşdirən alət” anlamını daşıyır. Müasir dövrdə
adapter sözünün işlənmə sahəsi isə olduqca genişdir:
Şəbəkə adapteri = şəbəkə kartı (kompüterdəki interfeyslərin genişləndirilməsi);
Elektrik adapteri, qida adapteri – qida bloku (bir qurğudan digərinə elektrik enerjisini təchiz
edən elektrik cihazı); elektrik enerjisi yükləyicisi.
Fotoaparata əlavə kaset olan adapter (onun köməy ilə işığahəssas materiallardan istifadə
etmək mümkündür);
Keçid adapteri (müxtəlif standartlı birləşdirmə başlığı olan, iki optik cihazı birləşdirmək
üçün lazım olan keçid vtulka, halqa və ya flans). Məsələn, fotoaparatı teleskopa və ya mikroskopa
birləşdirən adapter və s.
Zənnimizcə, adapter sözünün semantik paradiqmi izahlı lüğətdə aşağıdakı şəkildə əks
olunmalıdır:
Adapteris. [lat] inf.tex. 1. Bir qurğudan digərinə elektrik enerjisini təchiz edən elektrik
cihaz. Elektrik adapteri, qida adapteri, qida bloku. 2. Kompüterdəki interfeyslərin genişləndirilməsi
şəbəkə adapteri, şəbəkə kartı. 3. Fotoaparata əlavə kaset olan adapter (onun köməyi ilə işığahəssas
materiallardan istifadə etmək mümkündür). 4. Keçid adapteri (müxtəlif standartlı birləşdirmə başlığı
olan, iki optik cihazı birləşdirmək üçün lazım olan keçid vtulka, halqa və ya flans). Məsələn,
fotoaparatı teleskopa və ya mikroskopa birləşdirən adapter və s. 5. köhn. Qrammofon (patefon)
valının səsini reproduktor vasitəsilə vermək üçün elektromaqnitli cihaz.
“Azərbaycan dilinin izahlı lüğəti” möhtəşəm bir dil abidəsidir. Onu tam mənada yenidən
yaratmaq, ən azından, təkmilləşdirmək, zənginləşdirərək gələcək nəsillərə çatdırmaq ağır və gərgin
zəhmət tələb edir. Bunun üçün lüğətçilər ordusu bütün səy, bacarıq və gərgin əməklərini sərf
etməlidir. Bu söylədiklərimiz isə qarşıda duran məsələlərin heç də hamısı deyil, müəyyən bir
hissəsidir.
Biz belə bir qənaətdəyik ki, “Azərbaycan dilinin izahlı lüğəti”nin təkmilləşdirilməsi həm
qrafik, həm leksik, həm də semantik planda baş verməli, yeni dövrün tələblərinə bütünlüklə
uyğunlaşdırılmalıdır.
ƏDƏBİYYAT
1.Azərbaycan dilinin izahlı lüğəti. Dördcildlik. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2006.
2.Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 2004, 2013.
3.Bədəlbəyli Ə. İzahlı monoqrafik musiqi lüğəti . “Elm” nəşriyyatı, Bakı, 1969.
4.Даль В. Толковый словарь живого великорусского языка. – т. 1, Москва, ОЛМА-
ПРЕС, 2002.
5.Фасмер М. Этимологический словарь русского языка. –Москва, Прогресс, 1986.
ABSTRACT
Gurban Gurbanly
Some views on the latest publication of the Azerbaijani explanatory dictionary
The article looks through the latest publication of the Azerbaijani explanatory dictionary and
analyzes general structure and principles of compiling. The author puts forward some
considerations and proposals for the improvement of this explanatory dictionary.
РЕЗЮМЕ
Г.Гурбанлы
Некоторые соображения о последнем издании Толкового словаря азербайджанского
языка
В статье рассматривается последнее издание «Толкового словаря азербайджанского
языка», анализируются его общая структура и принципы составления. В ней обосновывается
ряд соображений и предложений автора в отношении дальнейшего совершенствования
рассматриваемого словаря азербайджанского языка.
- 121 -
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Filologiya uzrə fəlsəfə doktoru, dosent
Q.Əsgərova
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
QƏNİRƏ ƏSGƏROVA
Naxçıvan Dövlət Universiteti
UOT:811.1
ABBASQULU AĞA BAKIXANOVUN FARS DİLÇİLİYİNİN İNKİŞAFINDA ROLU
Açar sözlər: Abbasqulu ağa Bakıxanov, dil, Fars dilçiliyi, "Qanuni-Qüdsi" əsəri
Key words: Abbasgulu agha Bakikhanov, language, Persion linguistics,”Ganuni-
Güdsi”work
Ключевые слова: Aббасгулу Ага Бакиханов,лингвистика,персидский лингвистика,
произведение” Кануни-Гудси”
A.Bakıxanov XIX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, elminin ən
görkəmli nümayəndəsi olmuşdur. Azərbaycan xalqının ictimai-mədəni fikir tarixində öz rolu və
imzası olan, “Şərq qiyafəli, Avropa mədəniyyətli” ensiklopedik şəxsiyyət kimi tanınan Abbasqulu
ağa Bakıxanov həm də mükəmməl bir ədəbi sima olmuşdur. Onun ədəbi dilin müxtəlif funksional
üslublarında yazdığı əsərlər xalqımızın filoloji xəzinəsində özünəxas mövqeyə malikdir.
Azərbaycan tarixində maarifçilik cərəyanının nümayəndəsi olan bu böyük şəxsiyyət müxtəlif
mövzulara aid elmi və bədii əsərləri ilə məhsuldar alim-yazar kimi araşdırmalara layiqdir. Və
maraqlıdır ki, onun maarifçiliyi bədii və elmi yaradıcılıq örnəklərində qabarıq şəkildə əks
olunmuşdur.
Abbasqulu ağa Bakıxanov yaradıcılığının böyük bir hissəsini onun ədəbi dilin elmi
üslubunda yazdığı dəyərli əsərlər təşkil edir. Bu əsərlərdən biri XIX yüzilliyin əvvəlində (1828-
1829) yazılmış “Qanuni-Qüdsi”əsəridir. Müəllif müqəddimədə əsərin yazılma səbəbini belə izah
etmişdir. ... İşimin tələbatından asılı olaraq rus dilinin sərf və nəhvini öyrəndim. General feldmarşal
qraf Paskeviç İrəvanski ilə bərabər İran və osmanlı səfərlərində oldum, təhsilimi artırdım. Varımın
azlığına baxmayaraq, özümdə fars dili üçün bir qanun tərtib etmək qüvvəsini hiss etdim. (7, 142)
Bütün Rusiya ərazisində ilk dəfə olaraq fars dilinin qrammatikasına həsr olunmuş bu əsər o
zaman imperator tərəfindən yüksək dəyərləndirilmiş və onun çap olunması üçün xüsusi bir fərman
da imzalanmışdır. Əsər məktəblərdə şagirdlərə fars dilinin morfologiya və sintaksisini asan yolla
öyrətmək məqsədi ilə yazılmışdır. Maraqlıdır ki, elmi mühitdə “Qanuni-Qüdsi” əsərinin bir çox
məziyyətləri diqqət mərkəzində olmuş, bu əsər haqqında bir-birindən yeni və maraqlı fikirlər
formalaşıb yayılmışdır: “Bu dərslik kitabı farsların özlərindən də qabaq bu dilin təlimi üçün yazılan
ilk əsərlərdəndir” (6, 5).
Mirzə Kazım bəy A.Bakıxanovun qrammatikasının (rusca nəşri nəzərdə tutulur) üstün
cəhətlərindən birini qrammatik qayda –qanunları başa düşmək, yadda saxlamaq üçün müəllifin
müvafiq, məqsədəuyğun misallar seçməsində görür (7.151).
Abbasqulu
ağa
Bakıxanov
“Qanuni-Qüdsi” əsərində fars dilinin qayda –qanunlarından doğan bir sıra nəzəri məsələlərdən bəhs
etmiş, amma əsas yeri fars dilinin fonetikası, morfologiyası və sintaksisinə aid olan məsələlərin
şərhi və izahı tutur.
- 122 -
Əsərin I hissəsi fonetikadan bəhs edir. Maraqlı cəhət odur ki, A.Bakıxanov XIX əsrin
əvvəlində yaranan tarixi – müqayisəli metoddan xəbərdar olmuşdur ki, fars dilinin sözlərini fransız
və rus dilli sözlər ilə müqayisə etmişdir. Bu müqayisə elmi xarakter daşıyırdı.
A.Bakıxanovun elmi müqayisəsində qrammatika ilə bərabər müqayisəli fonetikanın ilk
nümunələri əsas yer tutur. Fonetikadan söz açarkən, A.Bakıxanov səslərdən, onların yazıdakı
müxtəlif şəkillərindən, onların birləşmə və ayrılma qaydalarından, hərəkətlərdən bəhs etmişdir.
Diqqəti çəkən cəhət odur ki, tələffüzünə görə oxşar hərflər bir qruplaşdırılmışdır. Praktik cəhətdən
bu çox əhəmiyyətlidir. Hər hansı bir dili öyrənənlər üçün o dili mənimsəmə baxımından
əhəmiyyətlidir.
A.Bakıxanovun “Qanuni Qüdsi” əsərinin ikinci hissəsində nitq hissələrindən bəhs edilir.
Müəllif nitq hissələrindən bəhs edərkən ərəb qrammatikasına, ərəb təsnifatına istinad etmişdir.
Müəllif nitq hissələrini təsnif edərkən qədim yunan, ərəb, hind dilçiliyində olduğu kimi fars
dilində nitq hissələrini üç fəslə bölür; isim, feil, horuf. İsim fəslinə sifət, say, əvəzlik, zərfi daxil
edir. A.Bakıxanov bu nitq hissələri arasındakı morfoloji yaxınlığı nəzərə almışdır.Onu da qeyd
edək ki, A.Bakıxanovun ismə və felə verdiyi tərif yunan və ərəb qrammatikalarındakı tərifə çox
oxşayır.
Müəllif isimlə felin məna birikməsindən yaranan anlayışlara da toxunur. Onları ismi fail,
ismi məful adlandırır. ( 7 s. 71)
Təkdə
Cəmdə
Konəd (edər)
keştənd
Kondi (edərsən)
keştid
Konəm (edərəm)
keştim. ( 1. 70)
Əsərdə sintaksisə də toxunmuşdur. Onun sintaksis sahəsindəki ən mühüm xidmətlərdən biri
onun bu dilin budaq cümlələri, cümlə üzvləri haqqında məlumat verməsidir.
Lakin əsərdə qrammatik problemlərdən başqa, ümumi dilçiliyinin əsas məsələlərindən birinə
aydınlıq gətirilmişdir. Dilin ümumi problemləri haqqında A.Bakıxanov özündən əvvəlki
mütəfəkkirlərin fikirləri ilə tanış idi. Belə ki, ümumi dilçiliyin elmi tarixində XIX yüzilliyə qədər dil-
nitq münasibətləri müəyyənləşdirilməsində bir sıra problemlər var idi. “Qanuni-Qüdsi” əsərində alim
dillə nitqi fərqləndirmişdir. Əslində, dilçilik elmində belə bir fikir formalaşmışdır ki, dil ilə nitqin fərqini
ilk dəfə İsveçrə dilçisi Ferdinand de Sössür göstərmişdir. Lakin araşdırmalar təsdiq edir ki, bu problemi
Ferdinand de Sössür dən xeyli əvvəl ortaya qoyan Abbasqulu ağa Bakıxanov olmuşdur. O yazırdı:
“Başqa bəşər növlərindən insanın üstünlüyü (imtiyazı ) nitqindədir... nitq bütün canlılar içərisində
yalnız insana verilmişdir”. (1.69) A.Bakıxanovun bu fikri qədim yunan alimi Aristotelle səsləşir. Dil
ilə nitq bir-biri ilə əlaqəli olsa da, onları qarışdırmaq olmaz. A.Bakıxanov “Qanuni-Qüdsi” (1829)
əsərində dil və nitqin bir-birindən fərqli anlayışlar olduğu qənaətinə gəlmişdir. Müəllif yazır: ... “Hər
tayfanın özünün xüsusi dili var və hər tayfaya məxsus sözlər var.” (1.69) A.Bakıxanov dil və nitq
haqqında maraqlı elmi fikirlər irəli sürərək onları fərqləndirə bilmişdir (3, 23).
Deməli, A.Bakıxanov bu məsələdə Ferdinand de Sössürdən, demək olar ki, təqribən 30 il əvvəl
fikir irəli sürmüşdür. Belə ki, Abbasqulu ağa Bakıxanovun əsəri yazılanda – 1829-cu ildə hələ
Ferdinand de Sössür anadan olmamışdır (onun doğum-ölüm tarixləri
belədir: 1857-1913). Doğrudur,
bu məsələdə Ferdinand de Sössürün də xidməti unudulmamalıdır. Belə ki, bu fikri ilk dəfə meydana
atan Abbasqulu ağa Bakıxanov olsa da, elmi baxımdan əsaslandıran Ferdinand de Sössür olmuşdur.
A.Bakıxanov dilin cəmiyyətdə və fərdin həyatındakı rolu məsələsinə də toxunmuşdur. A.
Bakıxanovun dilin fəlsəfə problemlərinə toxunması onun özündən sonra gələn müəlliflər üçün də
bir mənbə olmuşdur. “Qanuni-Qüdsi”əsərinin təsirinin nəticəsidir ki, Hacı Əbdülkərim ibn Əbül
Qasım İrəvani Təbrizinin “Qəvaede-sərf və nəhve zəbane farsi” əsərində dilin fəlsəfi
problemlərinə toxunulmuşdur. Bütün bunlar A.Bakıxanovu ümimi dilçilik üzrə Azərbaycanda ilk
alim hesab etməyə əsas verir. A. Bakıxanov yazı məsələsinə toxunmuş, hər tayfanın öz yazısı
olduğunu göstərmiş və onu əhəmiyyətini yüksək qiymətləndirmişdir. Müəllif yazırdı: “Hər bir xalq
danışığı asanlaşdırmaq üçün qanun qoymuş və düzgün yazmaqdan ötrü yazı qaydası düzəltmişdir
ki, bunun vasitəsilə dil səhv və xəta afətindən mühafizə olunsun. Qanun yazı və danışıq ölkəsinin
- 123 -
müsafirlərini və yaxşı təlim ölkələrinin səyyahlarını kamal sərhədlərinə yetirən
düz bir yoldur.”
(7.153)
Bütün elmi əsərlərində alimin maraqlı problemlərə aydınlıq gətirməsi məlumdur. Bunu onun
tarix, coğrafiya, astronomiya və s. elmlərlə bağlı yazıları da təsdiq edir.
Abbasqulu ağa Bakıxanovun yaradıcılığında bədii üslubun xüsusi yeri vardır. “İstər tarixən
qədimliyi, istərsə də müasir mərhələdəki inkişafı baxımından bədii üslub ədəbi dilin digər funksional
üslublarından seçilir. Azərbaycan yazılı ədəbi dilinin təxminən minillik tarixi, müəyyən mənada, bədii
üslubun inkişaf tarixi deməkdir (5., 253). Bu üslubda yazılmış əsərlərində A.Bakıxanov maraqlı fərdi
dil-üslub keyfiyyətləri ilə diqqəti çəkir. Doğrudur, A.Bakıxanov əsərlərini üç dildə ─ Azərbaycan, fars
və ərəb dillərində yazmışdır, lakin onun ana dilindəki əsərləri dil-üslub gözəlliyi ilə seçilən örnəklərdir.
Bu baxımdan, onun “Qüdsi” təxəllüsü ilə yazdığı şeirləri səciyyəvidir. Tədqiqatçılardan C.Sadıqova və
T.Ələsgərova “Qanuni-Qüdsi” əsərindəki nümunələrə xüsusi diqqət yetirirdilər.” Əsasən tərbiyəvi
əhəmiyyət daşıyan, bədii cəhətdən qiymətli olan bu beytlər müəllifin həm də dünyagörüşünü əks etdirir.
A.Bakıxanova qədər fars dilinin tədrisi zamanı istifadə olunan çərəkələrdə misallar çox dini, mövhumatı
təbliğ edirdisə də, onun öz qrammatikasının hər iki nəşrinə yazdığı və seçdiyi misallar dini təlimdən
uzaq idi.” Qanuni- Qüdsi”dəki şeirlərdə sevgi, məhəbbət, dostluq, düzlük, xeyirxahlıq, nəciblik,
alicənablıq, humanistlik kimi müsbət sifətlər təqdir edidiyi halda, yalançılıq, zülmkarlıq, riyakarlıq,
satqınlıq, düşmənçilik tənqid olunur. Bu şeir parçaları bu gün də öz əhəmiyyətini saxlamışdır. ( 7.150 )
Abbasqulu ağa Bakıxanovun elmi və bədii dilinin öyrənilməsi ədəbi dilimizin həmin dövrünün
dərindən öyrənilməsində çox faydalıdır. Hətta onunla bağlı araşdırmalarda belə bir fikir formalaşmışdır ki,
bir çox sənətkarların dərk edilməsində A.Bakıxanovun irsi əhəmiyyətlidir: “A.Bakıxanovu ciddi öyrənmədən
biz, Mirzə Fətəli Axundovu, Həsənbəy Zərdabini, Seyid Əzim Şirvani və XX əsrin bir sıra görkəmli
mütəfəkkir ədib və şairlərini aydın dərk edə bilmərik” ( 6, 14). Onun əsərlərində bədii dilin zəngin təsvir və
ifadə vasitələrinin təzahürü real və maraqlı lövhələrin, dərin tərənnümün üzə çıxmasına səbəb olmuşdur.
“Qanuni- Qüdsi “əsərindəki nümunələr də belə faktlardandır. A.Bakıxanovun bədii dilinin təhlili göstərir ki,
o, dilin leksik tərkibindəki sözlərdən, yaradıcılıqla istifadə edir və dil faktlarının semantik gücünə
əsaslanaraq onların poetizmini dərinləşdirir. Bu mənada, müəllifin dilində maraqlı və fərqli dil faktları
çoxdur. “Qanuni- Qüdsi “əsərindəki nümunələr də belə faktlardandır.
Fars dilçiliyi tarixində A.Bakıxanovun bu əsərinin böyük əhəmiyyəti olmuşdur. Bu əsər Rusiya və
onun təsiri altında olan yerlərdə fars dilçiliyinin nailiyyətlərini əks etdirən, çap olunmuş ilk müstəqil fars dili
qrammatikasıdır və Bakıxanovun “Qanuni - Qüdsi” əsəri fars dilinin qrammatikasını öyrənənlər üçün əsas
mənbə olmuşdur.
Dostları ilə paylaş: |