Tibb bacısı ixtisası üzrə test suallarının nümunələri Pediatriya Üzrə Test Tapşırıqları



Yüklə 1.58 Mb.
səhifə11/16
tarix26.11.2016
ölçüsü1.58 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

759) Yenidoğulmuşlara süni tənəffüsü necə aparmaq məqsədə uyğundur?

A) Ağızdan ağıza

B) Ağızdan buruna

C) Endotraxeal intubasiya üsulu ilə

D) Aparılmır

E) Narkoz aparatının maskası ilə


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
760) Kliniki ölüm vəziyyətindən çıxarılmaq üçün əsas tədbirlər hansıdır?

A) Qanəvəzedici köçürmək

B) Ürəyin qapalı massajı

C) Naşatır spirti iyləmək

D) Ağciyəri süni tənəffüs aparatına qoşmaq

E) Eyni vaxtda ürəyin qapalı massajı aparılır və süni tənəffüs verilir


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
761) Yetkin şəxslərdə ürəyin vasitəli massajı zamanı döş qəfəsinə təzyiq əlin hansı hissəsi ilə aparılır?

A) 2 barmaq ilə

B) 1 barmaq ilə

C) Ovucun proksimal hissəsi ilə

D) 3 barmaq ilə

E) Bütün ovuc səthi ilə


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
762) Hava emboliyasının qarşısını almaq üçün hansı profilaktik tədbir görülür?

A) Kiçik diametrli iynələrdən istifadə olunur

B) Sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır

C) İti uclu iynələrdən istifadə olunur

D) Sistem və iynə steril olur

E) Maye köçürüləcək damarlar dəyişdirilir


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
763) “Kəskin qarın” sindromu olan xəstəlikdə tibb bacısının vəzifəsi nədən ibarətdir?

A) Təmizliyici imalə edib xəstənin vəziyyətinə nəzarət etmək

B) Spazmolitiklər vuraraq həkim çağırmaq

C) Ağrıkəsicilər verərək həkim çağırmaq

D) Xəstənın qarın nahiyəsinə soyuq qoyub həkim çağırmaq

E) Mədəni yuyaraq xəstəyə nəzarət emək


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
764) Təmizləyici imalə zamanı xəstə hansı vəziyyətdə olmalıdır?

A) Sol böyrü üstə

B) Arxası üstə

C) Qarın üstə

D) Diz-dirsək vəziyyətində

E) Sağ böyrü üstə


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
765) Köçürülən qan hansı dərəcəyə qədər qızdırılmalıdır?

A) 40-41o

B) 38-40o

C) 42-44o

D) 33-35o

E) 37-38o


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
766) Sidik harada əmələ gəlir?

A) Sidik kisəsində

B) Böyrəklərdə

C) Deyilənlərin hamısında

D) Sidik axarlarında

E) Toxumalar arasında


Ədəbiyyat: S.B.İmamverdiyev, V.Y.Əbdürəhmanova “Uroloji şöbədə tibb bacısının işi”. Bakı 2004
767) Sidik ifrazının tam olmaması necə adlanır?

A) Oliquriya

B) Poliuriya

C) İzuriya

D) Anuriya

E) Nikturiya


Ədəbiyyat: S.B.İmamverdiyev, V.Y.Əbdürəhmanova “Uroloji şöbədə tibb bacısının işi”. Bakı 2004
768) Sidik ifrazının gecələr artması necə adlanır?

A) Nikturiya

B) Anuriya

C) İzuriya

D) Oliquriya

E) Poliuriya


Ədəbiyyat: S.B.İmamverdiyev, V.Y.Əbdürəhmanova “Uroloji şöbədə tibb bacısının işi”. Bakı 2004
769) Buz qovuğu əməliyyat sahəsində nə qədər saxlanmalıdır?

A) 30 dəqiqə

B) Buz əriyənə qədər

C) 1 saat

D) 15 dəqiqə

E) 45 dəqiqə


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
770) Venadan qan götürərkən turna nə vaxt açılır?

A) Venapunksiyadan sonra

B) İynəni çıxarandan sonra

C) İynəni çıxardıqdan bir neçə dəqiqə sonra

D) İynəni çıxarmamışdan qabaq

E) 3 dəqiqə sonra


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
771) Total hematuriya nə vaxt baş verir?

A) Sidik kanalının zədələnmələrində

B) Sidik kisəsinin zədələnmələrində

C) Sadalananların hamısında

D) Sidik axarlarının zədələnmələrində

E) Böyrəklərin zədələnmələrində


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
772) Gövdənin ön tərəfinin yanığı neçə faiz təşkil edir?

A) 3 %


B) 6 %

C) 18 %


D) 27 %

E) 9 %
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.


773) Kəllə-beyin travmalarında kəllədaxili təzyiq necə olur?

A) Artır

B) Cuzi azalır

C) Azalır

D) Dəyişmir

E) Normal olur


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
774) Litotripsiya nədir?

A) Öd yollarından daşın çıxarılması

B) Sidik daşlarının çıxarılması

C) Axarlarda olan daşın çıxarılması

D) Böyrək ləyənində olan daşın çıxarılması

E) Böyrək daşlarının parçalanması


Ədəbiyyat: S.B.İmamverdiyev, V.Y.Əbdürəhmanova “Uroloji şöbədə tibb bacısının işi”. Bakı 2004
775) Predaqonal vəziyyət üçün hansı əlamətlər xarakterikdir?

A) Hüşun itməsi

B) A/T yüksəlməsi

C) Tezləşmiş səthi tənəffüs

D) Nəbzin nadir olması

E) Fasiləli, tutmaşəkilli öskürək


Ədəbiyyat: S.B.İmamverdiyev, V.Y.Əbdürəhmanova “Uroloji şöbədə tibb bacısının işi”. Bakı 2004
776) Hidradenit əmələ gəlməsində risk faktoru hansıdır?

A) Dəridə quruluq

B) Çoxlu maye qəbulu

C) Hipervitaminoz

D) Şəxsi gigiyenaya riayət etməmək

E) Çox miqdarada qida qəbulu


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
777) Qazlı qanqrenanın cərrahi müalicəsi necə aparılır?

A) Sekvestrektomiya

B) Lampas kəsiklər

C) Total rezeksiya

D) Nekrektomiya

E) Radial kəsiklər


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982
778) Qızılyel iltihabının törədiciləri hansıdır?

A) Tetanus çöpləri

B) Stafilokoklar

C) Streptokoklar

D) Bağırsaq çöpləri

E) Göy irin çöpləri


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
779) Seroz mastitin müalicəsində nədən istifadə olunur?

A) İsti kompresin qoyulması

B) Antibakterial müalicədən

C) Süd vəzisinə funksional sakitliyin verilməsi

D) Çoxlu miqdarda maye qəbulu

E) İnfeksion ocağın kəsilməsi


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
780) Paronixiya nədir?

A) Vətərlərin iltihabı

B) Barmağın bütün toxumalarının iltihabı

C) Oynaqların iltihabı

D) Dırnaq yatağının iltihabı

E) Sinovial kisəsinin iltihabı


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
781) Sepsisin ağırlaşması hansıdır?

A) Septiki şok

B) Septisemiya

C) Septikopiemiya

D) Anafilaktik şok

E) Pnevmoniya


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
782) Hidroadenit ən çox harada lokalizə olunur?

A) Qasıq nahiyyəsində

B) Baldır nahiyyəsində

C) Qoltuqaltı nahiyyədə

D) Kürək nahiyyəsində

E) Boyun nahiyyəsində


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
783) Abses nədir?

A) Dərialtı toxumanın iltihabı

B) Toxumaların məhdud irinli iltihabı

C) Dəri və selikli qişaların kəskin yayılmış iltihabı

D) Dəri və dərialtı toxumaların kəskin yayılmış iltihabı

E) Sümük iliyinin irinli iltihabı


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
784) İnfiltrasiya stadiyasında karbunkulun müalicəsi hansıdır?

A) Antibiotiklərlə novokain blokadası

B) İrinciyin punksiyası

C) Vişnevskiy məlhəmi ilə sarğı qoymaq

D) İsti yarım spirtli kompress

E) Geniş kəsiyin aparılması və drenajlanma


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
785) Karbunkul zamanı kəsik apardıqda anesteziyanın hansı növündən istifadə olunur?

A) Nəqledici anesteziya

B) Venadaxili narkoz

C) İnfiltrasion anesteziya

D) Futlyar anesteziya

E) Terminal anestezziya


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
786) Hidroadenit zamanı kəsik aparılan zaman ağrısızlaşdırılmanın hansı növündən istifadə olunur?

A) İntubasion narkoz

B) Nəqledici anesteziya

C) Venadaxili narkoz

D) Oberst-Lukoşeviç üsulu ilə anesteziya

E) İnfiltrasion anesteziya


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
787) İrinli infeksiyanı ən çox hansı mikroorqanizm törədir?

A) Göy irin çöpləri

B) Pnevmokokk

C) Şüalı göbələkləri

D) Stafilokokk

E) Bağırsaq çöpləri


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
788) Furunkul nədir?

A) Piy vəzilərinin iltihabı

B) Tər vəzilərinin iltihabı

C) Limfatik düyünlərin iltihabı

D) Tük follikulasının iltihabı

E) Dərialtı toxumanın iltihabı


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
789) Karbunkul nədir?

A) Limfa düyünlərinin iltihabı

B) Tər vəzilərinin iltihabı

C) Piy vəzilərinin iltihabı

D) Bir neçə tük folikullası və ətraf piy vəzisinin irinli-nekrotik iltihabı

E) Dərialtı toxumanın iltihabı


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
790) Limfadenit nədir?

A) Dərialtı toxumanın iltihabı

B) Tər vəzilərinin iltihabı

C) Limfa damarlarının iltihabı

D) Tük follikulasının iltihabı

E) Limfatik düyünlərin iltihabı


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
791) Abses zamanı infiltrasiya stadiyasında hansı müalicə növündən istifadə olunur?

A) Geniş kəsiyin aparılması və yaranın drenajlanması

B) Vişnevski məlhəmi ilə sarğının qoyulması

C) Antibiotiklərlə novakain blokadası

D) Nəm qızdırıcı kompresslər

E) Antibiotiklər yeritməklə irinciyin punksiyası


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
792) Fleqmonanın yumşalma stadiyasında hansı müalicə növündən istifadə olunur?

A) Geniş kəsiyin aparılması və irinciyin drenajlanması

B) Autohemoterapiya

C) Antibiotiklərlə novokain blokadası

D) Nəm qızdırıcı kompresslər

E) Irinciyin punksiyası və antibiotiklərin yeridilməsi


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
793) Tetanus əleyhinə zərdab və anatoksinin yeridilməsinə göstəriş nədir?

A) Bazu boynunun qapalı sınığı

B) Bazunun çıxığı

C) Başın yumşaq toxumasının aralanması

D) Sağrı nahiyyəsinin absesi

E) Kəskin irinli plevrit


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
794) Tetanusun spesefik müalicəsində nədən istifadə olunur?

A) Tetanus anatoksininin yeridilməsi

B) Yüksək dozalarda tetanus əleyhinə zərdabın yeridilməsi

C) Dezintoksikosiyaedici məhlulların yeridilməsi

D) Spazmolitiklərin yeridilməsi

E) Antibiotiklərin yeridilməsi


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
795) Hansı hallarda qanqrena əleyhinə zərdabdan istifadə olunur?

A) Çanaq sümüklərinin qapalı sınıqlarında

B) Baldır sümüklərinin qapalı sınıqlarında

C) Aşağı ətrafın çirklənmiş yaralanmalarında

D) Sağrı nahiyəsinin fleqmonasında

E) Sümük dolamasında


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
796) Kəskin qeyri-spesefik cərrahi infeksiyanı ən çox hansı mikroorqanizm törədir?

A) Stafilokokk

B) Şüalı göbələklər

C) Tetanus çöpləri

D) Bağırsaq çöpləri

E) Qazlı qanqrena çöpləri


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
797) Tetanus üçün xaakter olmayan əlamət hansıdır?

A) Trizm

B) “Sardonik gülüş”

C) Sümüklərin və onurğanın sınığı

D) Opnustotonus

E) Kip sarğı hissiyatı


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
798) Qazlı qanqrena üçün xarakterik olmayan əlamət hansıdır?

A) Trizm

B) Toxumalrda ağrının artması

C) Toxumalarda qazların yığılması

D) Kip sarğı hisiyatı

E) Toxumaların sürətlə şişməsi


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
799) Kəskin appendisit üçün əsas simptom hansıdır?

A) Qəbizlik

B) İshal

C) Temperaturun yüksəlməsi

D) Qarında ağrılar

E) Taxikardiya və A/T aşağı olması


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
800) Kəsilmiş yara üçün hansılar xarakterdir?

A) Zəif qanaxma

B) Daxili qanaxma

C) Damcı ilə qanaxma

D) Güclü qanaxma

E) Bütün yara səthinin qanaması


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
801) Təsadüfi yaralanmada ən çox rast gələn ağırlaşmalar hansıdır?

A) Qazlı qanqrena

B) Heç biri

C) Tetanus

D) İltihab

E) Sepsis


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
802) Flyuktasiya nədir?

A) Dərinin qızarması

B) Çeynəmə əzələlərinin qıc olması

C) Çapıq toxumanın əmələ gəlməsi

D) İnfiltrasiyanın mərkəzində yumşalmanın əmələ gəlməsi

E) Hiperemiya fonunda suluqların olması


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
803) Bunlardan hansı limfangitin növüdür?

A) Eritematoz

B) Hematogen

C) Travmatik

D) Torlu

E) Bullyoz


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
804) Kəskin hematogen osteomielit nəyin iltihabıdır?

A) Barmağın

B) Diz oynağının

C) Venoz damarın

D) Sümük iliyinin

E) Vətərlərin


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
805) Pandaktilit nəyin iltihabıdır?

A) Falanqalararası oynaqların

B) Dəri və selikli qişanın

C) Vətər yatağının

D) Barmağın bütün toxumalarının

E) Barmağın dərisinin


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
806) Abses açılan zaman hansı sarğıdan istifadə olunurmur?

A) Quru aseptik sarğı ilə

B) NaCl-un hipertonik məhlulu ilə

C) Vişnevski məlhəmi ilə

D) 3 %-li hidrogen-peroksid məhlulu ilə

E) Levomikol məlhəmi ilə


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
807) Qızılyel iltihabı zamanı dərinin rəngi necə olur?

A) Piqmentasiya

B) Avazımış

C) Al qırmzı, tam sərhədli hiperemiya

D) Al qırmızı yayılmış hiperemiya

E) Sianozlu


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
808) Anestezist tibb bacısının stolu üçün hansı alət daha vacibdir?

A) Diltutan

B) Mikuliç sıxıcısı

C) Kəlbətin

D) Yaragenəldici

E) Kornsanq


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
809) Onurğa beyin anesteziyasında Sovkainin neçə faizli məhlulundan istifadə olunur?

A) 0,25-0,5%

B) 0,5-1%

C) 1%


D) 5%

E) 0,1-0,2%


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
810) Yerli anesteziya zamanı hansı risk faktoru ağırlaşmaya səbəb olur?

A) Yuxusuzluq

B) Anestetiklərə allergiyanın olması

C) Alkoqol qəbulu

D) Bədən çəkisinin aşağı olmağı

E) Qidalanmanın xarakteri


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
811) Peridural anesteziyada hansı preparatdan istifadə olunur?

A) Tiopental-natrium

B) Dikain

C) Sovkain

D) Ftorotan

E) Heksenal


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
812) Terminal anesteziyaya hansı aiddir?

A) İnhalyasiyon anesteziya

B) Sürtmək və qarqara ilə anesteziya

C) Regionar anesteziya

D) İnfiltrasion anesteziya

E) Sakral anesteziya


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
813) Anestetiklərlə zəhərlənmə zamanı hansı əlamət müşahidə olunur?

A) Dəridə səpgilər

B) Üzün hiperemiyası

C) Hüşun itməsi

D) Taxikardiya

E) Ürək bulanma və qusma


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
814) Əl barmaqlarında aparılan əməliyyat zamanı hansı anesteziya növündən istifadə olunur?

A) Oberts-Lukaşeviç üsulu ilə anesteziya

B) Vaqosimpatik blokada

C) Vişnevski üsulu ilə anesteziya

D) Terminal anesteziya

E) Peridural anesteziya


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
815) Qarın boşluğu, aşağı ətraflarda və çanaq sümüklərində aparılan əməliyatlarda ən çox istifadə olunan anesteziya növü hansıdır?

A) Paranefral blokada

B) Terminal anesteziya

C) Peridural anesteziya

D) Vaqosimpatik blokada

E) Oberts-Lukaşeviç üsulu ilə anesteziya


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
816) Appendektomiya və yırtıq əməliyyatı zamanı çox istifadə olunan anesteziya növü hansıdır?

A) Infiltrasion anesteziya

B) Peridural anesteziya

C) Terminal anesteziya

D) Oberts-Lukoşeviç üsulu ilə anesteziya

E) Xloretil ilə anesteziya


Ədəbiyyat: B.A.Ağayev “Cərrahi xəstəliklər” 2007
817) Endoskopik müayinədən əvvəl hansı anesteziya növündən istifadə olunur?

A) Sürtmək və qar-qara ilə anesteziya

B) Regionar anesteziya

C) Peridural anesteziya

D) İnfiltrasion anesteziya

E) Xloretil ilə anesteziya


Ədəbiyyat: B.A.Ağayev “Cərrahi xəstəliklər” 2007
818) Döş qəfəsinin zədələnmələri zamanı hansı anesteziya növündən istifadə olunur?

A) Paranefral blokada

B) Terminal anesteziya

C) Şkolnikov üsulu ilə blokada

D) Vaqosimpatik blokada

E) Futlyar blokada


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
819) Ümumi anesteziyadan əvvəl premedikasiyada antisalvant kimi hansı preparatdan istifadə olunur?

A) Atropin

B) Dimedrol

C) Diplasin

D) Tazepam

E) Promedol


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
820) Peridural anesteziyada hansı preparatdan istifadə olunur?

A) Ksikain

B) Ftorotan

C) Dikain

D) Xloretil

E) Tremekain


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
821) Nəqledici anesteziyada anestetik hara yeridilir?

A) Subaraxnoidal boşluğa

B) Selikli qişalara

C) Bütün toxumalar infiltrasiya olunur

D) Sümükdaxilinə

E) Toxuma ətrafı sinirə


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
822) İnhalyasion narkozda hansı preparatlardan istifadə olunur?

A) Novokain, tiopental-natrium

B) Florotan, azot1-oksid

C) Tremekain, xloretil

D) Dikain, sovkain

E) Kalipsol


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
823) Əməliyyatdan sonrakı gün aseptik yaranın ilkin sarğısı necə aparılır?

A) Yaranın yodonatla işləməsi

B) Bütün tikişlərin sökülməsi

C) Drenajla yaranın yuyulması

D) Yaranın H2O2 məhlulu ilə işlənməsi

E) Tikişlərin bir qisminin sökülməsi


Ədəbiyyat: Н.С.Тимофеев, Н.Н. Тимофеев. Перевязочная, БСМ. – Л.: Медицина, 1987.
824) Təsadüfi yaralanma zamanı göstərilən ilkin tibbi yardım hansıdır?

A) Qanaxmanın dayandırılması və gips sarğısının qoyulması

B) Qanaxmanın dayandırılması və məlhəmli sarğının qoyulması

C) Antibiotiklərin yeridilməsi

D) Hipertonik məhlulun qoyulması

E) Qanaxmanın dayandırılması və aseptik sarğı qoyulması


Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
825) İrinli yaranın qranulyasiya stadiyasında hansı müalicə metodundan istifadə olunur?

A) Quru aseptik sarğı

B) İndeferent məlhəmlə sarğı

C) Spirtli sarğı

D) Kompress sarğı

E) NaCl-un hipertonik məhlulu ilə sarğı


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
826) İntubasion narkoz zamanı Ditillindən nə məqsədlə istifadə olunur?

A) Bronxospazmda profilaktika məqsədilə

B) Giriş narkozu kimi

C) Əzələlərin relaksasiyası məqsədi ilə

D) Ürək-damar sisteminin fəaliyyətini normallaşdırmaq məqsədilə

E) Əsas narkoz kimi


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
827) Xloretildən nə vaxt istifadə olunur?

A) Nəqledici anesteziyada

B) Terminal anesteziyada

C) Futlyar anesteziyada

D) Sakral anesteziyada

E) Venadaxilinə anesteziyada


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
828) Paranefral blokada üçün novokainin neçə %-li məhlulundan istifadə edilir?

A) 1%-li

B) 0,5% -li

C) 0,25% -li

D) 10%-li

E) 5%-li


Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
829) Görmə üzvünə nə aiddir?

A) Konyuktiva

B) Göz qapaqları

C) Qüzehli qişa

D) Torlu qişa

E) Xovlu qişa


Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
830) Ağlı qişanın iltihabına nə deyilir?

A) Keratit

B) Retinit

C) Xorioretinit

D) Sklerit

E) Uveit


Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
831) Görmə itiliyi hansı məsafədə yoxlanılır?

A) 3 m


B) 7 m

C) 5 m


D) 4 m

E) 7 m
Ədəbiyyat: В.И.Морозов, А.А.Яковлев «Фармакотерапия глазных болезней справочник». «Медицина» Москва 2001


832) Periferik görmə sahəsini müəyyən edən metod hansıdır?

A) Biomirkoskopiya

B) Oftalmoskopiya

C) Tonometriya

D) Qonioskopiya

E) Perimetriya


Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
833) Hansı rəng üçün görmə sahəsinin sərhədləri ən genişdir?

A) Qırmızı rəng

B) Ağ rəng

C) Sarı rəng

D) Göy rəng

E) Yaşıl rəng


Ədəbiyyat: Г.И.Должир «Глазные болезни в вопросах и ответах». Ростов-на Дону «Феникс». 2000
834) Gözün uzaq görmə refraksiyası hansıdır?

A) Hipermetropiya

B) Presbiopiya

C) Astiqmatizm

D) Miopiya

E) Emmetropiya


Ədəbiyyat: P.İ.Musayev Qəlbinur, S.T.Əliyeva, H.M.Qəhrəmanov “Göz xəstəlikləri”. Bakı-2005
835) Akkomadasiyanın yaşla əlaqədar zəifləməsinə nə deyilir?

A) Hipermetropiya

B) Miopiya

C) Presbiopiya

D) Astiqmatizm

E) Emmetropiya


Ədəbiyyat: В.И.Морозов, А.А.Яковлев «Фармакотерапия глазных болезней справочник». «Медицина» Москва 2001
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə