Tibb bacısı ixtisası üzrə test suallarının nümunələri Pediatriya Üzrə Test Tapşırıqları



Yüklə 1.58 Mb.
səhifə16/16
tarix26.11.2016
ölçüsü1.58 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

1123) Fəlakət ocağında qospitala qədər hansı yardım göstərilir?

A) İxtisaslaşmış tibbi yardım

B) Xüsusiləşmiş tibbi yardım

C) İlk tibbi yardım

D) Cərrahi yardım

E) Əhali tərəfindən yardım


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. Москва «ИНИ Лтд»
1124) Kütləvi yoluxucu xəstəliklər ocağında infeksiya mənbəyini ləğv etmək üçün epidemiya əleyhinə hansı tədbirlər görülür?

A) Dezinfeksiya aparmaq

B) Xəstələrin və daşıyıcıların izolyasiyası və müalicəsi

C) Maarifləndirmə aparmaq

D) Abservasiya

E) İmmunoprofilkanın aparılması


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1125) Yuxarı tənəffüs yollarını dəm qazından qorumaq üçün nədən istifadə edilir?

A) Əlaltı materialdan hazırlanmış maska

B) Şlem maska

C) Filtirli əleyhqaz

D) Respirator

E) İzoləedici əleyhqaz


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1126) Aşağıdakı xüsusiyyətlərdən hansı kimyəvi zəhərləyici maddələr üçün xarakterik deyil?

A) Mühafizə vasitələrindən istifadə etmək zəruriyyətinin yaratması

B) Xarici mühitdə asan yolla yayılması

C) Davamlı zədələyici təsirə malik olması

D) Zədələnmələrin klinikasının və inkişaf dinamikasının müxtəlifliyi

E) Kontagiozluq (xəstədən sağlam insana keçmə qabiliyyəti)


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1127) Hansı üsül infeksion xəstəliklərin törədicilərinin məhv edilməsinə aid deyil?

A) Dezinseksiya

B) Observasiya

C) Dezinfeksiya

D) Deratizasiya

E) Dezoktivasiya


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1128) İlan vurmada hansı təxirəsalınmaz yardım göstərilmir?

A) Yaranı kalium-permanqanatla yumaq

B) Zərdab vurmaq

C) Alkoqol vermək

D) Çoxlu maye vermək

E) İlan sancan yerdən yuxarı ətrafa jqut qoymaq


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1129) Tektonik fəlakətlərə hansılar aid deyil?

A) Vulkan püskürməsi

B) Torpaq sürüşməsi

C) Zəlzələ

D) Sunami

E) Tayfun


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1130) Elektrik vurmada hansı təxirəsalınmaz yardım göstərilmir?

A) Ürəyin qapalı massajı

B) Elektrik vuranı torpağa bastırmaq

C) Cərəyandan azad etmək

D) Tənəffüs yollarının təmizlənməsi

E) Xəstəyə süni nəfəs vermək


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1131) Aşağıdakı maddəlrdən hansı siniriflicedici təsirə malik zəhərli maddələrə aiddir?

A) Xlorsian

B) Xlorpikrin

C) İprit, lyuzit

D) Zarin, zoman

E) Fosgen,difosgen


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. Москва «ИНИ Лтд»
1132) Kimyəvi zədələnmə ocağında ilk tibi yardımın əsas tədbirlərinə nə aid deyildir?

A) Antidontların vurulması

B) Xəsarət almışların zədə ocağından çıxarılması

C) Qanaxmanın daimi dayandırılması

D) Əleyqazların geyindirilməsi

E) Natamam sanitar təmizləmənin aparılması


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. Москва «ИНИ Лтд»
1133) Dəm qazı ilə zəhərlənmələrdə yardımın hansı növü xarakterik deyil?

A) Tənəffüs mərkəzini oyadan dərman vermək

B) Ürəyin qapalı massajı

C) Təmiz havaya çıxarıb naşatır spirti iylətmək

D) Süni tənəffüs vermək

E) Mədənin zondla yuyulması


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. Москва «ИНИ Лтд»
1134) Fövqaladə hallarda zədələnmişlərin müalicə-evakuasiya tədbirlərinə hansılar daxildir?

A) Zədələnmişlərin həmin ərazidən evakuasiya olunması, ilk tibbi yardım və müalicəsinin göstərilməsi

B) Tibbi evakuasiya mərhələsində göstərilən yardım

C) Terapevtik yardım

D) İxtisaslaşmış yardım

E) Yaralıların çeşidlənməsi


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. Москва «ИНИ Лтд»
1135) Fövqəladə vəziyyətdə təxirə salınmaz tibbi yardım xidmətinin əsas vəzifəsi hansıdır?

A) Tibbi qrumların şəxsi heyyət tərkibinin sağlamlığının qorunması

B) Vaxtında və effekli tibbi yardımın göstərilməsi

C) Tibbi kadrların hazırlanması

D) Iradəetmə orqanlarının yaradılması

E) Tibbi qurumların və müəssisələrin yaradılması


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. Москва «ИНИ Лтд»
1136) Ekstrimal vəziyytlərdə mülkü müdafiə tibb xidməti tərəfindən hansı tədbirlər həyata keçirilir?

A) Sanitar-gigiyenik tədbirlərin aparılması

B) Ocağa ümumi mülki müdafiə qurumlarının yeridilməsi

C) Vaxtına təxirəsalınmaz yardım göstərilməsi və xəsarət almışların köçürülməsi

D) Sanitar itkilərin aradan qaldırılması

E) Deqazasiyanın aparılması


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1137) Əhalinin kütləvi qırğın silahlarından qorunma üsulları hansıdır?

A) Əhalini şəhər ətrafı ərazilərə köçürülməsi

B) Tibbi ləvazimatlardan istifadə edilməsi

C) Əhaliyə xəbərdarlıq edilməsi

D) Əhalinin həmin ərazidən çıxarılması və sığınacaqlarda yerlşdirilməsi

E) Tibbi yardımın göstərilməsi və müalicəsinin aparılması


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. Москва «ИНИ Лтд»
1138) Ətrafın sıxılması zamanı ilk tibbi yardım necə göstərilir?

A) Periferiyadan mərkəzə doğru sıxıcı sarğının qoyulmaı və ağrıkəsicilərin yeridilməsi

B) Oksigen inqalyasiyası

C) Standart şinalarla immobilizasiyanın aparılması

D) Antihistamin və antibakterial terapiyanın aparılması

E) Nəqliyyat şinasından istifadə etmək


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1139) Zədələnmə anından ilk həkim yardımı hansı optimal müddətdə aparılır?

A) 10 saata qədər

B) 3-4 saat müddətində

C) İlk sutka ərzində

D) İlk dəqiqələrdə

E) 30 dəqiqə müddətində


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. Москва «ИНИ Лтд»
1140) Əlaltı vasitələrdən istifadə etməklə zədələnmə ocağında hansı növ yardım göstərilir?

A) Həkiməqədər yardım

B) Xüsusiləşdirilmiş yardım

C) Təkmilləşmiş həkim yardımı

D) İlk həkim yardımı

E) İlk tibbi yardım


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1141) Respublika Fövqəladə Hallar Nazirliyi nəzdində tibb xidməti nə vaxt yaradılmışdır?

A) 2005-ci ildə

B) 1997-ci ildə

C) 2001-ci ildə

D) 2004-cü ildə

E) 1994-cü ildə


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. Москва «ИНИ Лтд»
1142) Sudaboğulma zamanı xəsarət almış şəxsə göstərilən ilk tibbi yardım hansıdır?

A) Sudan çıxarmaq və ağız boşluğundan yad cisimləri xaric etmək

B) Ürəyin qapalı massajı

C) Ağciyərlərin süni ventilyasiyası

D) Dərman müalicəsi

E) Bədənin isidilməsi


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1143) Dəridə yara əmələ gətirən zəhərləyici maddələr hansıdır?

A) Fosgen, difosgen

B) Aolamsit

C) İprit, lyuzit

D) Vi-X qazlar, zoman

E) Sinil turşusu


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. Москва «ИНИ Лтд»
1144) Meterioloji fəlakətlərə nə aiddir?

A) Zəlzələ

B) Torpaq sürüşməsi

C) Yanğın

D) Qasırğa və burulğan

E) Subasma


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1145) Hansı zəhərləyici maddələrlə zəhərlənmə zamanı dəridə “boz hipoksiya” əmələ gəlir?

A) Zorin

B) Xlorpikrin

C) Fosgen

D) Ammonyak

E) Dəm qazı


Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. Москва «ИНИ Лтд»
1146) Xarici mühitdə davamsız zəhərləyici maddələr hansıdır?

A) İprit

B) Vi-X qazları

C) Lyuzit

D) Fosgen, difosgen

E) Zorin, zoman


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1147) Radiyasiya ilə zədələnmələr zamanı ilkin zədələnən orqan hansıdır?

A) Qaraciyər

B) Dalaq

C) Sümük iliyi

D) Bağırsaq epiteli

E) Limfa


Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008

Sinir-ruhi xəstəlikləri fənnindən testlər

1148) Mərkəzi sinir sisteminin hansı xəstəliyində buynuz qişanı əhatə edən sarımtıl-yaşıl həlqə xarakterikdir?

A) Parkinson xəstəliyi

B) Miotoniya

C) Miasteniya

D) Hepotoserebral-distrofiya

E) Miopatiya


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1149) Araxnoidit nədir?

A) Sinir köklərinin iltihabı

B) Sinir kələfinin iltihabı

C) Sərt qişanın iltihabı

D) Hörümçək toruna bənzər qişanın iltihabı

E) Yumşaq qişanın iltihabı


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1150) Ümumi beyin əlamətlərinə nə aiddir?

A) Hemiplegiya, afaziya

B) Hemiplegiya, üz sinirinin nevriti, udmanın pozulması

C) Başağrısıı, qusma, göz dibində durğunluq, onurğa beyin mayesinin tərkibinin dəyişməsi, hipertenzion sindrom

D) Udmanın pozulması, burun tipli nitq, çeçəmə

E) Hecalı nitq, nistaqm, intension əsmə


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1151) Spesefik hörümçəyəbənzər örtük hansı meningit üçün xarakterikdir?

A) Vərəm meningiti

B) Kəskin seroz meningit

C) Meninqokokk meningiti

D) Sifilitik meningit

E) İkincili irinli meningit


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1152) Varol körpüsündə hansı sinirlərin nüvələri yerləşmişdir?

A) IV-V-VI

B) I-II-III

C) V-VI-VII-VIII

D) II-III-IV

E) IX-X-XI-XII


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1153) Kəmərləyici dəmrov hansı xəstəlik zamanı baş verir?

A) Meningit

B) Qanqlionit

C) Ensefalit

D) Sirinqomeliya

E) Poliomielit


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1154) Epileptik tutma zamanı ilk tibbi yardım nədən ibarətdir?

A) Mədə-bağırsaq traktının yuyulması

B) Təmiz havaya çıxarmaq, oksigen balışı vermək

C) Antibiotik təyin etmək

D) Hipotenziv preparatlar vermək

E) Asfiksiyanın qarşısını almaq


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1155) Epileptik status zamanı hansı tədbirlərdən istifadə etmək olmaz?

A) Tutmaların qabağını almaq

B) Seliyin aspirasiyasının qabağını almaq

C) İnsulin şok terapiyası

D) Ürək fəaliyyətini yaxşılaşdırmaq

E) Barbitur narkozundan istifadə etmək


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1156) Psixomotoroyanma vəziyyətinin qarşısını almaq üçün hansı preparatdan istifadə olunur?

A) 1% - nikotin turşusu

B) 50% - analgin

C) 20% - natri-oksibutirat

D) 1% - dimedrol

E) 0,5% - seduksen


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1157) Alkoqol psixozun müalicəsində alkoqola qarşı şərti (-) nifrət refleksi yaratmaq üçün istifadə olunan dərman maddəsi hansıdır?

A) Seduksen

B) Amitriptillin

C) Serebrolizin

D) Aminazin

E) Apomorfin


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1158) Ruhi xəstəxanaya hospitalizə üçün hansı göstərişlər əsasdır?

A) Ətrafdakılara qarşı təhlükəli olması

B) Nevrozlar

C) Emosional ləbillik

D) Aqressiyaya meyilli olmayan maniakal vəziyyət

E) Anadangəlmə ağıl zəyifliyi


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1159) Bir dəfəlik tutma zamanı hansı tədbirlərdən istifadə etmək olmaz?

A) Cəngolmuş ətrafların hərəkətlərinə güclü əks-təsir göstərmək

B) Dili çıxarmaq və ağzına rezin boru salmaq

C) Köynəyin boynunu açmaq, kəməri çıxartmaq

D) Başı yan tərəfə çevirmək və baş altına yastıq qoymaq

E) Dərman müalicəsi


Ədəbiyyat:N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1160) Alkoqolizmin müalicəsində istifadə olunan sensiblizəedici terapiyanın mahiyyəti nədən ibarətdir?

A) Alkoqola qarşı şərti-mənfi refleks yaratmaq

B) Dehidratasion terapiya aparmaq

C) Süni komatoz vəziyyətə salmaq

D) Bədən temperaturunu süni yüksəltmək

E) Alkoqola qarşı orqanizmin həssaslığını yüksəltmək


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1161) Baş beyin damarlarının aterosklerozu zamanı erkən psixi pozulma nədən ibarətdir?

A) Emosional zəiflik

B) Öz vəziyyətinə qarşı tənqidin itməsi

C) Qıcıqlandırıcı zəiflik

D) Yaxın hadisələrə qarşı yaddaşın zəifləməsi

E) Maraq dairəsinin azalması


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1162) İsterik tutma nə qədər çəkir?

A) 1 saat

B) 3 saat

C) 5 saat

D) 2 saat

E) Qeyri- muəyyən vaxta qədər


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1163) Epidemik ensefalit zamanı gözün hərəki pozğunluqları hansı zədələnmə nəticəsində meydana çıxır?

A) Görmənin qabıq mərkəzinin zədələnməsi

B) Uzaqlaşdırıcı sinir nüvəsinin zədələnməsi

C) Gözün hərəki sinir nüvəsinin zədələnməsi

D) Arxa və boylama dəstənin zədələnməsi

E) Gözün hərəki sinir nüvəsi və qabığının zədələnməsi


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1164) Poliemielit zamanı mərkəzi sinir sisteminin hansı şöbəsi zədələnir?

A) Periferik hərəki və hissi neyronlar

B) Ekstrapiramid sistem

C) Mərkəzi və periferik hərəki neyronlar

D) Onurğa beyninin ön buynuzları və hərəki nüvəsi

E) Onurğa beyninin seqmentar aparatı


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1165) Dağınıq skleroz ən çox hansı yaş dövrünə təsadüf edir?

A) 30-40 yaş

B) 21-25 yaş

C) 50-60 yaş

D) 7-8 yaş

E) 10-15 yaş


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1166) Üçlü sinirin nevralgiyası üçün xarakter əlamət nədir?

A) Ənsə əzələlərinin rigidliyi

B) Üzün bir tərəfində tutmaşəkilli ağrılar

C) Burun-dodaq büküşünün hamarlanması

D) Qaşları qaldıran zaman alında qırışların olmaması

E) Qusma


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1167) Hansı xəstəlik zamanı xəstədə seqmentar-dissosasiya tipli hissiyat pozğunluğu meydana çıxır?

A) Dağınıq skleroz

B) Yan amiotrofik skleroz

C) Bel tabesi

D) Serinqomieliya

E) Ensefolomielit


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1168) Dissirkulyator ensefalopatiya nə deməkdir?

A) Meninqoensefalit

B) Dağınıq ensefalomielit

C) Beyin qan dövranının kəskin pozulması

D) Hemorragik insult

E) Beyin qan dövranının tədricən pozulması


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1169) Getdikcə artan başağrısı, başgicəllənmə, göz dibində durğunluq, kəllə-sümüklərinin deformasiyası hansı xəstəlik üçün xarakterikdir?

A) Mərkəzi sinir sisteminin travmatik xəstəlikləri

B) Baş beynin şişləri

C) Periferik sinir sisteminin xəstəlikləri

D) Mərkəzi sinir sisteminin infeksion xəstəlikləri

E) Baş beynin qan-damar xəstəlikləri


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1170) Müvazinətin pozulması, nistaqm, başgicəllənmə, ürəkbulanma, qusma, bəzən də eşitmənin pozulması hansı ataksiyada müşahidə olunur?

A) Beyincik ataksiyası

B) Sensor ataksiya

C) Fridreyk irsi ataksiyası

D) Alın ataksiyası

E) Vestibulyar ataksiya


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1171) Parkinson əlaməti mərkəzi sinir sisteminin hansı infeksion xəstəliyində təsadüf edilir?

A) Meningitdə

B) Epidemik ensefalitin xronik dövründə

C) Mielitdə, kəskin dövrdə

D) Dağınıq skleroz

E) Poliomielitdə, qalıq dövrdə


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1172) Tibb işçilərinin ehtiyatsızlığı nəticəsində müşahidə olunan psixi pozğunluq nədir?

A) İradi-hərəki pozulma

B) Maniakal sindrom

C) Diqqətin pozulması

D) Yaddaşın pozulması

E) Yatrogen xəstəlik


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1173) Halyüsinator paranoid sindromunda geniş işləsilən dərman preparatı hansıdır?

A) Sulfazin 1% - 2,0

B) Koffein 10% - 2,0

C) Haloperidol 0,5% - 10

D) Melipramin 1,25% - 2,0

E) Frenalon 0,5% - 1,0


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1174) Depressiv sindromda geniş istifadə olunan preparat hansıdır?

A) Aminazin 2,5% - 1,0

B) Melipramin 1,25% - 2,0

C) Qlukoza 40% - 10,0

D) Haloperidol 0,5% - 1,0

E) Mayiptil 1% - 1,0


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1175) Uşaq serebral iflicinin hansı klinik formasında məcburi qeyri-iradi hərəkətlər, nitqin və psixikanın pozulması müşahidə olunur?

A) Miasteniyada

B) Miopatiyada

C) Uşaq serebral iflicinin hiperkinetik formasında

D) Diplegik klinik formasında

E) Hemiplegik klinik formasında


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1176) Miotoniyanın əsas əlaməti nədir?

A) Əzələlər tez yorulur, dincəldikdən sonra əzələnin funksiyası bərpa olur

B) Əzələ fəal şəkildə yığıldıqdan sonra boşalması tədriclə olur

C) “Qurulan kukla” yerişi

D) Əlləri öndə birləşdirdikdə arxada kürəklər “qanadvari” açılır

E) Mərhələ-mərhələ ayağa qalxır


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1177) Psixoterapiya nədir?

A) Balneoloji müalicə üsulu

B) Fizioterapevtik müalicə

C) Medikamentoz müalicə

D) Həkimin söz vasitəsilə psixikaya planlı şəkildə təsir etməklə aparılan müalicə üsülu

E) Refleksoterapiya


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1178) Aşağıdakı metodlardan hansıları nevroloji müayinə metodlarına aid deyil?

A) Kranioqrafiya

B) Uroqrafiya

C) Angioqrafiya

D) Pnevmoensefaloqrafiya

E) Mieloqrafiya


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1179) Hipertonik kriz zamanı ilk yardım nədən ibarətdir?

A) Kortikosteroidlər vermək

B) Pəncərəni açıb təmiz hava və oksigen balışı vermək

C) Ağrıkəsicilərlə kifayətlənmək

D) Başa hündür vəziyyət verib, ayaqlrına isitqac, başa buz qoymaq

E) Ürək dərmanları və sakitləşdirici vermək


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1180) Onurğa beyninin hansı şöbəsinin zədələnməsi zamanı mərkəzi tipli tetraparez xarakterikdir?

A) Döş şöbəsi

B) Bel şöbəsi

C) At quyruğu

D) Yuxarı boyun şöbəsi

E) Sakral şöbəsi


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1181) Şizofreniya sözü yunancadan tərcümədə hansı məna kəsb edir?

A) Ağıl zəifliyi

B) Qəfil yıxılma

C) Psixi sferanın parçalanması

D) Qəmli hal

E) Psixoz


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1182) Xəstə başa düşür, amma danışa bilmir, bu nədir?

A) Aqnoziya

B) Amnestik afaziya

C) Motor afaziya

D) Aliksiya

E) Aqrafiya


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1183) Mioqrafiya müayinə üsulu əsasən sinir sisteminin hansı xəstəliklərində istifadə edilir?

A) Mərkəzi sinir sisteminin xəstəliklərində

B) Beyin qan dövranı pozgunluğunda

C) Vegetativ sinir sisteminin xəstəliklərində

D) Periferik sinir sistemi xəstəliklərində

E) İrsi-degenerativ xəstəliklərdə


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1184) Meningit zamanı hansı dəyişiklik olur?

A) Qanda leykositoz

B) Qanda limfopeniya

C) EGS artması

D) Likvorun dəyişməsi

E) Qanda şəkərin artması


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1185) Böyük epileptik tutmanın başlanması üçün xəbardaredici əlamət hansıdır?

A) Absans

B) Disforiya

C) Eyforiya



D) Aura

E) Trans
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə