356
SULİ FƏQİH VƏ DURBƏKİN YARADICILIĞINDA EPİK
ƏNƏNƏLƏR
Sevinc AĞAYEVA
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent
Tarixin müxtəlif dövrlərində sənət adamlarının yaratdıqları
ədəbi nümunələr
müqayisəli ədəbiyyatşünaşlıq və müqayisəli dilçilik üçün dəyərli mənbə hesab
olunur. Bu istiqamətdə klassik ədəbiyyat daha maraqlı faktları özündə cəmləşdirir.
Uzun illər aparılan elmi araşdırmalardan bilindiyi kimi epik şeirin ilk
örnəkləri və onun coğrafiyası sənətkarlıq nümunəsi kimi getdikcə daha da
genişlənmiş, müəyyən zaman çərçivəsində bu istiqamətdə şeir-sənət adamları
eyniadlı əsərləri yaradaraq ədəbiyyat tarixində yer tutmuşdular.
Klassik ədəbiyyatda epik əsərlərin ilk örnəkləri
fars dilində yaransa da, bu
ənənə özünü türk dilində də sınamağa başladı və türk dilinin axıcılığı, söz bolluğu
sonrakı dövrlərdə yaranan yeni-yeni nümunələr üçün bir körpü oldu.
Şərq epik şeiri ənənələrini öz yaradıcılığında canlandıran müxtəlif dövrlərdə
yaşayan iki şairin türk dilində yazdıqları eyniadlı əsərləri diqqətimizi cəlb etdi.
Gərçi, bu əsərlərin yaranmasında əsas aparıcı mənbə Quran motivləri olsa da,
sənətkarlar “Yusif və Züleyxa”nı dövrün və zamanın tələbinə uyğun səviyyədə
canlandırmış, hadisələrə cüzi də olsa, fərqli mənzərələr qatmış,
həmçinin də
mənəvi, ideoloji və estetik cəhətdən mövzunu izah etməyə çalışmışlar.
Bədii ədəbiyyatda insanın xarakterini, davranış tərzini, xarici görünüşünü
simvolizə edən obrazlar mövcuddur. Bunlardan biri də Yusif obrazıdır ki, bütün
Şərq və Qərb ədəbiyyatında onunla bağlı dəyərli ədəbi nümunələr yaranmışdır.
XIII-XIV əsrlərdə yaşayan və Azərbaycan-türk dilində ilk yazılı
abidə
yaradan, Şərqi Anadolu şairlərindən biri olan Suli Fəqih 4800 beytdən ibarət olan
“Yusif və Züleyxa” poeması ilə tanınır. Bugünə qədər şairin bundan başqa əsəri
bizə qədər gəlib çatmamışdır. Şairin həyatı haqqında da heç bir məlumat yoxdur.
Xalqa daha yaxın olan, xalq dili üslubunda əsər yaradan şair özünü poemada
“Şeiri-Fəqih” başlığı ilə verilən hissədə “Faqi” deyə adlandırmışdır:
Söylə, Faqi, Yusifün bustanin,
İnşəallah nəzm olə, tez çıqa canin [3, 122]
Suli Fəqihin “Yusif və Züleyxa” poeması maraqlı quruluşa malikdir. Əsərə
diqqət
edərkən məlum olur ki, şair xalq təfəkkürünə, onun adət-ənənələrinə
yaxından bələd olmuş, dövrün bilici, dünyagörmüş bir şəxsiyyəti olmuşdur.
Şərq şeiri ənənəsinə uyğun olaraq şair əsəri sona yetirəndə poemanın ümumi
həcmini də qeyd etmişdir:
Ucdən-ucə uşbu qissə xubdurur,
357
Üç bin iki yüz yedi beytdürür [3, 173]
Poemanın əvvəli “Bismillahir-rəhmanir-rəhim! Həzə kitabi-qisseyi-Yusif
əleyhüssəlam” ilə başlayır. İlk fəsildə şair iki misradan sonra Yusifin həyatını
təsvir edir. Sonrakı fəsillər bu şəkildə davam edir. Diqqətimizi
çəkən cəhətlərdən
biri də bəzi fəsillərin eyniadlı olmalarıdır: “Rücui-qissə”, “Feili-bəyan yəxluq”,
“Rücui-qisseyi-Yusif
əleyhüssəlam”,
“Hədisi-Mustafa-əleyhüs-səlavat-və-s-
səlam”, “Rücui-qisseyi-Yusif əleyhüssəlam”, “Rücui-qisseyi-bəradərani-Yusif və
Yəqub əleyhüssəlam”, “Şeiri-Yəqub-əleyhi-s-səlavat-və-s-səlam”, “Fəsli-Malik
rəbban duşin təbirciyə varub sordı”, “Rücui-bəradəri-Yusuf və Yəqub
əleyhüssəlam”, “Məclisi-əvvəli-Züleyxa doxtər”, “Bir kəz Züleyxa atası evində
yatmış idi, duş gördi”, “Şeiri-Züleyxa”, “Məclisi-salisi-Züleyxa doxtər”, “Şeiri-
Züleyxa xatun”, “Məclisi-qütbü-ğur amədi”, “Hekayət”, “Məclisi-Yusif
əleyhüssəlam müfəssirlər böylə xəbər verdilər”, “Məclisi-Züleyxa xatun”, “Şeiri-
Züleyxa xatun”, “Məclisi-şərabdar”, “Münacati-Yusif əleyhüssəlam”, “Hekayəti-
Yusif
əleyhüssəlam”,
“Münacati-Yusif
əleyhüssəlam”,
“Məclisi-Yusif
əleyhüssəlam”, “Məclisi-Yusif əleyhüssəlam”, “Şeiri-təlifi-kitabi-Fəqih quyəd”,
“Hekayəti-Yusif
əleyhüssəlam”,
“Hekayəti-təzvici-Züleyxa
məaYusif
əleyhüssəlam”, “Şeiri Fəqih”, “Hekayəti-Yəqub Nəbi əleyhüssəlam”, “Şeiri-Yusif
əleyhüssəlam”, “Qisseyi-Yusif əleyhüssəlam”, “Hekayəti-Yusif əleyhüssəlam”,
“Hekayəti-Yusif əleyhüssəlam”, “Hekayəti-Yusif əleyhüssəlam”, “Böhtan etdilər
Yusifin
qardaşləri”,
“Hekayəti-Yusif
əleyhüssəlam”,
“Hekayəti-Yusif
əleyhüssəlam”, “Qisseyi-Yəqub əleyhüssəlam”, “Hekayəti-Yusif əleyhüssəlam”,
“Hekayəti-Yusif əleyhüssəlam”, “Hekayəti-Bəşir”, “Şeiri-Yəqub əleyhüssəlam”,
“Hekayəti-Yusif əleyhüssəlam”, “Hekayət”, “Hekayəti-Züleyxa”
Yuxarıda qeyd
etdiklərimizdən görünür ki, Suli Fəqih poemada fəsillərin
adlandırılmasında həm türk, həm fars, həm də ərəb
dilinə aid sözlərdən və
ifadələrdən istifadə etmişdir. Bu cür məharət yalnız hər üç dilin (Azərbaycan-türk,
fars və ərəb) bütün qayda-qanunlarını mükəmməl bilən bir söz sahibinə aid ola
bilər.
Poemanın quruluşu sadədir. Əsərdə nəzmə çəkilən obrazların daxili
həyəcanları, mühitə münasibətləri sadə, canlı
təsvirlə verilmiş, cümlələr hər bir
obrazın xarakterinə uyğun seçilmişdir. Şair poemada 12 qəzəldən istifadə etməklə
qəhrəmanın daxili aləmini aça bilmişdir.
Epik şeiri ənənəsi mövzu cəhətdən də maraqlıdır. Suli Fəqihin müraciət etdiyi
xalq şeiri üslubunda yaranan “Yusif və Züleyxa”, demək olar ki, xalq arasında
sevilib-seçilən mövzulardan olmuşdur. Şair bu əsəri yazarkən xalq arasında
yayılmış variantdan istifadə etmişdir. Ədəbiyyatşünas alim qeyd edir:
Dostları ilə paylaş: