Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti


Millilikdən ümumbəşərliyə mədəni-mənəvi körpü



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə77/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   ...   73   74   75   76   77   78   79   80   ...   431
Anjuman Boku (6)

Millilikdən ümumbəşərliyə mədəni-mənəvi körpü. 
Qeyd etmək lazımdır ki, 
Rəsul Rza Böyük Vətən müharibəsi illərində hərbi müxbir kimi cəhbədə iştirak 
etmişdir. Hərbi müxbirliklə yanaşı ədib müharibənin törətmiş olduğu faciəni əks 
etdirməklə yanaşı, düşmən üzərində qələbəyə inamı əks etdirən nəzm nümunələri 
də yaratmağa nail olmuşdur. Rəsul Rzanın qələbəyə inamını «Vətən» (1942), 
«İntiqam! İntiqam…» (1943) şer kitabları, «Ölməz qəhrəmanlar» (1942), «Qəzəb 
və məhəbbət» (1943) hekayə və oçerk topluları, «Vəfa» (1943) pyesi və s. qələmə 
aldığı bədii nümunələrdə əksini tapmışdır. 
Rəsul Rzanın Böyük Vətən Müharibəsi mövzusunda qələmə almış olduğu 
«Vəfa» adlı pyes diqqəti cəlb edir. 1943-cü ildə qələmə alınmış pyes 416-cı 
Azərbaycan Atıcı Diviziyasında tanış olduğu tibb bacısının prototipi əsasında 
qələmə alınmışdır. 5 pərdəli, 10 şəkilli «Vəfa» (1943) pyesi inam, dostluq, sədaqət, 
məhəbbət, paxıllıq, dönüklük, satqınlıq, ara qarışdırmaq kimi müsbət və mənfi 
keyfiyyətləri əks etdirir. Rəsul Rza pyesdə Böyük Vətən müharibəsində göstərilmiş 
şücaəti ümumxalq hünəri kimi təqdim edir. Vətəni sevmək, xalqına bağlı olmaq 
pyes boyu müəllif tərəfindən vurğulanır. Məsələn, pyesin baş qəhrəmanı Bahadırın 
düşmən tərəfə verdiyi cavabda Azərbaycana bağlılığı qabardılır. Alman zabitinin 
(mayor) əsirlikdə olan Bahadıra dediyi «Siz ağıllı adamsınız, kapitan. Mənim sizə 
heyfim gəlir. Bu böyük millət arasında gedən amansız mübarizədir. Siz 


159 
azərbaycanlılar kimi kiçik bir millət bu davada nə qazana bilər? Siz qolunu daha 
bərk bağlamaq üçün zəncir hazırlayan bir qula bənzəyirsiniz» kimi fikirlərinə 
Bahadırın faşist həbsxanasında dustaq olmasına baxmayaraq mərdliklə verdiyi 
cavab bunu əks etdirir: «Millətin böyüklüyü sayında deyil, cənab mayor. Ali irq 
dediyiniz siz almanların babaları vəhşi dəstələrlə basqın edib Roma mədəniyyətini 
dağıdanda, kiçik millət dediyiniz azərbaycanlılar sənət sarayları yaradırdı. 
Azərbaycan torpaqlarından gələn şeir, musiqi səsləri bütün dünaya yayılırdı. Biz 
qolumuza bağlanmış zəncirləri qırıb qılınc qayırdıq. Bu gün o qılıncları kinimizin 
alovunda yenidən qızardırıq». 
Ədibin faşizm üzərində qələbənin 30 illiyi münasibətilə qələmə almış olduğu 

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin