Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti


Şimalı və Cənubu birləşdirən mədəni-mənəvi körpü



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə76/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   ...   72   73   74   75   76   77   78   79   ...   431
Anjuman Boku (6)

Şimalı və Cənubu birləşdirən mədəni-mənəvi körpü. 
1941-ci ilin avqust 
ayında sovet qoşunları İrana daxil olmuşdur. Qısa bir müddətə olsa belə 
Azərbaycan yenə də vahid bir məkan kimi yaşamağa başlamışdır. Arazın iki 
sahilində böyük ümidlər çıraq kimi alovlanırdı. Rəsul Rza Cənubi Azərbaycana 
ezam olunmuşdur. Onun qarşısında bədii və ictimai fəaliyyəti ilə Şimali 
Azərbaycan və Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların ədəbi-mədəni və 
ideoloji həyatlarında mənəvi körpü yaratmaq vəzifəsi qoyulmuşdur. Rəsul Rza bu 
istiqamətdə uğurlu addımlar atmışdır. «Azərbaycan» jurnalının 1945-ci ildə çapdan 
çıxmış 3-cü nömrəsində məsul rеdaktoru kimi Rəsul Rza «Milli şüur və Milli 
iftixar» məqaləsində milli şüur və özünüdərkin oyanması probleminə toxunaraq 
yazmışdır : «İran Azərbaycanında yaşayan Azərbaycan xalqının yеtirdiyi alim, 
yazıçı və inqilabçılar bu xalqın milli şüurunun artmasında, onun azadlıq və 
istiqlaliyyət yolunda apardığı mübarizədə çox böyük xidmət göstərmişdir». Ərəb 
əlifbası ilə nəşr olunan bu jurnal Günеy və Quzеy Azərbaycanın ictimai-siyasi, 
mədən-ədəbi, tarixi mühiti vəhdət şəklində təqdim edirdi. Xüsusi qeyd etmək 
lazımdır ki, jurnalda nəşr olunan yazılar Şimali Azərbaycanda hakim olan 
Sovetlərin təbliğ etdiyi ideologiyadan yayına bilmiş, Azərbaycan milli ideyaları 
təbliğ edirdi. Bu isə Rəsul Rzanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. Rəsul 
Rza «Azərbaycan» jurnalının məsul rеdaktoru olarkən ətrafına ən istedadlı 
yazarları toplamağa nail olmuşdur. Jurnalının rеdaktor müavini Mеhdi Hüsеyn, 


158 
rеdaksiya şurasının üzvləri isə Səməd Vurğun, Mirzə İbrahimov, Əhəd Yaqubov, 
Həsən Həsənov və Rza Quliyеv olmuşdular. 
Rəsul Rzanın həyata keçirdiyi addımların uğurları ilk növbədə vahid 
Azərbaycan ideyasına dərindən inamı ilə əlaqəlidir. Rəsul Rza Azərbaycanın sakral 
mərkəzi kimi Bakını yox, Təbrizi qəbul edir: «Təbriz bizim üçün adi şəhər deyil, 
sözün əsl mənasında paytaxtdır. Şah İsmayıl Xətainin, Səttarxanın, Bağır xanın, 
Şeyx Məhəmməd Xiyabaninin, neçə-neçə söz dahilərinin yadigar qoyub getdiyi 
şəhərdir». 
XX əsrin ortalarında yaranmış siyasi və beynəlxalq vəziyyətin vahid 
Azərbaycanın qorunub saxlanılmasına qarşı olmasını Rəsul Rza anlayırdı. Şairin 
sətirlərində dərin kədər öz əksini tapmışdır: 
Təbrizin yolları oyum-oyumdur 
Yanıq dağdan qalxan 
duman olaydım. 
Dərdli könüllərdə ümid olmasam, 
Heç olmasa zəif güman olaydım. 
Şimalın və Cənubun ayrılmaz taleyinə Rəsul Rza ədəbi əsərləri ilə yanaşı, 
həm də kinematoqrafik əsərlərində toxunmuşdur. Rəsul Rzanın ictimaiyyətə 
təqdim etdiyi «Arazın o tayında» filmində ikiyə parçalanmış Azərbaycan xalqının 
faciəsi geniş əksini tapa bilmişdir. 

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin