156
Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri, Azərbaycan
SSR Kinematoqrafiya
naziri, ilk Ensiklopediyamızın Baş redaktoru, Asiya, Afrika Ölkələri Sovet
Həmrəyliyi Komitəsinin sədri və s. kimi məsul vəzifələrdə fəaliyyət göstərmişdır.
Bununla belə, Rəsul Rza
vətəndaş movqeyini açıq
şəkildə nümayiş etdirmiş,
qələmə almış olduğu bədii əsərlərində, məqalələrində və çıxışlarında Sovetlərin
nöqsanlarını tənqid etmişdir. Bu baxımdan, represiya problematikasına həsr
olunmuş «Qızılgül olmayaydı» poemasına xüsusi diqqət yetirmək olar. R. Rzanın
represiya qurbanı, şair Mikayıl Müşfiqin həyatı və taleyi əsasında Sovet rejiminin
antihumanist mahiyyətini açıb göstərən «Qızılgül olmayaydı» poeması Azərbaycan
ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən
biridir. Şair represiya qurbanlarını Sovet dönəmində xatırlaması
və bunun
haqqında əsər qələmə alması şücaət tələb edirdi. Represiya qurbanlarından olmuş
Mikayıl Müşfiqlə yaxın münasibətdə olmuş Rəsul Rza onunla dost olmasını
gizlətməmişdi: «Yaşıdlarım olan yazıçılar arasında mən M. Müşfiq ilə çox
yaxından bağlı idim. Müşfiq yaradıcılığının çiçəkləndiyi bir dövrdə, 1937-ci ildə
faciəli surətdə məhv oldu. Biz Müşfiqlə yalnız dost deyildik. Eyni zamanda onunla
yaradıcılıq işi ilə bağlı idik.» R. Rza şair həmkarının həyat və taleyinin simasında
zəmanəsinin cəmiyyətinin faciəsini açıqlamağa nail olmuş,
ümumiyyətlə, 30-cu
illər cəmiyyətinin faciəsini açıb göstərmişdir. Əsər müəllifin nakam şairimiz
Müşfiqin həyat yoldaşı Dilbər xanımla söhbəti şəklində başlanır. Mikayıl Müşfiqin
bədii obrazını təsvir edən «Qızılgül olmayaydı...» poemasında təhkiyənin bu
forması əsərin sonuna qədər davam etdirilir və şairin canlı obrazı oxucunun
gözündə canlandırılır:
Ürəyi sadəydi, zəngin idi,
Bahar kimi.
Tək – nadir deyildi,
Şairlərdən biri
Vətəndaşlardan biri,
ən yaxşı adamlardan biri idi.
Sovetlər İttifaqının apardığı siyasətə qarşı etiraz Rəsul Rza yaradıcılığında
bəzi hallarda satirik şəkildə özünü büruzə vermişdir. Bu baxımdan, Rəsul Rzanın
V. Mayakovskinin «Sovet pasportu» şeirinin tərcüməsi
kəskin tənqidə məruz
qalmışdır. M. Arif Rəsul Rzanın XX əsr rus şairi Vladimir Mayakovskidən etdiyi
tərcümələrə toxunaraq qeyd etmişdir ki, “Mayakovski sovet pasportunun
üstünlüyünü və qüvvətini vətənpərvərlik iftixarı ilə təsvir edərək deyir:
«Молоткастый, серпастый советский паспорт». Burada işlədilən sifətlər yeni
sözlərdir.
«Молоткастый, серпастый» (yəni
çox böyük çəkicli, çox böyük oraqlı)
sözləri ilə sovet pasportu daha əzəmətli və qüdrətli səslənir. Rəsul Rza bu sözləri
157
«Çəkicciyəzli, oraqcığazlı sovet pasportu» şəklində tərcümə etməklə
Mayakovskinin təşbehlərini qüvvətləndirmək əvəzinə daha da zəiflətmişdir.»
Bunları Mayakovski özü yaratmışdır, mənası «çəkicli, oraqlı sovet pasportu»
deməkdir. Lakin bu yeni sifətlərdə bir qüvvət, mübaliğə vardır. Rəsul Rzanın
V. Mayakovskinin «Sovet pasportu» şeirində «молоткастый, серпастый
советский паспорт» ifadəsini özü bilərəkdən «Çəkicciyəzli, oraqcığazlı
sovet
pasportu» şəklində tərcümə edərək, Sovet sisteminə qarşı mənfi münasibətini
ironik şəkildə oxuculara çatdırmışdır.
R. Rzanın Mayakovskiyə münasibəti onun sovet təbliğat ədəbiyyatına
ümumi münasıbətini əks etdirir. Rəsul Rza Mayakovski haqqında yazdığı fikirlər
bunu təsdiq edir: «1927-1930-cu illərdə mən Yesenini çox oxuyurdum. Bəzi
tənqidçilər mənim yaradıcılığımı demək olar ki, ilk
günlərdən Mayakovski ilə
bağlamaq istəyir və şeirlərində mütləq onun təsirini tapmağa çalışırdılar. Əlbəttə,
Mayakovski elə böyük sənətkardır ki, onun müasir bir sovet şairinə yaradıcı təsiri
təbiidir. Ancaq deməliyəm ki, 31-ci ilə qədər mən Mayakovskinin yaradıcılığına
mənfi bir münasibət bəsləyirdim. Hətta, mən Tiflisdə təhsil aldığım zaman
Mayakovski Tiflisə gəlmişdi, bizim məktəbdə onun gecəsi oldu.
Mən o gecəyə
getmədim».
Dostları ilə paylaş: