Ədəbiyyat
1.
Səməd Vurğun. Əsərləri. 6 cilddə, II cild. Bakı, Azərbaycan EA nəşriyyatı,
1960.
2.
Səməd Vurğun. Mənim şair dostum, şair qardaşım. “Ədəbiyyat və incəsənət”
qəzeti, Bakı,1966, 12 fevral.
3.
Səməd Vurğun. Əsərləri. 6 cilddə,VI cild. Bakı, Elm, 1972.
4.
Səməd Vurğun. Musa Cəlilə. Tərcümə edəni Ə.Davıdov. “Sovet ədəbiyyatı”
271
jurnalı, 1954, № 4.
5.
Səməd Vurğun. Musa Cəlilə. Tərcümə edəni Ə.Davıdov. Kazan,"Kızıl tan"
qəzeti, Qazan, 1957, 6 iyun.
6.
Самед Вургун. О Мусе Джалиле. Баку, Газета “Бакинский рабочий”, 1966,
15 февраля.
7.
Səməd Vurğun. Musa Cəlilə // S.Vurğun. Seçilmiş əsərləri. Beş cilddə, II cild.
Tərtib edəni Aslan Salmansoy, redaktoru Aybəniz Vurğunqızı. Bakı, “Şərq-Qərb”,
2005.
YUNUS ƏMRƏ VƏ ŞƏKƏRİMİN “LEYLİ VƏ MƏCNUN”
ƏSƏRİNDƏ EŞQ
Turan
TEYMUROV
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
turanteymurov@mail.ru
(Azərbaycan)
Резюме
В статье на основе суфийской лирики Й.Эмре и поэмы «Лейли и
Меджнун» Шакарима изучается основная проблема суфизма-проблема
божественной любви. Основное внимание уделено выявлению таких форм
проявления божественной любви, которые наиболее ярко отражают суть
тюркского суфизма, в том числе суфизма Й.Эмре и видного казахского поэта
Шакарима.
Ключевые слова: любовь, суфизма, поэма
Summary
The main problem of Sufism - the problem of divine love is studied in the
article based on Sufi poetry of Y.Emre and the poem "Leili and Majnun" of
Shakarim. Main attention is given to the identification of such forms of divine
love, that is most clearlyreflect the essence of Turkish Sufism, including the
Sufism of Y.Emre and prominent Kazakh poet Shakarim.
Keywords: love, sufism, poem
Açar sözlər: eşq, sufizm, poema
Türk xalqları ədəbiyyatında sufizmdən danışarkən üç görkəmli sənətkarın
adı yada düşür: Əhməd Yəsəvinin, Yunus Əmrənin və Cəlaləddin Ruminin.
Əhməd Yəsəvi ilk türk sufi şairi, Cəlaləddin Rumi türk ədəbiyyatının sufi
poeziyada xüsusi bir zirvə yaradan nümayəndəsi kimi əbədi xatırlanacaq. Üçlüyün
sırasında Yunus Əmrənin adı və ədəbi irsi xüsusi yer tutur. Ə.Yəsəvi türk dilində
272
ilk dəfə sufi şeir yaratsa da, türk dilində sufi poeziyanı poetik kamilliyin ən yüksək
zirvəsinə qaldıran, heç şübhəsiz, Yunus Əmrə olmuşdur.
Türk xalqları ədəbiyyatının sonrakı inkişaf illərində türk sufi şeir və
poemaların yaranmasında onun irsi iki baxımdan mühüm rol oynayıbdır: birincisi,
birbaşa, yəni onun poeziyası ilə mətn formasında tanışlıq; ikincisi, dolayısı ilə,
yəni onun poeziyası ilə şifahi formada və ya vasitəçilərin sayəsində tanışlıq. İkinci
hal özünü müxtəlif formalarda göstəribdir. Məlum olduğu kimi, sufi poeziya, o
cümlədən Yunus Əmrə poeziyası xalq ədəbiyyatına, xüsusən də aşıq poeziyasına
əsaslı şəkildə təsir göstəribdir. Aşıq poeziyasının şifahi şəkildə və sərhəd
tanımadan geniş bir arealda yayılması Yunus Əmrənin əsərlərinin dolayı yolla
müxtəlif ölkələrdə, təbii ki, eyni zamanda ilk növbədə türk dünyasında da geniş
yayılmasına zəmin hazırlamış və şərait yaratmışdır.
Yunus Əmrə sufizminin türk sufizminin ilk dəfə yarandığı bölgəyə gəlib
çatması təbii və qanunauyğun bir haldır. Onu da nəzərə almaq lazımdır ki, Türküs-
tanda tarixin bütün mərhələlərində sufizm ədəbi prosesin prioritet istiqamətini
təşkil etmişdir. Y.X.H.Balasaqunlu, Zəmahşari, Ə.Nəvai, Məşrəb, Məhtimqulu
kimi onlarla sənətkarın ədəbi irsində sufi motivli əsərlər mühüm yer tutur. “Yunus
Emre ve Mahtumkulu aynı kaynaktan beslenmişlerdir. Menkabeye gore Yunus
Emre, Hacı Bektaş Veli-Lokman-ı Perende vasıtasıyla Hoca Ahmet Yesevi'ye
bağlıdır. Aynı zincirin tesiri Yunus Emre'de olduğu kadar Muhtumkulu'da da
görülür” (1,67).
Digər türk xalqlarının ədəbiyyatında olduğu kimi, tatar, özbək, türkmən,
qazax ədəbiyyatının hətta XX əsrin əvvəlləri ədəbiyyatında da sufizm özünü
göstərir. Sufi motivli əsərlər yazıb yaradan sənətkarlardan biri də görkəmli qazax
sənətkarı Şəkərim olmuşdur. Şəkərim savadlı olduğu qədər də mütaliəli bir
şəxsiyyət olmuşdur. Azərbaycan ədəbiyyatşünaslığında onun həyat və
yaradıcılığını ilk dəfə araşdıran A.Məmmədov yazır: “Ərəb, fars dillərini molla
yanında öyrənən Şəkərim daha sonra şeirlərinin birində yazdığı kimi, bir çox
elmlər tərcümə olunduğu üçün türk və rus dillərini öyrənir” (1,4).
XX əsrin 37-ci illərində repressiyaya məruz qalan Şəkərim yaradıcılıq
axtarışlarında sosial məsələlərə, milli ruhun oyanmasına zəmin hazırlayan, şərait
yaradan mətləblərin, eyni zamanda sufi motivlərin təsvir və tərənnümünə xüsusi
maraq göstərmişdir. Təbii ki, onun yaşayıb-yaratdığı dövr əsərlərinin ideya-
məzmun xüsusiyyətlərinə öz möhürünü vurmuşdur. Fəlsəfi mövzulara həmişə
diqqət yetirən şairin həm ədəbi ənənədən gələn, həm də öz maraq dünyası və
həyata baxışı ilə birbaşa bağlı olan sufizmə müraciəti təbii və məntiqidir. Sadəcə
olaraq şairin əsərlərində sufi ideyalar sələflərinin əsərlərindəki kimi ilk baxışdan
diqqəti cəlb edəcək dərəcədə qabarıq ifadəsini tapmayıbdır.
273
Şəkərimin yaradıcılığında sufi motivli əsər kimi “Leyli və Məcnun” poeması
mühüm yer tutur. “Poema haqqında qazax tədqiqatçıları müxtəlif mülahizələr irəli
sürmüşlər. Bəzi araşdırıcılar əsəri orijinal poema, bəzi tədqiqatçılar M.Füzulinin
eyniadlı poemasına nəzirə sayır. Əsəri M.Füzulinin “Leyli və Məcnun” poemasının
tərcüməsi kimi götürərək təhlil edən filoloqlar da vardır. Ayrıca bir araşdırmaya
ehtiyacı olduğu üçün indiki halda birmənalı şəkildə onu vurğulamaq lazımdır ki,
M.Füzulinin “Leyli və Məcnun” poeması Şəkərimə sufi görüşlərini epik lövhələrlə
verməyə imkan yaratmışdır. Onun adı ilə bağlı belə bir poemanın mövcudluğu
Şəkərim yaradıcılığında sufi ideyalarının məqsədyönlü və ardıcıl xarakter
daşıdığının ən yaxşı göstəricilərindən biridir” (2,12).
Bütün hallarda – orijinal, nəzirə, tərcümə olsa da – şairin yaradıcılığında
“Leyli və Məcnun” mövzusu var. Onun “Ar bilimi” (“Ar elmi”) kimi fəlsəfi-etik
bir əsər yazdığını da nəzərə alsaq, şairin bu mövzunu düşünülmüş şəkildə qələmə
aldığını deməyə əsas vardır. Təəssüf ki, bəzi qazax tədqiqatçıları poemadan
danışarkən əsərin orijinal olduğunu “əsaslandırmağa” çalışır, ilk mənbə kimi
Nizaminin, Ə.Nəvainin adını çəksələr də, M.Füzulini “unudurlar”. Məsələn,
tədqiqatçı U.Kumisbayev şairin poemasından danışarkən mənbə kimi ərəb
əfsanələrini əsas götürür: “Şəkərim Kudayberdiyevin mövzu baxımından məşhur
ərəb əfsanəsi ilə səsləşən “Leyli və Məcnun” dastanı, görünür, XVI-XVII əsrlərdə
qazaxlar arasında mövcud olan folklor materialları əsasında yaradılmışdır, qazax
məhəbbət-romantik qissələri prinsipi əsasında qurulmuşdur” (3).
Əksər qazax tədqiqatçıları isə bu poemanın yazılmasında M.Füzulinin
təsirini birmənalı şəkildə qəbul edirlər. Şairin özü poemada bu mövzuda, o
cümlədən məhəbbət mövzusunda əsər yazmış Şərq sənətkarlarını xatırlamaqla
M.Füzulinin adını xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, qazaxlar Məcnunun
yalnız adını bilirlər, Bağdad sakini Füzuli isə bu mövzuda poema yazıbdır və
“keçənlərdə Füzulinin çoxdan axtardığım kitabı əlimə düşdü” (4,132).
Deyilənləri yekunlaşdıraraq bir daha vurğulamaq lazımdır ki, Şəkərimin
1922-23-cü illərdə “Şolpan” dərgisində, 1935-ci ildə isə ayrıca kitab kimi çap
olunan “Leyli və Məcnun” poeması, birincisi, Nizaminin, Ə.Nəvainin, xüsusən də
M.Füzulinin eyni adlı əsərinin əsasında yazılıbdır. İkincisi, Şəkərimi əsər ilk
növbədə məhəbbət mövzusuna görə maraqlandırmışdır ki, bu da bütün sufi
əsərlərin, o cümlədən Yunus Əmrənin şeirlərinin və məsnəvisinin əsasında durur.
Nəzərə almaq lazımdır ki, “Şəkərim, sufi ideyalar yaradıcılığında
dünyagörüş konsepsiyası qazanan ilk qazax şairidir” (4). Deməli, bütün hallarda
yuxarıda da qeyd olunduğu kimi, onun məhəbbət mövzusunda qələmə aldığı
əsərləri sufi ideyalarla süslənmişdir. Birbaşa və ya dolayısı yolla, yaxud da tipoloji
baxımdan, fərqi yoxdur, hər iki sənətkarın eşq mövzusunun mənalandırmasında
oxşar cəhətlər kifayət qədər çoxdur.
274
Yunus Əmrə yaradıcılığında eşq ülvi bir hiss və duyğudur, zahirən hansı
obrazlı ifadələrlə təsvir edilməsindən asılı olmayaraq, ilahi xarakter daşıyır, Tanrı
eşqidir. Başqa sufilər kimi, şair də birmənalı şəkildə inanırdı ki, işıqlı dünya bəndə
üçün müvəqqəti bir dayanacaqdır, əbədiliyə doğru yolda əbədilikdə öz yerinə
müəyyənləşdirmək şansıdır. Əbədilikdə yeri Tanrı verir, amma insanın müvəqqəti
dünyadakı əməlinə, fəaliyyətinə, başqalarından gizlətdiyi, amma Yaradandan da
gizlədə bilmədiyi fikirlərinə, içinə, əxlaqına və s. görə verir. Buna görə də Yunus
Əmrə insanı həyatdakı müvəqqəti olanlara ömür sərf etməməyə çağırır.
Şairə görə son məqsəd olan Haqqa qovuşmaq üçün bəndənin içində eşq
olmalıdı. Eşqin isə insanı Haqqa aparacaq müxtəlif tərəfləri vardır: eşq Onadır,
amma insan üçündür. Yalnız Onu sevmək azdı, bütün eşq Ona ünvanlanmalıdı,
amma bu eşqin nuru Ona qovuşana qədər həyatı və ətrafdakıları da nurlandırmağı
bacarmalıdır. Şəkərim deyirdi ki, Allahın yolu ürək yoludur (5,234), buna görə də
o, birmənalı şəkildə bildirirdi: “onun eşqi qıza ünvanlanmayıbdır. O, həqiqətin
parlaq işığına, daha doğrusu, Allahın nuruna vurulubdur. Yaradanı anlamaq, dərk
eləmək gücümüz daxilində olmadığı üçün biz onun nurunu dərk edirik və şair də
bu nura aşiqdir. Şair sözünə davam edərək bildirir ki, bunu siz duymazsınız, çünki
bu sirdir, dərk olunmaz bir sirdir. Şəkərimin subyektiv düşüncələri, subyektiv
dünyagörüşü bu sözlərdə əksini tapıbdır. Onu başa düşmək üçün şairin ruhi
vəziyyətində, daha doğrusu, həqiqətin işığına, Allahın nuruna vurğunluq
vəziyyətində olmaq gərəkdir. Eşq elə bir hissdir ki, onu dərk edəndən sonra güc
qazanırsan və ona qarışırsan. Şəkərim məhz bu qarışmadan danışır və ona doğru
uzanan yolu göstərir” (5,314).
Yunus Əmrə də poeziyasında eşqin ünvanını birmənalı şəkildə dəqiqləşdirir
və bildirir:
Nə qaşadır, nə gözədir,
Nə meylimiz ağ üzədir,
Heç zaman solmaz, təzədir
Bizim bu gülüstanımız (6,51).
“Leyli və Məcnun» poeması istinad ənənəsinə uyğun olaraq süjeti, konflikti,
xarakterləri olan bir əsərdir. Buna görə də bu poemanı Yunus Əmrənin əsərləri ilə
yalnız ideya, motiv, fəlsəfi yük və s. baxımından müqayisə etmək mümkündür.
Şəkərimin poemasında Qeys dünyaya gələn minlərlə uşaqdan müəyyən
mənada fərqlənir. Leylidə, Məcnun da bütün vaxtı ağlayırlar, yalnız bir-birlərini
görəndə sakitləşirlər. Yaşlı bir qadın onların ikisinə də baxmağı öhdəsinə götürür
və balaca Qeys onun ağzını döşünə yapışdıranda əlli yaşlı qadında süd əmələ gəlir.
Qadın bunun Tanrının iradəsi və istəyi ilə əlaqələndirir. Onların arasında ülvi hiss
yaranır. Anasının qınağına cavabında Leyli məktəbdə də keçmədikləri sevginin nə
olduğunu soruşur (7,140-141).
275
Poemanın sonlarına yaxın Leyli Məcnunun məktubuna cavabında bu
məsələyə toxunur və bildirir ki, sənə məhəbbətimi uşaqlıqdan – səninlə qonşuluq
axtararaq ağladığım vaxt o verdi.
Mənim əzizim, biz bir-birimiz üçün doğulmuşuq,
Gözümüz nahaqdan başqasına baxmasın deyə.
Eşq alovunu bizdə Yaradanın özü yandırdı,
Biz dünyaya gələn vaxtlardan (7,160)
Onların ağlaması əslində eşq ünvanlarını görmək üçündür. Yunus Əmrə də
əsərlərində dönə-dönə eşq yolunda ağladığını vurğulayır.
Ürək yanar, oda yaxar,
Gözlərimdən leysan yağar.
Qeyri üzə necə baxar
Haqq camalın görən kişi?! (6,52)
Poemada təzə dünyaya gəlmiş uşaqların möcüzəli təsviri, yəni Tanrı ilə
bağlılıqları əslində onların ilk vaxtdan ilahi eşqə mübtəla olduqlarının
göstəricisidir. Onlar da bir-birini görəndən sonra başqalarına – “qeyri üzə”
baxmırlar, çünki Y.Əmrənin şeirində də deyildiyi kimi, onlar artıq haqq camalını
görüblər.
Onların eşqi xalqa bəlli olanda aşiqləri bir-birindən ayırırlar. Həmin gündən
hər iki aşiqin əzabları başlayır. Leyli əmindir ki, Qeyssiz şam işığında da doğma ev
zindan kimidir, ona müraciətlə bildirir ki, sən məndəsən, mən səninləyəm, mənim
canım səndədir (7,142-143). Qeyd edilən bu motiv onun başqa bir şeirində də
əksini tapıbdır: can canı yaradır. İki aşiqin ruhi vəziyyəti Y.Əmrənin şeirlərində də
oxşar ovqatda ifadəsini tapır.
Biz hamımız eşq quluyuq,
Eşqdir bizim sultanımız.
Gər eşq ilə öləriksə,
Eşqə halaldır qanımız.
Eşq məni məndən alalı,
Dost eşqi cana dolalı,
Bu eşqə qurban olalı,
Dost olmuşdur imanımız (6,50)
Yunus Əmrənin şeirlərində Tanrıya qovuşmaq ölmək deyil, əbədilikdir. Əsl
ölüm sevgisiz yaşamaqdır. Şairin fikrinə görə, insan dolab kimi ilkininə qovuşmaq
üçün inildəyir (C.Rumidə qamış inildəyir). Deməli, eşq bir hissəciyi kimi
qopduğun bütövə çatmaq, özünə qovuşmaqdır.
Adam haqqı bilsin gərək,
Haqq sorağın alsın gərək,
Burda ikən ölsün gərək,
276
Gedib orda ölməz ola! (8,131)
Ölməzlik ülvi eşqlə Tanrıya qovuşmaqdır. Ölüm isə sadəcə olaraq vüsala
çatmaqdır, çünki onun lirik qəhrəmanının dediyi kimi:
Canı qurban edəm ona,
Əgər qəbul edər isə,
Haçansa mən öləsiyəm,
Yarsız burda necə dözüm? (8,88)
Poemanın sonunda Leyli ölüm qabağı vəsiyyət edir və qəbrinin üstünə
gələcək Məcnuna mane olmamalarını xahiş edir, çünki bu aşiq qız əmindir ki,
Məcnun gələcək və onlar qəbirdə bir-birlərinə qovuşacaqlar. Məcnun onun
qəbrinin üstünə gəlir və bu zaman Yaradan qəbri açır və onun iradəsi ilə aşiqlər
bir-birinə qovuşan kimi qəbir yenidən sandıq kimi bağlanır.
Poemanı şair fərqli şəkildə yekunlaşdırır. Bir daha təsdiqləyir ki, Məcnun
qıza yox, həyatın özünə vurulmuşdu və bu həyatın da beş cəhəti vardır: eşq,
azadlıq, namusluluq, elm və yaxınlara, uzaqlara qarşı ədalət. Bütün bunları
sufizmlə də əlaqələndirmək mümkündür, həyatın nəzərə çarpdırılan beş cəhəti
amma sənətkarın yaşadığı dövrün taleyüklü məsələləri ilə birbaşa bağlıdır. Şəkərim
də böyük xələfi kimi, bu cəhətləri, xüsusən də eşqi bu dünyadakı insan nəfsinə
qalib gələrək xoşbəxt yaşaması ilə əlaqələndirmişdir.
Tarixin hansı dövründə yaranmasına baxmayaraq istənilən fikir, təlim,
konsepsiya sənətkarın iradəsindən, istəyindən və istedadından asılı olaraq aktuallıq
qazana bilər. Xüsusən sufizm kim həyatın demək olar ki, bütün tərəflərini əhatə
edən fəlsəfi təlim xeyirxah məqsədlə və böyük sənətkarlıqla mənalandırıldıqda
bütün dövrlərdə insana gərəkli ola bilər. Bunu Yunus Əmrənin və Şəkərimin
əsərləri də təsdiqləyir.
Dostları ilə paylaş: |