316
üçün Hüseyn Cavidin məşhur “İsmayıl bəy” (1914) şeiri üzərində ətraflı dayanmalı
olacağıq.
Təbiidir ki, istər sağlığında, istər ölümündən sonra türk dünyasında İsmayıl bəy
Qaspıralının şəxsiyyəti və fəaliyyətinə saysız-hesabsız şeirlər və əsərlər ithaf
olunmuşdur. Onların hamısını bir araya gətirmək və dəyərləndirmək, eləcə də onları bir-
biri ilə müqayisə etmək və hər birinin bədii məziyyətlərini üzə çıxarmaq xüsusi və
genişmiqyaslı tədqiqatın vəzifəsidir. Ancaq cəsarətlə və
mübaliğəsiz olaraq söyləmək
mümkündür ki, Cavidin “İsmayıl bəy” şeiri öz bədii təsir gücünə və ümumiləşdirmə
bacarığına görə indiyə qədər Qaspıralıya həsr olunmuş ən gözəl şeirlərdən biridir.
Şeir 1914-cü ildə İsmayıl bəy Qaspıralının vəfatı münasibətilə yazılmış və heç də
təsadüfi deyildir ki, bu böyük itkini Turanın gələcəyi olan ən gənc nəsillərə çatdırmaq
və onlarda türkçülük və vətənpərvərlik qayələrinə dərin məhəbbət oyatmaq üçün
“Məktəb cocuqlarımıza” adlı xüsusi qeydlə müşayiət olunmuşdur
.
[3, s. 134-135].
Bu müşayiət, xüsusən, şeirin hər bəndindən sonra
təkrar olunan və məktəb
yaşındakı uşaqlar üçün tam anlaşıqlı olan nəqarətində açıq-aşkar hiss olunur:
İsmayıl bəy, o bir böyük türk idi,
Bir günəşdi, Krım üfüqlərindən.
Parlayıb ətrafı nura qərq etdi,
Yıldızlar yaratdı şəfəqlərindən.
İsmayıl bəy türk yurduna şan verdi,
Öksüz, ölgün millətinə can verdi.
İsmayıl bəy açdı yumuq gözləri,
Açdı sağır qulaqları, dinlətdi.
Qan coşduran ruhlu, kəskin sözləri
Dilsizlərə yürək verdi, söylətdi.
İsmayıl bəy türk yurduna şan verdi,
Öksüz, ölgün millətinə can verdi.
Şair İsmayıl bəy Qaspıralının böyük xidmətlərini ən
səciyyəvi poetik cizgilərlə
vurğulayarkən, onun türk dünyası ilə bərabər, müsəlman aləminin də sevimli ustadı
olduğunu diqqətdən qaçırmır:
Ərəb, əcəm, xüsusən, türk evladı,
Qəlbində bir yığın məhəbbət bəslər.
Böyük tanrı
o sevgili ustadı,
O fazil mürşidə bin hörmət bəslər.
İsmayıl bəy türk yurduna şan verdi,
Öksüz, ölgün millətinə can verdi.
“İsmayıl bəy” şeirinin bir çox bu qəbildən olan ithaf şeirlərindən bir ciddi fərqi də
ondadır ki, sözügedən nümunədə Hüseyn Cavid bədiilik naminə kitabilikdən uzaq
durmağa can ataraq, Qaspıralı fəaliyyətinə
dair bəzi mühüm amilləri, məsələn, hətta,
317
“Tərcüman” qəzetinin adını hallandırmaqdan uzaq durmağa çalışmışdır. Amma
Qaspıralı fəaliyyətinin əsas qayəsi hesablanan və bütövlükdə həmin dövrdəki
türkçülüyün və turançılığın əsas şüarı sayılan “İşdə birlik, dildə birlik, fikirdə birlik”
şüarından məharətlə istifadə edərək, şeir vəzninin tələbi ilə (heca
vəzninin onbirlik
ölçüsü) şüarda təkrar olunan sözlərdən birini, yəni ikinci “birlik” sözünü ixtisara
salaraq, bədii məqsədinə ustalıqla nail ola bilmişdir:
Dostları ilə paylaş: