Ədəbiyyat
1. Хялил Рза. Доьмалыг. Бакы: “Азярняшр”, 1977
2. Я.Ясэярли. «Сырдярйада эцлян шаир талейи». «Азярбайъан» гязети, 7
нойабр 2003
3. Xəlil Rza Ulutürk. Məqsud Şeyxzadə və “Azərbaycan dəftəri”. Bakı:
“Apostroff”, 2014
4. Хялил Рза. Гардашлыг чялянэи. Бакы: “Маариф”, 1982
5. Хялил Рза. Дцнйайа пянъяря. Бакы: “Маариф”, 1984
6. Хялил Рза Улутцрк. Туран чялянэи. Бакы: “Елм”, 1993
7. «М.Шейхзадянин бядии йарадыъылыьы вя Азярбайъан-юзбяк ядяби
ялагяляринин
актуал проблемляри» (dissertasiya), 1985
8. Хялил Рза. Мягсуд Шейхзадя. Бакы: “Елм”, 1978
9. Хялил Рза. Мягсуд Шейхзадянин бядии йарадыъылыьы. Бакы: “Елм”,
1980
10. Хялил Рза Улутцрк. Туран чялянэи. Бакы: “Чинар-Чап”, 2005
345
KLASSİK SÖZ SƏNƏTİ VƏ NƏZƏRİ ƏSASLARI
Mahirə QULİYEVA
Filologiya elmləri doktoru
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu. Azərbaycan.
E-mail: erken.yenidovr@bk.ru
(Azərbaycan)
XÜLASƏ
Açar sözlər:
ərəb-müsəlman ədəbiyyatı, nəzəri sistem, poetika, ədəbi proses,
ədəbiyyatşünaslıq
Məqalədə Azərbaycan ədəbiyyatşünaslığının tarixi ədəbi-nəzəri köklərinin
müsəlman Şərq xalqlarının yaratdığı zəngin qaynaqlar əsasında öyrənilməsinin
zəruriliyindən bəhs edilir. Və təəssüf hissi ilə ədəbiyyatşünaslıq, ədəbi tənqid və
poetikanın, ədəbi proseslə bağlı nəzəri məsələlərin tarixi qaynaqlar üzrə
araşdırılmasının ədəbiyyatın özü ilə müqayisədə geri qaldığı qeyd olunur. Avropa
ədəbiyyatşünaslıq terminologiyası ilə orta yüzilliklər Azərbaycan ədəbiyyatının
incələnməsinin mümkünsüzlüyü vurğulanır. Azərbaycan klassik ədəbiyyatında bu
dönəm ədəbiyyatından bəhrələnmə ilə yanaşı Füzuli kimi şairlərin milli
ədəbiyyatın incəlikləri bucağından ərəb-müsəlman ədəbiyyatına töhfələri elm
müstəvisinə çıxarılır.
Klassik ədəbiyyatın, ümumiyyətlə hör dönəm ədəbiyyatının ölçü vahidi
sözdür. Təsadüfi deyil ki, klassik ədəbiyyatımızın ən zəngin, şedevr əsərləri sözə
verilən dəyərlə başlayır. Yaranışın özü belə bir müqəddəs [kun] sözə bağlıdır. Dahi
Nizami Gəncəvinin ilk böyük əsəri olan “Sirlər xəzinəsi”, əsərin qayəsi, sözün
dəyəri baxımından Azərbaycan xalqının mədəni-ədəbi xəzinəsidir, – yazır
R.Yusifoğlu:
Sordu: Köhnə qızılmı, təzə sözmü yaxşıdır?
Söz sərrafı söylədi – Söz dünyanın naxşıdır... [8, s.51]
Ədəbiyyatın hər dönəminə xas olan sözün qaynaqlandığı bədii təfəkkür və
ədəbi nəzəri əsasları, ümumi baxışlar sistemi mövcuddur. Buna görə də
ədəbiyyatın müxtəlif tarixi kəsiminə aid olan sözün, sözün geniş mənasında bədii
yaradıcılıq və təfəkkür, bədii-estetik təxəyyül, forma və məzmun baxımından
təşəkkülünü araşdırmalı, bədii dilin üslubi gözəlliklərini, məna incəliklərini, bədii
məzmun qayə və emosional-estetik təsir gücünü məxəzləndiyi poetik nəzəri sistem
əsasında dəyərləndirməliyik.
346
Ədəbiyyatşünaslığın önəmli qollarından olan poetika sözün bədii dəyəri,
ədəbi əsərin poetik üslubu, təxəyyül qüdrəti, özəllikləri və gözəllikləri
aşkarlamaqla yanaşı, ayrı-ayrı xalqların və mədəniyyətlərin sistemləri arasındakı
ən böyük fərqləri də üzə çıxarır. Müxtəlif mədəniyyətlərə xas olan poetik
kateqoriyalar, bədii obrazlar və vasitələr arasında tək-tək yaxın və oxşar cəhətlər
olsa da, onlar həm şəkil və növ, həm də məna incəlikləri baxımından fərqlənirlər.
Orta çağ Azərbaycan ədəbiyyatını Şərq poetikasının prinsiplərinə uyğun şəkildə
öyrənmək məsələsi bu baxımdan aktual olaraq qalır. Bu, ilk növbədə klassik
ədəbiyyatın quruluş və məzmununun olduğu kimi anlaşılmasına, ədəbi-estetik
dəyərlərin doğru-dolğun qiymətləndirilməsinə imkan yaradır. Klassik poetika
sistemi (Söhbət ayrı-ayrı zamanlarda və müxtəlif tədqiqatçılar tərəfindən istifadə
edilən bədiiyyatdan – bədii ifadə vasitələrindən deyil, ümumi Şərq bəlağət
nəzəriyyəsinin bədiiyyat elmindən gedir) öyrənilmədən Avropa ədəbiyyatşünaslıq
terminologiyası ilə orta yüzilliklər Azərbaycan ədəbiyyatını incələmək və onun
özünəməxsus gözəlliklərini görmək mümkün deyil. Zəngin və çeşidli
məzmunlardan qaynaqlanmış klassik şairlərin yaradıcılığı çoxcəhətli, rəngarəng və
əhatəli olmuş, onlar klassik poetika və bəlağət incəliklərini dərindən mənimsəmiş,
bu xəzinənin dəyərli və qiymətli gövhərləri ilə söz sənətini ən yüksək zirvəyə
çatdırmışlar. Məhz bu baxımdan orta əsr sənətkarlarının söz sənətini
dəyərləndirmək üçün ilkin nəzəri qaynaqlardan çıxış etmək lazımdır.
Müsəlman Şərq xalqlarının zənginliyinə bələd olan rus və Avropa
şərqşünasları belə, bu əsərlərin öz nəzəri təlimləri əsasında öyrənilməsini dəfələrlə
vurğulamışlar.
Çox təəssüflər olsun ki, pərakəndəlik bu gün də davam etməkdədir. Bu haqda
akademik Vasim Məmmədəliyevin fikri nəzərimizi cəlb etdi: “Klassik
ədəbiyyatımızın öyrənilməsində ayrı-ayrı sənətkarların, şair və yazıçıların həyat və
yaradıcılığının tənqidinə daha geniş yer verilmiş, çoxsaylı əsərlər yazılmış,
monoqrafiyalar çap edilmişdir. Təəssüflər olsun ki, ədəbiyyatşünaslıq, ədəbi tənqid
və poetikanın başqa sözlə desək, ədəbi proseslə bağlı nəzəri məsələlərin tarixi
qaynaqlar üzrə araşdırılması ədəbiyyatın özü ilə müqayisədə geri qalır...” [1, s.4]
Müsəlman Şərq mədəniyyətində sözün və söz sənətinin xüsusi yeri vardır və
bəşər tarixində türk, fars və ərəbdilli ədəbiyyata istər ideya-məzmun dərinliyi,
istərsə də söz-üzlub gözəlliyi baxımından alternativ yoxdur. Bu zəngin söz
xəzinəsinin iki əsas qaynağı vardır:
1. Yerli folklor və bədii dil-üslub ənənələri;
2. İslam mədəniyyəti və özəlliklə Qurani-Kərimin bəlağət möcüzəsi.
Şərqdə klassik ədəbi irsin söz-məna incəliyi, bənzərsiz poetik düzəni, bu
düzənin qəliblənmiş nizamlı kateqoriyaları ilk növbədə dünya mədəniyyətinin
möhtəşəm söz abidəsi – Qurandan qaynaqlanır. Müsəlman xalqları məhz Quranın
347
söz-məna gözəlliyi və kamilliyindən doğan möcüzə müqabilində öz ədəbi
yaradıcılığını cilalamışlar. Qurani-Kərim bədii söz sənəti üçün örnək olaraq XX
əsrin əvvəllərinədək öz təsirini davam etdirmişdir.
Beləliklə, ərəb-müsəlman, o cümlədən Azərbaycan xalqının yaratmış
olduqları müştərək ədəbiyyatın məxəzində, əsasən, Quran sözü, ifadə, ayə, surə,
motiv, qissə və hekayələr, eyni zamanda bu möhtəşəm kitabın üslub və
təkrarolunmaz poetik xüsusiyyətləri durur.
İslamdan öncə türkdilli poetikanın zəngin milli ənənələri olub. İslamdan
sonrakı dövrdə yerli dil-üslub və milli ədəbiyyatımıza söykənən poetikamız eyni
zamanda ərəb-müsəlman poetikasının ümumi prinsip və qanunlarından
faydalanmış, həmin poetikanı bir növ doğmalaşdırmışdır. Tədricən əski poetika ilə
yeni poetik düzüm arasında elə bir ahəngdar peyvənd yaranmışdır ki, müştərək
dayaqlar üzərində formalaşan və təkmilləşən orta çağlar poetika sistemində yad
elementlər axtarmağa ehtiyac qalmamışdır. Başqa bir tərəfdən ərəb-müsəlman
poetikasının qanunlarını dərindən mənimsəyən Azərbaycan sənətkarları öz
yaradıcılığı ilə həmin poetikanı daha da zənginləşdirdilər. Ərəb-müsəlman
mədəniyyətindən bəhrələnmə ilə yanaşı, türk xalqlarının bu mədəniyyətə özəl
qatqısı olub. Türk dünyasının sevilən şairi Füzuli yaradıcılığı söylədiklərimizə ən
bariz nümunədir. Çünki “Füzuli lirikasının sənətkarlıq, texnika və bədii
xüsusiyyətlərinin öyrənilməsi və izahı, demək olar ki, bütün klassik şeirimizin
bədii sanbalının təyini məsələsidir. Şərq poetikasında elə forma, üsul, janr, qayda
yoxdur ki, Füzuli ona toxunmamış, onun parlaq nümunəsini yaratmamış, öz
münasibətini bildirməmiş olsun...” [6, s.143]
30-cu illərin sonu, 40-cı illərdə ardıcıl, sistemli Azərbaycan ədəbiyyatının
tarixi strukturunun müəyyənləşməsi Füzuli kimi dühaların ərəb-müsəlman
ədəbiyyatına milli ədəbiyyatın incəliklərindən irəli gələn töhfələrinin də
qatqılamasına imkan yaratdı: “Farsdilli ədəbi yaradıcılıq elə bir bünövrə oldu ki,
onun üzərində tədriclə bir neçə Yaxın və Orta Şərq xalqlarının yazılı ədəbiyyatının
öz dünyası yetişdi. ...XIV əsrdə türk və Azərbaycan, XV – özbək, XVI isə tacik
ədəbiyyatlarının mövcudluğu faktı əyaniləşdi” [2, s.29].
XIV əsrdə formalaşmış anadilli ədəbiyyatın ümummüsəlman mədəniyyət və
ədəbiyyatına milliləşmə civarında olan fərqli qatqısının bir neçə nümunəsi üzərində
dayanaq:
Dostları ilə paylaş: |