SİRACƏDDİN SƏYYİDİN POETİK DÜNYASI Bədirxan ƏHMƏDLİ, Filologiya elmləri doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan. (Azərbaycan) Annotasiya. Məqalədə özbək ədəbiyyatının görkəmli nümayəndəsi
Siracəddin Səyyidin yaradıcılığı araşdırılır. Göstərilir ki, S.Səyyid poeziyası özbək
ədəbiyyatını bir çox komponentlər baxımından inkişaf etdirmişdir. Onun
poeziyasında özbək xalqının tarixi, bugünü, və mənəviyyatının bədii xəritəsi
yaradılır. Yurd sevgisi, vətənçilik, xalqın tarixi keçmişini və bugünü tərənnüm
edilir. Teymurləng, Babur, Nəvai haqqında yazdığı şeirlərində şəxsiyyətin
tarixdəki roluna qiymət verməyə çalışmışdır. Siracəddin Səyyidin yaradıcılığı
forma baxımından da zəngin və çoxsəslidir. O, həm klassik formadan (qəzəl), həm
xalq şeiri üslubundan, həm də sərbəst şeirdən istifadə etmişdir.
Açar sözlər: Siracəddin Səid, şair, özbək, poeziya, poetik inikas, vətənçilik
Abstract. In the article is studied Sirajaddin Seyyid’s creative work – one of
the prominent representatives of the Uzbek literature. It is showed that S.Seyyid’s
poetry developed the Uzbek literature in terms of some components. In his poetry
is reflected artistic map of history, current state and spirituality of the Uzbek
people. It is also glorified love for homeland, patriotism, and past and today of the
nation. In his poems about Teymurleng, Babur, Navoi he tried to evaluate the role
of personality in the history. Creativity of Sirajaddin Seyyid is rich and diverse in
terms of form. He used the classic form (ghazal), the style of folk poetry, and the
free poem as well.
Keywords: Sirajaddin Said, poet, Uzbek, poetry, poetic reflection, patriotism