Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə181/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   ...   177   178   179   180   181   182   183   184   ...   431
Anjuman Boku (6)

Giriş / 
Introduction 
Azərbaycan ədəbiyyatı özünün inkişaf tarixinin təxminən beş yüz illik 
tarixini çağatay ədəbiyyatı ilə iç-içə inkişaf etmiş və bir-birindən bəhrələnmişdir. 


407 
Mənbəyini klassik ədəbiyyatdan götürən qarşılıqlı əlaqələr bu gün də davam 
etməkdədir. Müasir özbək şair və yazıçıları, ədəbiyyatşünasları arasındakı elmi, 
bədii təmaslar tarixi əlaqəni yeni müstəviyə çıxarmaqda əsaslı rol oynayır. Çağdaş 
özbək poeziyası ədəbiyyatının görkəmli nümayəndələri Abdulla Arif, Erkin Vahid, 
Rauf Parfi, Çolpan Erqaş, Oman Mətcan, Osman Qoşqar, Mirpolad Mirzə, Xurşid 
Dövran, Münəvvər, Eşqabil Şükür, Əziz Səid, İqbal Mirzə, Rauf Sübhan, Yəhya 
Tağa, A.Kutbiddin, Məhəmməd Yusif, Nadir Xalbotayev və başqalarının şeirləri 
özbək poeziyasının çağdaş mənzərəsini ifadə edir.
Əsas hissə / 
Main part 
Son illərdə Azərbaycan-özbək ədəbi əlaqələri bir qədər də genişlənmiş
qarşılıqlı tərcümələr edilmiş, konfranslar keçirilmişdir. Dövrü ədəbi əlaqələr 
kontekstində araşdıran filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova 
belə bir doğru qənaətə gəlir: “Müstəqillik dövrü Azərbaycan və özbəkistanıın yeni 
tarixini, ədəbiyyatını və mədəniyyətini eyni məqsədlər yolunda, eyni ideallar 
uğrunda səfərbər etdiyindən Azərbaycan-özəbək ədəbi əlaqələri sovet dövründən 
fərqli olaraq, daha çox iki müstəqil ədəbi mühitin, iki mədəniyyətin qarşılıqlı 
münasibətləri yenidən qurmaq, unudulmuş qədim ənənələri yenidən üzə çıxarmaq 
təmayülü əsasında inkişaf etməyə başladı” [1, s.134]. 
Çağdaş ədəbi əlaaqələri inkişaf etdirən özbək ədəbiyyatının görkəmli 
nümayəndələrindən biri də Siracəddin Səiddir (Sirojiddin Sayyid). Onun 
yaradıcılığı çağdaş Azərbaycan-özbək ədəbi əlaqələrinin miqyasını genişləndirir və 
yeni mərhələdə onu ən yaxşı şəkildə təmsil edir. Özbəkistanın Xalq şairi 
Siracəddin Səid 1958-ci ildə Surxandərya vilayətində anadan olub. 1980-ci ildə 
Daşkənd Dövlət Universitetinin Jurnalistika fakultəsini bitirib. Ədəbi mühitə 
«Ruhun xəritəsi» (1984) adlı ilk kitabı ilə qədəm qoyub. Bugünədək istedadlı 
şairin 20-ə yaxın kitabı müxtəlif nəşriyyatlarda çap edilib. «Sevgi məmləkəti» 
(1987), «Qoru» (1990), «Mehr qalır, məhəbbət qalır» (1992), «Yandım» (1994), 
«Evindəki beşiklər» (1996), «Vətəni öyrənmək» (1996), «Yiyəsi var yurd» (2001), 
«Vətən əbədidir» (2001), «Könül fəsli» (2007), «Yaşasın yağışlar» (2007) və 
başqa kitabları ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 2008-ci ildə «Şərq» 
nəşriyyatı görkəmli şairin ikicildlik seçilmiş əsərlərini nəşr edib. Şairin tərcümə 
sahəsində də fəaliyyəti vardır: rus şairi Andrey Voznesenskinin "Mangu rizq" 
əsərini özbəkcəyə tərcümə etmişdir. S.Səyyidi Azərbaycana yaxınlaşdıran həm də 
milli ədəbi mühitimizə yaxın olmasıdır. Çağdaş Azərbaycan poeziyasının bir çox 
nümunələrini özbək dilinə uğurla çevirib. Buna görə də şairi Azərbaycanda yaxşı 
tanıyırlar; şeirləri dilimizə tərcümə edilir. Yaşar Qasımbəyli şairin bir neçə şeirini 
dilimizə çevirib.
Siracəddin Səidin poeziyası bədiilik, mövzu, problematika və forma 
baxımından zəngin və rəngarəndir. Şairin bədii estetik təfəkküründə özbək xalqı, 
onun tarixi, bugünü, mənəviyyatı başlıca yer tutur. Yurd sevgisi, vətənçilik, xalqın 
tarixi keçmişini və bugününü tərənnüm, yaradıcılığının ana xəttidir. "El və el 
balası", "Böyük ipək yolu", "Vətən", "Vətən üçün, millət üçün, xalq üçün", "Vətən 
yaddaşı" və b. onlarla şeirlərində vətəni tərənnüm edir. Lakin bu tərənnüm patetik 


408 
şəkildə baş vermir, qəlbinin dərinliklərindən gəlir, ona olan vurğunluğunu ifadə 
edir: 
Yurtim, menga zar kerakmas zarlaringdan,

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin