582
ürəyinin rənginə – sözünə, səsinə, avazına uyğun üsluba malikdir. Onun poetik səsi
təvazökar, şövq və özünə inamla doludur. Şair öz şeirlərində ürəyindən keçən və
qarşılaşdığı fərqli və rəngarəng situasiyaları, mənzərələri pərəstişkarlarına təqdim
edir. Məhz bu səbəbdən şair şeirlərində
dilinin gözəlliyini, ahəngini qorumağı
bacarır. Hər qəlbdə bir yeni sözün olduğunu anlayan şair duyduğu, hiss etdiyi
gözəllikləri misraların, dördlüklərin köməyi ilə ətrafa yayır. Dördlük şəklində və
hikmətli şeir yazmaq şairin fərdi üslubuna xas olan əlamətlərdir. Şair
bu misralarda
hikmətli söz deməyə, fikir xəzinəsini dörd misra ilə ifadə etməyə çalışır. O, dördlü-
yü müdrikliyin mənbəyi kimi qiymətləndirir. Fikrimizi aşağıdakı şeir təsdiq edir:
Dilin hikməti dörddə,
Dörd misra yüz mənadan azdır.
Dörd misrada dörd məna varsa,
Bu, şairin indiyə qədər yandırdığı
ən parlaq şamdır.
Mahmud Tahir həm də təbiətə yaxın şairdir. Onun lirikasında dağlarda,
dərələrdə güclü küləklər əsir, onun şeirlərində reyhan ətri yayılır. Şeirlər və onlarda
təsvir olunan hadisələr, mənzərələr şair istedadının şirin meyvələri hesab olunur:
Aydın hisslərlə dolu ürəklər,
Ümid qəlblərdə dərin kök salıb.
Qara budaqlar, ağ çiçəklər,
Bu dünya ətirlərlə doludur,
Bahar gəldi.
***
Hər əlində baharın şən şərabı,
Hər dildə baharı tərifləyin.
Göydə gülür bahar günəşi,
Lalə sevgisi yansın,
Bahar gəldi (5)
Mahmud Tahir yaradıcılığında xalq üslubuna
xas olan nəsr və nəzm
qarışığından mükəmməl şəkildə istifadə edir, bununla da oxucularını ovsunlayır,
onların diqqətini bir an belə yayındırmır. Hər şeydən agah olan şair bəzi şeirlərində
sanki, heç nə bilmirmiş kimi çıxış edir. “Məndən məni soruşma” şeiri Mahmud
Tahir yaradıcılığında xüsusi yer tutur:
Mən daşların diliyəm,
Mən ruhun çiçəyiyəm
Mən bu dünyanın xalçasıyam,
Məndən məni soruşma.
Mən yoldayam,
583
Susuz bir səhradayam,
Mən otam, mən şahinəm,
Məndən məni soruşma (3)
Şeirin hər misrasında lirik “mən” özünü müxtəlif hadisələrlə müqayisə edir.
Hər bənddə “Məndən mənisoruşma” şəklində qələmə alınan dördüncü misra
özündə inkarlıq bildirir.Hər bir sənətkarın mənəvi, ədəbi və ictimai obrazı onun
əsərlərinin yetkinliyi və uzunömürlülüyünü təmin edir. Mahmud Tahir də bir çox
şeirləri ilə oxucularının qəlbində yaşayır. O, insanların ürəyini dinləyir, orada din-
şədiyi səslərini əks-sədasını qələmə alır. Şair qələmə aldığı şeirlərdə qarışqalardan,
bir ovuc
torpaqdan, ən xırda otlardan tutmuş Vətənin, doğma kəndi Pankərtin geniş
mənzərələrinə qədər bütün təbiət hadisələrini, təbiət lövhələrini əks etdirir. Şairin
yaradıcılığında müxtəlif güllərin –lalə, nanə, reyhan, dağ, dərənin, torpağın təsviri
və bu təbiət obrazlarının insan taleyi ilə bağlılığı geniş yer tutur. Təbiətin gözəlli-
yinə heyran olan anda, əlbəttə ki, söz artıq, qələm isə zəif olur:
Uzatdım əlimi kəpənəyə,
Qanadlar bir dua yazdı.
Kəpənək dua zamanı edilən hərəkəti – açıq əli xatırladır. Poetik detallar
arasında belə bir məcazi yaxınlığı ancaq şairin süzgün baxışı,
duyan qəlbi görüb
hiss edə bilər.
Şair üçün təxəyyül vacib amildir. Eyni zamanda, dilin gözəlliyi, ahəngdarlığı
lirikanın əsas ünsürləridir. Mahmud Tahirin şeirləri belə axıcı, ahəngli, müdrik və
həyati-fəlsəfi səciyyəsi ilə fərqlənir. Qeyd edək ki, “Mükafat cənnətdən gəlməz”,
“Mahmud, yolunuz səvabla dolsun” kimi bir çox misralarda şair əxlaqi-didaktik
məfhumlardan səvab və günah, haqq və batil, dürüstlük və yaltaqlıqdan bəhs edir.
Natəmizlik, alçaldılma və köləlik kimi anlayışları izah edir. Onun lirik qəhrəmanı
günahlarına tövbə edər, yaxşı əməlləri ilə qürrələnməz.
Mahmud Tahir məhəbbət mövzulu şeirlərində olduqca səmimidir. Bu
şeirlərdə ürəyi yanan aşiq dərddən oxumağa başlayır. Şair yaradıcılığında yer alan
belə misralar ürək parçalayır:
Aşiqin ürəyində çox arzular var,
Sevgisiz qəlbdə yalanlar çoxdur.
Eşqdə, sevgidə dəlilik, ayıqlıq və xəstəlik olduğunu
deyən şair bu dərdinə
məlhəm axtarır və sual verir: “Eşqə düşmüş insanın məlhəmi varmı?” Şair
şeirlərində özünü aşiq kimi qələmə verir. Şeirlərində çox vaxt Şərq müdriklərinin
sözlərini, yığcam atalar sözlərini istər bütöv kompozisiya daxilində, istərsə də ayrı-
ayrı bəndlərdə və ya ikilik şəklində yazır.
“Ümid gecəsi” adlı kiçik kitabında şairin qəmli iniltisi, ağrılı fəryadı var. Bu
şeirlərdə o, ananın işıqlı dünyanı tərk edərək əbədi səfərə getdiyinə dair bir dün-
yəvi hissi ifadə edir. Müəllifin fikrincə, həyatın günəşi anadır. Hər səhər dağların
584
arxasından doğan günəş həyatı salamlayır, insanların qəlbini işıqlandırır, onlara
səbr, şükür və zikr etməyi öyrədir. Mahmud Tahirin şeirləri də belədir – Anaya,
ataya hörmət, dinc həyata, bu həyatın gözəlliklərini duymağa və qədrini bilməyə
bir çağırışdır:
Bismillah, hər şeydən əvvəl
Anam qəlbimin saf incisidir.
O mənim cənnətimdir,
O mənim yerimdir,
Can verdi canımın zərgəri.
Daha əvvəl yazılmış şeirlərin kompozisiyasına əsaslanan bu əsər
mahiyyətcə
dialoq xarakteri daşıyır. Burada şair doğmaları, təbiəti, bütün varlığı, əsasən də
valideynləri ilə ünsiyyət qurur.
Məlumdur ki, klassik şərq ədəbiyyatında, xüsusilə qəzəl janrında son bənddə
şairlər təxəllüslərindən istifadə etməklə qəzəlin kimə məxsus olduğunu vurğulayır
və təsdiq edirdilər. Bu hal ədəbiyyatda möhürbənd adlanır. Mahmud Tahir də
klassik ədəbiyyatda mövcud olan bu ənənədən ilhamlanaraq,
şeirlərinin son
misrasında öz adını qeyd edir: “Mahmud, sən heç bir könülə çıraq olmazsan”,
“Mahmud bu torpağın vətənidir”,“Mahmud bu qədim həqiqəti hər zaman təkrar
edir”.
Mahmud Tahirin əməyi Özbəkistan dövləti və xalqı tərəfindən yüksək
qiymətləndirilmişdir. Şair 2001-ci ildə “Əmək Şöhrəti” ordeni ilə təltif edilmiş,
2005-ci ildə isə Özbəkistanın xalq şairi adına layiq görülmüşdür.
Dostları ilə paylaş: