Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə30/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   26   27   28   29   30   31   32   33   ...   356
Kitab Turizm

Key words
. Balneology tourism, mineral spring, mud bath, coastal areas, rest. 
 
Təbii şəraitin və relyefin fərqli xüsusiyyətləri ölkəmizdə mövcud unikal imkanlardan biri olan 
sağlamlıq turizminin inkişafına şərait yaradır. Lakin rekreasiya zonalarında istirahət müəsisələrinin 
funksiyalarına daxil olan əsas komponentlər onun fəaliyyət istiqamətlərindən asılı olur. Hal-hazırda 
Respublikamızda fəaliyyət göstərən kurort-sanatoriya müəsisələri əsas etibarı ilə iki istiqamətlidir. 
Bunlardan birincisi tərkibində sanatoriya, sağlamlıq bərpa mərkəzləri olan turizm kompleksləri, 
ikincisi isə müalicəvi təbiət komponentlərinin yaxınlığında yerləşən, azprofilli xidmətlər göstərən 
turizm obyektləridir.
Hazırda bu tip kurort müəsisələrinin əksəriyyətində müxtəlif xəstəliklər üzrə təbii üsulla müalicə 
xidmətləri təklif olunur. Bu tip müəsisələrdən Naxçıvanda Duzdağı, Naftalan neftini, Masallı İstisunu, 
Şıx mineral suyu, Bədo mineral suyu, Mollakənd İstisunu, Abşeron yarımadasında yerləşən 
sanatoriyaları və s.misal çəkə bilərik.
Respublikamızda ənənəvi müalicə kurortu ilə yanaşı, həm də müasir müalicə şəraiti və imkanları 
mövcuddur. Azərbaycanda minlərlə isti və mineral bulaqlar mövcuddur. Bunların arasında ən 
məhşurları Badamlı, Turşsu, İstisu, Qalaaltı, Şıxburnu isti və müalicəvi su mənbələridir. 
Böyrək daşı, qaraciyər, öd, mədə-bağırsaq və s. kimi xəstəliklərin müalicəsi üçün Naxçıvan 
ərazisindəki təbii bulaqlardan istifadə edilə bilər. Respublikamız həm də müalicəvi əhəmiyyətli 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
20
Baku, Azerbaijan


mineral su ehtiyatları ilə zəngindir. Bu zənginliyə görə Respublikamızın ərazisini "mineral sular 
muzeyi" adlandırırlar. Dünyada məhşur olan “Karlovi Vari” suları qədər keyfiyyətli mineral və isti 
bulaqlar- Kəlbəcər rayonu ərazisində yerləşən İstisu, Naxçıvanda Badamlı, Vayxır, Sirab mineral 
bulaqları respublikamızla yanaşı digər ölkələrdə də məşhurdur.
Abşeron yarımadasında Şıx və Suraxanı, Dəvəçi rayonu ərazisində Qalaaltı, Culfa rayonunda 
Turşsu müalicəvi əhəmiyyəti nəzərdə tutulan mineral sulardan bəziləridir. Böyük Qafqazın şimal-şərq 
və cənub-şərq yamaclarında Talış dağlarında isə termal bulaqlar üstünlük təşkil edir.
Aran iqtisadi rayonunda mineral su mənbələrindən yerli əhali istifadə edir. Kürdəmir, Salyan, 
Neftçala və digər rayonlarda temperaturu yüksək olan yeraltı suların bəziləri yerli əhali tərəfindən 
oynaq və revmatizm, dəri-zöhrəvi xəstəliklərin müalicəsi üçün istifadə olunur.
Ölkəmizdə yararlı kurort amillərindən biri də çoxlu miqdarda palçıq yataqlarının olmasıdır. 
Azərbaycan Respublikasının ərazisində 250-dən çox palçıq yataqları mövcuddur. Uzun müddətdir ki, 
təbii palçıqlardan hərəkət-dayaq aparatı, əsəb sistemi xəstəliklərinin müalicəsi üçün xüsusi istifadə 
olunur. Bunların arasında, Salyan rayonu yaxınlığında yerləşən Babazənən palçıq vulkanından çıxan 
müalicəvi əhəmiyyətli palçıq olduqca əhəmiyyətlidir [4]. Hazırda Qobustan ərazisində fəaliyyət 
göstərən palçıq vulkanlarının kütləsindən kosmetalogiyada geniş istifadə olunur.
Azərbaycanın günəşli ölkə adlandırılması da təsadüfi deyil. İl boyunca günəşli günlərin miqdarına 
və sayına görə Respublikamız İspaniya, İtaliya və Yunanıstan kimi ölkələrlə müqayisə edilir. 
Respublikamızın şərq ərazisi boyunca 825 km uzunluğunda yer tutan Xəzər dənizinin sahillərinin 
istirahət zonası kimi istifadə olunması üçün bir çox şərait mövcuddur. Xəzər dənizinin sahili iqlim 
zonası təbii şəraitinə və balneloji imkanlarının müxtəlifliyinə görə regionda ən zəngin turizm sahəsidir 
[5]. Xudat-Yalama sahili az duzluluğuna görə həsas dəri tipi olanlar üçün, Abşeron yarımadasının 
qumlu sahilləri isə hərəkət-dayaq sisteminin müalicəsində “qum vannaları” kimi olduqca əlverişlidir. 
Naftalan nefti ölkəmizin çox böyük kurort resurslarındandır. Naftalan kurortu 1933-cü ildən 
fəaliyyət göstərir. Kurort daxilində Naftalan eksperimental laboratoriyası və Elmi-tədqiqat 
laboratoriyası fəaliyyət göstərir. Hazırda Naftalan şəhəri ərazisində kifayət qədər sanatoriya və otellər 
fəaliyyət göstərir. Son illərdə burada beş ulduzlu otellərin istifadəyə verilməsi, əraziyə xarici turistlərin 
marağının artmasına səbəb olmuşdur. Bu neftin köməyi ilə hərəkət orqanları və damar xəstəlikləri, 
həmçinin yel xəstəlikləri də uğurla müalicə edilə bilir. Eyni zamanda, maddələr mübadiləsinin 
pozulması, genekoloji xəstəliklərin müalicəsində də bu neft olduqca böyük əhəmiyyətə malikdir. 
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, planetimizin əhalisinin təqribən 10%-I allergic 
xəstəlikdən əziyyət çəkir ki, bunun da 1,5-2%-i bronxial astmanın payına düşür. Bir çox xəstəliklərin, 
həmçinin bronxial astmanın müalicəsində duz şaxtasının əhəmiyyəti olduqca böyükdür. Belə ki, dəniz 
səviyyəsindən 1173 m hündürlükdə yerləşən Duzdağ sanatoriyası 1979 cu ildən fəaliyyət göstərir [6]. 
Burada yerli və xarici ziyarətçilərin Spleoterapiya alması üçün bütün şərait yaradılmışdır. Duzdağ müalicə 
kurortuna müraciət edənlərin böyük əksəriyyəti yrli tuistlərlə yanaşı, Rusiya, Türkiyə, İran və MDB 
ölkələri vətəndaşlarıdır.
Hal-hazırda ölkəmizdə tibbi turizm növünün başlıca problemi sanatoriya-kurort müəssisələrində 
məskunlaşmış qaçqın və məcburi köçkünlərin köçürülməsidir. Belə ki, 6 fevral 2009-cu il tarixində təsdiq 
edilmiş Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üçün Dövlət Proqramının 
həyata keçirilməsi, sağlamlıq turizmi sahəsində yeniliklərə səbəb olmuşdur [2]. Təəssüf ki, bir neçə 
sanatoriyadan, o cümlədən Bilgəh, Pirşağı və Şıx qəsəbələrindəki sanatoriyalarından məcburi köçkün 
ailələri hələ də köçürülməmişdir. 
Qarşıya qoyulan məsələlərdən biri də, ölkə əhalisinin yerli kurortlardan istifadəsinin genişləndirilməsi, 
xarici ölkə vətəndaşlarının müalicə və istirahət məqsədi ilə Azərbaycan Respublikasına gəlməsinin təmini 
və sanatoriya-kurort sahəsinin rentabelliyinin artırılması olmalıdır [3].
Görülən işlər arasında ən yaxşı təşəbbüslərdən də biri, Naftalan və Duzdağın alternativi olan kiçik 
müalicəvi sanatoriyalarn Bakı şəhəri yaxınlığında fəaliyyət göstərməsidir. Çünki bir çox hallarda istər yerli 
əhali, istərsə də xarici turistlərin bir hissəsi uzaq məsafəyə görə müalicə üçün bu məkanlara gedə bilmirlər.
Təəssüflə qeyd etmək istərdim ki, müqayisədə Şimali Qafqazdan geri qalmayan və yüksək debitə 
malik bir çox mineral bulaqların suyu istifadə olunmadan sadəcə axıb çay sularına qarışır. Halbuki, hər il 
minlərlə Azərbaycan vətəndaşı Şimali Qafqaza müalicə almaq məqsədi ilə turist kimi müraciət edirlər. 
Bu eyni zamanda da ölkə daxilində qazanılan pulun kənarda xərclənməsi deməkdir.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin