Abstract : The article speaks about quality assurance and management in higher education institutions in Azerbaijan. This topic reflects the quality assurance and management issues in teaching. Key words: student, teacher, teaching, quallity and management Orta gəlirli ölkələr arasında rəqabətin güclənməsi, sürətli texnoloji irəliləyiş nəticəsində ixtisas
profillərinin tez-tez dəyişməsi təhsilin keyfiyyətinə tələbi daha da artırmışdır. Digər tərəfdən, yalnız təhsilə
cəlb etmə səviyyəsinin artırılması və təhsil infrastrukturunun genişləndirilməsi insanların bilik və
bacarıqlarının yüksəlməsinə tam təminat vermir. Təhsil infrastrukturu zəruri amil olsa da, bilik və
bacarıqlar təhsil müəssisələrinin sayı və təhsilin müddəti ilə deyil, öyrənmə prosesinin keyfiyyəti ilə əldə
olunur.
Müasir təhsil sistemi formal (dövlət təhsil sənədinin verilməsi ilə başaçatan) təhsil forması ilə yanaşı
informal (özünütəhsilyoluiləbiliklərəyiyələnmə) və qeyri-formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi
məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan) təhsil formalarınıda
nəzərdə tutmuşdur.
Təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların,
səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və
səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə
çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir.
Müəllim amili təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol
oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik
bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri
ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur.
Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsilalanların nailiyyətlərinə əlavə töhfə verirlər,
keyfiyyət təminatını artırılar. Peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil
müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması
müəllim amilinə təsir edən amillər sırasındadır. Bu baxımdan təhsil islahatı uğurla aparılan ölkələrdə
müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının
təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.
Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərirki, informasiya-
kommunikasiya texnologiyalarınaə saslanan,yaradıcı düşüncəni inkişaf etdirən və təhsil alanın fərdi
xüsusiyyətlərini nəzərə alanmüasir, fəal-interaktiv təlim metodları dahayüksəknəticələrverir. Həmin
məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin
artırılmasıtəhsilsiyasətindəmühümyertutur.