Translation or itinerary: (philosophy of) Azerbaijani literary terms in thresholds of cultures


Çaxır Hinduizm Veda’larında iki qaşın arasındakı yer (hindlilərin alında bindi işarəsi qoyduqları yer) 3-cü



Yüklə 58,28 Kb.
səhifə9/15
tarix02.01.2022
ölçüsü58,28 Kb.
#39013
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Ajna şərab gozmüncüğu

Çaxır

Hinduizm Veda’larında iki qaşın arasındakı yer (hindlilərin alında bindi işarəsi qoyduqları yer) 3-cü gözün çakrası və ya ajna-çakra (ajna ?yajna ?) adlanır. Çakra isə sanskritdə təkər (wheel) – təkrarlanan mənasını verir və fiziki maddənin deyil, subtle (hiss edilməyən, ağıllı)- qeyri-maddi aləmin, ruhun elementidir. Proto-Hind dilində kʷekʷlos, yunan dilində KuklosCyclop, ingiliscə circle variantlarına ayrılmışdır (branched)23. 3-cü göz xristian memarlığında “hər şeyi görən – Omnipresence” mənasında kilsənin yüksək dairəvi (cycl+os) günbəzinə (kupol), müsəlman aləmində isə Bəsirət gözünə çevrilmişdir. XVI əsr filosofu Rene Descartes fəlsəfəsində də bu vəz “ruhun oturduğu yer” adlanır: “The pineal gland… played an important role in Descartes' philosophy. He regarded it as the principal seat of the soul and the place in which all our thoughts are formed” 24.



  • Abcad ilə = KR – KaR+ma, Creation

Beləliklə, yayın- way(i)nayin (ANCh) semantikasındakı göz / görmək (- yn) semantikası bu sözdə də təkrar olunur. Maraqlıdır ki, bu vizual semantikanın bioloji əsası da vardır: belə ki, pariental gland (küknarvarı vəzi və ya daxili göz) məhz alında iki qaşın arasında yerləşir və forma etibari ilə gözü xatırladır: “The pineal gland is located behind the third cerebral ventricle [third eye-RG] in the midline (between the two cerebral hemispheres) of the brain…”. Apart from this, “in humans and other animals, the pineal gland produces hormones that have important endocrine functions. For example, in several vertebrate species, pineal hormones influence sexual development,… and seasonal breeding.”25 Yəni üstəlik, anch -qədim Misir İsis tanrısı hieroqlifində olduğu kimi,

“breeding" – çoxalmanın - yeni nəslin (həyatın) başlanmasına təsir edən hormonu ifraz edir.

Bu semantik klasterə şərabın müasir Azərbaycan və türk dillərindəki “çaxır” [çakh-ir(a)] sözünü əlavə etsək, və əbcəd əlifbası prizmasından tərcümə etsək, hinduizmdəki çak+ra ilə semantik qohumluğu hipotezisini irəli sürmək olar.

Beləliklə, prizmatik tərcümədə zaman və məkan anlayışı - dövr və coğrafi areal, və ya M. Baxtinin termini ilə desək, xronotop26, və ya deixis (Levinson, Stephen C.) önəmlidir. Orta əsrlər dövrü incəsəntin identifikasiyası problemində dinin dominant olduğü dövrdür. Bu baxımdan biz hansı məkanda və hansı zamanda konsepsiyasını (deixix nəzəriyyəsi) əsas tutsaq, orta əsrlər klassik islam poeziyasındakı (o cümlədən Azərbaycan, türk, fars) şərab simvolu cəmiyyətdə yayın çakra ilə deyil, xəmriyyyə ilə az-çox əlaqələrindirilir.

2. Sözün bioqrafiyası-tarixi və onun etapları: stereotip, arxetip və prototip sözlər

Beləliliklə, tərcümənin dəqiqliyi tərcümə olunan sözün qədim qatlarına az-çox bələdlik tələb edir.

Adətən süyetə və obraza aid edilən arxetip termini sözlərə də aid edilə bilər. Ədəbiyyat terminlərə gəldikdə, daha çox orta əsrlər dövrünün terminlərinə və orta əsrlər ədəbiyyat kontekstinə müraciət edilir və etimologiya, alınmalar məhz həmin dövrdən etibarən hesablanır - hansısa bir dövr (onu proto-dövr adlandıraq) ortaq bir dövr başlangıc məqam kimi götürülür. Lakin hansı proto-dövr? Başlanğıc dövrü təyin etmək üçün hansı meyarlar var? Ədəbiyyat və dini qaydalarla bağlı adətən müasir xalqların əksəriyyətinin formaıaşdığı orta əsrlər dövürü başlanğıc kimi götürülür.




Yüklə 58,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin