Translation or itinerary: (philosophy of) Azerbaijani literary terms in thresholds of cultures


A different name for the same phenomena – modern day



Yüklə 58,28 Kb.
səhifə11/15
tarix02.01.2022
ölçüsü58,28 Kb.
#39013
1   ...   7   8   9   10   11   12   13   14   15
Ajna şərab gozmüncüğu

A different name for the same phenomena – modern day

Danube Ukrainian (Dunay), Moldavian (PriDnestrovye), Russian (Dmitry Donskoy)

.
Çarpazlaşan mədəniyyətlər, koqtiniv linqvistika və ya mədəniyyət tarixi üçün stereotip, arxetip, prototip nəzəriyyəsi

Beləliklə,

Prizmatik tərcümə, sözün bioqrafiyası/ evolusiyası zamanı keçdiyi inkişaf mərhələləri ilə bağlı kontekstləri üzə çıxarmaqla, müəyyən bir aydınlığa gətirib çıxarır. İndiyə qədər araşdırdığımız sözlərin və ritualların bioqrafiyasını (mədəniyyət tarixinin sahələrindən biri) öyrənməklə ortaya çıxan bu nəzəriyyəmizi təqdim etmək istərdik. Nəzəriyyə bundan ibarətdir: sözün bioqrafiyası - evolusiya zamanı zamanı keçdiyi stereotip, arxetip, prototip mərhələləri. Bu zəncirvari prosesdə sözün bioqrafiyasını göstərdiyimiz üç əsas etapa bölmək olar. Burada stereotip “mən və digərlərləri” interpretasiyasondan və həmin interpretasiya problemindən başlayır. Yaxud bunu başqa cür demək olar, stereotip - ilkin təssurat; yəni müasir dövrdə bu sözü səslənəndə, ilkin olaraq hansı məna -semantika ilə assosiyaiya olunur, insan onu formaıaşdıran mühitə (background) əsasən nəyi düşünür. Məsələn, “qurban” deyəndə, türk xalqları, İran, keşmiş Sovet məkanı xalıqarı üçün (rus dili mediatorluğu ilə) ilk təəssürat (first impression) müsəlmanların dünə uyğun olaraq quzu kəsmə ritualı düşünülür.

Sonrakı etap isə daha az adamı düşündürür. İnsan dərin düşünəndə deyir ki, bu adət və ya bu söz nə ilə assosasiya olunur? Yəni müəyyən yaxın keçmiş, 100 il, 500 il kimi bir dövr ola bilər. Bu etapı assosiativ təssurat və ya re+presentation və ya arxetip adlandırırıq. Bu semantika da insanların çoxuna məmtiqli gəlir. Məsələn, bayaq nümunə gətirdiyimiz qurban sözü ilk olaraq müsəlman bayramı kimi anlaşılır, sonra (ikinci) ağlımıza gələn assosiasiya bu sözü orta əsrlər müsəlman sivilizasiyası ilə bağlayır və ərəblərdən gəldiyi düşünülür.

Prototip adlandırdığəməz üçüncü etapda isə qeyri-assosativ, gözlənilməz semantik “qohumlar” aşkar olunur, eynilə insanların Ancestry DNA layihəsindəki kimi. Yəni arxetip (ikinci etap assosasiyası) arxasında nə durur? Nəyə görə məhz bu etapı ritualin və ya sözün əsas-etimologiyasının başlanğıcı kimi qəbul etməliyik? Bu zaman orta əsrlərdən əvvəl - daha əvvəlki tarixdə islamdakı qurban ilə yəhidi tarixində kurben termini ilə nə əlaqəsi var? Beləliklə, biz sözün bioqrafosayasini və ya tarixini 3 yerə bölməklə, mədəniyyət tarixinin daha qədim qatlarını, onların bu günkü “milli” mənsubiyyətindəki mədərniyyət çarpazlaşmalarını aşkar etmiş oluruq.



  1. Müasir dövrdə ilk ağla gələn tərcümə nədir yə ya ilkin sözün mənası nə ilə assosasiya olunur? Buna ilkin tərcümə və ya müasir tərcümə demək olar;

2) Bu söz bir az daha fərqli mədəniyyətlələ tanış olan adamda nə ilə assosasiya olunur? Məsələn, namaz sözünü necə tərcümə etmək olar? Fonetik baxımdan namaste ilə əlaqəsi varmı? Bu etapdakı assosiasiyalara kəskin reaksiyanı “Müqayisəli mədəniyyət və mədəniyyət matrisaları” adlı seşmə fənnimin tədrisi zamanı tələbələrim arasında müçahidə edirəm. Azərbaycan dilli auditoriya və ərəblərin auditoriya eyni müsəlman adətinin təmsil edən eyni sözə (namaz) fərqli reaksiya verir.

3) Qeyri- assosiativ qohumlar. Çoxuna əvvəlki iki səbəbdən (stereotip və arxetip interpretasiya) qeyri- assosiativ görünən semantik qohumluq - prototip seviyyəsi həm də “niyə türk xalqlarının İslamın belə bir təməl (beş əsasından biri) ritualının adlandılması niyə ərəblərlə üst-üstə düşmür?” kimi sualına aydınlıq gətirir. Bu etap prizamtik tərcümə üçün əbcəd əlifbası metodu ilə tərcüməni ortaya qoyur. Mənə elə gəlir ki, bu metod daha çox ərəb-fars sözlərinə aid olunur və müqayisəli din və dilçilik çərçivəsində məhdudlaşan və tərcümə nəzəriyyəsində gətirilməyən bir sahədir. Bizə elə gəlir ki, bu nəzəriyyə koqnitiv linqvistika və prizmatik tərcümə nəzəriyyəsi üçün əhəmiyyətli olardı.


Daha bir variant – şərab sözünün Azərbaycan və türk dillərindəki semiotik klasterindəki çaxır sözüdür.

, çaxır sözü çakra sözü ilə eyni kökdən gəlir. Burada qeyd edək ki, müasir Azərbaycan dilində Hind subkonteksti ilə bağı olan sözlər və simvollar az deyil. Ayn sözu ilə çakra sözünü yan- yana qoysaq, aynı- eyni- eynək- görmə-göz semantikası üzə çıxır. Çaxır da, çakra da, insanın hansısa hisslərinin açılması üçündür və çakradan birisi də, um adlanır hind subkontekstində və bu iki qaşın arasında olur. Um çakrası, çaxırın başqa bir variantı demək iudaizmdə çaxır sözü yajna kimi verilir. Yajna kimi veriləndə, YN kimi yazılır. Vine sözündə v daha çox larenqal və sait bildirir. Sonradan günah sözü kimi verilən vina- vino sözü də həmin semantikadandır. Ruscada u v biləşir. Yajna iudaizmdə JN (YN) görmək semnatikası iudaizmdə YaYıN kimi gedir. Yajna isə hind subkontnentində içki idi, hansı ki, onun sıxılmış suyu ilə meyvə şirəsi ilə yajna deyilirdi. Beləliklə, hansı meyvə idi. Bu başqa sualdır. Eynilə şərab içmək qəbahətdir, digər tərəfdən onu i içəndə bir çakra açılır. Yəqin ki, islam dinində cəhənnəmdə deyil, məhz cənnətdə 4 əsas sudan biri pozitiv mənada olan sulardan birisi bal, süd, su ilə yanaşı şərabdır. Təmiz şərab. Bu müstəvidə şərab-çakra-yajna sözlərini byan-yana qoya bilərik. Beləliklə, prizmatik tərcümənin bu məqamında məhz əbcəd əlifbası metodunu istifadə etməklə orta əsrlər dövründəki şərab, müasir dövrdə şərab-çaxır ilə daha qədimdə prototip səviyyəsində işlənən çaxır- yajna yan- yana qoyuruq.

Biz burada fərqli nəzəriyyələr haqqında geniş danışmaqdansa, bəzilərinin adını çəkə bilərdik, məsələn, isosemiotika, Cognitive Semiotics, Conseptual space, conflation, deiksis, polisemy kimi nəzəriyyələr ilə üst- üstə düşür. Və biz burada larenqalmatres lexiconis27 qeyd etmək istərdik. Larenqal nəzəriyyəsini Ferdinand de Sössür irəli sürür, amma yenə də həmişəki kimi hər bir yeni nəzəriyyəsinin arxasında köhnə bir nəzəriyyə durur. Matris leksikonis də qədim semit dillərində saitlər idi ki, onları samitlərə əlavə etməklə mətni oxumaq olsun. Bunlar hərəkə nöqt deyilirdi. Yeri gəlmişkən, Azərbaycan dilindəki nöqtə sözü də oradandır.

14. Beləliklə, bayaq dediyimiz qaydada, əgər stereotipden biz arxetipə keçdik, arxetipi bu və ya digər dərəcədə qəbul edirlərsə, prototipi qəbul etmək o qədər də rahat deyil, çünki standart, stereotip düşüncə buna öyrəşməmişdir. Prototip özü də nisbidir (relative dating). Belə ki, ayin sözünü götürsək, görərik ki, ayin semit dillərində YN -iki samit ilə gəlir. Semit dillərinin əlifbası da Finikiya əlifbasının üzərində qurulub. Finikiya əlifnbası əbcəd (samitlər) ilə verilir. Samitlər üzərində qurulmuş hər samit bir sözü, fikri ifadə edirdi və həm də müəyyən rəqəmə (əbcəd əlifbası) uyğun gəlirdi. Rusca alfavit, ingiliscə alfabet adlanır. Təbii ki, Finikiya əlifbasından qabaq da başqa əlifbalar olub, məsələn, Misir III dinastiyası dövrünün əlifbası. Konkret araşdlrma hansı variantı (variantları) cəlb edirsə və əsaslanırsa, bu relative dating (nisbi başlanğıc) prototip adlanır. Azərbaycanca əlifba qəbul olunubsa abcad (abcd) yəni bu hərflərin sırası ilə ona verilən addır.

Qeyd etdiyimiz kimi, hərflər müəyyən bir rəqəmə uyğun gəlirlər. Finikiya əlifbasının əsasında yunan əlifbası qurulur, onun da əsasında latın əlifbası qurulur. Hər ikisi, eynulə semit əlifbaları ivrit və ərəb əlifbaları kimi hərflərə uyğun rəqəmin qoyulmasını da qəbul olunur. Kiril əlifbası dayunan əlifbası əsasında slavyan olmayan (yunan) iki qardaş tərəfindən qurulmuşdu.

Əlifba yazı üçündür, yazı isə dini (ilahi) mətnlər üçün idi. Ədəb+iyyatın yazılı formaları həmin ədəb qaydalarının və ilahi bilgilərin yazıya köçürülməsi ilə bağlı idi. Slavyan xalqlaırnda bu, xristianların dini kitabının tərcüməsini slavyan xalqlarına çatdırsınlar və xristianlaşdırmaq üçün önəmli variantdır. Beləliklə, yeni əlifbalar lokal dillərdə dominant dini mətni yaymaq yollarından birti olaraq, lokal ədəbi dilı formalaşdırır və bu zaman təbii ki, tərcümə olunduğu dildən kifayət qədər yeni söz gətirir. Ədəbi dilin də əsasında əlifba durur.


Yüklə 58,28 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin