XAN MERQEN
Nağıl belə bir göstərişlə başlayır ki, Kan-Merqenin ali tanrısı Cetı-burxan “yeddi tanrı” olub: bu, Böyük Ayı bürcünün monqolca Dolon-burxan adının türkcə tərcüməsidir. Altaylılar bu bürcü Tedıqan yaxud Cetıqan adlandırırlar. Digər altay nağıllarında ali tanrı Uç-Kurbustan-xandır, monqol eposunda Qurbı-xormusten-xan buna uyğundur. “Xan Merqen” nağılında ali tanrının göy bürcündə açılmasına uyğun olaraq Uç-Kurbustan-xanı da ulduzların arasında axtarmaq olmazmı? Üç sayı (altayca üç, monqolca qurbı) göstərir ki, Kurbustan adı ilə Orionda üç ulduzu başa düşmək lazımdır.
Altın-Sudur qadının üç oğlundan ikisini əri Xan-Merqen öz övladı kimi qəbul etmir, onları qeyri-qanuni doğulan uşaqlar, altayca “suraz”, yəni qadının başqa kişi ilə qeyri-qanuni əlaqəsindən törəyənlər adlandırır. Əslində isə, bu uşaqları qadına tanrı Buurıl-burxan bəxş edib. Kıs-Merqen ilə Kumanak-Merqen Çingiz-xan, Qeser və kalmık xalqının ulu əcdadı Tsoros kimi toxumsuz mayalanmadan doğulan uşaqlardır. Derbetlərdən və baytlardan Tsoros ilə bağlı rəvayətləri toplamış cənab Burdukov mənə sözlərin bənzərliyini göstərmişdi: suraz və Tsoros.
Tolu şaman terminidir, rus dilinə (vıkup) fidiyə kimi tərcümə olunur. Bir dəst paltar belə adlanır; paltarlar şaman ayini zamanı xüsusi hündür bir yerdə, bir növ şamanlıq olunan tanrıya qurban kimi sərgilənir. Bu paltarlar (kürklər, kəndli kaftanları, köynəklər, parça hissələri və vəhşi heyvan dəriləri) müəyyən sayda, bir neçə on sayda (toqus) sərgilənir. Həmin səkilər yaxud asılqanlar yuxarı köndələn formada iki sütundan yaxud yuxarı ucları dirəklə bağlanan dörd sütundan ibarət olur. Şaman tanrıya deyir ki, evin sahibi bu əşyaları ona qurban verib; amma şaman ayini bitəndə həmin əşyalar yenidən ev sahibinin sandığına qoyulur. Altın-tolu “qızıl fidyə” kimi tərcümə oluna bilər, amma burada, yəqin ki, fidyə yox, başqa bir şey başa düşülür; bu, hansısa divanxanadır, həmin divanxananın qapılarından bəhs olunur, orada yığışan hakimlərdən söhbət gedir. Bu terminə verilən məhkəmə yerinin mənası Altın-tolunu monqolların “toli” sözü ilə yaxınlaşdırır. Monqollar metal güzgünü belə adlandırırlar, altaylılarda isə bu, Küzene adı ilə məlumdur (Şamanlar öz manyaklarını kürəklərinə atırlar. Şimali Monqolustanın şamançı və buddistlərinin təsəvvürünə görə, cəhənnəmin hökmdarı Erlik əlində toli taxtda oturub. Onun qulluqçuları mühakimə olunmaq üçün günahkarı onun taxtının qarşısına qoyanda Erlik toliyə baxıb gətirilən günahkarın etdiyi bütün əməlləri görür. Yer kürəsindəki insanların fəaliyyətini əks etdirən güzgü ilə bağlı bu təsəvvürlər belə bir fikir yaradır ki, Altın-tolu adı ilə Erlikin qızıl tolisini başa düşmək olar).
XOXİMAY
Xoximay adı səkkiz nəfərin iştirak etdiyi lamaların məbəd rəqslərində olan maskaların adıdır. Xoximaylar üzərində qabırğa və digər sümük rəsmləri çəkilmiş ağ cübbələr geyinirlər; başdakı maska insan beyninin təsviridir. Bütünlükdə bu təsvir insan skeleti təsəvvürü yaradır. Xoximaylar rəqs səhnəsinə Tsaqan-ebuçen “ağ qoca” adlanan maskanın yoldaşları kimi çıxırlar; bu maskanın mimika və jestləri tamaşaçıda hədsiz zəiflik təəssüratı yaradır (А.Позднеев. Оч. быта буддийских монастырей, Сиб. 1887 г., 84, 396, 401). Tsaqan-ebuçen ikonalarda əlində qoltuqağacı, ətrafında heyvanlarla təsvir olunur. Bu təsəvvür nağıl personajı Ax-saxal-aduçini (ağsaqqal çoban) xatırladır. Tsaqan-ebuçenin maskası ilə digər maska olan Xaşin-xan rəqsdə iştirak etmir. Xaşin-xanın maskası üzünün böyük ölçüsü ilə adamı təəccübləndirir; dini rəqslər ulduzların üfüqdə hərəkətinin təqlididirsə, onda Xaşin-xan, ola bilər ki, ulduzların hərəkətində iştirak etməyən günəşin təmsilçisidir və öz hərəkətini ayrıca icra edir. Güman etmək olar ki, Tsaqan-ebuçen də, Ak -sakal-aduçi kimi, ayı təmsil edir, Tsaqan-ebuçen isə Aq-saqal-aduçi kimi, ayı təmsil edə bilər.
BAŞLIQLAR
Ön söz 3
Tərcüməçidən 4
Dastanlar
Altay Buçıy 9
Ain Şain Şikşirge 36
Altın-Mize 71
Maday-Kara 114
Ak Bi 137
Ak Bökö oğlu Kan-Taci 159
Xan Mergen 204
Altın Kuçkaş 232
Manı 244
Arqaçi və Kuçeçi 246
Əfsanələr
Şamanların qırılması 250
Yarqanat 251
Çaik 252
Letyaqa 254
Alayman-Bulayman 254
Sartaktay Kezer 254
Ölməzlik suyu (munko suu) 255
Aktan-tas və Talın -kıs 255
Boko bain Sartıktay 256
Təkgöz- adamyeyən 257
Xuşandra-xan.......................................... 259
İrın-tümin Xayrxan 261
Noyan-Xulaxay 261
Böyük ayı bürcü 262
Orion 263
Pleyadalar 265
Şərhlər 267
Türk xalqları folkloru,
III kitab,
Altay dastanları və əfsanələri,
Bakı, Elm və təhsil, 2016.
Nəşriyyat direktoru:
Prof. Nadir Məmmədli
Kompüterdə yığdı:
Ləman Qafarova
Kompüter tərtibçisi və
texniki redaktoru:
Aygün Balayeva
Kağız formatıI: 60/84 1/16
Mətbəə kağızı: №1
Həcmi: 312 səh.
Tirajı: 300
Kitab Azərbaycan MEA Folklor İnstitutunun
Kompüter Mərkəzində yığılmış, səhifələnmiş,
“Elm və təhsil” NPM-də ofset üsulu ilə
hazır diapozitivlərdən nəşr olunmuşdur.
Dostları ilə paylaş: |