TÜrk xalqlari folkloru IV kitab altay dastanlari və ƏfsanəLƏRİ baki – 2016 Redaktoru: fil. ü. f d. Əfzələddin ƏSGƏR



Yüklə 1.55 Mb.
səhifə12/14
tarix24.04.2017
ölçüsü1.55 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

ALTIN-MİZE

“Altın-Mize” nağılı nə V.V. Radlovun “Proben”ində, nə də mə­nim “Şimal-Qər­bi Monqolustan oçerkləri” kitabımda yoxdur. Nağılın mifoloji yaxud kosmoqo­nik xarakterli hissələrlə zəngin­liyi maraq doğurur. Burada Venera-Çolmon ulduzu­nun adına də­fələrlə rast gə­linir: üç şinjəçi, yəni üç casus yaxud elçi üç çol­mo­na çevrilib göydən hadisələri müşahidə edirlər; bahadırın qovdu­ğu at göyə qalxıb Çolmon ulduzuna çevrilir; Altın-Mize Çolmon-xan adlı bir şəxsi öldürür.

Hər hansı bir mərkəzi məqam (dünyanın yaxud göyün mər­kəzi) haqqında tə­səv­vür əldə etmək maraqlı deyilmi? Bahadır Uç­kur-Kun­qurun malik olduğu tor­paq­larda sarı çay var; çayın or­tasında ada, ada­da cəhənnəmə yol və oradaca Təmir-te­rek-dəmir qovaq var; ağ erdine qovağın başındadır. Başqa bir yerdə də (62) Tə­mir-terek cəhən­nəmə gedən yolun ağzında göstərilir, burada isə ağacın ba­şında er­di­nenin olduğu bildirilir. Yuxarıda Təmir-terek haqqında bax. Üçüncü yerdə Tə­mir -terekin başı kəsilib; onun kötüyü yazılarla görünməz olub.

Dəmir qovağın başındakı ağ erdine haqqında deyilir ki, o, sönəni alovlandırır, ölə­ni dirildir və özü at başı boydadır (63).

Qırğız nağıllarında bəzən bahadırın at başı boyda qızıl tap­ması göstərilir; yəni er­dinenin yerində qızıl. Monqolların Arci-Borci nağı­lında qızıl-gümüşün yəni erdi­ne­nin böyüklüyü yox, for­ması göstərilir (А.Веселовский. Сказка о Соломоне и Ки­тов­расе. 12). Bu kiçik xüsusiyyət göstərir ki, monqol nağılı hind dilindən tər­cü­mə­dirsə, onda Monqolustanda bu, şimalda yayılan çöl rəvayətlərinin təsiri ilə bə­zi yerlərdə dəyişikliyə məruz qal­mışdır. Əgər Arci-Borci nağılının şimal varian­tı­ qə­dim hind nağı­lıdırsa, onda etiraf etmək lazımdır ki, at başına oxşayan qızıl-gü­müş na­ğılın ən birinci variantına aiddir.

Bunu yayda çobanların, qışda isə mal-qaranın sığınacağına çevri­lən, baha­dır­lıq səfərləri başa çatan zaman atını qovub özünü hərəkətsiz vəziyyətə salan Al­tın-Mi­zenin də altında daldalandığı əsas (mərkəzi) ağac və digər Çuk-terek qovaqla (44) eyniləşdir­mək doğru olmazmı? Altın-Mize ağacın altında oturub iki musiqi alətini çalmağa başlayır; bütün vəhşi heyvanlar, quşlar uçub gəlir onun başına toplanır (Nen nağılında da buna bənzər səhnə var: İtya doqquz tütək çalır, bütün quşlar, vəhşi heyvanlar onu din­lə­mək üçün ətrafına toplaşır (Donner Extract du journal de Sociefe Finna-ougrienne Heisingfors 1913) Rus bılinasında Dyuk Stepa­noviç qamçını düymələrə döyməyə başlayanda düymələr cingil­də­yib səs çıxarır, quşlar, heyvanlar onun yanına uçub gəlir (Рыб­ников, II, 557)). Qırğız rəvayətində də Çok-terek olduğu göstə­rilir; Kozu-Kurpeş bu qovaqda özünə sığınacaq tapır. Teleutların Takmaşevin qeydə aldığı, hələlik çap olunmayan Kozik nağılında (Qırğızların Kozu-Kurpeş nağılının variantı) da həmin yerdə Çok-terek qovaq var. Çok formasına hələ qırğızların Balxaş gö­lünün şimal-qərbində Ata-su bulağına aid edilən əfsanəsində də rast gəlinir. Varlı bir qırğızın qızı kasıb bir bahadırı sevir; ata bu qeyri-bərabər nikaha razı olmur; gənclər qoşulub qaçırlar; ata on­ların ardınca gedir, onlara çatıb oğlanı hədəfə alır, qızı oğlana sa­rılır, ox onun sinəsinə batır. Adı Çok olan bahadır ölmüş qızı çö­lün ortasında qoyub yaxınlıqdakı dağın başına çıxır. Qızının yanı­na gəlib çatan ata o qədər ağlayır ki, onun göz yaş­la­rı böyük bir çay əmələ gətirir; indi həmin çay “Atanın göz yaşları” Ata-su ad­la­nır. Çay qızın meyitini öz axarına alıb aparır, sevgilisinin oldu­ğu dağların yanından ötəndə qız deyir: “Əlvida, Çok!” Çok-aman! Həmin dağlar indi də Çok-aman adlandırılır (Bu əfsanəni mənə XIX əsrin 30-cu illərində Ata-sunun ətrafında olmuş atam da­nışıb). Altay şaman ayinlərində içki içiləndə “Çok” nidası işlənir.

Qırğız çöllərində canqız-ağac adlanan xüsusi ağaclara tez-tez tə­sadüf olunur; bunlar tənha ağaclardır; ağacın tənha olması xalq tərə­findən fövqəltəbii hal kimi qəbul olunur, ona görə də bu ağaclara xüsu­si ehtiram göstərilərək yanından ötən hər bir insan ağacın budaq­larına saçının tükünü yaxud əski parçasını bağla­mağı zəruri hesab edir. Belə xüsusi ağaclar Altayda və soyotlarda da var. Amma bura meşəlik oldu­ğu üçün sitayiş tənhalıq əlaməti ilə yox başqa şərtlərlə həyata keçirilir. Bu ağaclar yalam yəni parça saçaqlarla örtülmüş olur. Həmin ağaclar şaman ağacı – kam-ağac adlandırılır. Monqolustan çöllərində, qırğız çöllərində də olduğu kimi, tənha ağaclar xüsusi hörmətlə anılır; bu ağac­lara da saç tükü bağlanır. Monqollar bu ağacları qantsxan-modo (mon­qolca: tənha ağac) adlandırır. Monqol rəvayətlə­rin­də “Oron-qantsxan-modo” (Tənha Oron ağacı) adına rast gəlinir. Xormusten-xanın oğlu körpə vaxtında bu ağacın altında tapılıb (Monqol rəvayə­tin­də Çingiz-xan, kalmıklarda Tsoros: Очерки С. З. Монг. IV, 228, 326, 873).

Mən bilmirəm, qırğız rəvayətlərində Temir-terekə rast gəli­nir­mi. Kokçetav qəzasında toplanmış nağıllarda bay-terek (bay-varlı) qovağa rast gəlinir. Bu ağac dənizin sahilində tənha bitir; bu ağacın başında nəhəng alın-karaqus quşunun yuvası var. Ba­hadır yuvada olan parlaq qiymətli daşı götürməyə gedir.

Altay şamanlarında baykain ağacı (kain-qayınağacı) haq­qın­da təsəvvürlər var, bu təsəvvür şaman ayinindən rəvayətə də ke­çib. Qoşa tozağacları bay-kain adlandırılır. Bu ağaclar qurban­gahların qar­şısında əkilir və yalam qaytanlarla bir-birinə bağlanır (Очерки С.З.Монг. IV, 79). Şaman kosmoqrafiyası bay-kaini şamanın göyə, Ulkenin taxtına qalxdığı yola qoyur. Bu yolda şaman bir neçə qat qət edir: buludların üstündə Ulkenin işıqlı mə­kanına yaxın olan ən yuxarı qatda bay-kain qayınağacı var, qurbanlıq at ağaca bağlanıb; güman etmək olar ki, bu at həmin gün qurban kəsiləcək. Bu səhnə Qütb ulduzu ilə bağlı Asiya çöllərində yayılmış bir rəvayəti xatır­ladır: bu paya yaxud at axuruna bağlanmış bir və ya iki atdır. Şimali Tibetdə yequrlarda göyə qurban deyilən at Qütb ulduzu yox, Vene­ra­nın adı ilə Çol­pan adlanır (Живая Старина 1912 г., ч. XXI, в. I, cтр. 73). Çol­mon adı Qütb ulduzuna da aid edilirmi?

“Altın-Mize” nağılında Uç-Kurbustan tanrının adı ilə bağlı bəzi mə­­qamlara rast gəlinir. O, göydədir; Onun adına belə bir ifadə də aid edi­­lir: “Yuxarıda olan”. Uçkur-konqur bahadır haq­qında deyilir ki, onun Kudayı, Uç-Kurbustanı, Kendin göyü (baş­qa yerdə Tendin – səh. 1-18) var. İnsanların və atların yara­dılması Uç-Kurbustana aid edilir.

Uç-Kurbustanın sarayının qapısı yanında Kara-kula yaxud Ka­ra-qula madyan var: onun üç oğlu var: xallı yazılı, kürən və boz ay­ğır (6). Karaqul haqqında yuxarıda “Altay-Buçıy” nağılına bax.

Bir yerdə Uç-Kurbustan ilə yanaşı “üç burxan” ifadəsi də işlənir.

Uç-Kurbustandan üç xüsusi şəxs kimi bəhs olunması ilə bağlı ciddi təsəvvürə həmişə rast gəlinirmi? Monqol rəvayəti Xormusten-xana oğul verir (Çingiz-xan, eləcə də Qeser Xormus­ten-xanın oğlu kimi verilir); yalnız bu rəvayət Xor­mus­ten-xanı bir şəxs kimi təqdim edən təsəvvürlə bağlıdır.

Ak-sakaldu-aduçi monqol və türk sözlərindən ibarətdir; türk­cə ağ, türkcə sakal, monqolca saxal, aduçi monqolca ilxıçı (mon­qolca adu-ilxı) deməkdir.

Soyot nağıllarında Aksakal-aşyak (aşyak – qoca, ona çoban adı verilməyib) adı göstərilir (Очерки С. З. Монг. IV, 416).

Buryat nağılında Venera (Çolmon) ulduzu göy qoçlarının çoba­nı adlanır, rus tapmacalarında göy sürülərinin çobanı ay göstə­rilir (Сага о Соломоне, 40-70).

İrin-Sayn haqqında dürbüt nağılında çoban Ak-saxal-aduçi onun üçün atasının il­xılarından bahadır atı tutur; amma altay nağı­lında olduğu kimi, arvadı yox, onun özü atı tutub bahadıra verir (Очерки С.З.Монг. IV, 466).

Monqol və şərqi-türk nağıllarında tez-tez bahadırın yeniyet­məlik­dən ömrünün da­ha böyük yaş dövrünə keçməsi ilə bağlı ayin təsvir olunur. Bununla bahadıra ye­ni ad verilir. Beləliklə, Qeser həmin ayi­nədək Cöro adlanırdı, yalnız bu ayindən son­ra Qeser adlandırılmağa başladı. Qeserin həmin iki dövrdə malik olduğu fəa­liy­yə­tin xarakteri tamamilə fərqlidir: bu ayinədək o, hər cür yaramazlıq edən dəcəl bir ye­niyetmədir. Monqol poves­tinin bu hissəsi monqollarda almanların Eulen spi­e­ge­la yaxud Merlin kimi hiyləgər personaj haqqında satirik nağılları əsasında tərtib olu­­nub. İkinci dövrdə Qeser ölkəsini zalım, amansız nə­həng­lərdən təmizləyən, qəhrəmanlıqlar göstərən çöl fəa­liyyəti ilə təsvir olunur (Сага о Соломоне, Томск, 1912, 153).

Qeser kimi Çingiz-xan da əvvəlcə Temuçin adlanır; ona yeni adı Tubut-tenqri verir (Oppert, presbieer İohann, s. 59; Танг. тиб. окр. Китая, т. II, 191). Bu şəxs əksər hallarda şaman kimi təqdim olunur (Труды нек. дух. миссии, т. IV, 136; Труды Вост. Отд. Русск. Арх. Общ., т. V, 159), amma heç vaxt çoban kimi göstə­rilmir. Buryat rəva­yətində Debedey adlı personaj var; o, eyni zamanda həm şaman, həm də çobandır, Çolmonun qoçlarını otarır (Восточные мотивы, 224).

Gün-kanın ölümü bizim Koşeyin ölümünə bənzəyir. Şərq rəva­yətində bu motivə yalnız bu halda rast gəlinmir.

Bu halların siyahısı aşağıda “Kan-Tadi” nağılının şərhində verilmişdir, orada nəhəng Tilan-koodan da bəhs olunur.

Bahadır Uçkur-kulanın adı nağılın gedişində Uçkur-kara kimi dəyişdirilib; bu əvəzlənməni söyləyicinin özü də, öz istəyi ilə edə bilər. Amma Ker-cutpa adının Ker-balık adı ilə əvəzlən­mə­sini, görü­nür ki, sinonim olması ilə izah etmək lazımdır.

Bahadırın adının ikinci hissəsi olan Mizeni altaylılarda nəhəng An-Dolmana qalib gələn Muzıkay-Törön (В.Вербицкий, Алтай­ские инородцы. М. 1893 г., 101; (Восточные мотивы, 69) adındakı muz ilə müqayisə et; yəni monqol nağılında Xormusten-xanın oğlu Qeserə aid edilən fəaliyyət. Altay və soyot nağıl­la­rında Buzıkay-Tarakay ad birləşməsinə rast gəlinir (Очерки С. З. Монг. IV, 345); bu, qoturluq­dan keçəlləşmiş çobandır; qədim rus rəvayətində bu təsəvvürlə çoban olaraq yəqin ki, ay başa düşülür. Altay və soyot nağıllarında belə qotur Buzıkay-Tarakay yaxud Tas-Tarakay görkəmini nağılın əsas qəhrəmanı öz baha­dır­lıq simasını gizlətmək istəyəndə qəbul edir. Qe­ser bu halda cındır paltar geyin­miş rahibə, qırğız nağılında isə Kozu-Kurpeş Tas-Tarakaya çevrilir. Tarançin nağı­lın­da (Radlov, Proben, c.VI, 211) Kozu-Kurpeşə Bozı-Kurpeş, Takmaşevin qeydə aldığı teleut nağılında isə Kozik adı verilib. Teleutca verilən adın şəkilçisi Oppertin göstərdiyi Pisouka Mysouka kimi Esuqay formasının va­riantlarında da var (Oppert, Presbieer İohannes, 96). Monqol sal­na­məsi Esuqayı Çingizin atası kimi təqdim edir, amma Esu­qayda buryat mifologiyasında Eseqe-Malanın simasını görmək daha doğru olardı: Eseqe-Malan buryatlarda monqolların Kor­mus­ten-xanının yerini tutur; Malan buryatca qotur deməkdir.

Temir-Bökö altaylıların şaman Cerkanat ilə bağlı rəvayət­lə­rində var. Aşağıda “Ak-Bi” nağılının şərhində Temir-Bökö adı Temir-Bös və Temir-Mize adları ilə bir­­­ləş­dirilir; sonuncu iki per­sonaj ona görə uyğundur ki, xan qızlarının adaxlı­la­rı­nın siyahı­sında yer alır, birinci tərəf olan Altın və Temir, qızıl və dəmir ikinci ad olan Mizedə, qütb ulduzunun adlarının birinci tərəfi gah Temir, gah da Altın ol­du­ğu kimi, əvəzlənir (qırğızca Temir-kazık, uyğurca Altın-kazık): yanmış üç dağ ilə quruyan göl ona işarə edir ki, qəhrəmanlardan biri təhlü­kə­dədir. İki qardaş haq­qında Misir romanın­da pivə doldurulmuş bar­daq eyni əlamətə malikdir (Mas­pe­ro Les contes populaires de L’Egvpte ansienne, Paris, 1882, 150); Rusların “Bur bahadır” nağılında qan axan dəsmal (Афан Н.Р.С., т. I, 176, Москва, 1897).


MADAY-KARA

Qoca Olömbirin ovladığı Atıqar adlı qara maral digər çöl rəva­yətlərində Man­qıs kimi nəhəng göstərilir (Очерки С. З. Монг. IV, 454, 513, – Atqar-xara-manqıs; 513, 530, – Atxır-xa­ra-manqıs: 905 – Adqır-xara-manqıs). Olömbirin rəiyyətinin də həlak olduğu kalanı, yəni dünya yanğınını törədən də bu Atıqar maral deyilmi?

Göy Umar-Timar çayı, Kok-talay ilə bağlı yuxarıda “Altay-Bu­çıy” nağılının şərhinə bax.

Bahadır Yan-Eek Madaya onu necə öldürməyi öyrədir; bu, mücərrəd monqol nağılında Tibet xanının, buryat nağılında isə şa­man Qurtenin onları necə öldürmə­yin sirrini verməsinə bənzəyir (Al­tın-Tobçi 143; Записки Вост.-Сиб. Отд. Геогр. Общ., т. I, в. I, 135, в. II, 110). Hökmdar Şidurqunu Çingiz-xan yalnız çəkmə­sin­də­ki kəndiri tapmaqla öldürə bilər. Şaman Qurte çəkməsinin altlığına görə öldü.

Maday-Karanın Erliklə vuruşunda boz Kok-buka buğa da iştirak edir; buğanın Erlikin özü ilə eyniliyini mən “Solomon haqqında Saqa” kitabımda (T.1912, səh. 23) demişəm. Quma çevrilərək buğanın ayaqları altına səpilən əsgərləri Xudyako­vun topladığı rus bılinasının (Верхоянский сборник. Ирк., 1890, 264) yakutcaya tərcüməsində çəkicin dəmirçi zindanına vurulan zərbələrindən yaranan əsgərlərlə müqayisə et. Maday-Karanın hədəfə aldığı ziyil, yəqin ki, boz buğanın bədənində yeganə zəif yerdir. Mənim “Orta əsrlər Avropa eposunda Şərq motivləri” kitabımda oxşar motivlər göstərilmişdir.

İki buğanın döyüşü ilə bağlı buryat rəvayətində onlardan biri yerə uzanıb özü­nü ölülüyə vurur, rəqibinin zədələrinə tuş gəlir, bu isə sonuncu üçün həlledici mə­qam­dır (Сага о Соломоне, 27).

Erlikin qızı Erke-Kara haqqında yuxarıda “Altın-Mize” nağı­lının şərhində de­yi­­lib.

Nağılın sonunda Erlik doqquz qara buğaya bağlanmış ara­bada təsvir olunur. Bu obraz buddizmə yad deyil. Tanrı Oser-jame yeddi-yaxud doqquz qara donuzun üs­tündə gedən kimi təsvir olunub; donuz­larda gedən və əlində cilov tutan tanrı iko­na­ları, eləcə də misdən tökül­müş tanrı və onu aparan donuz fiqurları qarşı­laş­dı­rı­lır. Bu təsəvvürün izi “İbadət dəyirmanları” kurde­sində də var. Tanrı Oser-jamenin şərə­finə qurulmuş xüsusi kurde növü də var. İkonanın şaquli qoyulmuş xətkeş şəklində olan altlı­ğında yuxarı ucları köndələn bağlanmış iki kiçik sütun var; kön­də­lənin ortasında şaquli sümük ox buraxılan deşik var. Oxun aşa­ğı ucu altlıqda olan yuvacığa dayanır, yuxarı ucu isə bir sm. Kön­dələnin üzərinə çıxır; köndələn­dən aşağıda sümük oxun üs­tündə üfüqi vəziyyətdə olan dairə var. Həmin dairəni üfüqi müstəvidə fırlatmağa çətinlik yaradınca, köndələnin üstündə tərpənən sümük oxun yuxarı ucundan iki barmaqla tutub onu fırlatmaq olar. Dairənin yuxarı və aşağı tərəfində rəsmlər çəkilib; onların hər ikisi yeddi yaxud doqquz hissəyə bö­lü­nüb; hər bir hissənin yuxarı tərəfində çiçək, aşağı tərəfində gnəş istiqamətində sağa qaçan qara yaxud qəhvəyi donuz rəsmi çəkilib. Bu qurğudakı məna, yə­qin ki, belədir: mömin insan bu kurdeyə ulduzların göydəki hərə­kətinə paralel hərəkət ve­rə­­rək göy qübbəsinin fırlanmasını təsvir edir: bəlkə də bu, o deməkdir ki, həmin insan dünyanın mövcud qayda-qanununu qəbul edəcəkdir. Yaxud, ola bilər ki, o, hətta inanır ki, ulduzların hərəkətini təqlid edərək dünyanın hərəkətinə kömək edib dünyanın qayda-qanununu dəstəkləyir.

İbadət maşınını fırlatmaq ənənəsi dindar buddistdə fırlanan göy qübbəsi şəklində elə bir emosiya yaradır ki, biz də şəhərdə evimizin eyvanında dayanıb sərt donqar körpünün üstü ilə gedən ağır arabaya baxanda eyni hissi keçiririk. At dayandı; o, bütün var-gücünü topla­yır, amma arabanı döndərə bilmir; insanlar ona köməyə qaçır; biri onun dişindən tutur, biri çənbərindən dartır, o birilər onun sinəsinə çökərək arxadan arabanı itələyirlər. Bu səh­nə sizin bütün ruhunuzu çulğa­yır; siz bütün varlığınızla bu araba­nın qalxmasında iştirak edir­siniz; siz dayandığınız eyvanın mə­həc­cərinə söykənib öz bədənini­zin ağırlığı ilə onu sıxır­sı­nız; yal­nız o zaman çəkilirsiniz ki, artıq araba körpünün üzərinə qalxıb.

Tanrı Oser-jamenin minik heyvanları ilə təsviri verilmiş ibadət maşını fırlan­dıq­da bir qaydaya riayət etmək tələb olunur: dairəni do­nuzların təsvir olunduğu tə­rəf­­dən yuxarıya sümük oxa keçirməməli. Sonuncu halda dairənin günəş isti­qa­mə­tin­də fırlan­ma hərəkətini bildirən insan donuzları quyruğu qabağa, burnu arxaya qaç­mağa məcbur edəcək. Donuzların bu qeyri-təbii hərə­kəti nəinki təbiətdə qu­ru­lan qayda-qanuna kömək etməyəcək, həm də dünyanın hərəkə­tini dondurub ni­zam­sız­lıq yaradacaq: çaylar geriyə axacaq, dağınıq­lıq, yəni dünya tufanı baş ve­rə­cək. Kainat mayallaq aşacaq.

Maday-Kara da Altın-Mize kimi kaybır ox atır. Bu ad mon­qollara da tanış idi; Çingiz-xan ilə bağlı qədim rəvayətdə koybur ox qeyd olunur (Труды пек. дух. миссии, IV, 107). Koybur ox İrkutsk quberniyasının kəndlilərinə də tanışdır.
AK-Bİ

Bu nağılı Altın-koo adlandırmaq daha doğru olardı, çünki nağıl həmin baha­dı­rın igidliklərindən bəhs edir. Bu nağılda Altın-koo kişi adı kimi verilir, bununla belə, digər hallarda koo qadın­lara verilən ad kimi göstərilir. Müxtəlif tayfalarda bu ad fərqli səslənir: altaylılarda koo, monqollarda qoa, digər Sibir türklərində koqakoqon. Mon­qolca qoa ruscaya lan –xallı maral kimi tərcümə olunur (Monqol xalqı­nın ulu nənəsi Alan-qoa. Bax: Труды Вост. Арх. Общ., т. VI, 4; т. XIII, 5; Труды пек. дух. миссии, IV, 24). “Ak-bi nağılında Kumış-koo adı da var. Bir sıra digər metallardan kəskin fərqlənən iki metal – qızıl ilə gümüş, altayca altın və kumış ulduzlardan götürülmüş günəş və ay birləşməsi kimi tez-tez təkrarlanan epik birləşmədir.

Eremen-çeçen qadın adını altaylılarda eremik “qısır madyan” sözü ilə müqayisə et.

Qırğız çölündə Kokçetau ilə Balyan-aul arasında Eremen-tau dağları var.

Göydə yaşayan və bala-Su – uşaq suyu verən üç burxan, yəqin ki, Uç-Kurbustan ilə eynidir. Uşaq suyunu yakutlarda olan Sülüqay (Танг. тиб. окр. Китая, т. II, 386) ilə müqayisə et.

Altın-ergek adı burada mal-qaraya nəzarət etməsi tapşırılmış bir insana veri­lib; “Altın-Mize” nağılında isə bu, bahadırlar ox atan­da hədəf rolunu oynayan baş barmaq boyda daşdır.

Tenqri-xanın qızına elçi gələn Altın-koo xanın sarayında ar­tıq digər namizədlə – Temir-Mize ilə qarşılaşır.

Dürbütlərin nağılında İrin-Sayn Toturxay-xanın qızına elçi gedir və sarayda bir dəstə namizəd görür ki, “Göylər oğlu” Te­mir-Bös də onların arasında olur (Очерки С. З. Монг. IV, 476). Altay nağılında cəhənnəmə enən şaman Cerkanat əl-ayağı ağaca bağlan­mış “Göylər oğlu” temir-bokonu görür (Очерки С.З.Монг. IV, 173). Bu birləş­dirmələrdən sanki boko ilə mize forma­larının eyniliyi ortaya çıxır; bu uyğunluğun tərcüməsi çelbeqen ilə çelmezen forma­larında olduğu kimidir (Красн. Подъотд. Геогр. Общ., т. I, в. II, 221-223).

Bahadır Altın-koonun qotur Tas-Tarakaya çevrilməsi rus nağıl­larında bahadırın cılız bir adama dönməsinə uyğundur. Adə­tən, bacı­sı yaxud arvadı xəya­nət etmiş və öz sevgilisi ilə birlikdə onu öldür­müş bahadır belə çevrilmə edir; dirilmiş bahadır xəya­nətkardan inti­qam almağa gedir və bu zaman həmin cılız adamın cildinə girir. Asi­ya xalq nağıllarında bahadır qotura, yəni qotur yaralardan keçəl­ləş­miş adama çevrilir. Monqolların “Qeser” das­tanında Qeser xəya­nət­kar arvadının yanına cır-cındır geyinib dilə­nən lama cildində gedir.

Alayman-çikır yeməyi digər hallarda ulüm-çikır, aliman-çi­kır adlanır. Mon­qol­lardakı şikır yaxud çikır “qənd”, alima isə türk­lərdə alma deməkdir.

Çoqur çalmaq Altın-koodan başqa Altın-Mize ilə Maday-Kara­ya da aid edi­lir.

Bahadırın atı “Altay-Buçıy” nağılında Demiçi at kimi, Çolmo­na çevrilir.

Könüllü olaraq bahadıra təslim olan və burnunu deşib cilov keçirməyə imkan verən ayı ilə bağlı motivə biz artıq “Ain-Şain-Şik­şirqe” nağılında Karaqula və Kan-Kerede adında təsadüf etmişik.

Altın-koo Erliki teqenek ilə, yəni tikanlı itburnu kolu ilə dö­yür. Soyot nağılında Ul-berge Erliki yemişan çubuğu ilə döyür (Очерки С. З. Монг. IV, 416). Monqol nağılında hiyləgər Balın-senge şər qüvvələrdən –Erlikin qulluqçularından nədən qorxduq­larını soruşur, onlar cavab verirlər ki, tikanlı qarağacdan (Очерки С.З.Монг. IV, 271). Ruscada olan çortopolox adı tikanlı bitkilərə aiddir.

Bahadır Kumış-koo Alaş-xan adlı bir şəxsin yanına gedir: bunu qırğızların əfsanəvi Alaş-xan adı ilə müqayisə et (Очерки С.З.Монг. II, 148; IV, 368, 896). Alaş-xan xanlığa yüksələndə, onu keçə üzərində qaldıranda qırğızlar qışqırırlar: “Alas! Alaş!”. Aşağıda Kan-Tadi nağılının şərhində Kam-Alaş olan hissəyə bax.

Türk tayfalarında xanlığa yüksəlmə karaçi adlanan dörd bəyin qaldırdığı keçə üzərində baş verirdi (Очерки С.З.Монг. IV, 668). Karaçi adını xaçşəkilli alaçığın günbəzini tamamlayan köndələn çənbər adı ilə müqayisə et; burada da dörd uc var. Göy qübbəsinin mərkəzində Böyük Ayı bürcü (qırğızca Cetı-karakşe) yerləşir. Bu bürcdə yeddi ulduz var, amma əfsanələr bürcü iki yerə bölərək hər biri dörd ulduz­dan ibarət qrup yaradır.

Buryatlarda şaman dərəcəsinə yüksəlmə də dörd tərəfindən tu­tu­lan keçə üzərində qaldırılmadan ibarətdir. Alasa! Nidaları şaman­lığa yüksəlmə zamanı ucalmırmı?

Akmolin rəvayətində Alaş-xan Navuxodonosor kimi cüzam əlaməti olan xal ilə doğulmuş oğlandır.

Ola bilər ki, “alasa!” “osanna” (yalvarırıq, xilas et – dua) kimi bir çağırış olub.
AK-BÖKÖ OĞLU KAN-TADİ

Bu nağılın variantları monqollarda da tapılıb. Berqman bu nağılı Vol­qa­bo­yun­da yaşayan kalmıklardan qeydə alıb (Noma­disghe Streifereinen unter d. Kal­mü­chen, SPb. 1905); mən bu nağılı Xobdo şəhəri yaxınlığında dürbütlərdən qeydə al­mı­şam (Очерки С.З.Монг. IV, 283). Dürbüt variantında qovulan şahza­də­lər Ayu-çiktı-xan (yəni ayı qulaqlı xan) yaxud Oyu-çiktı-xan adlanır; ayu ilə çiktı sözlərini yalnız müasir leksik ifadələrin kö­məyilə tərcümə etmək lazımdır. Ola bilsin ki, çiktu orda rəva­yətlərində rast gəlinən Tzoktu yaxud Tsoktay formalarına yaxındır (Восточные мотивы, 87, 398 və s.).

Berqmanın qeydə aldığı kalmık variantında ata Uennəkər adlanır. Ak-Tadi ilə Kan-Tadinin yerini tutan şahzadələr dürbüt variantında böyük Oyu-çiktı (atanın adın­da olduğu kimi), kiçik Erdene-abaxay-tsetsek adlarını daşıyır. Berqmanın kal­mık varian­tında onlar iki qardaş deyillər; qardaş Go-Tschikitu (Berqman vari­ant­lar­da Oyoo-Tschikitu), bacı Aerdəni-Zezekdir. Monqol variantında şər qüvvə­nin hiy­lə­gər hərəkətləri başqa cür təsvir edilir: xanın arvadı ölüb; o, çobanın içinə şər qüv­və girən gözəl qızı ilə evlənib; bu yeni arvadı tələb edir ki, xan öz uçaqlarını öl­dü­rüb ürək-ciyərini ona gətirsin. Əyanlar xanın əmrini icra etmirlər; xanın arvadına itin ürək-ciyərini gətirirlər, şahzadələri isə çölə buraxırlar. Altay na­ğı­lında ana­nın döş­ləri göydən düşmüş ana südü ilə dolu kisə ilə əvəz olunub. Şahzadələr iki oğlu olan Tyure-Qereltu-xana sığınırlar. Dörd şahzadə dostlaşır. Monqol nağı­lı­nın so­nun­da şahzadələr xanı şər qüvvədən azad edirlər.

Monqol variantı ilə müqayisədə altay variantının xüsusiyyəti ondan ibarətdir ki, baş qəhrəman Kan-Tadinin (monqolca tayci şah­zadə deməkdir) fəaliyyətində onun qan-kürən atı Erdinetu-kan-eren çox yaxından iştirak edir. Kan-Tadi bütün sə­­fər­lərinin uğurlu alın­ma­sını öz atına borcludur. Kan-Tadi iki dəfə döyüşə gedən­də yu­xarıda olan Uç-Kurbustana dua ilə müraciət edir. Duaetmə mərasimi belə təs­vir olunur: Kan-Tadi qızıl Altın-ço­qur-terekə qalxır, ağacın ətrafında ardıc ko­lun­dan bir neçə tonqal qalayır, dizüstə çöküb qızıl qovağı öz anası adlandırır, Uç-Kur­bus­tana üzünü tutaraq uğur verməsini istəyir. Bu zaman o tanrının səsini eşi­dir. O de­yir ki, əgər bahadır öz atına həmişə qulaq assa, onda hər dəfə uğur qa­za­nacaq. Bə­zən at bahadıra məsləhətlər verir, bəzən isə onun hərəkətlərinə mü­da­xilə edir. Bir halda at, “Altay-Buçıy” nağılında Demiçi at kimi, Çolmon ulduzuna çev­rilib gö­yə qalxır. Bu isə bizə Demiçi at ilə bağlı təsəvvürlərimizi burada da təkrar et­mə­yə imkan verir (Сага о Соломоне, 119), xüsusilə qan-kürən Erdinetu at göyə çə­ki­lə­rək yal­nız bahadıra kömək etmək üçün girdiyi müvəqqəti gör­kə­mi­ni özü­nün əsl, da­imi Çolmon ulduzu obrazına dəyişib.

Altay nağılı Erliklə bağlı bir neçə yeni cizgi gətirir. Digər ciz­gilər yeni deyil, bun­dan əvvəl bizə məlum olanları möhkəm­lən­dirir. Nağılda Erlik qara-tüksüz bu­ğa­­ya (yəni alnında ağ qaş­qası olan qara buğaya) oturdulur; əlinə ay-maltu, yəni ay şə­killi balta verilir. Erli­kin cəhənnəmi yetmiş yeddi ağızdan yaxud de­şikdən iba­rət­dir. Bun­lara Tinan-Koo nəzarət edir. Erlikin sarayına bir tükdən ibarət körpü var. Er­likin üç qızı var: kiçik qızı Erke-Kara və yeddi oğlu: bahadır Sokor-Kara (sokor – əyri, təkgöz) da onlardan biridir.

Uç-Kurbustan bahadıra məsləhət görür ki, öz atını dinləsin; deməli, o, əvvəl­cə­­dən atın bütün hərəkətlərini təqdir edir, halbuki at Erlikin yeddi oğlunun canını oğur­layır; bu, onunla nəticələnir ki, qəzəblənmiş övladlar atalarını tikanlı çubuqla dö­yürlər. Bu səhnə belə bir təəssürat yaradır ki, sanki sadəlövh Erlikə istehza et­mə­ni Uç-Kurbustan özü qurub.

“Kan-Tadi” nağılında yeni şaman Alaş obrazı var; onun adı­na qeydə alınmış Al­­tay rəvayətlərində rast gəlinmir. Yalnız Rad­lovun qeydə aldığı mətnlərdə (Pro­ben, I, 241) bir şaman duası be­lə başlayır: “Alasa! Alasa! Alasa! Kayrakan! Kay­ra­kan! Kayra­kan! (yəqin ki, əzəmətli uzaqgörən şəxslərin adlarıdır)”. Bu toplu­da “Ak-bi” nağı­lında da Alaş-xan şaman kimi yox, xan kimi gös­tərilir, nağılın son­ra­kı ge­­dişində isə onun heç bir iştirakı qeydə alınmır. “Kan-Tadi” nağılın­da isə şa­man Ala­­şa böyük rol verilib. Şaman Alaşın qardaşı oğlu ba­hadır Koq-Ayrı əmi­sin­dən xa­­hiş edir ki, zalım bahadır Tilan-koonun (altayca tilan-ilan) canının har­da oldu­ğu­nu desin. Şaman Alaş şaman ayinini icra edib açır ki, Tilan-koonun canı iki bunun buy­nuzunda olan çuqun qutuda gizlədilən qunduzdadır. Bu mövzu, canın (yaxud ölümün) digər bədəndə gizlədilməsi rus folklorunda ölməz Koşeyin adı ilə bağ­lıdır (Записки Красноярского Подъотдела Геогр. Об-ва по этногр., т. I, вар. 2. Крас­ноярск, 1906 г., 253). Bu mövzuya or­da rəvayətlərində də rast gəlinir; mon­qol­ların Çingiz-xan ilə bağlı rəvayətlərində Koşey kimi ölməzlik epiteti verilmiş Şidurqu-Tül­qu­nun ölümü, uxıl-uqey üç bal arısının neştərində olur (Тру­ды Троиц­косавск. Отделения Геогр. О-ва, т. III, в. I, 1900 г., 83).

Dürbüt nağılında Manqısın ölümü dənizin ortasında dağın başında dayanan buğanın qarnında gizlədilmiş iki qutuda saxla­nan on iki quşcuğazdadır (Очерки С. З. Монг. IV, 460). Lodoy Merqen haq­qında buryat nağılında Dolon Buruldurun canı üç büllur yumur­tada olur (Руднев, хори-бурят. говор. Спб. 1913-1914 г. вып. 3, 26).

Bu topluda həmçinin “Altın-Mize” nağılında Kün-xanın ölü­münə bax. Nağılın sonunda Kan-Tadi ilə Koq-Ayrı Erliki dörd paya­da çar­mıxa çəkib itburnu çubuğu ilə döyürlər; bu zaman şaman Alaş göydən enib Erliki müdafiə edir, iki yoldaşa deyir ki, kainat iki dün­yaya bö­lünüb: yuxarı dünya Uç-Kurbustana, aşağı dünya isə Erlikə məxsusdur.

Alaş adına qırğız rəvayətində də rast gəlinir, amma burada o, şaman yox, nağılda olduğu kimi, xandır. Bu, çox qədim qırğız xa­nıdır, yəqin ki, əfsanəvidir; rəvayət onunla hazırkı qırğız sultan­ları arasında heç bir genealoji əlaqə yaratmır; qırğızlar özlərini Alaşın yox, monqollar kimi, öz qaycilərinin kökünü tapan həmin Çingiz-xanın nəsli hesab edirlər. İlk dəfə qırğız rəvayətini Levşin XIX əsrin 30-cu illərində özünün “Qırğız-kaysats ordalarının təsviri” kitabında qeydə alıb. Bəzi rəvayət­lərdə belə bir nəticəyə gəl­mək olar ki, bu, çölə qaçan yaxud qovulan Tür­küs­tan şahza­dəsidir. Bəzi variantlara görə, bu oğlan slavyanların Navuxo­donosor ilə bağlı povestində olduğu kimi, cüzam xəstəliyi yayılan zaman doğulub, bədə­nində həmin bəlanın izləri olub, buna görə də çölə atılıb (Очерки С. З. Монг. II, прим. 33, IV, 896). Alaş adı ilə bağlı əsas motiv xan seçilməsidir.

Qırğız rəvayətində deyilir ki, uşaq böyüyəndə onu keçənin üstünə qoyurlar, dörd nəfər keçənin uclarından yapışıb onu yuxarı qaldırır, qırğız xalqı isə qışqırır: Alaş, alaş! Alasa xan buldı!

Xanlığa yüksələn zaman keçənin üzərində qaldırılma məra­simi türk tay­fa­la­rın­da geniş yayılıb; bu qaydaya Buxarada, Kazan xanlı­ğın­da, Krımda, Sibir­də, To­bol sahilində riayət olunub. Ke­çənin ucla­rından tutan bəylər xüsusi Karaçi tituluna ma­lik idilər (Вельяминов-Зернов, исслед. о касимовск. царях и царе­ви­чах, т. II, 401-431). Bu mərasimin Monqolustanda olduğunu de­yə bilmərəm, amma “ka­ra­çi” sözü monqol dilində var; Monqo­lustanda alaçığın günbəzini tamamlayan çən­bə­rin içində köndələn forma almış xaç belə adlanır.

Keçədə qaldırılma yaxud havaya qaldırılma başqa hallarda da tətbiq edilmiş­dir. Buryatlarda şaman olacaq insanı da keçə üzərində qaldırıblar (Очерки С.З.Монг. IV, 59). Qafqazda mal-qaranı ildırım vuranda dörd polad sütun qurub üzəri­nə ölmüş hey­vanın cəsədini qoyurlar (Сборн. свед. о кавк. горцах. в. , ст. Ре­лиг. веров, абхаз­цев, 16-17). Son məlumatları nəzərə alaraq gü­man etmək olar ki, qır­­ğız rəvayəti əvvəllər altay rəvayətinə ya­xın olub ki, qırğızlar əvvəllər Alaş adı ilə şaman başa düşürdülər, qır­ğız­ların alasa!alasa! nidaları altaylılarda olan belə çağırışların eynidir.

1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə