TÜrk xalqlari folkloru IV kitab altay dastanlari və ƏfsanəLƏRİ baki – 2016 Redaktoru: fil. ü. f d. Əfzələddin ƏSGƏR



Yüklə 1,55 Mb.
səhifə14/14
tarix24.04.2017
ölçüsü1,55 Mb.
#15714
1   ...   6   7   8   9   10   11   12   13   14
1. Burada dağın zirvəsindəki çökək nəzərdə tutulur.

1. Çoltoşun şərhinə görə, Karakul Qara-qonur ayğırın anasıdır.

1. Törö – məmurlar

1. Anqırçak – yük yəhəri.

1. Alkap – əl ilə yox, sözlərlə xeyir-du etmək. alqış etmək, tərifləmək.

2. Okıratu – deşikli. Bəlkə ona görə ki, anası dəlmə-deşikli kürk geyinmişdi.

1. Can abaqay – böyük əmi.

2. Elbeqen – insanları udan əjdaha.

1. Arka yon – dağ, arxa, xalq. Arka – dağların həmişə meşə ilə örtülü şimal tərəfi. Arka yon dağların meşəli tərəfinə bənzər.

1. Erdine – dəyərli, qiymətli.

1. Şor – mükafatsız, əvəzsiz ölüm. Qoşa mör-şor sözü var, mör qələbə deməkdir.

1. Solun – görünməmiş, maraqlı, qəribə.

2. Yetı-Cabar – yeddi barmaq, yeddi qardaş.

3. Kundu xan – Günəşli xan.

4. Aydınq kunnınq aru yanqında.

1. Çoçko – donuz.

2. İrqi – alaçıqda qapı ilə qadın tərəfi arasındakı yer.

1. Yan aş – arakı “çaxır” hörmət əlaməti olaraq “böyük yemək” adlandırırlar.

2. Mətndə Uçkur-Kula bəzən Uçkur-Kara kimi verilir – tərcüməçi.

1. Yeor – daşqın. Qışda gözlənilmədən vadinin daraldığı yerlərdə buz güc­lənərək bənd yaradır, bir müddətdən sonra isə parçalanır, su buzun üstünü basır, buz, dağ, ağac qırıntıları, palçıq bəndin altını doldurur.

1. Tın – can. Burada: adamın içalatı.

1. Abaqay – əmi.

2. Yeze – evin damını basmış mamır.

1. Çokur – Mətndə: baş barmağını çoqur edib, yəni dodağında çalır, sanki alətsiz, ağzına heç nə qoymadan komısda çalır.

1. Burada Uçkur-Konqur atın adı səhvən Uçkur-Kara kimi verilir – tərcüməçi.

2. Aştınq bajı – yeməklərin başı.

3. Şaqay şatra – şahmat kimi bir oyundur – tərcüməçi.

4. Şinjeçi – casus, xəfiyyə, gözətçi.

5. Kazançı – yemək bişirən, aşpaz.

1. İlbi-tarmı – sehr, cadu.

1. Yarqak – yundan çıxmış, nimdaş kürk.

1. Tarbaqan – marmot.

2. Kuluzun – qamış, qarğı.

1. Ebirte – eyham. Ebirer – fırlatmaq.

2. Ure – yaşıd.

1. Torpaq silkələnəndə insanlar üzüaşağı yuvarlana bilərdilər, ona görə də ondan tutmuşdular.

2. Altın Taş Altın Mizenin donuna girdi.

1. Mönkulük em – dirildən dərman.

2 Terek – qovaq.



1. Burada: hə, belə-belə işlər.

1. Koilqa – öz sahibi ilə birlikdə dəfn olunan sevimli at.

2. Kulük – igid.

3. Armakçı – altayca kəmənddir.

4. Çamqa – kəmənd.

1. Bu ad mətndə bəzən Yetı Cabar, bəzən də Cetı Cabar olaraq verilir – tərcüməçi.

1. Koçö – arpa yarması və şorbası.

2. Yülün – peysər vətəri.

3. Kayçı – tobşur(balalayka) çalaraq bahadır dastanları söyləyən dastançı.

1. Alman-kalan – bac-xərac.

1. Kalak – söyüşdür.

2. Kaylamaq – bahadır dastanları oxumaq.

3. Tilik – sümük-ilik.

1. Bayzin örqö – monq. bayşin, kərpic ev.

2. Belek – hədiyyə. Bilək.

1. Aba-Tiş – Kuznets və Biy qəzalarını tamamilə örtən iynəyarpaqlı meşələr.

2. Anazın – nidadır.

1. Aydına arazı – köhnə ayın batması ilə təzə ayın çıxması arasındakı vaxt aralığı.

1. Arjan-kuduk – şəfalı bulaq.

2. Yes-tayqa – yes mis, tayqa – mis dağlar.

3. Tilik-pörök – ilik-böyrək.

1. Tes-tayqa ilə Yes-tayqa eyni ifadədir. Mətndə bəzən bu adlar belə dəyişir – tərcüməçi.

1. Komırqay – uca gövdəli otlar.

1. Kalan – monq. qalan, bəzən odla ifadə olunan bəşəri faciə.

2. Tayqıl – mifik, nəhəng it.

1. Merqen – oxçu.

2. Koçkor – dağ qoyunu, monq.arqali, qırğ. arkar.

3. Çulmus – natəmiz ruh.

2. Elik – dağ cüyürü.

3. Al-tayqa – ən əlçatmaz dağlar. Al – qaranlıq, adam ayağı dəyməmiş.

1. Çoltoşun şərhinə görə, bu, suya düşən qızdır.

1. Koquldey Kan-Kokulun əvəzinə işlədilib. Bu ya söyləyicinin unutqanlığı, yaxud da adların bir-biri ilə sinonim olması ilə izah oluna bilər.

1. Qorxanda söylənir, məsələn, ilan görəndə belə deyilir.

2. Örökön – möhtərəm.

1. Tulak – aşılanmamış dana dərisi.

2. Bu ad mətndə bəzən Yudu-tas, bəzən də Cidu-tas kimi verilir – tərcüməçi.

3. Aral – kiçik meşə.

1. Yulqek – bihuş edən vasitə.

1. Arka – dağın meşə ilə örtülü şimal tərəfi. Dağın cənub, meşəsiz tərəfi kunet yaxud mees adlanır. Erlikin saqqalı iki şimal yamacına bənzədilir.

1. Mətndə bay – varlı, ən yaxşı.

1. Müüs – buynuz.

1. Ejikçi – eşikçi, gözətçi.

1. Yəni qurd-quş da onu incidə bilərdi.

2. Sus altayca can deməkdir; bala-sus övlad canı ola bilər – tərcüməçi.

3. Kumok – bu da alıp, pəhləvan ola bilər.

4. Karanqıy – qaranlıq.

5. Toromol – yüyənin sol tərəfini sağ tərəfi ilə birləşdirən bənd.

1. Cismimin qanı.

1. Orçulanı – monq. dünya.

2. Çeyne – pion, Paeonaea.

3. Baytal – üçillik madyan.

1. Yabaqu – dayça.

1. Şimekçin – qulluqçu.

2. Buur – dişi dəvə.

1. Çoqoçey – qədəh.

1. Ozuk – toxa, kərki.

1. Kim olduğu göstərilmir, ehtimal ki, Erlikin iki oğlu nəzərdə tutulur.

2. Bura yer üzü ilə Erlikin yurdu arasındadır. Bura nə işıqlı, nə də qaranlıqdır, kun alıs. Alıs kurönbes– görünmür sözündən fərqlənir. Alıs o zaman deyilir ki, işıq olur, amma günəşin qarşısı bulud yaxud dağlarla tutulur. Yəni biz bilirik ki, təpənin arxasında ev var, amma görünmür, onda alıs deyilir.

3. Tekenek – yəni itburnu çubuğu.

1. Tolono – yemişan.

1. Tumuk – omba sümüyünün oynaq yeri.

2. At bahadırın həyatını özününkü ilə eyniləşdirir. Bahadırın həyatı atın hə­yatına bağlıdır.

1. Kaza – qarınüstü piy; qara şam ağacının qabığı.

2. May-may – təəccüb nidası.

1. Bökö – pəhləvan, igid.

2. Altın-sudur – “qızıl kitab”.

3. Abakay – xanım.

4. Alaçıqda ocağın başı qapıya yox, törəyə tərəfdir.

5. Mandık – ipək parça, torko – ipək.

1. Yetkep – bədbəxtlik.

2. Kiy – hava, həmçinin ürəkkeçmə.

1. Bu, Ak-bökönün arvadı yox, Altun-Sudurun donuna girmiş çulmus idi.

2. Çeqen – qıcqırdılmış süd.

1. Kurut – çaxır çəkiləndən sonra südün altından hazırlanan və ocağın üstündə qurudulan pendir.

2. Pıştak, pistak, bıştak – qaymağı ayrılmamış süddən hazırlanan, sıxılan və ocağın üstündə qurudulmayan pendir.

3. Ede – böyük bacı.

1. Qızcığazım.

1. Kulqur – yaramaz.

1. Yirqal – şadlıq.

2. Eremik – balasız, sonsuz madyan.

3. Söyləyici bəzən Tadi, bəzən də Taci deyir – tərcüməçi.

1. Altayca aduçi sözü yoxdur. Altayca ilxıçı cilkıçi adlanır. Adaçi oxçudur. Adu­çi monq. ilxıçıdır.

2. İzi küüt – at dırnağının güclü təzyiqindən torpağın qatı yanıb.

3. Cada, yada – göydən yağış, dolu yağdırmaq, külək əsdirmək üçün sehrli üsul.

1. Çoqor – musiqi aləti, otdan tütək.

2. Uçkan – uçağan, zirək.

3. Bolçek – şar boyda.

1. San – Müqəddəs yerlərin tanrıları və ruhlarının şərəfinə ardıcdan yandırılan tonqal.

2. Yalbırak – ağac yarpağı.

3. Yerqe çoqor bastı, yerə batdı. Bu ifadə o zaman deyilir ki, at bataqlıqda batanda daş yerin altına gedir.

1. Böyük bacının əri yeste, kiçik bacının əri kuyu olur.

1. Cismində, sinəsində yox.

1. Abıda – Ögey ana əvəzinə işlədilən hörmətli ad; atamın arvadı ola bilər.

1. Merqen – çevik üsul.

2. Karmak teqen – qarmaq üsulu.

3. Kurmös – havada qərarlaşan ruhlar; şamanlar onları köməyə çağırırlar.

4. Kızı edı – xüsusilə qırmızı ət.

5. Kırçın – qırmızı kolluq. Onu ocağa qoymurlar, yandırmırlar; kurmösün qanı sayırlar.

1. Atların yüyənini yəhər qaşına qoyaraq saxlamaq.

2. Açiy – güləşdə üsul.

1. Böyük barmaqla şəhadət barmaq arasındakı məsafə sööm, baş barmaqla orta barmaq arasındakı məsafə isə qarış adlanır.

2. Teerbek – təmizlənmiş meydan.

3. Temir edirqen – dəmir xırman.

1. Tıin – dələ, yol, Belə bir inanc var ki, dələ göydən düşür.

1. Jeek çulmus özü ölmüş Altın-Sudurun donunda görünürdü və dəfn olun­muş­du, əsl Altın-Suduru isə Şokşulana arvad aparmışdı.

1. Tinza – qotaz.

2. Tebur – alaçığı örtən keçə.

1. Başkaratan – təsərrüfatı yönəltmək .

1. Tuulq – monq. dəbilqə.

2. Ak telenqur – ağ qalaylı.

1. Bun – “daş keçi”.

2. Barılqa – mətndə: “əşyalarla qurban vermək”.

1. Torko-mandık – torko – ipək; mandık – gül və digər təsvirlərlə bəzədilmiş ipək parça. Altayca parça – çimeri yaxud çemberidir.

2. Ayin belə idi: əvvəlcə qaval, sonra manyak, sonra kmın özü.

3. Mətndə: temık-tırzın. Temık – ayaqları möhkəmlənəndə yeriməyə başlayan yeni doğulmuş körpəyə yaxud dayçaya deyilir.

1. Altın-tolu – qızıl divanxana.

1. Süme kobırqa – ən aşağıda qığırdaqlı qabırğadır. Altaylılarda belə bir inanc var ki, atların bir qabırğası yoxdur.

2. Pilik – nişan.

1. Uçkurunu – öz gələcəyini, taleyini.

2. Alıs – qabağı tutulmuş, işıqdan (günəşdən) məhrum olan yer.

3. Taska – günəş şüası.

4. Alaçığın girişdən sol tərəfi kişi tərəfidir.

5. Kelqeek – buzlaq buzu.

6. Ada – ata.

7. Abı – mötəbər titul.

1. Yaan – böyük.

2. “Alçaq qız”.

1. Yeryenqıs – yer üzü.

1. Qara qunduz dərisindən olan qamçı.

2. Qara tükü tökülmüş buğa.

3. Sıranak – naməlum söz.

1. Çünki Erlik şamanlarla da dostluq edir. Buna görə də Alaş kam onu müdafiə edir (Çoltoşun şərhinə görə).

2. Kurutolu – dəyərsiz girov.

3. İndi qara buğanı Erlikə qurban kəsirlər.

1. Çedek söyləyici Çoltoşun küçədə qoyulan adıdır.

1. Mətndə: normozı at kaktu es karamak. Normozı tarmanın, ovsunun əvəzinə işlənib. Atkaktu karmak – qarmağı atmaq.

1. Tiş – şiş.

1. Tiken – qamış, Thypha. Tiken aral – “ meşəli bataqlıq”.

1. Altın-Yüstük – qızıl üzük.

1. Mətndə: aqa kaindarım. Aqa böyük qardaş, aqa kain qayın. Qayın bir nəfə­rin başqasına hörmət əlaməti olaraq xüsusi münasibətini bildirir. Evli qadın öz ərindən yaşca çox böyük olan qayınana, qayınata, ərinin əmiləri, qayınla­rı­­nı be­lə adlandırır. Kişinin qayınları onun arvadından yaşca çox böyük olan qa­yı­natası, qayınanası, qayınlarıdır; kiçik yaşlılar qayın ola bilməz. Bəzən qayın­lar onlara ehtiram göstərməkdə mükəlləfiyyətli olan şəxsləri bundan azad edir­lər. Azad olunmuş belə şəxslər qayın-yok adlanırlar. Belə mükəlləfiyyətdən azad olunmamış şəxslər qayındu adlanırlar.

1. Marqan-möröy: Bir teleut nağılında bir xan öz qızını ərə vermək qərarına gəlir və möröy elan edir. O, öz qızını bahadır Altın-Erqekə ərə vermək istəyir və ümid edir ki, o da yarışa gələcək. Bahadırlar gəlirlər, onların arasında Altın-Erqek görünmür. O, başıaçıq, ayaqyalın (paji tas, paltırı kodur) məclisə gəlir, xan isə onu tanımır. Gələn bahadırlar möröy istəyirlər. Xan onlara güzəştə get­məyə məcbur olur. O, elan edir ki, qızını dəmir qara şam ağacını gətirənə ve­rəcək. Ayaqyalın, başıaçıq adamdan başqa heç kim onu gətirə bilmir. Xan yeni möröy elan edir; kim xırda top boyda daşı lap yuxarı atar. Bu dəfə də həmin adam daşı hamıdan yuxarı atır. Xan üçüncü möröyü elan edir; kim dağı gətirib xan alaçığının yanına qoyar. Artıq xan öz qızını Altın-Erqekə verməli idi. Marqan marqışyat feilindən düzəlib mübarizədə, at qaçışında (cıdır), ot çalınmasın­­da yarışmaq mənasını verir. Şərh Q.M. Tokmaşevə aiddir.

1. Aylanayim balam uşaqları əzizləyəndə deyilir. Bu zaman tolqonoin də de­yi­lir. Bu sözlər aylyanyat, tolqonyat feillərindən düzəlib fırlanmaq, əhatə edil­mək mənalarını verir. Şərh Q.M. Tokmaşevə aiddir. Qırğız dilində oinalaindir.

1. Orbu – qavalı çalmaq üçün toxmaq.

1. Dəbilqə.

2. Yudu-tas – qoxumuş daz.

1. Qayın – altaylılarda qayınlar, yəni ərin böyük qardaşları qayınata, kiçik qardaş isə qayın adlanır. Belə ki, ər öldükdən sonra onun arvadı qayının arvadı sayılır. O, qayınatanın, yəni ərin böyük qardaşının arvadı ola bilməz.

1. Tanrılara arakı səpmək.

2. Mətndə: çalu çabıdım kattu bolqon. Çalu teleutca şamanın qavalı, altayca ça­lu­lar, alaçığın divarlarından sallanan ruhların təsviridir. Bəzi təsvirlər qavalın ki­çik modelindən ibarətdir; bunlar tunurçek adlanır; digərləri əski parçalarından, Si­bir siçovu­lu­nun dərisindən hazırlanır. Qaval teleutca çalu, altayca tunur (tu­nurçek bu sözdəndir), şorca tuur adlanır. Şərhlər Q.M. Tokmaşevə aiddir. Çabıt yüngül xəstəliklər zamanı qavalsız icra olunan kiçik şamanlıqdır. Çalu çabıbıdım katu bolqon cümləsini çalu çabıt “qabalaşıb, sərtləşib” kimi tərcümə etmək olar.

1. Kurmes – ölmüş əcdadın ruhu, cəm halda kurmester.

1. Bos – boz.

2. Çoltuk – quyruğukəsik, gödək.

1. Mətndə: körunqulu kara tamı; körnet altayca ayna, güzgü.

1. Arçımak – heybə, xurcun.

1. Kuçkaş – quşcuğaz.

2. Arçi – kəsmik.

1. Uren – toxum, taxıl, dən. Urençi hərfi olaraq taxılçı.

1. Attıqar maral – at boyda maral.

1. Cilan – ilan.

1. Tulun – kisə, xaral.

1. Yapaş – koma.

1. Matır – bahadır.

1. Temir-çakı – dəmir at axuru.

1. Onların hər üçü natəmiz ruhlardır.

1. Koler – göl.

1. Manı – Felis manul – yırtıcı məməlilər ailəsinə məxsus pişik fəsiləsi.

2. Mıy – pişik.

3. İrbis – Felis irbis – Sibir bəbiri.

4. Ulu – əjdaha.

5. Teken – Gulo borealis – Sibirdə yırtıcı heyvan.

6. Bar – Felis tigris – pələng.

7. Kara-qula – mifik heyvan.

8. Azık – azuqə.

9. Mayqak – maral.

10. Oboyqon – qoca.

1. Kuçin – ibrət.

1. Bir ovuc qap.

2. Kimsə asqırandan sonra deyir: Taş-kap – daş qap. Kur­mös­lər adamları as­qır­mağa məcbur edirlər ki, insanın bədənindən ruhunu qovsunlar, sonra tutsunlar.

3. Syu ne – can, ruh.

4. Koş – yük, kap – çanta, heybə, kisə, həmçinin qap. Yükü qap yaxud yük çan­tası da demək olar.

1. Bom – çayın üstü.

1. Yarqanat – yapalaq, yarasa.

1. Teke – vəhşi dağ keçisi, bun.

2. Keren – gəmi.

3. Taka – xoruz.

4. Kaz – qaz.

5. Anemon çiçəyi.

6. Tünür – qaval.

1. Ködeçi – qulluqçu.

2. Kazançi – aşpaz.

1. Letyaqa – uçan mişovul.

2. Şulenqe – Monqolustanda aşağı dərəcəli məmur, vergiyığan.

3. Soqontu – soqon – ox, tu – dağlar.

1. Korum – dağıntı, mədən.

1. Altın çokço – qızıl kasa. Xobdo şəhərindən şimalda göldür.

2. Zanxın – Monqolustandan axıb Qırğız gölünə tökülən çaydır.

3. Zokso-xayrxan – dik dayanıb ildırımsaçan (qədim əfsanələrdə Zevs və Yupiterin adıdır).

1. Batarçi – yoxsul, kasıb.

2. Noxoy-ertın – it kişi.

1. Batarçi buqa – cənab batarçi.

2. Buin – nəzir-niyaz.

1. Tzaxarikçi – əyan.

1. Meçin – meymun.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin