Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə18/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

Mənimsəmə-nin səviyyəsi

Səviyyənin adı

Səviyyənin xarakteristikası

0 (sıfır)

Anlama

Fəaliyyətin müəyyən konkret növündə öyrənənin təcrübəsinin (biliyinin) olmaması. Anlama yeni informasiyanın qavranılmasında özünü göstərir.

I

Tanıma

Şagirdlər fəaliyyətin istənilən aktını hərəkətin təsvirinə, «ipuclarına», işarəyə (reproduktiv hərəkət) istinadən yerinə yetirirlər.

II

Əks etdirmə

Şagirdlər əvvəl baxılmış oxşar situasiyalardan əldə olunmuş informasiyanı müstəqil olaraq təsvir və tətbiq edirlər.

III

Tətbiq etmə

Şagirdlərin qeyri-tipik situasiyalarda qazandıqları bilik və bacarıqları istifadə etmək qabiliyyətinə yiyələnirlər.

IV

Yaradıcılıq

Şagirdlər onlara məlum olan fəaliyyət sferasına təsir göstərərək qabaqcadan proqnazlaşdırıla bilməyən situasiyalarda yeni qaydalar, hərəkətin alqoritmini bir sözlə yeni informasiya sistemi yaradırlar. Bu cür produktiv hərəkətlər əsl yaradıcılıq sayılır.

Biliyin qeyd olunmuş göstəriciləri və səviyyələri pedaqoji praktikada və elmi məqsədlə şagirdlər tərəfindən biliyin mənimsənilmə keyfiyyətini qiymətləndirilməsində geniş istifadə olunur.


Anlama problemi. Biliyin mənimsənilməsi haqqında məsələlərə toxunduqda, tədris mətnləri ilə əlaqədar olan vacib bir məsələni qeyd etmək lazımdır. Eyni olan elmi və ya təlim mətni müxtəlif subyekt tərəfindən müxtəlif cür qavranıla bilər. Bu nöqteyi-nəzərdən elmi və pratiki baxımdan eyni yazılı və ya şıfahi, elmi və ya tədris materialının müxtəlif şəxslər tərəfindən başa düşülməsi və anlanılan materialın birmənalılığının təmin olunması problemi mühüm əhəmiyyət kəsb edir.
Indiyədək “anlama” anlayışının birmənalı tərifi verilməyib. Bu onunla izah olunur ki, anlamanın diaqnostikasında ümumi qəbul olunmuş kriteriyalar yoxdur. Hazırda anlamanın təyini göstərilən bir və ya bir neçə əlamətləri özündə birləşdirən, anlamanın təzahürü olan xarici ifadə etmə ilə uyğunlaşdırılır. Məsələn, əgər öz aralarında bilik və anlamanı uzaqlaşdırsaq, onda anlamanı artıq məlum olan biliyin yeni görünüşü kimi şərh etmək düzgün olardı. Buna görə də biliyin yeni sferaya köçürülməsi anlamanın əlaməti kimi qəbul olunur.
Iş prosesində anlama subyektin müxtəlif əlaqələri və bir obyektin digərləri ilə münasibətini nəzərdən keçirmək qabiliyyəti ilə əlaqələndirilir. Bundan çıxış edərək anlamanın aparıcı əlaməti eyni obyektin və ya onun müxtəlif əlaqə və münasibətlərində eyni əlamətin təsvir edilmə üsullarının dəyişilməsi hesab olunur. A.V.Smirnovanın fikrincə, anlamanın aparıcı keyfiyyətini şagirdlərin elmi və tədris materiallarının öz dilinə köçürmələri və həm də subyektin təlim mətnlərini öz sözləri ilə çatdıra bilmə qabiliyyətdir.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin