TAM ORQANİZMDƏ TOXUMALARIN QARŞILIQLI RABİTƏSİ Adətən orqanizmi təşkil edən orqanların t ərkibində bir deyil, bir neçə növ toxuma olur, məs.: ağciyərlər, bağırsaqlar, böyrəklər və s. tərkibində epitel, birl əşdirici, əz ələ və sinir toxumaları vardır. Hər bir orqanın fəaliyyə ti neyrohumoral təsirlərlə yanaşı onların təşkilində iştirak edən toxumaların qarşılıqlı əlaqələri vasitəsi ilə tənzim olunur.
Ayrı-ayrı orqanların tərkibinə müxt əlif toxuma növlə rinin daxil olmasına baxmayaraq, adətən, bu toxumalardan biri üstünlük təşkil edir və həmin orqanların həm morfoloji, həm də fizioloji mahiyyətini, yəni spesifikliyini müəyyənləşdirir. Orqanın spesifikliyini xarakterizə edən toxuma onun parenximasını əmələ gətirir. Digə r toxumalar həmin orqanın spesifikliyinə uyğunlaş araq yardımçı fəaliyyət daşıyır. Bunlarla yanaşı hər bir orqanda onun parenximası üçün istinad vəzifəsi görən birləşdirici toxuma həmin orqanın stromasını təşkil edir.