Ümumi histologiya


TOXUMALARIN REGENERASİYASI



Yüklə 1,33 Mb.
səhifə13/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   9   10   11   12   13   14   15   16   ...   128
2 5379791321034655986

TOXUMALARIN REGENERASİYASI
Regenerasiya (latınca regeneratio – “dirçəlmə, yenidən əmələ gəlmə”) bu və ya digər səbəbdən aradan çıxmış toxuma quruluşlarının bərpa olunması prosesinə deyilir. Fizioloji və reperativ regenerasiya ayırd edilir. Orqanizmin bütün ömrü boyu toxumalarda hüceyrəvi elementlər köhnəlib aradan çıxdıqda (fizioloji degenerasiya) yeniləri ilə əvəz olunur ki, buna da fizioloji regenerasiya deyilir. Ayrı-ayrı toxumalarda bu proses eyni deyildir. Məs.: məhv olmuş qan hüceyrələrinin yeniləri ilə əvəz olunması və ya dərinin çoxqatlı epitelinin (epidermisin), habelə bağırsaq epitelinin və s. yeniləşməsi prosesi müxtəlifdir.
Tərkibində az diferensiasiya etmiş hüceyrələr olan toxumaların fizioloji regenerasiya qabiliyyəti yüksək olur. Belə hüceyrə ləri A.A.Zavarzin kambial hüceyrələr adlandırır (lat ınca cambium - “əvəz ya mübadilə”). Bu hüceyrələr mitozla bölünüb artaraq diferensiasiyaya uğrayır və ixtisaslaşmış hüceyrələrə çevrilə bilir. Epitel və birl əşdirici toxumalar kambial hüceyrələrə malik olduğundan onlarda regenerasiya prosesi güclü olur. Əksinə eninəzolaqlı əzələ və sinir toxumasında kambial hüceyrələr adətən olmur, onlar yüksək diferensiasiya etmiş toxumalar hesab edilir, ona görə fizioloji regenerasiya prosesini zahirən müəyyən etmək olmur.

Zədələnmiş toxuma hissəl ərinin bərpa olunması prosesinə isə reparativ regenerasiya deyilir. Belə regenerasiya qabiliyyəti bütün toxumalara xasdır. Lakin burada da epitel, birləşdirici və saya əzələ toxuması regenerasiyanın sürəti və keyfiyyəti cəhətdən digər toxumalardan öz üstünlüyü ilə fərqlənir. Yüksək inkiş af etmiş onurğalı larda eninəzolaqlı əzələ toxuması yalnız xüsusi şəraitdə regenerasiya etmək qabiliyyətinə malikdir; sinir toxumasında isə sinir lifləri öz tamlıqlarını bərpa edə bilir. Neyron bütövlükdə zədələndikdə isə yenidən bərpa olmur.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin