Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə10/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   6   7   8   9   10   11   12   13   ...   128
2 5379791321034655986

TOXUMALARIN TƏSNİFATI
Orqanizmin əsas funksiyalarına müvafiq olaraq, habelə quruluş və inkişaf xüsusiyyətlərinə görə aşağıdakı toxuma tipləri ayırd edilir: epitel toxumaları, qan və limfa, birləşdirici toxumalar, əzələ toxumaları və sinir toxuması.

Epitel toxumasında hüceyrələr bir-birinə sıx yerləşərək laylar təşkil edir. Epitel toxuması orqanizmlə xarici mühit arasında mübadilə prosesində iştirak edir. O habelə, mühafizə, sorulma, sekresiya və ekskresiya vəzifələrini yerinə yetirir. Epitel toxuması hər üç rüşeym vərəqələrindən (entoderma, mezoderma və ektodermadan) inkişaf edir.

Qan v ə limfa. Birləşdirici toxumaların bütün növləri saya əzələ toxuması kimi mezenximdən inkişaf edir. Bunu və bir sıra ümumi morfoloji və fizioloji xüsusiyyətləri nəzə rə alaraq qan, limfa və bütün birləşdirici toxumaları bəzən mezenxim toxumaları da adlandırırlar. Qan və limfa maye toxumaları dır, belə ki, onların hüceyrəarası maddəsi maye şəklində olub, içərisində hüceyrə elementləri üzür. Qan və limfa orqanizmin normal tənzim fəaliyyətinin əsasını təşkil edir. Bu toxumalar başlıca olaraq trofik funksiya daşıyır, qida maddələrini və oksigeni bütün orqanlara aparır.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin