Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə18/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   14   15   16   17   18   19   20   21   ...   128
2 5379791321034655986

Adheziya zolağının (kəmərinin) formalaşması zamanı qonşu hüceyrələr arasında 20 nm-dən artıq sahə qaldığından onlar bioloji sədd rolunu oynaya bilməsələ r də qonşu hüceyrələrin sitoskletini təşkil edən strukrurlar arası nda molekulyar əlaqələr formalaşırlar. Bu əlaqələrə başlanğıc verən perpiferik hissələri hüceyrəarası sahələrdə yerləşən epitelial kadherin (E-kadherin) zülallarıdır. İnteqral qrup zülallara aid olan kadgerinlərın hüceyrəarası səhədə yerləşən hissələri Ca2+ ionlarının iştirakı ilə homofilik üsulla bir-birləri ilə birləşirlər. E-kadherin zülalalrının sitoplazmada yerləşən hissələri katenin,
vinkilin, -aktinin zülallarının vastəsi ilə sitoskeletin tərkib hissəsi olan aktin filamentləri birl əşirlər. Beləliklə, qonşu hüceyrələrin sitoskeletlərini bir-biri ilə birləşdirən sıx molekulyar əlaqələr yaranır.
Desmosomlar (Yun.: desmos – birləşmə, rabitə və soma cisimcik) mövcud ədə biyatlarda adgeziya ləkəsi (Lat.: macula adhaerens) və ya nöqtəvi desmosom (İng.: spot desmosome) kimi də tə svir olunurlar. Hüceyrələrin yan sətlərini bir-birinə daha sıx (möhkəm) birləşdirən, diametri 0,5 mkm olan, adheziv əlaqə formasıdır.

Desmosomlar da digər adheziv əlaqələr kimi inteqrin qrup zülalların vasitəsi ilə formalaşırlar. Hüceyrəarası qalınlaşmanın tərkibində inteqral desmoqlein və desmokollin qlikoproteinləri yerləşirlər. Onların hüceyrəxarici hissələri Ca2+ ionlarının i ştirakı ilə homofilik üsulla bir-birləri ilə birləşərək [1, s. 94, şək. 11.11] hüceyrəarası sıx xətti əmələ gətirirlər, sitoplazmaya baxan ucları isə desmosomal lövhəciklərin xarici zonasının təşkilində iştirak edən plakoqlobulin və plakofillinlə birləşirlər. Sonuncular desmosomal lövhəciklərin daxili zonasının təşkilində iştirak edən desmoplakin zülalının vasitəsi ilə hüceyrələrin sitoskeletinin tərkib hissəsi olan ara filamentlə rlə molekulyar əlaqəyə girirlər. Beləliklə, desmosomlar vasitəsi ilə qonşu hüceyrələrin ara filamentlə ri bir-biriləri ilə molekulyar əlaqəyə girərək fasiləsiz tor əmələ gətirirlə r. Qeyd etmək lazımdır ki, epitel hüceyrələrində ara filamentlər keratin, əzələ hüceyrələrin-də isə desmin zülallarından təşkil olunurlar.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin