A B
Şəkil 1. Sıx əlaqə zülallarının hissələrinin (A) və iki qonşu hüceyrələrin plazmolemmalarını bir-birinə birləşdirən zəncirbəndin (B) sxematik şəkilləri.
Bu əlaqələrin formalaşmasında iş tirak edən zülalların hamısının amin və korboksil sonluqları sitoplazmada yerləşmək (şək.1A 4) şərti ilə 4 ə də d hüceyrə zari daxili (şək.1A 3) və 2 ədəd hüceyrəarası sahədə yerləşən ilgək şəkillı hıss ələri (şək.1A 2 ) vardır. Sonuncular bir-biri ilə zəncirbənd kimi (ing. fermuar, rusca – застежка, молния) birləşirlər (şək.1B). Bu zaman qonşu hüceyr ələrin plazmolemmalarının xarici qatları zülal molekullarının yerləşdiyi yerlərdə, yuxarıda qeyd olunduğu kimi, fasiləsiz olaraq bir-biri ilə bitişirlər.
9
Six əlaqələrin təşkilində iştirak edən inteqral zülalardan JAM -dən başqa, yerdə qalanların hamısı okkuludin (1993) və klaudin (1998) məhşur yapon alimi Tsukita Shoichironı n rəhbəlik etdiyi Kioto universitetinin əməkdaşları tərəfindən kəşf edilmişl ər. Bisellular əlaqələrdə sıx əlaqə lifləri klaudin və okkuludin zülalalarının qarşılıqlı əlaqələri sayəsində formalaşırlar. Klaudin zülalının yaratdığı özül (əsas) üzərində okkulidin zülalı nın molekulları polimerizasiyaya məruz qalaraq qonşu hüceyr ələrin hər birinin yan səthlərində six əlaqə liflərini əmələ gətirirlər. Müəyyən edilmişdir ki, sıx əlaqəl ərin formalaşmasında əsas məqam isə təsvir olunan sıx əlaqə lifləri “cütlüyünün” formalaşmasıdır. Bu zaman okkuludin və klaudin zülallarının hüceyrəarası sahədə yerləşən ilgəkləri zəncirbəndəbənzər şəkildə bir-biriləri ilə birləşərək sıx əlaqə lifləri cütlüklərini əmələ gətirirlər. Bir daha qeyd etmək lazımdır ki, təsvir olunan cütlüklər səviyyəsində hüceyrəyanı (parasellular) sahələr tam qapandıqlarına görə ekzotel və endotel hüceyrələri bioloji sədd funksiyasını yerinə yetirmə imkanı əldə edirlər.
Dostları ilə paylaş: |