Kanal yaradıcı əlaqələr. Qonşu hüceyrələrin sitoplazmalarını bilavasitə bir-birləri ilə birləşdirən kommunikasiyaları kanal yaradıcı əlaqələr adlandırırlar. Bitki hüceyrələrində belə əlaqələrə plazmodesmaları, heyvan hüceyrələrində isə yarıqlı əlaqələri aid edirlər. Yarıqlı əlaqələr mövcud ədəbiyyatlarda mütəlif adlarla – neksuslar, kommunikasion lə kələr, qovuqsuz sinapslar, elektrik sinapsları və s. adlarla təsvir olunurlar. Buna baxmayaraq çox zaman yarıqlı əlaqələr (ing.: gap junctions; rus.: щелевые контакты) termini istifadə olunur.
Yarıqlı əlaqə lərin bilavasitə təşkilində molekul çə kilə ri 26 ilə 62 kDa arasında tə rəddüd edən konneksin zulalları (ing.: connexins – Cxs) iştirak edirlər. Bu zülaların 6 monomeri diametri 2-4 nm olan (su ilə dolu – hidrofil) kanalın ətrafında dairəvi olaraq bir-birləri ilə birləşərək yarımkanal rolunu oynayan konneksonları əmələ gətirirlər. Sonra qonşuluqda olan hüceyrəl ərin plazmolemmaları daxilində yerləşən iki ədəd konneksonların hüceyrəarası hissə ləri birləşərək, 12 subvahid konneksin zülalarından təşkil olunmuş yarıqlı əlaqə kanalı kompleksini formalaşdır ırlar. Yarıqlı əlaqələri formalaşdı ran zülallar orqanizmin təşkilində iştirak edən tam diferensiasiya etmiş, yetkin eninəzolaqlı əzələ liflərindən, eritrositlərdən və spermatozoidlərdən başqa digər hüceyrə tiplərinin hamısında ekspressiya olunurlar. Ona görə də toxumaların formalaşmas ı zamanı eyni və ya müxtəlif tip hüceyrələrin funksional olaraq birliyinin təmin edilməsində yarıqlı əlaqələrin aparıcı rollardan birini oynadığı həmişə ön plana çəkilir.
Yarıqlı əlaqələrin çox hüceyrəli orqanizmlərdə hüceyrələrin fəaliyyətində sinxronluq, diferensiasiya,
böyümə və metabolik koordinasiya kimi fizioloji proseslərin tənzimində iştirak edirlər. Göstərilənlərin əsasında qeyri-üzvü ionların (Na+, K+, Ca2+, Cl-), ikincili vasitəçilərin [(sAMF, sQMP, inozitol trifosfat
10
(IP3)] və molekul çəkilə ri 1000 kDa-dan kiçik olan metabolitlərin (qlükoza, amin turşuları) yarıqlı əlaqələrlə diffuziya yolu ilə, qonşu hüceyrələrin birindən digərinin sitoplazması na sərbəst daxil ola bilmələridir. Son zamanlar tam dəqiqləşdirilmişdir ki, yarıqlı əlaqələr sadəcə passiv keçirici kanal rolunu oynamırlar. Belə ki, hər hansı bir hüceyrənin sitoplazmasında pH aşağı düşdükdə, Ca2+ ionlarının konsentrasiyası artdıqda, hüceyrələrin arasında gərginlik (voltaj) fərqləri yarandıqda yarıqlı əlaqə kanalları qapalı vəziyyətə düşürlər.
Dostları ilə paylaş: |