Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə15/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   11   12   13   14   15   16   17   18   ...   128
2 5379791321034655986

EPİTEL HÜCEYRƏLƏRİ (EPİTHELİOCYTİ)
Epitel hüceyrələri hər bir adi hüceyrə kimi sitoplazmadan və nüvə dən ibarətdir. Bu hüceyrələrdə adətən bir nüvə olur, lakin epitel toxumasının bəzi növlərində (məs.: seroz qişaları örtən epiteldə, qaraciyərdə və s.) iki və daha artı q nüvəyə malik hüceyrələrə təsadüf olunur. Nüvənin forması müxt əlif olur: girdə, oval, diskşəkilli və s. Çox vaxt bu formalar hüceyrənin öz formasından asılı olur. Belə ki, girdə nüvələrə kubabənzər, oval formalı nüvələrə silindrik və diskşəkilli nüvələrə isə yastı epitel hüceyrələrində təsadüf olunur. Qeyd etmək lazımdır ki, nüvənin böyük ölçüsü, bir qayda olaraq, hüceyrənin öz böyük ölçüsünə müvafiq gəlir. Məs.: silindrik hüceyrələrdə oval nüvələr hüceyrənin boyu istiqamətində yerləşir. Nüvələr yerləşmələrinə görə fərqlənir. Kubabənzər hüceyrələrdə onlar

7

sitoplazmanın ortasında, silindrik hüceyrələrdə isə onun əsasına yaxın yerləşir. Nüvənin vəziyyəti hüceyrənin fizioloji halından asılı olaraq dəyişə bilər (məs.: sekretor hüceyrələrdə).



Sitoplazmada orqanellər yaxşı nəzərə çarpır, lakin epitelin müxtəlif növlərində, onların daşıdığı vəzifədən asılı olaraq, ayrı-ayrı orqanellərin inkişaf dər əcəsi eyni olmur; məs.: zülal ifraz edən vəzi epitelində dənəli endoplazmatik şəbəkə daha zəngindir, sekretor fəaliyyətə malik digər hüceyrələrdə Holci kompleksi güclü inkişaf edir [1, s. 47, şək. 6.9 ]. Mitoxondrilərin miqdarı epitel hüceyrələ rində adətən çox olur, onlar işı q mikroskopunda qısa sapa, və ya çöpə bənz əyir. Hüceyrə mərkəzi çox vaxt diplosom (iki sentriollu) şəklində olur və nüvənin üstündə yerləşir. Bəzi birqatlı epitelin silindrik hüceyrələrində sentrasom hüceyrənin sərbəst ucuna yaxın yerləşir, çünki o, bir sıra xüsusi strukturların (kirpiklərin, qamçıların və s.) əmələ gə lməsind ə iştirak edir. Lizosom epitel hüceyrələrinin bəzi növlərində (məs.: qaraciyər hüceyrələrində) təsadüf olunur.

Epitel hüceyrələrinin sitoplazmasında ümumi orqanellərdən əlavə xüsusi orqanellərə də rast gəlmək olur. Bunlara sitoplazmada olan tonofibrillər, hüceyrənin azad səthindəki kirpiklər, qamçılar submikroskopik xovlar, sorucu və fırçalı haşiyə aiddir. Tonofibrillər fibrilyar zülal molekullarından təşkil olunub, incə saplar şə klində bəzi epitel hüceyrələrində (məs.: epidermisdə) olur [1, s. 249, şək. 20.11]. Tonofibrillərin istinad vəzifə daşıdığı ehtimal olunur.

Kirpiklər adətən ehtizazlı epitel hüceyrələrinin azad səthində olur və mayenin hərəkətinə səbəb olur. Belə epitelə tənəffüs sisteminin havadaşıyıcı yollarını örtən selikli qişada, habelə uşaqlıq borusunda və s. təsadüf olunur. Ehtizazlı epitelin kirpikli hüceyrələri maye ilə birlikdə toz hissəciklərini, hüceyrəni və s. hərəkətə gətirirlər. Kirpiklərin incə quruluşu haqqında “Sitologiya” dərsliyinin orqanellər şöbəsində ətraflı məlumat verilmişdir [2, s. 103-107].

Qamçılar da quruluşca kirpiklərə bənzəyir və insanda yalnız kişi cinsi hüceyrəsində olur [2, s. 106, şək. 32].

Submikroskopik xovlar, və ya mikroxovcuqlar (microvilli) sapşəkilli incə sitoplazmatik çıxıntılar olub, bə zi epitel hüceyrələrinin azad səthini örtür. Uzunluğu təxminən 1-1,5 mikron, eni isə 0,05-0,1 mikrona bərabərdir. Mikroxovcuqlar hüceyrənin fəal səthini genişləndirir. Bu xovcuqların miqdarı bəzən bir epitel hüceyrəsində 3000-ə çata bilər. Xaricdən üzəri sitolemma ilə örtülmüş, daxildə hialoplazma olur. Mikroxovcuqlarda mürəkkəb birləşmə ləri parçalayan fermentlərə (fosfotaza, lipaza və s.) rast gəlinir. Mikroxovcuqlar elektron mikroskopu ilə müayinə edilir [1, s. 402, şək. 25.43].
Fırçalı haşiyə sorucu haşiyə kimi güclü sorulma prosesində iştirak edən epitel hüceyr ələrinin azad səthini örtür. Elektron mikroskopu onların da küllü miqdar mikroxovcuqlardan təşkil olunduğunu müə yyən etmişdir. Sorucu haşiyə mikroxovcuqlar ından fərqli olaraq, buradakı mikroxovcuqlar daha uzun olur (3 mikrona qədər). Fırçalı haşiyə böyrəkdə nefronun proksimal şöbəsində (birinci dərəcəli qıvrım borucuqlarda) və öd kisəsinin selikli qişasını örtən epiteldə təsadüf olunur. Epitel hüceyrələrinin sitoplazmasında çox vaxt müxtəlif növ əlavələrə (trofik, sekretor, piqment və s.) rast gəlmək olur.

Epitel hüceyrə lərini örtən sitolemma onun ayrı-ayrı növlərində eyni deyildir, belə ki, sorulma proseslərində iştirak edən hüceyrələrdə sitolemma sitoplazmaya doğru büküşlər əmələ gətirir. Sitolemma habelə mikroxovcuqları örtür.

Epitel hüceyrə ləri polyarlıq (qütblük) xüsusiyyətinə malikdir, onlarda əsas zara təmas edən proksimal və ya əsas (bazal) hissə, epitelin azad səthinə baxan apikal (zirvə) və ya distal hissə ayırd edilir. Proksimal hissə distal hissədən istər quruluş və istərsə də vəzifəcə fərqlənir. Nüvə və dənəli tor, adətən proksimal şöbədə, digər orqanellər və əlavələr is ə distal ş öbədə yerləşir. Epitel hüceyrələrinin qütblərinin bir-birindən fərqlənmə sinin əsas səbə bi onların müxtəlif şəraitdə olmalarıdır. Hüceyrənin distal şöbəsi, adətən daha mürəkkəb quruluşa malik olur.

Qeyd olunduğu kimi, epitel hüceyrələri əsas (bazal) zar üzə rində yerləşir və sonuncu hüceyrələr üçün istinad vəzifəsini görür. Əsas zar epitel toxuması nı onun altında yerləşən kövşək birləşdirici toxumadan ayırır, lakin mübadilə prosesində fəal iştirak edərək qida maddələrini kövşək birləşdirici toxumanın qan damarlarından epitel toxumasına ötürür. Bu zar eyni zamanda epitel hüceyrələrinin mübadilədən sonrakı məhsullarını əks istiqamətdə kövşək birləşdirici toxumaya ötürür. Əsas zar, habelə epitel hüceyrələrinin kövşək birləşdirici toxumaya doğru artmasına mane olur və beləliklə, baryer vəzifəsini görür. Əsas zar incə fibrillərdən və amorf maddədən təşkil olunmuşdur. Bu fibrillər birləşdirici


8

toxumanın retikulyar liflərinə bənzəyir. Əsas zarın amorf maddə sində çoxlu qlikozaminoqlikanlar olur. Bu zarın əmələ gəlməsində həm epitel, həm də birləşdirici toxama iştirak edir.



Epitel toxumasında ara maddə olmadığından hüceyrələr bir-birinə çox yaxın olur, lakin bütün hallarda hüceyrələ r arasında çox incə, işıq mikroskopunun seç ə bilmədiyi yarıqlar olur. Onların eni 15-20 nm-ə çatır. Həmin yarıqlarda hüceyrəarası maye cərəyan edir. Bununla bərabər epitel hüceyrələri arasında möhkəm rabitə mövcuddur. Epitel hüceyrələri bir-biri ilə müxtəlif üsullarla birləşir, burada əsas rolu desmosom (yunanca desmos – “rabitə, birləş mə” və soma – “cisimcik”) görür. Desmosom hüceyrələri bir-biri ilə birləşdir ən sitoplazamatik çıxıntılar arasında olan sıx dənələrdir. Desmosomlar bir-birinə təmas edən sitoplazmatik zarların xüsusi strukturları olub, hüceyrələri bir-birinə rəbt edir. Bunların tərkibində fosfolipidlərin və neytral mukopolisaxaridlərin olduğu ehtimal olunur. Bəzi nahiyələrdə epitel hüceyrələri (məs.: epidermisin tikanlı hüceyrələri) arasında rabitə daha möhkəm olur, belə ki, həmin nahiyələrdə desmosomlara tonofibrillər bağlanır.

Epitel hüceyrələrinin ikinci rabitə üsulu invaginasiya yolu ilə olur, y əni qonşu hüceyrələrdən birinin çıxıntısı o birinin müvafiq girintisinə daxil olur. Belə halda hüceyrələr arasında "qıfıla" bənzər rabitə yaranır.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin