Sümüyün inkişafi (osteohistogenesis) Qeyd olunduğu kimi, sümük mənşə cəhətcə mezenxim hüceyrələrinə aiddir. Lakin mezenximdən sümüyün inkişafı skeletin ayrı-ayrı yerlərində eyni deyil və müxtəlif vaxtlarda icra olunur. Bəzi yerlərdə mezenxim bilavasitə sümük toxumasına diferensasiya edir, digər yerlərdə və həm də skeletin çox hissəsində mezenximdən əvvəlcə qığırdaq toxuması hasil olur və sonra h əmin qığırdaq əsasında sümük inkişaf edir. Lakin sonuncu halda da sümüyün mayasını yenə mezenxim təşkil edir. Skeleti təşkil edən bütün sümüklə r mezenxim hüceyrələrinin tör əməsi olan sümükyaradan hüceyrələrdə n, yəni osteoblastlardan inkişaf edir. Osteoblastlar sümük toxumasının həm hüceyrəarası maddəsini, həm də sümük hüceyrələrini (osteositləri) yaradır.
İnkişaf gedişinə görə iki növ osteogenez mü əyyən edilir: zarlı osteogenez (osteogenesis membranacea), yəni zar sümüyün (os membranaseum) inkişafıvəqığırdaq osteogenezi (osteogenesis cartilaginea), yəni qığırdaq sümüyün (os cartilagineum) inkişafı.