Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi



Yüklə 109,56 Kb.
səhifə15/36
tarix06.07.2022
ölçüsü109,56 Kb.
#62670
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   36
01.AZ RES - İNZİBATİ PROSESSUAL MƏCƏLLƏSİ

XIII fəsil
PROSESSUAL XƏRCLƏR
Maddə 108. Prosessual xərclər
108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. [47]
108.2. Vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. [48]
108.3. Mübahisə ilə bağlı işə şikayət üzrə şikayət instansiyasında baxılmışdırsa, rüsumların, vəkilin və ya nümayəndənin haqqının ödənilməsinə, müvafiq səlahiyyətli şəxsin cəlb olunmasının məhkəmə tərəfindən zəruri sayıldığı hallarda yol verilir. [49]
108.4. Prosesə cəlb edilmiş üçüncü şəxslərin zəruri xərclərinin ödənilməsinə, məhkəmənin ədalət mövqeyindən çıxış edərək həmin xərcləri xeyrinə qərar qəbul edilməyən tərəfin və ya dövlət büdcəsinin üzərinə qoyduğu hallarda yol verilir.
Maddə 109. Prosessual xərclərin ödənilməsi
Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir.
Maddə 110. Prosessual xərcləri ödəmək vəzifəsi
110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
110.2. Sosial təminat mübahisələri ilə bağlı işlər üzrə (əmək pensiyasının, sosial müavinətin təyin olunması və s.) dövlət orqanının xeyrinə qərar qəbul edildiyi hallarda, bu Məcəllənin 110.1-ci maddəsi tətbiq olunmur.
110.3. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur.
110.4. Yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər.
110.5. Yeni açılmış hallar üzrə icraatla bağlı prosessual xərclər, həmin xərclərin proses iştirakçılarından birinin təqsiri üzündən meydana gəldiyi hallar istisna olmaqla, dövlət büdcəsinin və ya yerli büdcənin vəsaiti hesabına ödənilir.
110.6. Tərəflərin müştərək bəyanatına əsasən icraata xitam verildiyi hallarda məhkəmə tərəfindən xərclər barədə qərardad qəbul edilir. Bu zaman xərclər məhkəmə prosesini udma ehtimalına mütənasib olaraq bölüşdürülür.
Maddə 111. Prosessual xərclərin bölüşdürülməsi
111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir.
111.2. Proses iştirakçısının mübahisəni əhəmiyyətsiz hissədə uduzduğu hallarda, prosessual xərcləri tam şəkildə ödəmək vəzifəsi qarşı tərəfin üzərinə qoyula bilər.
111.3. Şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur.
111.4. İlkin hüquqi vəziyyətin bərpa olunması haqqında ərizə ilə əlaqədar prosessual xərclər ərizəçi tərəfindən ödənilir.
111.5. Proses iştirakçılarından hər hansı birinin təqsiri üzündən meydana gəlmiş prosessual xərcləri ödəmək vəzifəsi, həmin iştirakçının üzərinə qoyula bilər.
Maddə 112. İddianın dərhal qəbul edilməsi ilə əlaqədar prosessual xərclər
Cavabdeh öz hərəkətləri ilə iddianın qaldırılması üçün əsas vermədiyi və iddiaçının hüquqi tələbini dərhal qəbul etdiyi hallarda, bütün prosessual xərclər iddiaçı tərəfindən ödənilir.
Maddə 113. Barışıq sazişinin bağlandığı hallarda prosessual xərclərin bölüşdürülməsi
İnzibati mübahisənin məhkəmədə barışıq sazişinin bağlanması yolu ilə nizama salındığı və onun iştirakçıları arasında xərclərin bölüşdürülməsi barədə digər razılığın olmadığı hallarda, barışıq sazişinin tərəfləri məhkəmə xərclərini bərabər şəkildə ödəyirlər. Zəruri xərclər hər bir iştirakçı tərəfindən müstəqil şəkildə ödənilir.
Maddə 114. Prosessual xərclərin bir neçə şəxs tərəfindən ödənilməsi qaydası
114.1. Xeyrinə qərar qəbul edilməyən tərəf (prosessual xərcləri ödəməli olan tərəf) bir neçə şəxsdən ibarət olduğu hallarda, həmin şəxslər, onlardan hər birinə düşən pay həcmində prosessual xərcləri ödəyirlər.
114.2. Mübahisədə iştirakın dərəcəsi baxımından mühüm fərqlərin olduğu hallarda, məhkəmə şəxsin prosesdə iştirak dərəcəsini nəzərə almaqla prosessual xərcləri bölüşdürməyə haqlıdır.
114.3. Prosessual həmiştirakçılardan biri, tələbin təmin olunması ilə bağlı və ya tələbə qarşı müdafiə ilə bağlı xüsusi vasitələrdən istifadə etdiyi hallarda, digər prosessual həmiştirakçılar bununla əlaqədar yaranan prosessual xərcləri ödəməyə borclu deyildirlər.
114.4. Mübahisə ilə bağlı iş üzrə prosessual xərcləri ödəməli olan tərəfə münasibətdə yalnız vahid qərarın qəbul edilə biləcəyi hallarda, həmin xərcləri ödəmək vəzifəsi birgə borclular kimi bir neçə şəxsin (prosessual həmiştirakçıların) üzərinə qoyula bilər.
Maddə 115. Prosessual xərclərə dair məhkəmə qərarının mübahisələndirilməsinin yolverilməzliyi
115.1. Mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir.
115.2. Mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir.

Yüklə 109,56 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin