Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi


XIV fəsil MƏHKƏMƏ QƏRARLARININ İCRASI



Yüklə 109,56 Kb.
səhifə16/36
tarix06.07.2022
ölçüsü109,56 Kb.
#62670
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   ...   36
01.AZ RES - İNZİBATİ PROSESSUAL MƏCƏLLƏSİ

XIV fəsil
MƏHKƏMƏ QƏRARLARININ İCRASI
Maddə 116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi
116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. [50]
116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir.
Maddə 117. İcra sənədi
117.1. İcra aşağıdakı sənədlər əsasında həyata keçirilir:
117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında;
117.1.2. müvəqqəti xarakterli müdafiəyə dair məhkəmə qərardadı əsasında;
117.1.3 məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında;
117.1.4. prosessual xərclərin müəyyən edilməsi haqqında məhkəmə qərardadı əsasında.
117.2. Məhkəmə qərarının icrası ilə bağlı proses iştirakçılarına, onların ərizəsinə əsasən, təsviri və əsaslandırma hissəsi olmadan məhkəmə qərarının surəti verilə bilər. Belə qərar hüquqi qüvvəsinə görə tam formada təqdim olunmuş məhkəmə qərarına bərabər sayılır.
Maddə 118. Dövlətin və ya bələdiyyələrin xeyrinə icra
118.1. İcranın dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə həyata keçirilməli olduğu hallarda məhkəmə qərarının icrası ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun VIII fəslində nəzərdə tutulmuş qaydalar tətbiq olunur.
118.2. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır.
118.3. Hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər.
118.4. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir.
118.5. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir.
Maddə 119. Dövlətə və ya bələdiyyələrə qarşı pul tələblərinin icra edilməsi
119.1. Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur.
119.2. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz.
119.3. Ümumi vəzifələrin (dövlət vəzifələrinin və ya ictimai vəzifələrin) yerinə yetirilməsi üçün zəruri olan və ya özgəninkiləşdirilməsi ümumi maraqlara (mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalara münasibətdə icraya yol verilmir. Şikayətin verildiyi hallarda, məhkəmə müvafiq nəzarət orqanının və ya yuxarı inzibati orqanın rəhbərinin, yaxud onların səlahiyyətləndirdiyi nümayəndənin rəyini dinlədikdən sonra qərar qəbul edir.
119.4. Müvəqqəti xarakterli müdafiə barədə qərardadın icra edilməli olduğu hallarda, icra haqqında xəbərdarlıq edilməsi və bununla bağlı müddətin müəyyən olunması tələb edilmir.
Maddə 120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi
120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir.
120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir.
120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.
Maddə 121. İcranın mübahisələndirilməsi
121.1. Barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirilə bilər. 121.2. Mübahisəyə müvafiq apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılır və bu barədə qərardad qəbul edilir. Şikayət təmin edilmədikdə və ya qismən təmin edildikdə, bu barədə məhkəmə qərardadı Ali Məhkəmədə mübahisələndirilə bilər. 121.3. Mübahisəyə Ali Məhkəmə tərəfindən yazılı icraat qaydasında baxılır və bu barədə qərardad qəbul edilir. Ali Məhkəmənin qərardadı qətidir.
121.4. İcranın mübahisələndirməsi ilə bağlı bu Məcəllənin 81-ci, 85-ci, 87-ci, 88-ci, 90-cı, 94-cü, 96-cı, 97-ci və 99-cu maddələri müvafiq qaydada tətbiq olunur.

Yüklə 109,56 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin