Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


İnstinktlər-genetik cəhətdən tropizmlərlə bağlı olsa da, mahiyyət etibarilə yeni davranış forması kimi meydana çıxır. İnstinktlər-



Yüklə 277,04 Kb.
səhifə16/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   12   13   14   15   16   17   18   19   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

İnstinktlər-genetik cəhətdən tropizmlərlə bağlı olsa da, mahiyyət etibarilə yeni davranış forması kimi meydana çıxır. İnstinktlər-oyanma deməkdir elmi termin kimi “irsən möhkəmlənmiş”, “anadangəlmə davranış” mənasını ifadə edir. İnstinktiv davranış forması hər hansı bir qıcığın təsiri ilə əmələ gəlir və ardıcıl surətdə davam edir. Standart şərait dəyişən kimi instinktiv hərəkətlər öz məqsədəuyğunluğunu itirir. Beləliklə, instinktiv davranış formaları yalnız dəyişməz şəraitdə məqsədəuyğun olur. İnstinktiv davranış formalarına heyvanların hamısında geniş təsadüf olunur.

Son zamanlar aparılmış tədqiqatlar nəticəsində əldə edilmiş imprintinq faktların müəyyən edilməsi çox maraqlıdır. Təcrübələr göstərir ki, irsi, anadangəlmə və instinktiv davranışa aid edilən bir çox davranış formaları əslində həyatda qazanılmadır. İmprintinq-həkkolma deməkdir. Quş və heyvan balalarının öz həyatlarının ilk çağlarında bilavasitə yaxınlıqda yerləşən cisimləri yadda saxlamaq qabiliyyətinə inprintinq deyilir. Məsələn, K.Lorents qaz yumurtalarını iki yerə ayırıb, bir hissəsini ana qazın altına, ikinci hissəsini isə inkubatora qoymuşdur. Yumurtadan qaz balaları çıxdıqda onların bir hissəsi ana qazla birlikdə dən axtarmağa başlayır, inkubator qazları isə ilk dəfə Lorentsi görür və hər yerə onun arxasınca getməyə başlayırlar.

Mühit dəyişkəndir və ona təkcə instinktiv davranış formasında uyğunlaşma əslində mümkün deyildir. Bu zəmində də heyvanlar mühitə həm də fərdi surətdə uyğunlaşırlar. Fərdi qazanılmış davranış formaları dedikdə heyvanların yiyələndikləri vərdişlər nəzərdə tutulur. Məsələn, bir itin eyni cinsli iki balasını müxtəlif şəraitdə saxladıqda, onların birində bir cür, digərində başqa cür vərdişlər formalaşır, yəni onların formalaşması fərdi xarakter daşıyır. Fərdi qazanılmış davranış formaları instinktiv davranış formaları əsasında təzahür edir. Bu iki davranış formaları bir-birilə o qədər qarşılıqlı əlaqədə təzahür edirlər ki, hətta bəzən onları bir-birindən fərqləndirmək çətin olur.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin