Ümumi Regional landşaftşünaslıq


Su obyektlərinin çirklənməsi, içməli su problemi



Yüklə 125,42 Kb.
səhifə40/56
tarix02.01.2022
ölçüsü125,42 Kb.
#38861
1   ...   36   37   38   39   40   41   42   43   ...   56
Dünya landş

Su obyektlərinin çirklənməsi, içməli su problemi.

Su resursları təbii ehtiyyatlar içərisində daha tez çirklənən və qısa bir müddətdə su hövzələrində yayılan, həm insanların səhətinə, həm də ekosistemlərə ciddutəsirlər göstərən komponentlərdir.

Suların çirklənməsi kiçik ərazidə baş versədə, qısa müddətdə çox böyük əraziləri əhatə etdiyi üçün, onların təmizlənməsi və bərpası çoxlu vəsait və vaxt tələb edir.

Sular maye və bərk tullantılarla, kimyəvi reagentlərlə, canlı orqanizmlərlə və.s çirklənir. Bu çirkləndiricilər içərisində sənaye obyektləri, xüsusi ilə neft, qaz istismarı kəşviyyatı, emalı, nəqliyyat vasitələri, şəhər aqromelasiyalarının çirkab suları xüsusi yer tutur.

Dünya okeanınl və digər su obyektlərini şirkləndirən əsas mənbələr maye tullantılar, neft və çirkab sularıdır. Su obyektlərinə atılan tullantıların illik həcmi 1800-1850 km2 çatır(2000-2010-cu illər üçün). Qeyd edilən çirkab sularının təmizləyici qurğulardan keçməsi çoxlu vəsait tələb edir. Belə ki, hər bir m3 suyun təmizlənməsi üçün orta hesabla 50 – 200 m3 təmiz su lazımdır. Təbii ki, İEOÖ-də,MDB ölkələrində belə bir vəsaitin olmaması çırkab sularının təmizlənmədən su obyektlərinə axıdılmasını qaçınılmaz edir.

Hazırda su obyektlərinə axıdılan çirkab sularının 90 %-dən çoxu Avropa, Şimali Amerika və Asiyanın okean sahili ölkələrinin payına düşür. MDB ölkələri hər il dünya okeanına və digər su obyektlərinə 170 km3 çirkab su axıdır. Onun 75 km3 RF-nın payına düşür.

Hazırda suların çirklənməsi nəticəsində dünyanın 1.4 mln nəfər əhalisi çirklənmiş sulardan istifadə edir və müxtəlif dərəcədə epidemik xəstəliklərə tutulurlar.

Müasir texnologiya, kənd təsərrüfatı və tikintinin təsirilə çayların və göllərin suları sənaye və məişət tullantıları ilə çirklənməyə məruz qalır.

Yalnız sənaye hər il çaylara 160 km3 təmizlənməmiş və ya kifayət dərəcədə təmizlənməmiş sular axıdır.

Onlar 4 min km3-dan çox, yəni ümumi çay axınlarının 10%-ə qədərini çirkləndirir.

Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə bu rəqəm 30%-ə çatır.

Okeanda çirkləndirici maddələrin yayılmasının dəniz orqanizmlərinə və insana təsirinin öyrənilməsi üzrə toplanmış çoxillik məlumatlar göstərir ki, çirkləndiricilərin təbii ekosistemlərə t əsiri baxımından karbohidrogenlər, yəni xam neft, neft məhsulları, həmçinin xlortərkibli karbohidrogenlər (məsələn, pestisidlər), toksiki metallar və radioaktiv maddələr daha təhlükəli sayılır.

Dünya okeanını çirkləndirən mənbələr üç qrupa ayrılır:

1. Dəniz – hərbi gəmilər, müxtəlif təyinatlı gəmilər və dəniz mühitində istismar edilən digər qurğular, boru kəmərləri, dəniz dibi və təkinin təbii resurslarının kəşfiyyatı və çıxarılması

2. Yerüstü – çaylar, göllər və digər su sistemləri, çirkləndirici maddələr -qrunt sularından, həmçinin müxtəlif sahil obyektlərindən axıdılan çirkab və q ızdırılmış sulardan, basdırılmış radioaktiv tullantılardan və digər xüsusi zərərli maddələrdən daxil olur;

3. Atmosfer – atmosferə z ərərli qazşəkilli tullantılar buraxan müxtəlif sənaye müəssisələri, nəqliyyat vasitələri və digər obyektlər.

Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır. Əsas çirkləndiricilər patogen mikroorqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Çirklənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər, sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və t əbiətə toksiki təsirini göstərmək olar.

Dənizləri, xüsusən sahilyanı zonanın çirkab təmizləyən qurğuların və g əmilərin təsərrüfat – məişət çirkabları da çirkləndirir. Gəmiçiliyin inkişafı ilə əlaqədar olaraq onların miqdarı da artır. 1950-1992-ci illərdə Sovet İttifaqı tərəfindən Buzlu Şimal okeanı sularında aktivliyi cəmi 2,5 milyon kyürü olan nüvə tullantıları, 15 reaktor, «Lenin» atom buzqıranının quraşdırılması, 13 qəzaya uğramış sualtı gəmilərin reaktorları basdırılmışdır. Böyük Britaniya tərəfindən İrlandiya dənizində, Fransa tərəfindən isə Şimal dənizində radioaktiv tullantılar basdırıldı. Buradan çirkləndiricilər Barens dənizinə keçir.

- Dünya okeanı fiziki çirklənməyə d ə (radioaktiv və istilik çirklənməsinə) məruz qalır. Radioaktiv məhsullar okeana nüvə silahlarının sınaqdan keçirildiyi, həcminin xüsusi kanteynerlərdə radioaktiv tullantıların atılması və onların zədələnməsi zamanı baş verərək suda olduqca geniş əraziləri əhatə edir. Mikroneziyada 50-ci illərdə 50-dən artıq nüvə partlayışı keçirilmişdir. Minə yaxın ada öldürücü radiasiya təsirinə məruz qalmışdır. Okeanın istilik çirklənməsi də t əhlükəlidir. Elektrik stansiyaları v ə digər mənbələrdən atılan isti sular sahilyanı ekosistemlərin ekoloji tarazlığını ciddi surətdə pozur. Alimlərin hesablamalarına görə hər 8-10 il müddətində okeana atılan suların miqdarı iki dəfə artır. - Okeanın ən zərərli kimyəvi çirkləndiriciləri neft və neft məhsulları hesab olunur. BMT-nin məlumatına görə hər il dəniz və okeanlara 6 … 10 milyon ton neft daxil olur. Sular ən çox tankerlər və sualtı qazma işləri zamanı neftin sızması n əticəsində çirklənir. Dünya okeanının antropogen çirklənməsinin təxminən yarısı gəmiçiliyin payına düşür. Hazırda okeanlarda yükgötürmə qabiliyyəti 200-dən 700 min tona qədər olan 230 gəmi üzür. Onlar Dünya okeanına böyük potensial təhlükə yaradır.

Dəniz və okeanların neftlə çirklənməsi balıqçılıq, turizm və digər fəaliyyət sahələrinə böyük iqtisadi ziyan yetirir. Yalnız 1 ton neft dənizin 12 km2 sahəsini örtür. Suyun səthində neft pərdəsi (təbəqəsi) bütün fiziki- kimyəvi prosesləri dəyişir: suyun səthinin temperaturu yüksəlir, qaz mübadiləsi pisləşir, balıqlar köçür və ya məhv olur. Suyun dibinə çökən neft uzun müddət bütün canlılara ziyan verir. Neft və neft məhsulları bütün canlı orqanizmlərə v ə bioloji zəncirin bütün həlqələrinə öldürücü təsir göstərir. Dəniz və okeanların səthindəki neft pərdəsi okean və atmosfer arasında olan enerji, istilik, rütubətlik və qaz mübadiləsini poza bilər. Son nəticədə okeanın səthindəki neft təbəqəsi okeanda fiziki-kimyəvi və hidroloji şəraitə, həm də Yerin iqliminə və atmosferdəki oksigen balansına təsir göstərə bilər. Neftlə çirklənmə dənizlərin bioloji tarazlığına böyük zərbə vurur. Neft ləkələri günəş şüalarını buraxmır, suda oksigenin dəyişməsini ləngidir. Bunun nəticəsində dənizdə yaşayan canlıların əsas qida məhsulu olan planktonun çoxalmasını dayandırır.

- Dünyada pestisidlərin istehsalı ildə 200 min tona çatır. Onların nisbətən kimyəvi davamlılığı, həmçinin yayılma xarakteri böyük həcmdə dəniz və okeanlara daxil olmasına şərait yaratmışdır. Suda daim xlor üzvi maddələrin toplanması insanların həyatı üçün ciddi təhlükə yaradır. Pestisidlər Baltik, Şimal, İrlandiya dənizlərinin müxtəlif rayonlarında, Biskay körfəzində, İngiltərə, İslandiya, Portuqaliya və İspaniyanın qərb sahillərində a şkar edilmişdir. DDT və heksaxloran Antarktidada istifadə edilmədiyinə baxmayaraq çoxlu miqdarda suitilərin və Antarktika pinqvinlərinin qaraciyər və piylərində tapılmışdır. DDT və digər xlor üzvi maddələr atmosfer havasının asılı kalloid hissəciklərində toplana və ya aerozolların damla hissəcikləri ilə birləşərək uzaq məsafələrə aparıla bilər. Bu maddələrin Antarktidada aşkar olunması ABŞ və Kanadada onların intensiv istifadə edilməsi ilə əlaqədar okeanın çirklənməsidir. Okean suları vasitəsilə zəhərli kimyəvi maddələr Antarktidaya qədər gəlib çatır.

Okean və dənizlərin ağır metallarla çirklənməsi Aktiv antropogen təsirlər şəraitində okean sularının ağır metallarla çirklənməsi xüsusilə kəskin problemə çevrilmişdir. Sıxlığı 4,5 q/sm3-dən artıq olan ağır metallar qrupu dövri sistemin 30-dan çox elementini birləşdirir. Bu metallar (civə, qurğuşun, kadmium, sink,arsen, mis) geniş yayılıb olduqca toksiki çirkləndirici maddələrdir.

İldə Dünya okeanına 2 min ton qurğuşun, 20 min ton kadmium və 10 min tona qədər civə daxid olur. Dünya okeanının çirklənməsində atmosfer də böyük rol oynayır. Belə ki, okeana qurğuşunun 50%-ə qədəri, civənin isə 30%-i atmosfer tərəfindən toplanır. Ağır metallar dəniz suyuna daxil olarkən əsasən üst pərdədə, dib çöküntülərində və biotada toplanır, suda isə ancaq kiçik konsentrasiyada qalır.

Müəyyən edilmişdir ki, okeanda çirklənmənin təbii neytrallaşma imkanı praktiki olaraq tükənmişdir. Okeanın vəziyyətinin ümumi qiyməti atmosferin vəziyyətindən daha təhlükəlidir. Bu onunla izah olunur ki, at- mosferin çirklənmə təsiri effektinin qiymət və tərəddüdü bir qayda olaraq 10%-i keçmir, antropogen təsirlə əlaqədar okean və dənizlərdə geniş rayonlar daxilində ayrı-ayrı qruplaşmaların bioməhsuldarlığı 25 … 30% aza- la bilər. Odur ki, planetimizin dəniz ərazilərinin ekoloji balansını saxlamaq üçün bu sahədə beynəlxalq əməkdaşlıq aparmaq vacibdir.

Şimali Xəzərin çirklənməsi əsasən çay axınları və dənizdəki neft yataqları ilə əlaqədardır. Dəniz suyu səviyyəsinin qalxması sahildəki neft mədənlərinə məsafəni qısaldır və küləklərin tez-tez əsməsi, dalğalar mühafizə bəndlərini yuyur, sahilyanı neft mədənlərini basır. M.Ə.Salmanovun (1983) tədqiqatlarına əsasən şimali Xəzərin sularında karbohidrogenlərin konsentrasiyası 0,43-16,0 mql arasında dəyişir. Sahənin mərkəzi hissəsində karbohidrogenlərin konsentrasiyası orta hesabla 0,11-0,20 mql təşkil edir. Bir qayda olaraq maksimum göstərici çay sularına və limanların akvatoriyasına xasdır, burada neft məhsullarının miqdarı müva- fiq olaraq 1,46-2,07 və 9,4-10,3 mql təşkil edir. Cənubi Xəzərdə çirklənmə dərəcəsinə görə «ölü zona» adlandırılan bir sıra sahələr də mövcuddur. Bura Neft Daşları akvatroriyası, Bakı, Krasnovodsk buxtaları və Çeleken yarımadası sahilləri aiddir.


Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin