7
müəyyənləşdirilməsinə və dərsin bəzi mərhələlərində verilən təlim
materiallarının məzmununa sinergetik yanaşmanın zəruriliyi nəzəri
cəhətdən əsaslandırılmışdır;
– VI-IX sinif fizika kursunun təlim materiallarının hansı
hallarda sinergizm şərtlərini ödədiyi müəyyənləşdirilərək sinergizm
hallarının təsnifatı verilmişdir;
– fizikanın vahid tam olaraq öyrənilməsi üçün təsnifatı verilmiş
sinergizm hallarının kifayət etmədiyi göstərilmişdir.
Tədqiqatın praktik əhəmiyyəti ondan ibarətdir ki, ümumi
təhsilin orta və tam orta təhsil səviyyələrinin uyğun sinifləri üçün
fizikadan məzmun standartlarının təkmilləşdirilməsinə, fizikadan
dərsliklərin müasir dərs modellərinə uyğunlaşdırılmasına, habelə
fizikadan təlim materiallarının məzmununun dərinləşdirilməsinə
sinergetik yanaşılmasının təmin olunması, şagirdlərin fənnə maraqla-
rının və biliklərinin keyfiyyətcə yüksəldilməsinə zəmin yaradacaqdır.
Tədqiqatın nəzəri əhəmiyyəti ondan ibarətdir ki, ümumtəhsil
məktəblərinin VI-IX siniflərində fizikanın təlimi prosesində
mürəkkəb sistem, çoxvariantlılıq, qeyri-tarazlı sistem, qeyri-xətti
inkişaf, özünütəşkil, bifurkasiya, xaos-nizam münasibətləri sinergizm
baxımından dəqiqləşdirilmiş və sinergetik yanaşma metodoloji prin-
sip kimi səciyyələndirilmişdir. Uyğun siniflərin məzmun standartları,
bəzi dərs materialların məzmunu və təlim prosesinin mövcud vəziy-
yəti təhlil edilərək təlim materiallarının məzmununun və dərs
modelinin yeniləşdirilməsilə sinergizmin inkişafı yolu göstərilmiş və
əsaslandırılmışdır.
Dostları ilə paylaş: