10
edən qnoseoloji elmi nəzəriyyə kimi xarakterizə olunur, prinsipləri
izah edilir.
“
Təlimə sinergetik yanaşmanın zəruriliyi: problemin kon-
septuallığı və həllinin müasir vəziyyəti” adlanan üçüncü yarımfəsildə
dünya alimlərinin, o cümlədən Rusiya və Azərbaycan alimlərinin
təlimdə sinergizm istifadəsi ilə bağlı işləri araşdırılaraq tədqiq olunan
problem baxımından sistemləşdirilmişdir. Sinergetikanın yaradıcıları
hesab edilən Hakenin, Priqojinin ideyaları problem baxımından şərh
olunmuşdur. Məhz onlarin ideyaları ümumtəhsil məktəblərinin VI-IX
siniflərində fizikanın təliminin bir-biri ilə əlaqəli təlim mərhələləri
ardıcıllığı şəklində yerinə yetirilməsini zərurətini göstərir.
Xarici ölkə alimlərinin pedaqoji prosesə sinergetik yanaşmanın
zəruriliyinə dair əsaslandırılmış ideya və təklifləri analiz edilmişdir.
Azərbaycan alimləri Ə.F.Abbasov, T.B.Allahyarova, M.İ.Murquzov,
F.M. Qurbanov, N.Y.Səfərovun işlərində təlimdə sinergizm
istifadəsinin zəruriliyi ilə bağlı nümunələr və təkliflər
ümumiləşdirilir.
Yarımfəsildə belə nəticəyə gəlinir ki, elmi-pedaqoji ədə-
biyyatda sinergetikanın fəlsəfi mahiyyəti, prinsipləri, pedaqoji
funksiyaları araşdırılmış, pedaqoji prosesə sinergetik yanaşmanın
zəruriliyi əsaslandırılsa da sinergetika ideyalarının ümumtəhsil
məktəblərində fizikanın təlimində istifadəsi ilə bağlı bir çox
problemlər araşdırılmamışdır.
“
Dostları ilə paylaş: