ÜmumtəHSİLİn VI-IX siNİFLƏRİNDƏ FİZİkanin


“Pedaqoji eksperiment və onun nəticələri”



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix29.10.2022
ölçüsü0,83 Mb.
#66762
1   2   3   4   5   6   7   8   9   10
Avtoreferat Az-imza

“Pedaqoji eksperiment və onun nəticələri” adlı III fəsil iki 
yarımfəsildən ibarətdir. “Pedaqoji eksperimentin məqsəd və 
vəzifələri, təşkili və keçirilmə metodikası” adlanan birinci yarım-
fəsildə eksperimentin mərhələlərinin xarakteri açılır. Pedaqoji 


13 
eksperment üç mərhələdə həyata keçirilmişdir: təsbitedici, axtarıcı və 
öyrədici eksperimentlər. Hər mərhələniin məqsədi və vəzifələri 
müəyyənləşdirilmişdir. 
Pedaqoji eksperimentdə VI siniflər üzrə 145, VII siniflər üzrə 
148, VIII siniflər üzrə 144 və IX siniflər üzrə 157 olmaqla cəmi 594 
şagird iştirak etmişdir. 
2013/2014-cü tədris ilində məktəblərdə təsbitedici eksperiment 
qoyulmuşdur. Bu mərhələnin məqsədindən irəli gələn vəzifələri 
həyata keçirərək VI-IX siniflərdə fizika dərslikləri və müəllimlər 
üçün metodik vəsaitlər fənnin məzmun standartlarının 
reallaşdırılması və təlim prosesinə sinergetik yanaşılaması baxımın-
dan analiz olunmuş, fənn müəllimlərinin dərslərində iştirak edilmiş, 
dərs prosesində müəllim və şagirdlərin fəaliyyətləri müşahidə 
olunmuşdur. 
VI-IX siniflərdə fizika kursunun quruluş, məzmun və tədrisinin 
müasir vəziyyətini tədqiq etdikdə məlum oldu ki, mövzuların bir 
çoxunda fəndaxili və fənlərarası inteqrasiyadan lazımi dərəcədə 
istifadə olunmadığından, həmin mövzuların əsasları haqqında sinifdə 
sorğu apardıqda şagirdlər keçmişdə qazanılan bilikləri xatırlamaqda 
çətinlik çəkirlər. Şagirdlər ilə aparılmış söhbətlərdən də aydın oldu 
ki, onlar yeni mövzunun “Maraqoyatma” və “Məlumat mübadiləsi və 
müzakirəsi” mərhələlərində bir-neçə il əvvəl fizikadan, yaxud da 
digər fənlərdən qazanılan bilikləri xatırlaya bilmədiklərindən dərsin 
həmin mərhələlərində aktiv iştirak edə bilmir, yeni biliyin qazanıl-
masında və onu praktikaya tətbiqində çətinlik çəkirlər. Odur ki, 
tədqiqatın məqsədinə tam nail olmaq üçün dərslikdəki mövzuların 
başlanğıcına xatırlayıcı əlavə blokun yerləşdirilməsi zərurəti 
yarandığı aşkar edildi. 
VI-IX siniflərdə təlim prosesində sinergizmin tətbiqi məqsədilə 
şagirdlərlə frontal sorğu keçirildi. Daha sonra fənn müəllimlərinin 
VI-IX siniflərdə müxtəlif mövzular üzrə aparılan dərslərdə iştirak 
edib fənn müəllimlərinin və şagirdlərin fəaliy-yətləri üzərində 
müşahidələr aparılmış, dərslərin müzakirəsini təşkil etmiş, 
müəllimlər ilə tədqiqat probleminə dair söhbətlər aparılmız, onların 
məsləhətlərini dinləmiş, lazımi tövsiyələr verilmişdir. 


14 
Tədris ilinin birinci yarısının sonunda VI-IX siniflərdə şagird-
lərin siniflər üzrə məzmun standartlarına uyğun ümumi təlim 
nəticələrini fiziki savadlılıq baxımından yoxlamaq məqsədi ilə hər 
birində 10 test olmaqla yoxlama işi aparılmışdır (yoxlama işindən bir 
nümunə “Əlavə 2”də verilmişdir). Siniflər üzrə keçirilən bu yoxlama 
işlərinin nəticələri cədvəl 1-də göstərilmişdir. 
2014/2015-cü tədris ilində axtarıcı eksperment aparılmışdır. Bu 
mərhələdə öyrənilən mövzulara dair şagirdlərin bilik və 
bacarıqlarının keyfiyyəti tədqiq edilmişdir. Tədqiqatçının tövsiyəsinə 
əsasən pedaqoji eksperimentin keçirildiyi məktəblərin VI-IX 
siniflərində fizika müəllimləri şagirdlərinin əvvəlki illərdə fizika və 
digər təbiət fənlərindən qazanılan biliklərdən yeni biliklərin və 
bacarıdıqların əldə edilməsində, dərsin müxtəlif mərhələlərində və 
qazanılan yeni bilikləri praktikaya tətbiq edə bilmə fəaliyyətlərinə 
diqqət yetirilmiş, lazımi qeydlər aparılmışdır. Bu qeydlər əsasında 
tədris ilinin sonunda ümumiləşdirmələr aparılmışdır. 
Axtarıcı eksperiment mərhələsinin sonunda belə bir nəticəyə 
gəldik ki, öyrədici eksperiment mərhələsində VI-IX siniflərdə fizika 
təlimində sinergizmin təmin olunması məqsədilə bütün 
eksperimental siniflərdə fizikanın quruluş və məzmununun təlimin 
7E modeli əsasında verilməsi məqsədəuyğundur. Bu zaman hər dərs 
sistemli fəndaxili və ya fənlərarası inteqrasiyasının yaradılmasısına 
imkan verən “Xatırlama (və ya yada sal)” mərhələsi ilə başlamalı, 
daha sonra “Maraqoyatma”, “Araşdırma”, yeni bilik verən “Məlumat 
mübadiləsi və müzakirəsi”, “Dərinləşdirmə”, “Tətbiqetmə” və “Nə 
öyrəndiniz” kimi ardıcıl mərhələlərdən təşkil olunması 
məqsədəuyğundur. 
Dərsin “Tətbiqetmə” mərhələsinin isə özünün 3 hissədən – 
“Sərbəst tədqiqat işi” (burada ya sadə məktəb eksperimentinin icrası, 
yaxud da müxtəlif xarakterli məsələlərin həlli nəzərdə tutulur); 
“Həyatla əlaqələndirmə” hissəsi – burada qazanılan bilik elm, məişət 
və istehsalat məzmunlu məsələlərin həllinə tətbiqi həyata keçirilir; 
“Özünüzü qiymətləndirin” hissəsində isə şagirdlərə mövzuya uyğun 
fiziki savadlılıqlarını nümayiş etdirmək və verilən biliyi nə dərəcədə 
qazanmalarını müstəqil qiymətləndirmələri həyata keçirilir.


15 

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin