Ekologiya sərbəst iş(Havanın çirklənməsinin insan sağlamlığına təsiri)
Atmosfer havasının çirklənmə mənbələri.
Mənbə: http://e-derslik.edu.az/books/130/units/unit-1/page155.xhtml Qeyd etdiyimiz kimi havanın tərkibi müxtəlif qazların qarışığından ibarətdir. (azot, oksigen, karbon qazı, arqon, hidrogen, ksenon, rodon və s). Lakin təbiətdə belə tərkibdə təmiz havaya rast gəlmək qeyri mümkündür. Həqiqətdə isə havanın qaz mühitində çoxlu xırda bərk və maye hissəciklər mövcuddur. Beləliklə, hava areozol və ya dispers sistem halında olur. Atmosfer havasını çirkləndirən mənbələri iki qrupda birləşdirmək olar: təbii və antropogen.