Univerisitet: adpu-nun Şəki filialı. Fakültə: Pedaqoji. İxtisas: Tarix və Coğrafiya müəllimliyi iv-kurs. Müəllim: Səadət Feyzullayeva


Azərbaycanda atmosfer havasının insan sağlamlığına təsirini azalmaq üçün görülməsi zəruri olan tətbirlər planı



Yüklə 40,11 Kb.
səhifə8/9
tarix12.05.2022
ölçüsü40,11 Kb.
#57749
1   2   3   4   5   6   7   8   9
Ekologiya sərbəst iş(Havanın çirklənməsinin insan sağlamlığına təsiri)

Azərbaycanda atmosfer havasının insan sağlamlığına təsirini azalmaq üçün görülməsi zəruri olan tətbirlər planı.

SSRİ dövründə ölkəmiz keçmiş Sovetlər məkanının əsas sənaye mərkəzlərindən biri idi. Bu da artıq SSRİ dövründən ölkəmizdən(xüsusilə Abşeron) atmosfer havasının çirklənməsinə səbəb olmuşdur. Sonrakı illərdə Azərbaycanda iqtisadiyyatın inkişafı və respublikaya gətirilən avtomobillərin sayının durmadan artması, şəhərlərdə atmosferin ekoloji vəziyyətinin ağır olaraq qalmasına səbəb olmuşdur. 2000-ci ildə atmosfer havasına çirkləndirici maddələr atan stasionar mənbələrin sayı 9839 olmuşdur. Stasionar mənbələrdən ayrılan və tutulan (zərərsizləşdirilən) maddələrin miqdarı 111 min ton olmuşdur ki, bu da tullantıların cəmi 18%-ni təşkil etmişdir. Qeyd olunan problemlərin həll edilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:

  • sənaye müəssisələrindəki qaz—toz tutucu qurğuların əsaslı təmir edilməsi və ya yeniləri ilə əvəz edilməsi;

  • nəqliyyatda qurğuşunsuz benzindən (etilsizləşdirilmiş) istifadə olunmasına tam keçilməsi;

  • tələblərə cavab verməyən köhnə nəqliyyat vasitələrinin utilizə edilməsinin təşkili;

  • ekoloji təmiz sərnişin nəqliyyat növlərinin tətbiqi, şəhər daxilində «piyada» zonalarının genişləndirilməsi;

  • sənaye müəssisələrinin ərazisində, onların sanitar—mühafizə zonalarında, yolların kənarlarında yaşıllıqlarının artırılması;

  • ölkəyə idxal olunan avtomobillərin mühərriklərinin katalitik qaz neytralizatorları ilə təmin edilməsinə və Avropa Şurası ölkələri üçün müəyyən edilmiş toksiklik normalarına uyğunluğuna nail olunması.

NƏTİCƏ:

Göründüyü kimi Atmosfer havasınının tərkibindəki məddələr insan sağlamlığına kifayət qədər təsir göstərir. Bizlər bu təsirləri daha dərindən araşdırmalı və bunları minimuma endirmək üçün tədbirlər planı həyata keçirməliyik. və ən əsası biz başa düşməliyik ki, biiz təbiəti yox sadəcə özümüzü dəyişsək hər şey daha yaxşı olacaq. Son olaraq qeyd edim ki, atmosferin insanlara təsiri göz önünə alaraq və gələcəkdə bu təsiri minimima endirmək üçün Atmosfer havasında daima müşafidələr aparılır. Buna atmosfer havasının monitorinqi deyilir. Atmosfer havasının çirklənməsi üzərində müşahidələr stasionar və səyyar məntəqələrdə aparılır.




Yüklə 40,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin