Univerisitet: adpu-nun Şəki filialı. Fakültə: Pedaqoji. İxtisas: Tarix və Coğrafiya müəllimliyi iv-kurs. Müəllim: Səadət Feyzullayeva



Yüklə 40,11 Kb.
səhifə6/9
tarix12.05.2022
ölçüsü40,11 Kb.
#57749
1   2   3   4   5   6   7   8   9
Ekologiya sərbəst iş(Havanın çirklənməsinin insan sağlamlığına təsiri)

Azot 2–oksidin sağlamlığa təsiri. Azot 2-oksid selikli qişaya və tənəffüs orqanlarına qıcıqlandırıcı təsir göstərir. Çox yüksək konsentrasiyada (məsələn, sənaye müəssisəsində qəza zamanı) NO2-nin təsiri ağciyərlərin dərhal ağır zədələnməsinə səbəb olur. Bronxial astma xəstəliyi olan şəxslərdə NO2-nin 380-560 mkq/m3 konsentrasiyası ağciyərlərdə dəyişkənliyə səbəb olur. NO2-nin konsentrasiyanın hər 10 mkq/m3 səviyyədə yüksəlməsi, bronxial astmalarda tutmaları 6,5%, aşağı tənəffüs yollarının xəstələnməsi tezliyini 6,6%, yuxarı tənəffüs yollarınınkını isə 3,8% artırır. Kükürd 2-oksidin sağlamlığa təsiri. Kükürd 2-oksid kəskin xoşagəlməz iyə malik olub, ilk növbədə tənəffüs orqanlarına, gözə və dəriyə qıcıqlandırıcı təsir göstərir, mərkəzi sinir sistemini zədələyir, orqanizmdə gedən oksidləşmə proseslərini məhv edir. Kükürdün çoxnüvəli ammonyak duzları və ya sulfat üzvi maddələri alveollara (ağciyərdə qovuqcuqlar) mexaniki təsir göstərir və sonradan suda asan həll olunduğundan tənəffüs yollarının selikli qişası vasitəsilə sərbəst orqanizmə daxil olur. Kükürd 2-oksidin kəskin təsiri (üç günə qədər) ümumi ölüm hadisəsini 0,6% artırır.


Yüklə 40,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin