Univerisitet: adpu-nun Şəki filialı. Fakültə: Pedaqoji. İxtisas: Tarix və Coğrafiya müəllimliyi iv-kurs. Müəllim: Səadət Feyzullayeva


Atmosfer havasının süni(antropogen) çirklənmə mənbələri



Yüklə 40,11 Kb.
səhifə4/9
tarix12.05.2022
ölçüsü40,11 Kb.
#57749
1   2   3   4   5   6   7   8   9
Ekologiya sərbəst iş(Havanın çirklənməsinin insan sağlamlığına təsiri)

Atmosfer havasının süni(antropogen) çirklənmə mənbələri: sənaye və istilik-elektrik müəssisələri, nəqliyyat, mənzillərin isidilmə sistemləri, kənd təsərrüfatı, məişət tullantıları. Bunlar öz növbəsində 2 qrupa bölünür: stasionar (Sənaye müəssisələri) və qeyri-staionar (nəqliyyat və hərəkətdə olan mənbələr). Müasir qara metallurgiya zavodlarının çoxunda kömürün kokslaşdırılması peçləri vardır. Kokskimyəvi istehsalı atmosfer havasını tozla və uçucu birləşmələrin qarışığı ilə çirkləndirir. İş rejimi pozulduqda isə atmosferə küllü miqdarda təmizlənməmiş koks qazı atılır. Qara metallurgiya sahəsində sənaye qəzaları zamanı regionda ekoloji vəziyyət daha da kəskinləşir. Əlvan metallurgiya isə atmosfer havasını əsasən kükürd anhidridi (75 %), karbon qazı, (10,5%) və tozla çirkləndirir. Kimya sənayesində də turşuların (sulfat turşusu, xlorid turşusu, fosforit turşusu, nitrat turşusu və s .) istehsalı zamanı, rezin – texniki işlərində, fosforit, plastik kütlələr, rənglər və yuyucu vasitələr, süni kauçuk, mineral gübrələr, həlledicilərin (toluol, aseton, fenol, benzol) istehsalı zamanı atmosferə tullantılar atılır. Tikinti materialları sənayesində sement və digər bərkidici materiallar, azbest, sement, tikinti keramika və saxsı materialları, istilik və səs izoləedici materialları, tikinti və texniki şüşələr istehsalında atmosferə toz və asılı maddələr 57,1%, karbon qazı 21,4% , kükürd anhidridi 10,8% və azot oksidi 9% təşkil edir. Ağac emalı və sellüloz-kağız sənayesi-müəssisələri tərəfindən atmosferə buraxılan xarakterik çirkləndirici maddələr bunlardır: bərk (sulb) maddələr (29,8%), karbon qazı (28,2 %), kükürd anhidridi (26,7%), azot oksidləri (7,9%), toluol (1%), hidrogen sulfid (0,9%), aseton (0,5%), ksilol (0,45%), butilasetat (0,4%), etilasetat (0,4%), formaldehid (0,1%), metilmerkaptan (0,2%). İES–lərin ətrafı həmişə ziyanlı aerozolla daha zəngin olur. Pirogen mənşəli aerozolların miqdarı sərf olunan yanacaq növündən asılı olaraq həm kəmiyyət, həm də keyfiyyətcə dəyişir.

Atmosfer çirklənmələrinin ən təhlükəli mənbələrindən biri də avtomobil nəqliyyatıdır. yalnız Qərbi Avropada avtomobillər (daxili yanma mühərrikləri ilə) bütün sərf olunan neftin 45%-ini işlədir. Hesablamalara görə hər bir avtomobil il ərzində atmosferə 600—800 kq karbon oksidi, 200 kq-a qədər yanmayan karbohidrogenlər və 40 kq-a qədər azot oksidləri tullayırlar.




  1. Yüklə 40,11 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin