Şəhid Fəhmidə mifi
Bu gün Gənc və Yeniyetmə Günüdür. Bu gün Bəsic üzvü olan bir yeniyetmənin - Şəhid Hüseyn Fəhmidənin şəhidlik xatirəsi ilə bağlı gündür. O, simvola, mifə çevrilmiş fiziki şəxsiyyətlərdəndir. Bizim öz tariximizdə belə nümunələr çoxdur. Elə qəribə hadisələr baş verib ki, bu gün deyilsə, hamı əfsanə olduğunu düşünər, lakin həqiqətdir. Biz öz dövrümüzdə bu nümunələri dəfələrlə görmüş və eşitmişik. Onların ən gözəllərindən biri bu könüllü yeniyetmənin şəhidliyidir.
Onun 13 yaşı vardı, amma yetkin, şüurlu, iradəli və qərarlı idi, öz ölkəsini, öz imamını, öz düşmənini tanıyırdı, öz varlığının əhəmiyyətini bilirdi. O, bu sərvəti ölkənin başucalığına, inqilabın gələcəyinə və xalqın maraqlarına sərf etdi. Onun cismi getdi, lakin ruhu qaldı, xatirəsi əbədiləşdi və əfsanəyə çevrildi. Bu, örnəkdir.308
Tarixdən ibrət almaq
Dərdli-kədərli tarixi boyunca İslamın əsas problemlərindən biri budur ki, hicri onuncu ilə qədər Peyğəmbərin əlində olan hakimiyyət sonradan Yezidin ixtiyarına keçir. Nə zaman? Hicrətin altmışıncı ilində. Görün yalnız əlli il - yarım əsr sonra hakimiyyət kimdən kimə keçir. Doğrudan da dünyada bundan ağır bir şey yoxdur. Bu, İmam Hüseynin (ə) qətlə yetirilməsindən də ağırdır. Bütün Aşura faciəsindən daha ağır olan budur ki, vaxtilə Peyğəmbərin və Əmirəlmömininin sahib olduğu hakimiyyət bir neçə onillikdən sonra Yezid kimi birisinə çatsın, sonra da Mərvana, Əbdülməlikə və digərlərinə. Belə ünsürlər təxminən 500-600 ilə yaxın din adı ilə hökmranlıq etdilər. Düzdür, sonra rza xanlar, nasirəddin şahlar və digərləri hakimiyyətə yiyələndilər. Bunların hər biri də özləri üçün bir Yezid, yaxud Müaviyə idilər. Bunları da əhəmiyyətsiz saymaq olmaz. Lakin onlar din adı ilə hökmranlıq edirdilər. Qısası, dünyada çox az hadisə bu qədər ağır və kədərlidir.
Bu acınacaqlı durumu təsəvvür etdiniz. Bu durum iki amilin birləşməsindən yaranmışdı. Tarixə müraciət edən hər kəs bunu təsdiqləyər. Bizim aparıcı insanlar və ümumi kütlə mövzumuzun xülasəsi budur ki, bəzi aparıcı insanlar xəyanət edir və ümumi kütlənin çoxu diqqət yetirmədən onların ardınca gedirlər. Bu, həmişə gözlənilən bir problemdir.
Mənim əzizlərim! Bəzi aparıcı insanlar bilərəkdən və anlayaraq xəyanət edir, yolu əyir, öz nəfslərinin, şəxsi həyatlarının, pulun, malın, sərvətin, hakimiyyətin, vəzifənin, təəssübkeşliyin və digər istəklərin arxasınca gedirlər. Özləri də aparıcı insanlardır. Ümumi kütlənin çoxu da onları yamsılayır. Bu onların bəxtinə qalıb. Əgər yolunu azmış aparıcı şəxs bəzi xarizmalara sahib olsa, o zaman vay xalqın, ümumi kütlənin halına!309
Keçmişdəkilərdən ibrət almaq
Mən gənclərə, şagirdlərə, tələbələrə və digərlərinə həmişə deyirəm ki, tarixi ciddi sayın, onu diqqətlə öyrənin, görün nə baş vermişdir. Keçmişdəkilərdən ibrət almaq Quranın dərsi və tapşırığıdır.310
Qərb gənclərindən ibrət almaq
Gəncləri dünya gənclərinin daha öncə məşğul olduğu və bu gün altını çəkdiyi məsələlərlə məşğul etmək bu ölkənin gənc nəslinə kömək deyil. Bəziləri müxtəlif bəhanələrlə iranlı gənci əyləncələrə, zərərli musiqilərə, cinsi həvəslərə və bu tip işlərə sövq etmək istəyirlər. Bu, qərbli, amerikalı, avropalı gənci qərq etməkdə olan bataqlıqdır. Bu, təqlidə layiq bir şey deyil. Buna qarşı çıxın.311
İmansızlıq
Gənclər! Özünüzü islah edin. Bir xalq inkişaf və təkamül yolunu keçmək üçün düşüncə baxımından möhkəm bir yerə arxalanmalıdır. Məzhəbsiz, imansız, əxlaqi, dini və mənəvi təməllərə etiqadı olmayan bir topluma bağlanmaq və onların sözü ilə irəliləmək istəyən bir xalqın, bir nəslin, bir cavanın ayağının altı boşalar, gənc nəsil Pəhləvi dövrünün gənc nəsli kimi olar: ümidsiz, faydasız, fəsada meylli, sapqınlığa hazır. O zaman kiminsə onları yenidən düzgün yola yönəltməsi üçün çoxlu imkanlar, İslam inqilabı kimi bir hərəkət lazım olacaq, amma o, bir ölkədə bir əsrdə, yaxud bir neçə əsrdə asanlıqla meydana gəlmir.312
İslam dəyərlərinə eşq
Siz mömin və pak gənclərin hər birinizin qəlbi İslam düşmənlərinə nifrətlə, İslam dəyərlərinə, böyük İslam vətəninə, İslam qardaşlarına və İslam arzularına eşqlə doludur. Biz müsəlman və iranlıyıq. Bizim müsəlmanlığımız iranlı olmağımızla nəinki ziddiyyətdə deyil, hətta bir-birini təkmil edib uyğunlaşırlar da. Bu gün İslamın zirvəsi, uca ilahi fikirlərin və İslam dəyərlərinin mərkəzi bu qanlı və qəhrəman vətəndir. Silahlı qüvvələrin gəncləri və Bəsicdə birləşmiş adi vətəndaşlar uzun illər onu müdafiə etdilər. Bu iki xüsusiyyət sizə məxsusdur.313
İslam dəyərlərini müdafiə imkanı
Pərvərdigarın əzəmətli dərgahına sonsuz şükür və sənalar olsun ki, inqilabın ən yaxşı övladlarının bir hissəsinə müasir dövrdə ən uca ilahi həqiqəti müdafiə kimi mühüm vəzifəni yerinə yetirməyi nəsib etdi. Allahın biz xalqa ən böyük neməti budur ki, bizi böyük İslam amalları yolunda cihad edib çalışa bildiyimiz və müvəffəqiyyətə ümidvar, hətta arxayın olduğumuz bir dövrdə yaratmışdır.
Bir zaman əsl möminlər Allah yolunu müdafiə etmələrini arzu edirdilər, lakin bacarmırdılar, şərait yox idi, səma tağutların qara buludları ilə dolmuşdu. İslam amalları uğrunda hər hansı bir elmi və ya fiziki fəaliyyət mümkün deyildi. Qəm-kədər içində yaşayır, qəm-kədərlə də dünyadan köçürdülər. Bu gün isə yollar açılmış, səma aydınlaşmışdır, gələcək işıqlıdır, məzlum olan ilahi və dini dəyərləri müdafiə imkanı mövcuddur. Bu, Allahın böyük nemətidir. Bunu dəyərləndirməli və bugünkü ömrün bir anını keçmişin bəzi qafil insanlarının yanlış yolda keçən ömürlərinin bütün illərinə bərabər bilməliyik.314
Mütləq dəyərlər
Gərək cəmiyyətin Allaha iman ətrafında toplaşmaqdan ibarət səadət sirrini öz ictimai həyatımızda və quruluşumuzda hər an gücləndirək, xalqı daha artıq və daha dərin İslam tərbiyəsinə sarı sövq edək, gəncləri İslam tərbiyəsi ilə yetişdirək. Bizim universitetlərimiz təkcə alim yox, müsəlman mütəxəssis və alim yetşdirmək məsuliyyəti hiss etməlidir; ibtidai məktəblər də həmçinin. Elə iş görməliyik ki, cəmiyyətdə İslam dəyərləri mütləq dəyərlər hesab olunsun və digər dəyərlər onun qarşısında zəifləsin.315
Ailə və nikah sahəsi
Ömrün şirin çağı
İbadət və həddi-büluğ bayramı münasibəti ilə siz əziz uşaqları və ata-anaları təbrik edirəm. Sizin bu şirin və gözəl ibadət bayramınızda iştirak etməyimə çox şadam.
Əziz uşaqlar! Siz bu gün ibadət bayramınızı qeyd edirsiniz. Əslində, bu gündən etibarən Allah-Taala Özünün bütün əzəmətinə, böyüklüyünə rəğmən, sizinlə danışır, sizə müraciət edir, öhdənizə vəzifə qoymaqla sizi şərəfləndirir. Bu gün siz əziz qızlar uşaqlıq dünyasından çıxıb böyüklərdən sayılırsınız. Çünki artıq namaz sizə vacibdir. Gərək namaz qılasınız, ibadət edəsiniz, Böyük Allahla danışasınız. Ömrün bu şirin çağının qədrini bilin. İnşallah, namazınızı tam öyrənin. Bu gün həddi-büluğa çatan əziz qız balalarımız arasında namazı bilməyən olmasın. Bilirəm ki, siz namazı bilirsiniz, amma onun xırdalıqlarını da öyrənməlisiniz. Namazın sözlərini, namazda dediyiniz zikrləri, etdiyiniz hərəkətləri, dəstəmazı, təharəti və namaza lazım olan işləri hamınız öyrənin.
Bu gündən siz namaz qıldıqda öz Allahınızla danışacaqsınız. Allah sizin sözünüzə qulaq asacaq, sözünüzü eşidəcək, duanızı inşallah, qəbul edəcək. Gərək valideynləriniz, müəllimləriniz, əziz döyüşçülərimiz və ölkəmizin gəncləri üçün dua edəsiniz, Allah-Taaladan ölkənizə abadlıq, azadlıq və bütün yaxşılıqları istəyəsiniz. Sizin pak ürəklərinizin və təmiz ruhlarınızın duaları qəbul olacaq.
Bu gün sizin bayramınızda iştirak etməyimə çox şadam. Qız məktəblərinin müəllimələrinə və valideynlərə də təşəkkür edirəm ki, zəhmət çəkib bu əziz uşaqlara dərs öyrətmiş, onları bu gün üçün hazırlamışlar; xüsusən də bizim üçün nəğmə oxuyan və deklamasiya deyən bu gül balaları. Onların çıxışları çox yaxşı idi. İnşallah, hamınız müvəffəq olasınız.316
Nikahı asanlaşdırmaq
İnqilab sayəsində dəbdəbə və təmtəraqlar azaldı, ailə qurmaq asanlaşdı. Yenidən qabaqkı vəziyyətin qayıtmasına qoymayın. Ata və analar izdivaca lazım olmayan işlərdə çətinlik yaratmasınlar. Gənclər çətinlik yaratmırlar. Qoyun İslam nikahı baş tutsun. Qoyun İslam cəmiyyətində yaşayan müsəlman qız və gənc qadının izdivacı Fatimeyi-Zəhranın (ə) izdivacı kimi olsun, mənəvi və ilahi eşqin birləşməsi ilə, mömin qadın və kişi arasında misilsiz sevgi ilə, iki ilahi və şərafətli tərəf arasında sözün həqiq mənasında əməkdaşlıq və yoldaşlıqla ailə qurulsun; dəbdəbədən, puç, mənasız və zahiri bərbəzəkdən uzaq şəkildə. Müsəlman qadının düzgün nikahı, övlad tərbiyəsi, ailəni idarəsi, dini, elmi, ictimai və siyasi fəaliyyətləri bundan başlayır. İslam budur.317
Ailədə qadının rolu
Ailə elə bir yerdir ki, orada duyğu və hisslər inkişaf etməli, uşaqlar məhəbbət və nəvaziş görməlidirlər. Ər kişi olduğundan, xüsusi bir sahədə qadına nisbətən xarakteri daha xam və zəifdir. Onun yarasının məlhəmi yalnız və yalnız həyat yoldaşının nəvazişidir. Həyat yoldaşı böyük bir kişi üçün, ananın öz kiçik uşağına gördüyü işi görür. Diqqətli xanımlar bunu bilirlər. Bu hiss və duyğuların evin əsas mərkəzinə, yəni xanımına ehtiyacı var. O olmasa, ailə mənasız bir şeyə çevrilər.318
Ailəni unutmamaq
Sizin işiniz də var, həm də bayırdasınız, cərrahiyyə əməliyatı da aparırsınız, xəstənizi də görürsünüz, elmi iş də görürsünüz, layihə də yazırsınız, universitetdə dərs də deyirsiniz. Bunların hamısı öz yerində, amma evin payını da nəzərə almalısınız. Əlbəttə, bütün məsələlər kimi burada da kəmiyyəti keyfiyyətə qurban vermək olar. Yəni evdə 24 saat olmursunuzsa, olduğunuz müddətin keyfiyyətini yüksəltməlisiniz. Əgər işinizin buna zərər yetirdiyini görsəniz, bir şey düşünməniz lazımdır. Bu, əhəmiyyətli və əsaslı məsələdir. Məcbur qaldıqda isə, heç.319
Valideyn və övladların qarşılıqlı hüquqları
Müxtəlif fəaliyyətlər insanın şəxsiyyətini möhkəmləndirir, gələcəyini təmin və daha aydın edir. Mənim ailələrə tövsiyəm budur ki, övladlarının münasib fəaliyyətlərdə iştirakına kömək etsinlər. Xanım qızlara da tövsiyə edirəm ki, ailənin istəyini birdəfəlik maneə saymasınlar. Siz mənim övladım yerindəsiniz. Mən sizə bir ata kimi nəsihət edirəm: Qəbul edin ki, gəncə, yaxud yeniyetməyə nəyin məsləhət olub-olmamasını çox zaman valideynlər daha düzgün təyin edirlər. Onlar sizin xeyrinizi istəyirlər. Əlbəttə, öz valideynlərinizlə söhbət edin. Mən tövsiyə edirəm ki, ata və analar övladlarının onlarla danışmasına şərait yaratsınlar, övladların istəyinə, onların dəlillərinə hörmətlə yanaşsınlar, məqbul olduqda razılaşsınlar. Düşünürəm ki, bu, münasib yoldur.320
İslamın nümunəvi qadınları
Bugünkü dünyanın qadını örnək istəyir. Əgər onun örnəyi Zeynəb (ə) və Fatimeyi-Zəhra (ə) olsa, məsələləri düzgün anlayar, mövqeyi dərk etməkdə sayıqlıq, Allahın insanların üzərinə qoyduğu böyük vəzifələri yerinə yetirməkdə fədakarlıq göstərər, hər şeyindən keçməli olsa belə, ən yaxşı işləri seçər. Örnəyi Fatimeyi-Zəhra (ə), yaxud Zeynəb-Kübra (ə) olan müsəlman qadın belə olar. Əgər qadın ancaq dəbdəbə, eyş-işrət və ötəri həvəslər barədə düşünsə, köksüz və təməlsiz duyğulara təslim olsa, bu yolu gedə bilməz. Hörümçək toru kimi yolçunun ayağına dolaşan bu bağları özündən uzaqlaşdırıb, o yolu getməlidir. İnqilab və müharibə dövründə olduğu kimi, iranlı qadından indi də bu işi görməsi gözlənilir.321
İslam dəyərləri səngərinin keşikçisi
Bu gün siz müsəlman qadınlar Qərb dünyasının cahil vəziyyəti qarşısında İslam dəyərləri səngərinin keşikçilərisiniz. İslam mədəniyyətinin bu möhkəm qalasını qoruyan sizlərsiniz. Elmdə, mədəniyyətdə, siyasətdə - hər bir şeydə qadın İslam əsasında yetişməlidir, ictimai, iqtisadi, siyasi və digər sahələrdə öncül olmalıdır, cinsi məsələlərdə onun-bunun oyuncağına çevrilməməlidir. Bizim sözümüz budur.322
İslam inqilabında mömin qadınların rolu
Qadınlar inqilaba qoşulmasaydılar, inqilab qələbə çalmazdı, gənclər inqilab sıralarına qoşulmaq üçün evdən çıxmazdılar, anaları qoymaz, ən azı, onları həvəsləndirməzdi. Qadınlar inqilaba könül verməsəydilər, kişilər belə azad şəkildə inqilab sıralarında canfəşanlıq göstərməzdilər. İnqilabda qadının həm birbaşa, həm də vasitəli rolu böyük və ümumilikdə birinci dərəcəlidir. Müharibədə də belə idi.
Mənim hörmətli şəhid ailələri ilə çoxlu görüşlərim olub. Az ailələrdə ananın ruhiyyəsi atanın ruhiyyəsindən yüksək olmayıb. Ailələrin əksəriyyətində şəhid anasında şəhid atasından artıq ruh yüksəkliyi olmuşdur. Bu, möhtəşəm bir haldır. Bu, inqilabın qələbəsi və inqilab məqsədlərinin əldə edilməsi üçün mübarizə aparan, hər şeyini öz ilahi və dini məqsəd və amallarına fəda edən mömin qadınların rolunu göstərir.323
İslam inqilabında mömin qadınların rolu
Qadın üçün bu rol düzgündür. Qadının qərbli və avropalı örnəyi bunun əksinədir. Bunların ikisi bir yerə sığmaz. Belə deyil ki, avropalılar qadının alim olmasını istəyirlər, İslam isə istəmir; onlar qadının ictimai sahədə çalışmasını istəyirlər, İslam isə istəmir. Belə deyil. İslam böyük alim qadınlar yetişdirmişdir. Bu gün də öz cəmiyyətimizə baxsanız, qadınlardan ibarət mütəxəssis, alim, doktor, tədqiqatçı və böyük incəsənət xadimlərinin az olmadığını görərsiniz. Onların arasında dəyər yaradan, düşüncə və məktəb sahibi olan insanlar var. Siyasi səhnədə, icraçı və qanunverici orqanlarda da belədir. Qadınlar ölkənin bütün sahələrində fəal iştirak edirlər. Bizimlə onların, İslamla Qərbin dəyərlər sistemi arasında problem bunlar deyil. Mübahisə başqa bir məsələdədir.
Bugünkü Avropanın qadın modeli qədim Roma və Yunan modelindən qaynaqlanır. O zaman da qadın kişinin kef çəkməsi üçün alət və hər bir şey bu qaydaya tabe idi. Bu gün də bunu istəyirlər. Qərblilərin əsas sözü budur.324
Ailədən bayırda hicabı qorumaq
İslam məktəbində qadın və kişi arasında bir qoruyucu və hicab vardır. Bunun mənası o deyil ki, qadınların kişilərdən fərqli bir dünyaları var. Xeyr! Onlar cəmiyyətdə, iş yerində birgə yaşayırlar, hər yerdə birgədirlər. İctimai problemləri qadın və kişilər birgə həll edirlər; müharibəni qadın və kişilər birgə idarə edirlər və etdilər; ailəni birgə idarə edir və övlad böyüdürlər. Lakin ev və ailədən bayırdakı qoruyucu və hicab mütləq olmalıdır. Bu, İslam örnəyində əsas amildir. Əgər bu məsələyə riayət olunmasa, bu gün Qərbdə olan pozğunluq yaranacaq. Bu məsələyə riayət olunmasa, qadın müsəlman İranda görünən vəziyyətdən, yəni dəyərlərə sarı hərəkətdə öncüllükdən qalacaq. Qərblilər bütün gücləri ilə bu məsələyə təsir göstərmək istəyirlər; hər bir yerdə və hər bir kəsə qarşı bir yolla.325
Modabazlıq və dəbdəbə
Məncə modabaqzlığa və dəbdəbəyə meyl göstərmək, hər şeyin yenisini istəmək və kişilər qarşısında bəzənməkdə ifratçılıq bizim qadınlarımızın yoldan yayınmasının ən böyük amillərindən biridir. Qadınlar buna qarşı möhkəm olmalıdırlar.
Qərblilər qadını öz istədikləri məxluqa çevirmək üçün daim yenilənən modlar düzəltməyə, gözləri, ürəkləri və düşüncələri belə zahiri və kiçik məsələlərlə qarışdırmağa möhtacdırlar. Bunlarla məşğul olan insan həqiqi dəyərlərə qovuşa bilərmi?! Bunlar haqqında düşünməyə macal da tapmaz. Özünü kişilərin diqqətini cəlb etməkdə alətə çevirən qadın mənəvi saflıq haqqında düşünməyə macal taparmı?! Məgər bu mümkündür?!
Qərblilər istəmirlər ki, üçüncü dünya ölkələrində qadınlar amalçı, aydın təfəkkürə və böyük məqsədlərə malik olub onlara doğru hərəkət etsinlər, həyat yoldaşlarını və övladlarını da aparsınlar. Gənc qadınlar Qərb mədəniyyətinin və təfəkkürünün bu gözəgörünməz və çox təhlükəli kəməndindən ehtiyatlı olmalı, digər qadınları da bundan uzaqlaşdırmalı və çəkindirməlidirlər.326
Qərbdə ailələrin dağılması
Bir çox ölkələrdə gənc nəslin təngə gəlməsinin, intiharların artmasının, ailələrin dağılmasının və gənclərin başsız qalmasının səbəbi mənəviyyat boşluğudur.327
Qadın və kişilərin islahı
Bu gün İslam ümmətinin, xüsusən də böyük və cəsarətli İran xalqının öndə tutduğu yol – İslam amallarının reallaşması, insanların xilası, zülmün dəf edilməsi, dünyanın pullu və güclü bütlərinin qırılması yoludur. Bu yolu düzgün tanımaq və qorumaq lazımdır. Bunun güclü iradələrə, möhkəm ürəklərə və yüksək istedadlara ehtiyacı var. Bu isə bizim kişi və qadınlarımızın ilahi tərbiyəsindən başqa bir yolla mümkün deyil. Cəmiyyətdə qadınların islahının ardınca kişilərin islahı gəlir. Bu işdə qadınların rolu dəyərli və bəlkə də birinci dərəcəlidir.328
Qərbin çirkin həyatı və dağılmış ailələr
Bu gün ölkə daxilindəki bəzi ailələrdə həmin adət-ənənələrə, geyim və davranış tərzlərinə təmayül görünürsə, Qərbin rəzil və xəyanətkar müəllimlərinin on illərlə bu ölkədə verdikləri təlimlərin nəticəsidir. İnqilab xalqın mədəniyyətində və fikirlərində möhtəşəm dəyişiklik yaratsa da, hələ də Qərb həyat tərzi üçün sino gedən bir çox şəxslər təəssüf ki, çirkin bataqlıq olan Qərb mədəniyyətinin fəsadlarından - qadın və kişinin insani şəxsiyyəti və ailə kimi prinsipial bəşəri təməllərin heç birinin sağlam qalmadığı fəsadlardan xəbərsizdirlər.
Baxın, bu gün ABŞ və İngiltərədə homoseksualizm rəsmiləşmiş, qanuniləşmişdir. Onlar bundan xəcalət çəkmirlər, bizim danışmağa utandığımız işləri görürlər. Bizim xalqımız bilsin: iki həmcinsin evlənməsinin qanunla mümkun olduğu bir ölkədə ailə təməli qalarmı?!
Bu gün hakimiyyətdə olanları və onların təbliğatçılarını çıxmaq şərti ilə, ABŞ və Avropanın xalqları ailə təməllərinin sarsılmasından narahatdırlar. Qadın və kişilər ailə institutunun məhv olmasından eyni dərəcədə əziyyət çəkirlər. Bu, günü-gündən artır və əlbəttə, son zərbədir. Ailə insanın rahatlıq yeridir. Rahat və dinc ailə olmadan heç bir insan həyatın əsl ləzzətini dada bilməz. Onlar bu təməlləri dağıdıb məhv edirlər. Qərb mədəniyyəti belədir. Belə azadlığın, pozğunluq və çılpaqlıq mədəniyyətinin, qadın-kişi qarışmasının nəticəsi məhz budur.329
İnsani münasibətlər sahəsi
Məhəbbət və iman
İman məhəbbətlə, dərin eşqlə, duyğusal bağlılıqla birgə olmasa, lazımi təsir bağışlaya bilməz. İmana əməl və fəaliyyət məqamında, özü də yüksək həddə təsir bəxs edən amil məhəbbətdir.330
Dövrün imamının gənclərə diqqəti
Allahın lütfü ilə şərait dini, inqilabi və İslam şəraitidir və bu siz gənclərin paklığına görədir.
Allah-Taaladan istəyirəm ki, həzrət Bəqiyyətullahın (ə) diqqətini sizin hamınıza şamil etsin! Mənim şübhəm yoxdur ki, siz gənclərin çoxusu dövrün imamının müqəddəs nəzərindəsiniz. Bilirəm ki, sizin pak qəlbləriniz o həzrətin diqqət mərkəzindədir. İnşallah, Fatimə (ə) övladı və Allahın saleh bəndəsi sizin üçün dua etsin! O həzrətin hamı üçün duası qəbul olunacaq.331
Düşməni tanımaq
Birinci addım: siyasi mütaliə və iş vasitəsilə düşməni tanımaq
Universitet və hövzə tələbəsi ayıq olmalıdır. Şagirdlər, yuxarı sinif uşaqları, qız və oğlanlar gərək ayıq-sayıq olsunlar.
Bu gün sizin hamınızdan gözləntilər var. Siz bu ölkənin seçilmiş nəslisiniz. Düşməni tanımaq lazımdır. Bu, birinci addımdır. Bu baxış sizə lazımdır. Əgər siyasi çalışmanız, işiniz, mütaliəniz və mübahisəniz olmasa, bu bacarığı əldə edə bilməzsiniz.332
Gənclərin ayıqlığı
Siz gənclər çox ayıq olmalı, düşmənin məqsədlərini tanımalısınız. Bu gün hegemon ABŞ-ın məqsədi dünyaya hakim olmaqdır. Bu, gizli bir şey deyil. Hətta Avropa ölkələri də ABŞ-ın mədəni hücumundan, ABŞ pulunun müdaxiləsindən gileylənirlər.333
Şüarları dəyişdirmək planı
Düşməni tanımaq hər bir işdən mühümdür. Düşmən özünü dost kimi göstərmək, xalqların şüarlarını dəyişdirmək istəyir. Necə ki, bəzi ərəb rəsmiləri arasında sionizmlə mübarizə şüarını başqa bir şüara çevirdilər. Onların işlərindən biri şüarları dəyişdirməkdir. Elə xalq və dövlət təslim olar ki, düşməni tanımasın, yaxud fəsada və bədbəxtliyə düçar olsun. Əgər düşməni tanısa, - mən gənclərə bunu tövsiyə edirəm - o zaman şüarlar aydın və ayıq olar, Allahın lütfü ilə düşmən öz istədiyini xalqımızdan ala bilməz.334
Gənclərin tənəzzülü üçün düşmənin çeşidli üsulları
Əziz gənclər! Düşmən sizin üzərinizdə böyük sərmayə qoymuşdur. Diqqətinizi toplayın. Onlar bir qrupu laqeydliyə çağırır, bir qrupu ümidsiz və məyus edirlər. Ümidsizlik gəncin ən böyük bəlasıdır. Gənclər məyusluğun gənc ruhuna təəssüf ki, daha tez yol tapdığını bilsinlər. Ümid də belədir. Düşmənin gənclərə təlqin etmək və sırımaq istədiyi ümidsizlik qarşısında özünüzdə müqavimət yaradın. Düşmən paklıq və səmimiyyət tərənnümü olan gənci fəsada, müxtəlif natəmizliklərə və napaklıqlara çəkmək, eləcə də yanlış siyasi təfəkkürlər aşılamaqla onların bir qismini doğru yoldan yayındırmaq istəyir... Bu gün gənci inqilabın məsul şəxslərindən, öncüllərindən və ölkə rəhbərlərindən ayrı olduğunu duymağa sövq edən hər bir fikir düşünülmüş şəkildə təlqin edilən yanlış siyasi təfəkkürlərdəndir.335
Gəncləri fəsada çəkmə üsulu
Əgər bizim müharibədə iştirak etmiş bir gəncimizi mühasirəyə alıb, əvvəlcə ona bir kaset, sonra pozğun filmlərin tamaşa cihazını versələr, ehtirasını təhrik etsələr və sonra da bir neçə məclisə aparsalar, o zaman biz nə etməliyik? Kiminsə enerjinin zirvəsində duran gənci fəsada çəkməsi çətin deyil; xüsusən də fəsad törədənlərin təşkilatı olsa. İndi düşmən bu işi görür. Mənim ölkənin müxtəlif şəhərlərindən xəbərim var. Bu xəbərlər bizə çatır. Elə bir gün yoxdur ki, biz belə xəbərlərdən eşitməyək. Düşməndən başqa kim bu işləri görür?! Gənc şəhvətbazlığa düçar olub öz imanını əldən verir. Əvvəldə bu gənc hətta ağlayır da, lakin tədricən yoldan çıxarırlar.336
Məyusluğun, inamsızlığın təlqini
Mənim əzizlərim, xüsusən də bu məmləkətin sahibləri olan əziz gənclər! Siz bu gün və sabah bu ölkəni saxlamalı, inkişaf etdirməlisiniz. Bilin ki, bu gün düşmənin əsas məqsədi sizi öz gələcəyinizə ümidsiz və məyus etməkdir. O, gələcəyi qaranlıq göstərir, gələcəyə inamınızı qırmaq üçün bu gün malik olduqlarınıza inanmamağa, İran xalqının böyük nailiyyətini kiçik göstərməyə, bu bir neçə ildə əldə etdiyi böyük inkişafları gizlətməyə, gənclərin müxtəlif sahələrdə əldə etdiyi düşüncə, elm və tədqiqat uğurlarını, iqtisadi və siyasi islahatları və böyük aktivliyi zəiflətməyə çalışır.337
Gənclərlə ruhanilik arasında ayrılıq salmaq
Bu, universitetlərə də aiddir. Bu iş təəssüf ki, bəzən özümüzünkülər vasitəsilə görülür. Siyasi çevrələrdə və universitetlərdə ruhanilərin şəxsiyyətinin və dəyərinin sıradan çıxarılmasına dair başlanmış bəzi işlər adi və yalnız qrup işləri deyil.338
İnqilaba inamı məhv etmək
Bu gün ölkənin müstəqilliyinin, başucalığının və inkişafının inqilab prinsiplərinə inam və öhdəlikdən ibarət əsas amillərini gənclərin zehnindən və əməlindən çıxarmaq üçün güclü təbliğat aparılır.339
Fəsadın, dinsizliyin və bəyənilməz işlərin yayılması
Hegemonizm istəyir ki, bu ölkədə güclü iman olmasın, hamı ehtirasa qurşansın, İslamın pis saydığı işlər geniş yayılsın. Hegemonizm istəyir ki, ölkə daxilində tənbəllik və işsizlik baş alıb getsin, iqtisadi, ictimai və mədəni işlərdə quruculuq, yenilik və islahatı olmasın. Hegemonizm istəyir ki, ölkədə elm inkişaf etməsin, tədqiqat və təhsil olmasın. Bəzi şəxslər hiyləgər şüarlarla hegemonizmin istədiyi işləri görməyə çalışırlar. Siz tam ayıq olmalısınız. Biz gənc nəsildən bunu gözləyirik.340
İşçi qüvvəsini tələf etmək
Düşmən işçi qüvvəsini tələf etməyə çalışır. Necə? İki amillə: əxlaqi fəsad və narkomaniya ilə... Buna iş yerində, dərs mühitində, səyahət, idman və istirahət yerlərində ən yaxşı nəzarətçilər xalqın özü, ata-anaların, gənclərin özləridir.341
Gənclərin əleyhinə təhdidlər
Sağlamlığa, imana, əzmkarlığa və aktivliyə zərbə vuran, gənclərin işini, fəaliyyətini və təhsilini gecikdirən hər bir amil təhdiddir: veyillik təhdiddir, cinsi özbaşınalıq təhdiddir, narkotik maddələr təhdiddir, elmə, dərsə və işə əhəmiyyətsiz yanaşmaq təhdiddir, faydasız ictimai mübahisələrə qoşulmaq təhdiddir, daxili çəkişmələr təhdiddir, quruluşa və məmurlara qarşı etimadsızlıq təhdiddir. Əlbəttə, məmurların diqqətsizliyi və xarici düşmənin proqramları da təhdiddir.342
Dostları ilə paylaş: |