Mütləq gözəlliyə eşq
Mənim əzizlərim! Özünüzü bu əlverişli gənlik dövründə mənəvi baxımdan islah edin. Daxilinizdə olan eşqi onun layiq olduğu mərkəzə, yəni Allah-Taalanın mütləq gözəllik və mütləq həqiqət olan müqəddəs zatına yönəldin. Özünüzü o mərkəzə bağlayın və bacardığınız qədər Allahla əlaqənizi gücləndirin. Həyatın bütün sahələrində əsas olan budur.176
Gənclikdə nəfsi paklamaq
Elə bilirlər ki, insan qocalanda idadətlə məşğul olmalı və nəfsini paklamalıdır. Halbuki o zaman nəfsi paklamaq çətin və bəzən qeyri-mümkün olur. Qocalıq dövründə nəfsi paklamaq çətindir, sizin vaxtınızda – gənclik dövründə isə çox asandır.177
Düşüncə və mənəviyyat
Bu ölkə İslam adı ilə və İslam bayrağı altında hər cəhətdən – insani, maddi cəhətlərdən qurulmalı, ölkənin potensial imkanları və mövcud qaynaqları dirçəldilməlidir. İslam quruluşu din bayrağını ucaltmışdır. Bizim əziz gənclərimiz bu imkandan istifadə edib dini etiqadları, imanı və dini öhdəliyi bacardıqları qədər gücləndirsinlər. Bu, gələcəkdə onların hər birinin öz ölkə və regionlarının inkişafında təsirli amilə çevrilmələrinə kömək edəcək.178
Allah-Taala ilə möhkəm mənəvi əlaqə
Mənim əzizlərim! Allah-Taala ilə mənəvi əlaqənizi möhkəmlədin. Öz fərdi əlaqələrinizi möhkəmləndirin ki, ictimai mühitdə İslamın sizdən istədiyi işi yaxşı yerinə yetirə biləsiniz. Harada olursunuzsa-olun, Allah-Taalaya diqqət yetirməklə, diqqətli namazla, Quran oxumaqla, Quran üzərində diqqətli təfəkkürlə və imamlara təvəssüllə öz mənəvi və şəxsi əlaqənizi gücləndirin. Sizlər gəncsiniz, qəlbləriniz nurlu, əməlləriniz pakdır. Sizin vücudunuzda olan gənclik adlı bu parlaq ulduzun qədrini bilin, ondan maksimum yararlanın. Mən də sizin üçün dua edəcəyəm. Siz də mənim üçün dua edin.179
Elmi və əxlaqi özünüislah
Mənim əzizlərim! Mömin gənclər! Qəlbləri İslam, İslam dəyərləri, İslam rəhbərləri, ölkənin başucalığı və xalqın iqtidarı üçün döyünənlər! Müstəqillik, paklıq və saflıq yolunu seçmiş gənclər! Bacardığınız qədər özünüzü islah edin. Bacardığınız qədər özünüzü hazırlayın. Bilin ki, bu yolun davam etməsi üçün dəyərli, möhkəm, imanlı və güclü şəxsiyyətlərə ehtiyac var.180
Özünüislah və daxili moizə
Tələbə və şagird olan gənc birinci növbədə özünü islah etməlidir. Özünüzü dini tərbiyə ilə islah edin. Tərbiyəvi işlər, tərbiyəçi müəllim, tərbiyəçi natiq yaxşıdır, lakin öz daxilində nəsihət edəni181 və tərbiyəçisi olmayan şəxsə xeyri yoxdur. Özünüzü düzəldin, nəfsinizlə mübarizə aparın, öz çərçivənizdə Allahın hökmünün icrasına əhəmiyyətli yanaşın. Namaza, Allah zikrinə, dua və təvəkkülə əhəmiyyətli yanaşın. Bu, sizi polad kimi möhkəm edəcək.182
Gənclərin mənəvi təbibi
Gənclik hiss və duyğular aləmidir. Gəncin beyni kimi ruhu da bir çox məsələlərdən təsirlənir. Özünü böyük bir ruhda, geniş bir ürəkdə, mehriban və xeyirxah bir nəfəsdə qorumaq üçün gəncin bir yerə ehtiyacı var. Bu geniş ürək, yüksək düşüncə və xeyirxah ruh - dərdləri və problemləri eşidən, lazımi tövsiyələri verən, mənəvi və ruhi cəhətdən təbiblik edən, dərdinə şərik olan ruhani ola bilər.183
Davranış qaydaları
Kobudluqdan çəkinmək
Xüsusən gənclərlə münasibətdə vacib məsələlərdən biri gəncləri düşünməyə, İslam əxlaqına, səbirliliyə, işlərdə tələsməməyə, sərtlikdən və kobudluqdan uzaq durmağa sövq etməkdir.184
Allahla danışıq tərzi
Namaz zikrlərinin mənasını zehninizdən keçirin. Əgər insan əvvəldən mənaya fikir versə, diqqəti başqa bir yerə yönəlmədən doğrudan da Allahla danışsa, yetər. Necə ki, indi sizinlə söhbət etdiyim müddətdə siz bir an da mənim zehnimdən çıxmırsınız, həmişə sizə müraciətlə danışıram. Bu, çox böyük bir şey deyil. Bizdən bundan artığını istəməyiblər.
Siz bir adamla danışanda həmişə diqqətiniz ondadır, sözlərinin mənasını anlayırsınız, ona nə dediyinizi bilirsiniz. Namazda Allahla da belə danışın. Əgər bir namaza belə başlasanız və bu hal davam etsə, ortalarda birdən hiss edəcəksiniz ki, qəlbiniz haradansa bir şey alır; hansısa bir yerdən bir hissi dərk edir, sizinlə danışılır və almalı olduğunuz cavabı alırsınız. Düzdür, bu, əvvəllərdə bir qədər analşılmaz ola bilər.185
Fürsətdən istifadə
Gənclik neməti və gəncliyin düşmənləri
Allah-Taaladan istəyirəm ki, sizin nurlu və pak qəlblərinizi Öz mənəvi lütfü və hidayətilə daha nurlu etsin! Allah-Taala gözəllik baxımından zahiri insani məsələlər arasında bəlkə də gənclik kimisini yaratmayıb.
İnsan həyatının maddi xüsusiyyətlərində həyat nemətindən sonra gənclik xüsusiyyəti böyük əhəmiyyətə malikdir. Buna görə hədislərimizdə təkrar-təkrar göstərilir ki, Allah-Taala qiyamət günü dörd suala cavab vermədən heç bir insanın bir addım belə atmasına izn verməyəcək. Onların biri gənclikdir: "Gəncliyi necə və harada keçirdin?"
Gənclik adlı möhtəşəm enerji və güc mənbəyi ömrün bir hissəsində bütün insanlara verilir, hamı həyatın bu qızıl dövrünü yaşayır. Allah-Taala bu dövrü xoşbəxt həyata ehtiyat toplamaqdan ötrü ayırıb. Bu dövrü adladıqdan sonra insanda böyük işlərə iradə azalır; taqəti də azalır, insan əsaslı işlər görə bilmir, şəxsiyyətini düzəltmək və özünü islah etmək çətinləşir.
Əlbəttə, Allah-Taala bəşərə böyük qüdrət vermiş, onun üçün heç nəyi qeyri-mümkün etməmişdir. Hər halda, hər kəs ömrünün sonuna qədər müxtəlif böyük işlər görə bilər. Amma gənclikdə belə işlərin daha rahat və asan olması mühüm bir məsələdir.
Dünya xalqlarının çoxu bu dövrdə ziyana uğrayırlar: tükənməz kapital olan gəncliyi xərcləyir, gələcəkləri üçün mühüm işlər görmürlər. Bəziləri qəflət, bəziləri şəhvət, bəziləri isə bir sıra faydalı işlər üzündən mənəvi və ruhi maraqlarına riayət etmədən onu xərcləyirlər.
İnqilabın imam tərəfindən ən böyük fəth adlandırılan məharəti maddiyyata bulaşmış, əxlaqi baxımdan bataqlıq içində olan dünyada pak, möhkəm və qərarlı gənclər yetişdirmək idi. Onlar ağıllı və ayıq şəkildə bəşəri səadət yolunu seçdilər.
Hələ tezdir. Hələ o qədər zaman ötməyib ki, insan bu ölkənin gənclərinin nurlu simalarını bütün parlaqlığı ilə görsün. Amma uzaqdan görürlər. Uzaqdan və coğrafi məsafələrdən bizim gənclərimizin parıltısı İslam dünyasında həvəs oyadıb. Adı müsəlman olan, amma İslamdan heç bir əsər-əlamət görünməyən ölkələrin qız və oğlanları İranı, iranlını və imamı görmədən bizim gənclərimizin saçdığı işıqla dəyişilmişlər.
Mənim özüm fəsad dolu Qərb mədəniyyətinin güclü təsiri altına düşmüş bir ərəb ölkəsində gördüm. Səksəninci illərin ortalarında baş tutan səfərimdə gördüm ki, qız və oğlanların geyim tərzi bizim hizbullahçı gənclərimiz kimidir. Halbuki onlar İrana gəlməmişdilər, televiziyalardan və bəzi xəbərlərdən iranlı gənci uzaqdan görmüş və onun təsiri altına düşmüşdülər.
İranlı gənc inqilab sayəsində həqiqi gözəllikləri özü üçün qorudu və daha da artırdı; məsələn, ayıqlığı, zirəkliyi, fəallığı, cəldliyi, qorxmazlığı və s. O, bir əsr və daha artıq müddətdə müxtəlif iqtisadi, siyasi yollarla və müstəmləkə vasitəsilə sırınan şeyləri özündən uzaqlaşdıra bildi. Yanlış mod və adətlər, öldürücü vərdişlər və olduqca zərərli üsullardan ibarət bu amillər əsl gözəllikləri kölgədə saxlamaqdan ötrü idi.
Bir zaman İslam dünyasında gənclər namaz qılmağa utanırdılar. İranlı gənc elə bir iş gördü ki, indi namaz vaxtı dünyanın ən izdihamlı aeroportlarında, fəsad və pozğunluq mərkəzlərində bir neçə hizbullahçı gənc azan deyirlər. Demirlər ki, qəza olmadan Tehrana çatıb namazımızı qılarıq, elə orada, aeroportda ilk vaxtda namaza qalxır və hamı bunu hörmətlə qarşılayır. Mən bunların bəzisini öz gözümlə də görmüşəm. Müsəlman gənc belə şəxsiyyət qazandı.
1982-83-cü illərə qədər tələbə, fəhlə və tacir gənclərin çoxu müqəddəs müdafiə üçün cəbhəyə gedir və şəhadətə qovuşurdular. Onların nurani simaları şəkillərdən görünür. Mən bir dəfə mədəni-ideoloji inqilab və universitetlər barədə söhbət düşərkən dostlara dedim ki, hizbullahçı şəhidlərin evlərinə gedin, deyin şəkil albomlarını sizə göstərsinlər. Onların 4-5 il qabaqkı şəkillərinə baxın. Mən özüm bəzilərində bu işi görmüşəm; qəribə simalar, müxtəlif saç düzümləri...
Bu gün din, təqva və mənəviyyat nümunəsi olan gənc həmin şəkildəkidir; 4-5 il qabaq saç düzümü, baxışı və modası azğın Qərb mədəniyyətini yamsılayan məqsədsiz bir gənc kimi idi, insani parıltılardan heç bir əlamət yox idi.
Zəhmətlə olsa da, hər halda, baş tutan bu inqilab bəzi filizlərə, məsələn, misə vurulduqda onu qızıla çevirən bir iksir kimidir; misləri qızıl edir, filizləri dəyişdirir. İnqilab gənci belə idi.
Peyğəmbərimizin erkən İslam çağında gördüyü iş baş verdi. Müsəb ibn Ümeyr Ühüd döyüşündə şəhid olanda Peyğəmbər onun başı üzərinə gəldi və ağladı. Hədisdə və tarixdə belə göstərilir. O, səhabələrinə dedi ki, bu gənc müsəlman olmazdan əvvəl Məkkədə ən yaxşı, ən gözəl, ən bahalı paltarları geyinirdi. Cahiliyyət dəyərlərinə uyan, bütün fikri-zikri gözəl paltar geyinməkdən və cəlbedici görünməkdən ibarət bir gənc idi. İslam bu gənci dəyişdirib bir qəhrəmana və məqsədli insana çevirdi. Peyğəmbər Məkkədən Mədinəyə təşrif buyurmazdan uzun müddət öncə bu gənci yəsriblilərə (mədinəlilərə) Quran öyrətməyə göndərdi. Peyğəmbərin ətrafında yaşlılar da vardı, amma bu gənci göndərdi. O, yəsriblilərin Quran müəllimi oldu və Ühüd döyüşündə şəhid edildi. İsti qumlar üzərinə düşmüşdü. Peyğəmbər dayanıb onun pak cəsədinə baxdı və ağlamağa başladı.
İnqilab budur. Dəyərlər inqilabı budur: bir gənc üçün mühüm olanları dəyişdirir. Bir gənc üçün mühüm olan bu idi ki, filan ətri vursun, filan növ ayaqqabı geyinsin, saçını filan tərzdə bəzəsin və bir saat, iki saat filan xiyabanda yol yerisin. Nə ölkənin abadlığını və tərəqqisini düşünürdü, nə yoxsulların qarnını doyurmağı, nə ölkənin vəziyyətini bir qədər yaxşılaşdırmağı, nə də öz qəlbini islah etməyi və ya bir qədər işıqlandırmağı. O, maddi məsələlərə qərq olmuşdu. Bunun zirvə nöqtəsi də, məsələn, cinsi işlərdə, yaxud yeməkdə şəhvətpərəstlik idi.
Mənim əzizlərim! Gənclik belə keçirdi. İnqilab onu dəyişdirdi. Sanki qiymətli bir cəvahirat bir qrup nadan uşağın əlinə düşür, küçədə onunla oynayırlar. Sonra birisi gəlib ona qiymət qoyur və öz yerində işlədir. Gənclik keçmiş rejimin əlində qiymətli cəvahirat kimi idi. O zamanın siyasətçilərinin marağında deyildi ki, gənclər düşünsünlər, bir şey anlasınlar, həqiqət yolunda, Allah yolunda və özlərini islah etmək üçün çalışsınlar. Bu onlar üçün başağrısı idi. Buna görə də, Qərb mədəniyyətini kor-koranə şəkildə yamsılayaraq gənclərin fəsada üz tutmalarına yaxşı yanaşırdılar.
İnqilab bu cəvahiratı gənclərə tanıtdırdı. Məcburi müdafiə dövrü də gənclərin vücudunda bu parlaq gövhərin cilvələnməsinə meydan açdı. Allaha şükür olsun ki, bu, müharibədən sonra da davam etmişdir. Mən sizi əmin edirəm ki, düşmən bu məqamı hədəf seçib. Əgər gəncləri nurlandırmaq və gəncliyi uca dəyərlərə sərf etməyin əhəmiyyətinə yönəltmək inqilabın ən böyük zəfəridirsə, hegemonizmin ən böyük zəfəri və əks-hücumu da onu gənclərdən almaqdır. Gəncləri yenə də fəsada, aludəliyə, yanlış düşüncəyə, arxasında heç bir həqiqət dayanmayan puç və əbəs fəlsəfəpərdazlığa qurşatsın. Onlar gəncləri yalnız danışmağa, mübahisə etməyə, heç bir xeyir götürmədən vaxt ötürməyə sövq edir, həqiqətdən, həyatdan, inqilab amallarından, xalqın və inqilabın gözləntilərindən uzaqlaşdırmağa çalışırlar. Hegemonizm bunu bacarmayacaq. Amma əgər bacarsa, heç şübhəsiz, ölkəmizdə çox olan pak qəlblərin və güclü iradələrin düşmənə qalib gəlməsinə imkan verməyəcəklər. Bəzilərini əxlaqi aludəliklərə, bəzilərini zehni şübhələrə düçar edəcək, bəzilərini depressiya və ümidsizliyə uğradacaq, hər kəsi bir yolla məhv edəcək. Onlar inqilabın ərsəyə gətirdiyi bu fəal gənc nəsli səhnədən çıxarmaq istəyirlər.186
Daxili dəyişikliyə çalışmaq
Mən Allahın lütfü ilə pak qəlbləri, təmiz ruhları, daha çox hazırlıqları və daha az çirkinlikləri olan əziz gənclərdən istəyirəm ki, zikrlə, dua ilə, xüsusən ixlasla daxili dəyişikliyə çalışsınlar. Bu yeni nəsil İslam və İslam dövləti sayəsində özünü İslama uyğunlaşdırmaq imkanına malik nəsildir. Keçmişdə bu imkan yox idi.187
Müstəsna və tarixi bir imkan
Siz gənclər bilin ki, ölkəmizin tarixində, ən azı, son yeddi-on əsrdə heç zaman istedadlı və elmli cavanlar üçün bugünkü qədər imkan və şərait yaranmayıb.188
Zamanın ehtiyacını təyin etmək
Hər bir insan çalışıb anın ehtiyacını dərk və təmin etməlidir. Əgər tarixin bu anının ehtiyacını dərk və təmin etməsəniz, sabah iş-işdən keçəcək və gec olacaq. Bu, gəncin, xüsusən də tələbənin bacardığı, dərk və əməl edə biləcəyi bir məsələdir. Onun enerjisi var, fəaldır, gözü və zehni açıqdır, gələcək də ona məxsusdur.189
Gənclik dövründən istifadə
Həyat qısadır, bir saatdır. İnsan gənclik dövründə bunu hiss etmir, lakin həyatı tanıdıqda və yaşı bir qədər artdıqda anlayır ki, insan bir saatdan artıq yaşamır və ötəridir. Bu bir saatdan maksimum istifadə etmək lazımdır.190
Gənclikdən Allah yolunda istifadə etmək
Dünyanı, ləzzətləri və gündəlik həyatı əsas bilənlər səhvdədirlər. Bir gün öz səhvlərini anlayacaqlar, lakin onda iş işdən keçmiş olacaq və bir iş görmək mümkün olmayacaq. Bu yolla yaxşı, həvəslə, eşqlə hərəkət etmək üçün gəncliyinizdən istifadə etməli və özünüzü Allah-Taalaya yaxınlaşdırmalısınız.191
Gənclik fürsətini dəyərləndirmək
Bütün gəncləri bənzərsiz gənclik fürsətini dəyərləndirməyə, iffəti qorumağa, insan ömrünün bu bənzərsiz və parlaq çağında fəaliyyətə çağırıram.192
Özünüislah fürsəti
Mental, fiziki və mənəvi özünüislah üçün gəncliyi əlverişli fürsət bilin, ölkənizi tanıyın, İslam inqilabı sayəsində dünyada, regionda və böyük İslam ümməti arasında əldə etdiyiniz uca məqamın qədrini bilin, elmə, inanca, gözütoxluğa yiyələnin. İnqilabın qələbəsi və müqəddəs müdafiə dövrünün gəncləri kimi digər ölkələrin gənclərinə örnək olun.193
Gənclik - həyat üçün proqram hazırlamaq fürsəti
İndi mənim müraciətim siz əziz gənclərədir. Sizin qarşınızda dəyərli həyat ehtiyatı var. Gənc həyatın başlanğıcındadır. Fərz edin, əkinçi məhsulu yenicə yığıb, anbarı məhsulla doludur. Bu bol və sağlam məhsulu nə edəcək?
İki iş görə bilər: Biri budur ki, ağıllı, sayıq və gələcəyi düşünən əkinçi onu sağlam saxlamağa, çürüməyə qoymamağa çalışır, lazım olan qədərini özü üçün saxlayır, əkin üçün yararlı olanı növbəti illərdə əkinə sərf etmək üçün ayırır. Biri də budur ki, bu dolu anbarın qədrini bilməsin, həmişə dolu qalacağını düşünsün, nə məqsədyönlü istifadə üçün, nə də dar günə saxlamaq üçün bir iş görsün. Bu, ağılsızlıqdır.
...Siz gənclik çağındasınız, anbar hələ doludur. Anbarın bir hissəsindən əkin üçün istifadə olunmalıdır. O hissə sizin gənclik illərinizə aiddir. Bu, gələcəyin toxumudur. Düzgün həyat proqramınız olsun.194
Ucalıq imkanı
Sizin ən böyük vəzifələrinizdən biri əxlaqi paklanmadır. Öz əxlaqınızı kamilləşdirin. Siz gənclərin bu imkanı var. Dövr sizin dövrünüzdür. Siz yaxşı dövrdə, Quran dövləti və İslam mədəniyyəti sayəsində yaşayırsınız, mənəvi baxımdan ucalma imkanınız var. Bu imkandan yaxşı istifadə edin.195
Gəncliyin qədrini bilmək
Gəncliyin qədrini bilin. Saflıq, nurluluq, iman, Allaha sarı yüksəlmək, ilahi olmaq - bunların hamısı gənclik dövründə asan əldə edilir. Dünyəvi nailiyyətlər də gənclikdə qocalıqdan daha asan əldə olunur. Mənəvi məqamlar da belədir. Gəncliyin qədrini bilin, hərəkət etdiyiniz düzgün yolda ondan ixlasla və sədaqətlə yararlanın.196
Təhsil, mənəvi paklıq və idman
Əgər məndən "Siz gəncdən nə istəyirsiniz?" – sualına qısa cavab istəsələr, deyərəm ki, təhsil, mənəvi saflıq və idman. Düşünürəm ki, gənclər bu üç xüsusiyyətə malik olmalıdırlar. Təhsil tədqiqata və elmi işlərə də şamil olur. Gənclərdə bu qüvvə olduğundan elm üçün çox çalışmalıdırlar.
...Gənclikdə nə istəsəniz, etmək olar. Yəni hər üç sahədə - həm elm, həm mənəvi saflıq, həm də idman sahəsində gənclik çağında işləyin. Hamı bilir ki, qocalıqda idmanın gənclik dövründəki qədər təsiri olmur. Lakin mənəvi saflıq haqda əksərən, bunu bilmirlər. Elə bilirlər ki, insan qalıb qocaldıqda ibadət etməli və mənən saflaşmalıdır. Halbuki o zaman nəfsi paklamaq çətin, bəzən də qeyri-mümkün olur. Qocalıqda nəfsi paklamaq çətin olur, sizin vaxtınızda - gənclikdə isə çox asandır. Hər halda, gənclər bu üç işə ciddi yanaşsınlar.197
Gənclərə vəzifə tapşırmaq
İnqilabın əvvəllərindən mənim səlahiyyətimdə olan işlərdə gənclərə vəzifə vermişəm; həm silahlı qüvvələrdə, həm dövlət işlərində, həm prezidentlik səlahiyyətləri daxilində. Mənim təcrübəm budur ki, biz gəncə etimad göstərsək - sözsüz ki, söhbət ləyaqətli və bacarıqlı gəncdən gedir, hər bir gəncə hər bir vəzifəni tapşırmaq olmaz - işi gənc olmayandan daha yaxşı və daha məsuliyyətlə yerinə yetirəcək; həm sürətlə yerinə yetirəcək, həm daha yeni və daha yaradıcı şəkildə təhvil verəcək. Yəni işdə inkişaf prosesi qorunacaq. Qeyri-gənc isə belə deyil. O, işi aktual olaraq yaxşı yerinə yetirə bilər, lakin onda inkişaf prosesi getməyəcək. Əksərən belədir.198
Örnək və nümunələr
Əmirəlmöminin
Əmirəlmöminin Məkkədə 16-19 yaşlı, Mədinəyə köçəndə iyirmidən bir qədər artıq yaşı olan bir gəncdir. O həzrətin ömrünün müxtəlif çağları ən yaxşı gənclər üçün ən gözəl örnəkdir. O, gənlik ehtirasından, dünya ləzzətindən, gənclərin dəyər saydığı gözəlliklərdən heç bir şey istəmir, yalnız əziz Peyğəmbərin peyğəmbərlik səbəbi olan uca və ali məqsədi istəyir. Onun bütün varlığı bu məqsədə xidmət edir, başqa hər şey ikinci dərəcəlidir. Bir gəncin bir anda dünyaya, dünyanın şirinlik və ləzzətlərinə göz yumması, öz gəncliyini, enerjisini, fəallığını və ruhiyyəsini, yəni gəncdə olan təravətin, gözəlliyin və yeniliyin hamısını Allah yolunda işlətməsi çox möhtəşəm bir şeydir. Bu, uca həddidir. Bundan üstünü həqiqətən, olmaz.199
İmamın gənclik ruhiyyəsi
İmam bu mübarizələrə 63 yaşında başladı. 63 yaşlı kişi gəncləri həvəsləndirir, onlara yüksək əhval-ruhiyyə verirdi. O, Tehrana daxil olanda, yəni inqilabın qələbə çaldığı zaman təxminən 80 yaşlı bir qoca idi. Təqaüd, yorğunluq və bikarlıq yaşında olan qoca bir kişi belə həvəslə, gənclərə xas yüksək ruhiyyə ilə çalışırdı.200
İbadət və təvəssül örnəyi
Siz Allahla məndən artıq əlaqədə ola bilərsiniz; çünki gəncsiniz, ürəkləriniz təmiz və pakdır, vücudunuzun aynası bizimkindən daha şəffaf və təmizdir. İxtiyarınızda belə yaxşı şərait varkən, imamın vücudunda olan və onun bütün uğurlarını təmin edən xüsusiyyəti özünüzdə gücləndirməyə çalışın; yəni Allahla mənəvi əlaqəniz olsun, Ona bəndə olun, günahdan, pis və çirkin işlərdən çəkinmə ruhiyyəsini özünüzdə gücləndirin. Belə olsanız, bütün işlər asanlaşar və məqsədlərə çatarsınız... Təvəssülü, duanı və Allaha diqqəti unutmayın, Onunla mənəvi əlaqənizi möhkəmlədin, daha artıq yaradıcılıq və səylə ölkəni qurun.201
Dini və milli mübarizlik
İmamın qələbəsinin sirri də bu idi ki, bu böyük hünəri göstərə və böyük möcuzəni edə bildi, mübarizəni ümumxalq səviyyəsinə çıxardı. Bəs bunun səbəbi nə idi? Səbəblərin bəzisi böyük imamımızın şəxsi xüsusiyyətlərinə qayıdır; onları da deyəcəyəm. Lakin əsas səbəb imamın uca məqamlı və etimadlı bir ruhani mövqeyində durub İslamdan danışmasından ibarət idi. İslam xalqın ümumi inancı idi və indi də belədir. Bu, dini hərəkətin və dini məqsədin xüsusiyyətidir.
Dini məqsədlər maddi və partiya məqsədlərindən fərqlənir. Maddi və partiya məqsədlərində daha çox hakimiyyətə gəlmə məsələsi var. Mübarizəyə qoşulan şəxslərin hər biri özləri üçün bir mövqe və yer tərif edirlər: gələcək quruluşda biz nə edəcək, hansı vəzifədə çalışacağıq. Dini hərəkətdə isə bunlar yoxdur, hamı üzərinə düşəni yerinə yetirməyə çalışır. İmam İslama arxalandı və İslamın ucalığını bəyan etdi. Xalq hərəkətinin dərinliyi buradan başlandı, bütün xalq öz imanı ilə mübarizəyə qoşuldu. Siz görürdünüz ki, misal üçün, filan kənddə xalq hadisələrə reaksiya verir. İndi siz görün bir siyasi partiya ucqar bir kəndin əhalisini öz tərəfinə çəkmək üçün nə qədər çalışmalı və onları bir-bir cəlb etməlidir. İmam bu tipli işlər görmürdü, lakin müraciət etdiyində onlar inamla səhnəyə çıxırdılar. Böyük şəhərlərdə də belə idi, paytaxt Tehranda da. Yəni əsas İslam məsələsi idi və imam İslama arxalanırdı.
Düzdür, digər xüsusiyyətlər də vardı. İmam prinsipcə xalqdan idi və xalqa güvənirdi. Mənim yadımdan çıxmır, onun hələ o qədər də tanınmadığı və məşhurlaşmadığı 1962-ci ildə Qumda tədris əsnasında o dövrün hökumətinə müraciətlə demişdi ki, əgər misal üçün, filan rəftarınızı davam etdirsəniz, mən Qumun bu ucsuz-bucaqsız səhrasını xalqla dolduraram. Hamı təəccüb edirdi ki, imam Qumda bir məscidin küncündə oturduğu halda xalqa necə bu şəkildə arxalanır, inanır və xalq sarıdan arxayındır. Bir neçə aydan sonra, yəni 63-cü ildə imamın Feyziyyə mədrəsəsindəki bəlli çıxışından iki gün sonra Tehranda 15 Xordad hadisəsi baş verdi, xalq qana boyanmış halda tankların, avtomatların və tüfənglərin qarşısına çıxdı.
Qeyd etdim ki, imamın şəxsi xüsusiyyətlərinin rolu böyük idi. İmam sözün həqiqi mənasında polad iradəli bir kişi, öz yolunun haqlılığına tam əmin olan bir şəxs idi. Quranda deyilir ki, Peyğəmbər ona nazil olana iman gətirmişdir.202 Onun da öz yoluna imanı vardı, doğruçu və açıq danışan kişi idi, siyasətbaz adam deyildi, çox ağıllı və uzaqgörən idi. Sayıqlıq, uzaqgörənlik və sonrakı addımları duyma qabiliyyəti imamda çox yüksək həddə idi. O, işgüzar və yorulmaz idi. Yada salmanız pis olmaz ki, imam bu mübarizələrə 63 yaşında başladı. Yaxşı xatırlayıram, o, 1962-ci ildə etdiyi çıxışında dedi ki, mənim 63 yaşım var; əgər məni öldürsələr, Peyğəmbərin və Əmirəlmömininin dünyadan köçdüyü yaşda ölmüş olacağam. 63 yaşlı kişi gəncləri həvəsləndirir, onlara qüvvə və yüksək əhval-ruhiyyə verirdi. O, Tehrana daxil olanda, 1 fevral hadisələrində və sonra inqilab qələbə çalanda təxminən 80 yaşlı bir kişi idi. Təqaüd, yorğunluq və bikarlıq yaşında olan qoca bir kişi belə həvəslə, gənclərə xas yüksək əhval-ruhiyyə ilə çalışırdı. Buna əsasən, imamın şəxsi xüsusiyyətləri - İslama, dinə, imana və xalqa güvənməsi çox təsirli idi.203
Rəhbərlik və kadr yetişdirmək
İmam mübarizəsini başlayanda mən deyə bilmərəm ki, misal üçün, 62 və 63-cü illərdə onun lazımi kadrları vardı. Lakin o, kadr yetişdirməklə məşğul olurdu. Siz bilirsiniz ki, imam Qum Elm Hövzəsində görkəmli bir elmi şəxsiyyət idi. Onun ətrafında ləyaqətli və mömin gənclər vardı. Onun digər təbəqələrlə də əlaqəsi vardı. İmam öz müraciət və sözləri ilə sözün həqiqi mənasında insanları tərbiyə edib yetişdirirdi; həm düşüncə cəhətindən, həm mənəvi və əxlaqi cəhətdən. Dəyərli və layiqli bir kadr mütləq idarəetmə dərsi oxuyan, yaxud politoloji kurslar keçən yox, məqsədləri yaxşı anlayan, yolları yaxşı seçən, yaxşı qərar verən və yaxşı addım atan şəxsdir. Bu, ardıcıl tərbiyələrlə baş verir. İmamın vasitəsi ilə bu iş onun ətrafında təbii şəkildə baş verirdi; xüsusi dərs sinfində yox, rəftarlarla, müraciətlərlə və davranışlarla. Lakin bundan əhəmiyyətlisi odur ki, imam xalq səviyyəsində kadrlar hazırladı. İmamın kadr hazırlaması da partiyaların kadr hazırlaması kimi deyildi. Partiyalar filan vəzifəni və işi tapşırmaq üçün xüsusi formada kadrlar yetişdirirlər, imam isə gəncləri yetişdirirdi, onlarda özünəinam yaradırdı. İmam əvvəldən gənclərin üzərində xüsusi təkid göstərirdi və bu, öz bəhrəsini verdi.
İnqilab qələbə çalandan sonra həm imamın ətrafında olan şəxslər, həm də kənardakılar gəlib öz yerlərini tutdular, tədricən başlayan dəyişiklik və islahatlara rəhbərlik etdilər. Lakin bunu bilin ki, imamın yolu, üslubu aydın idi, nə istədiyini bilirdi. İmamın üslubu peyğəmbərlərin üslubundan ibarət idi: öz tərəf-müqabillərinə ayıqlıqla, düşüncə ilə yanaşı olan dərin iman ötürmək. Bu üsul təbii olaraq istedadları çiçəkləndirir və kadrlar yetişdirir, on il öncədən bir siyahı hazırlayıb filankəsi filan vəzifə üçün nəzərdə tutmağa gərək qalmır.204
Quruluşun görkəmli elmi və mənəvi şəxsiyyətləri
Bu gün İslam quruluşumuz parlaq elmi və mənəvi şəxsiyyətləri ilə fəxr edir. Əgər Allah-Taala bizim indiki nəslə Əllamə Təbatəbai, yaxud mərhum Şəhid Mütəhhəri kimi şəxsiyyətlərdən bəhrələnmək imkanı verməmişsə də, şükür olsun ki, bu əziz və böyük şəxsiyyət (cənab Misbah Yəzdi) o əzizlərin yerini tutub.205
Dostları ilə paylaş: |