BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası
Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi
73
ЯСАС АРАШДЫРМА ПРЕДМЕТЛЯРИ
•
Ушагларын медиадан истифадя етмясиня имкан йарадылмасы
•
Ушаьын медиада юз фикрини ифадя етмяк щцгугуна неъя тяминат верилмялидир?
•
Ушагларын медиасы
Mükəmməl texnologiyalar və yeniliklər
VASİTƏSİLƏ insanları informasiya və hərtərəfli bi-
lik əldə etmək imkanları ilə təmin etməklə medi-
anın rolu son onillikdə əhəmiyyətli dərəcədə art-
mışdır. Belə irəliləyişlər mediada və bunun-
la öz həmyaşıdlarına məlumat verilməsi, dəstək
göstərilməsi və təsir edilməsi baxımından
ümumilikdə cəmiyyətdə uşağın və gəncin, eləcə
də yaşlıların geniş şəkildə iştirakına imkan yara-
dır. Bu imkanların gücləndiriləcəyinə baxmaya-
raq, medianın tərkib hissələri uşaqları istismar
etməkdə, habelə uşaqların və onların vəziyyətinin
stereotiplənmiş təsvirlərini işıqlandırmaqda davam
edir.
Uşaqları cəlb etməklə, media yeni perspek-
tiv verə bilər. Uşağın mediada iştirakının artırılması
üzrə əsaslı dəlillər mövcuddur.
Uşaqlar ilə medianın arasındakı əlaqənin
əhəmiyyəti aşağıdakı kimi tanınır:
•
BMT-nin Uşaq Hüquqları haqqında Kon-
vensiyasının 12-ci Maddəsi uşaqlara toxu-
nan bütün məsələlərdə onların öz fikirlərini
sərbəst şəkildə ifadə etməsi və həmin fikirlərin
dinlənilməsi hüququna təminat verilməsində iş-
tirakçı dövlətlərin rolunu təsbit edir;
•
Maddə 13 uşaqların seçdiyi media qu-
rumları vasitəsilə fikir azadlığı hüququnu
müəyyənləşdirir;
•
Maddə 17 ifadə edir ki, uşaqların müxtəlif mil-
li və beynəlxalq mənbələrdən məlumat əldə
etdiyinə təminat vermək işirakçı dövlətlərin
öhdəliyidir. Kütləvi informasiya vasitələri üçün
bu, uşağa sosial və mədəni fayda gətirən
məlumatların təmin edilməsi mənasını kəsb
edir.
Media uşaqların müvafiq məlumat almaq və fikir
azadlığı hüquqlarını yerinə yetirməklə; Konvensiya
və onun tərkibi haqqında məlumatlılığı yaratmaq-
la və onun icrasına nəzarət olunmasında əsaslı rol
oynamaqla Uşaq Hüquqları haqqında Konvensiya-
nın prinsiplərinin və normalarının reallığa çevrilməsi
üçün geniş potensiala malikdir.
Bununla yanaşı, dünya əhalisinin üçdə bir
hissəsinin 18 yaşından aşağı olan uşaqlardan və
gənclərdən ibarət olmasına baxmayaraq uşaqla-
rın rəyləri və vəziyyəti nadir hallarda mediada dəqiq
şəkildə əks etdirilir. Tədqiqat (Media Monitorinq
Layihəsi, 2004-cü il) onu göstərir ki, uşaqlar ciddi
surətdə mediada natamam şəkildə təmsil olunma-
ğa meyl edirlər. Uşaqlardan biri media-monitorinq
təlimində öz iradını bildirmişdir:
«Xəbərlər təcrid edilmiş olduğumu mənə
hiss etdirdi. Sanki uşaqlar mövcud deyildirlər.»
Uşaqların əhvalatları xəbər başlıqlarında yer
alarkən, bu adətən onların yaşayış tərzinə uyğun
olan məsələlər haqqında deyil, gərgin və ağır şərait
haqqında öz əksini tapır. Həqiqətən uşaqların me-
diada işıqlandırılmasına dair xəbər materialların bö-
yük hissəsi mənfi xarakter daşıyır.
Uşaqlar mediada iştirak etmək imkanı-
nı qazanarkən onlar nə haqqında düşünürlər?
Beynəlxalq Plan adlı uşaq hüquqlarına əsaslanan
qeyri-hökumət təşkilatı bir qrup azyaşlı jurnalistdən
onların mediada iştirakının nə üçün əhəmiyyət kəsb
etdiyini soruşmuşdur. Onlar aşağıdakı şəkildə sor-
ğunu cavablandırmışlar:
•
bu, uşaqları öz hüquqları və öhdəlikləri haq-
qında məlumat almaq imkanı ilə təmin edir və
onların xəbər materiallarında düzgün şəkildə
təmsil olunduğuna təminat verir;
•
bu, uşaqlara sərbəst surətdə mediada işti-
rak etmək və öz fikirlərini ifadə etmək hüqu-
qunu yerinə yetirməyə imkan yaradır və on-
ların prioritetlərinin və narahatlıqlarının lazımi
şəkildə əks etdirildiyinə təminat verir;
•
bu, uşaqlara maariflənmək və öz hüquqlarını
valideynlərindən, icmalarından və hökumətdən
tələb etmək fikrini bildirməyə imkan yaradır;
7. UŞAQLARIN ÖZ FİKİRLƏRİNİ İFADƏ ETMƏLƏRİ VƏ UŞAQLARA
YÖNƏLƏN MEDİA
74
•
bu, uşaqları birləşdirir və bir-birlərinə yaxınlaş-
dırır, eləcə də onların öz həyat tərzində baş
verənlər haqqında həmyaşıdlarına məlumat
çatdıra bildiyi bir vasitə olaraq hesab edilir;
•
bu, uşaqlara qorxmadan və cəzalandırılmadan
həssas məsələləri nəzərdən keçirməyə, yar-
dım istəməyə və riskli vəziyyətdən yayınmaya
aid davranış metodikalarını (məsələn, uşaq al-
veri kimi hüquqlarının pozulması hallarına qar-
şı özlərinin necə müdafiə edilməsi) öyrənməyə
kömək edir.
Uşaqların mediada iştirakının asanlaşdırılma-
sı praktikası onu göstərmişdir ki, uşaqlar media qu-
rumlarını formalaşdırmağa, uşaq hüquqlarına dair
məsələləri araşdırmağa, problemlərinin həlli üsul-
larını müəyyən etməyə və öz hüquqlarının qo-
runması üzrə hüquq müdafiəçisi qismində iştirak
etməyə qadirdirlər. Tədricən yaşlılar uşaqların me-
diada iştirakı barədə öz mövqelərini dəyişməyə
və icmalarda dəyişiklik «vasitəçiləri» kimi uşaqla-
rı qiymətləndirməyə başlayırlar. Bütün dünyadakı
uğurlu uşaq mediası layihələrinin nümunələri uşaq-
ların iştirakının əhəmiyyətli tərzdə necə həyata
keçirilə biləcəyini təsvir edir.
Uşaqların cəlb olunması
Uşaqların və gənclərin media istehsalında işti-
rakının başlıca çətinliyi onların potensial dərəcədə
riskli iş yerinə cəlb olunması ilə izah edilir. Əgər
bu, xeyli sayda insanlar, ictimai fəaliyyət və ava-
danlıqlar ilə birlikdə işgüzar yerdirsə, onlar konk-
ret təhlükəyə məruz qalacaqlar. Təbii maraq və orta
yaşlı boyundan aşağı olan şəxslər üçün nəzərdə tu-
tulmayan bu cür yerlər onları risk altında qoya bilər.
Yüksək gərginlikli media qurumları daxilində
işləmək mədəniyyəti uşaqlar üçün əlverişli deyil-
dir: həvəsləndirmə təcrübəsi ilə əhatə edilənlər
mükəmməl hazırlığı olmayan bütün maraqlı tərəflər
üçün çaşdırıcı və riskli ola bilər. Qorxu çox vaxt on-
dan ibarət olur ki, uşaqlar ətrafdakı digər vasitələrə
nisbətən bahalı və ya ən dəqiq avadanlıqlara zərər
vura bilərlər.
Tələb olunan texniki təhlükəsizlik tədbirlərinin
bəziləri xərc hesabına başa gəlir, lakin uşaqlara qar-
şı əksər təhlükələrin yaşlılara da təsir edəcəyi ehti-
mal edilir. Uşaqlar üçün təhlükəsiz iş yerinin təmin
edilməsi həmçinin yaşlılar üzrə təhlükəsiz şəraiti
önə çəkən əlavə zəmanətdən ibarət olmalıdır.
Qarşıda duran planlaşdırma hər hansı iş yerində
uşaqların təhlükəsiz iştirakı üçün başlıca amil-
dir. Çoxsaylı media təşəbbüslərində təşkilatdaxili
təlimatlar tərtib olunur, lakin adətən bu cür
məsələlər xüsusi şəkildə nəzərdən keçirilir. Ən op-
timal praktika nümunələrindən birgə istifadə olunar-
sa, işçi standartlar yaradıla, gücləndirilə və nəzarət
edilə bilər. Bəzi tövsiyələr aşağıdakı kimidir:
•
Sahədən kənarda uşaqların hazırlaşdırılması
üçün vaxt sərf edin.
•
Uşaqlar sahədə olarkən, onların risklər və
yardım üçün hara gedə biləcəkləri barədə
məlumatlı olduqlarına təminat verin. Onların
təmiz sanitar qovşaqlarına malik olduqlarına,
istirahət edə bilmək üçün müvafiq ölçülü otaq-
dan istifadə etdiklərinə və yüngül qəlyanaltı
etmək imkanlarından faydalandığına əmin
olun.
•
Bunlardan ən vacibi kimi, onların tanıdıqları və
yardım və ya məsləhət üçün müraciət etdikləri
bir münasib yaşlının bütün mümkün vaxtlarda
onların yanında olmasına təminat verin.
•
Uşaqların iştirakının idarə olunmasına
məsuliyyət daşıyan şəxslər uşaqlara tətbiq olu-
nan sağlamlıq və texniki təhlükəsizlik qayda-
larını yoxlamalıdırlar. Onlar iş yerində uşaqla-
ra və onların himayəçilərinə əməyin mühafizəsi
və texniki təhlükəsizlik tədbirlərinin sadə və ay-
dın şəkildə izah olunduğuna təminat verməli və
uşaqların onları dərk etdiklərini yoxlamaq üçün
sadə metod və vasitələri işləyib hazırlamalıdır-
lar – məsələn, fövqəladə hallar zamanı evaku-
asiya eksperimentində iştirak etməklə.
•
Fəaliyyət yerində çalışan şəxslər uşaqla-
rın müəyyən yerlərdə və müəyyən vaxtlar-
da iştirak edə biləcəkləri, habelə onlar və
uşaqlar üçün bunun nəticələrini müzakirə
etmək imkanına malik olduqları barədə
məlumatlandırılmalıdırlar.
•
Uşaqlarla birbaşa işləyən şəxslər müfəssəl
şəkildə və diqqətlə müzakirə olunmuş və razı-
laşdırılmış təlimatlara uyğun olaraq vəziyyəti
idarə etməlidirlər.
Uşaqlara aid olan məsələlərin onlar tərəfindən
nəzərdən keçirilməsinə və ya bununla əlaqədar
iradlarını bildirməsinə imkan yaradılması prose-
sin başlanğıcı kimi ola bilər; məsələn, onlar yaşlılar
üçün nəzərdə tutulan qəzetlərdə və digər kütləvi in-
formasiya vasitələrində uşaqlara aid filmləri və ya
kitabları nəzərdən keçirə bilərlər.
Uşaqlar ilə və onlar üçün
hazırlanmış media proqramlarının
faydaları
Media layihələrinin qiymətləndirilməsi uşaqların
mediada iştirakından əldə olunan çoxsaylı faydala-
rı göstərir:
Təkmilləşdirilmiş media məhsulu: Uşaq me-
diasına kütləvi informasiya vasitələrində çalışan
peşəkarların cəlb olunması uşaqlar üçün nəinki
daha çox media verilişlərinə gətirib çıxarır, eləcə də
uşaqlar ilə və onlar üçün daha mükəmməl media
proqramlarının hazırlanması ilə nəticələnə bilər:
BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası
Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi
75
Qərbi Afrikada həyata keçirilən «Mən uşağam, la-
kin mənim hüquqlarım da var !» layihəsinə (Birləşmiş
Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Kon-
vensiyasına hörmətlə yanaşılması üzrə valideynlərə,
uşaqlara və hökumət rəsmilərinə öz funksiyaları və
öhdəlikləri barədə məlumat verir) cəlb olunmuş 100 ra-
dio stansiya çox vaxt dinləyicilərin davamlı tələbatına
görə uşaqlar üçün tərtib olunan proqramların sayını ar-
tırmışdır. Aparılan hesablamalar daha mükəmməl proq-
ramların tərtibatı və uşaqların prosesə cəlb olunması
potensialının gücləndirildiyini nümayiş etdirir. Həmçinin
uşaqların öz hüquqları və onların ölkəsindəki uşaqların
vəziyyəti barədə məlumatlılıq və bilik səviyyəsində artım
müşahidə olunur.
Dəyişikliyin formalaşdırılması: Mediada uşaqların
iştirakı hökumət səviyyəsində ali vəzifəli şəxslərə təsir
göstərə bilər:
Hindistanda «Uşaqların deməyə sözü vardır»
layihəsində gənclər onların həyat tərzinə toxunan bir
sıra məsələlər barədə filmlər və animasiyalar yarada
bilər. Qutkaya (tütün, böcək qozu və cökənin qarışığı)
qurşanma haqqında bir film tələbələri elə ruhlandırmış-
dır ki, onlar öz məktəblərinin yaxınlığında yerləşən ma-
ğazalarda onun satışının dayandırılması üçün şikayət
etmişlər. Onlar əyalətdəki bütün məktəblərdə qutka-
nın istifadəsini qadağan edən və tələbələrlə əməkdaşlıq
şəraitində kütləvi məlumatlılığın artırılması kampaniya-
sına başlayan əyalət hökumətinə iddia ərizəsini təqdim
etmişlər.
Uşağın inkişafı: Mediada uşaqların iştirakı onla-
rın bütöv inkişafına öz töhfəsini verir. Texniki və peşə
bacarıqlarını (o cümlədən, avadanlığı necə işlətməyi,
əlyazmaları necə tələffüz və şərh etməyi) öyrəndikcə,
uşaqlar problem həlletmə, ünsiyyət, öz fikrini ifadəetmə
və dialoq bacarıqları vasitəsilə onlar rəylərini formalaş-
dırmağa və ifadə etməyə imkan verən mühüm həyat
qabiliyyətlərinə yiyələnirlər.
Mediada iştirak uşaqlara media və məlumat, is-
tehsal funksiyası ilə tanış olmağa kömək edir və on-
ları məlumatlı şəkildə qərar qəbul etməyə imkan
verən aktual məlumatların geniş miqyasda istifadəsi
ilə təmin edir. Media proqramlarının monitorinqinə və
qiymətləndirilməsinə daxil edilməklə, onlar media sa-
vadlılığı üzrə öz dəyərli bacarıqlarını inkişaf etdirirlər və
özünün bütün formalarında zəruri media istifadəçilərinə
çevrilə bilərlər.
Uşaqların cəlb olunmasında mediaya qarşı bəzi
kommersiya maraqları mövcuddur, bununla gələcəyin
media istifadəçilərinə təminat verilə bilər. Xüsusən, çox-
saylı qəzetlər gənclərə yönələn layihələri həyata keçir-
mişdir, lakin bir qism qəzetlər ucqar yerlərdə yaşayan
uşaqları daha çox cəlb etmişdir.
Uşaq mediası sahəsində çalışan fəallar vasitəsilə
uşaqlar bir-birləri ilə qarşılıqlı əlaqədə ola və digər oğlan
və qızlardan bilik əldə edə, yeni dostlar qazana və öz
həmyaşıdlarının dərdinə şərik ola bilərlər ki, bu da siyasi
şüuru və sosial məlumatlılığı inkişaf etdirmək üçün mü-
hüm bacarıq hesab olunur.
Bununla yanaşı, media vasitəsilə ifadə edilən fi-
kir ümid qığılcımını yaratmaqla sarsıntı keçirmiş uşaq-
ların psixo-sosial müalicəsində və səhhətinin normal
vəziyyətə gətirilməsində faydalı ola bilər.
Şri-Lankada Gənc Asiya Televiziyası bir qrup uşaq-
ların sənədli filmdə iştirakını asanlaşdırmışdır ki, bu da
onların Hind Okeanında 2004-cü ildə tüğyan edən su-
nami haqqında öz hisslərini ifadə etməsinə imkan ver-
mişdir. Bütövlükdə uşaqlar tərəfindən hazırlanmış film
faciənin təsirlərini və təbii fəlakətin onların həyat tərzini
necə dəyişdirdiyini canlandırır. Nişak (16 yaşlı oğlan)
demişdir ki, onlar bu filmdə uşaqların cəsarətlə öz həyat
tərzinə necə davam gətirdiklərini nümayiş etdirmək
istəmişlər.
Uşaqlara etibar edilməsi və fəal vətəndaşlıq: Me-
dia layihələrinin bütün mərhələlərinə gənclərin cəlb
olunması fəal vətəndaşlar və hüquq müdafiəçiləri kimi
öz potensialını sonradan inkişaf etdirə bilər. Uşaqlar on-
ların hüquqlarının pozulmasının öz həyat tərzinə necə
təsir göstərdiyi barədə münasib müjdəçi rolunu oyna-
ya bilərlər və mediada iştirak öz fikirlərinin ifadə edilməsi
ilə onların dəyişikliyi tələb etməsinə imkan yarada
bilər. Təcrübə həmçinin uşaqların digər forumlarda öz
fikirlərini ifadə etməsinə təkan verir.
Uşaqların mediada iştirakının nəticəsi olaraq, onlar
özlərini qiymətləndirilmiş kimi hiss edirlər və özünəinam
hissinə yiyələnə bilərlər. Bu, onların özünəməxsus
istedadının aşkar edilməsinin və yaşlıların və öz
həmyaşıdlarının hörmətinin qazanılmasının nəticəsidir.
İcmaya fayda vermək duyğusu uşaqların digər
sahələrdə də fəal olmasına gətirib çıxara bilər və onlara
yeni funksiyaların və öhdəliklərin həvalə edilməsində eti-
mad göstərilə bilər.
Qlobal kontekst
Uşaqlara dair çoxsaylı qlobal görüşlər və media
uşaqların bu sahədə iştirakının vacibliyini qəbul etmişdir.
Bunlara daxildir:
•
Uşaq Hüquqları Komitəsi tərəfindən «Uşaq və Me-
dia» mövzusunda Ümumi Müzakirə Günü (İsveçrə,
1995-ci il): «Uşaqlara öz fikirlərini ifadə etmək im-
kanının verilməsi üçün media əhəmiyyət daşıyır.
Konvensiyanın prinsiplərindən biri odur ki, uşaqla-
rın fikirləri dinlənilməli və onlara hörmətlə yanaşıl-
malıdır ... uşaqlar nəinki xəbər materialını istifadə
etməyə, eləcə də mediada iştirak etməyə qadir ol-
malıdırlar.»
•
Oslo Çağırışına dair Seminar (Norveç, 1999-cu
il) «Uşaqlara və gənclərə olan çağırış media-
da və medianın inkişafında onların fəal iştirakının
gücləndirilməsi yollarının axtarılmasına yönəlmişdir;
valideynlərə, müəllimlərə və tədqiqatçılara olan ça-
ğırış uşaqların özlərinin tərəqqisi üçün mediadan
istifadə etmək, media qurumunda iştirak etmək və
ondan bir vasitə kimi yararlanmaq hüquqlarının
qəbul edilməsinə və dəstəklənməsinə yönəlmişdir.»
76
•
Uşaqlar və Yeniyetmələr üzrə Mediaya dair
4-cü Ümumdünya Sammitində (Braziliya,
2004-cü il) yaşlılar təklif etdilər ki, «uşaqla-
rın və yeniyetmələrin iştirakı ilə media istehsa-
lı gücləndirilməlidir» və uşaqlar təklif etdilər ki,
«uşaqlar və yeniyetmələr media məhsullarının
istehsalında və çatdırılmasında zəmanətli
məkana malikdirlər».
•
Gənclərin Media İnkişafı Forumu (Mali, 2006-
cı il): Plan ölkələri (Albaniya, Benin, Burki-
na Faso, Kamerun, Ekvador, Salvador, Efiopi-
ya, Qana, Qvineya, Qvineya-Bissau, Haiti) da-
xil olmaqla dünyanın 60 ölkəsindən 400 nəfər
nümayəndə iştirak etmişdir.
•
Uşaqlar üzrə Mediaya dair 5-ci Ümumdünya
Sammiti (İohannesburq, 2007-ci il): Təxminən
90 ölkədən 1000 nəfər, o cümlədən ən azı 300
yerli və beynəlxalq miqyaslı uşaq konfrans-
da iştirak etmişdir; uşaqların mediada öz fikri-
ni ifadə etməsinə imkan yaradılması üçün üsul
və vasitələrin öyrənilməsi baxımından interak-
tiv seminarlar, debatlar və müzakirələr keçi-
rilmişdir. Konfrans uşaqların mediada təmsil
olunması məsələsinə və ümumilikdə medianın
uşaqların nümayiş etdirilmə metoduna necə
töhfə verdiyinə toxunmuşdur. Həmçinin sam-
mit uşaqların özünəməxsus obrazlarının yara-
dılmasında uşaqların iştirakının yüksəldilməsi
üçün üsul və vasitələri nəzərdən keçirmişdir.
Debatın əsas qayəsi uşaqların özləri üçün ob-
razların yaradılması və proqramların tərtibatı
prosesinə onların necə cəlb edilə bilməsindən
ibarət olmuşdur.
Uşaqların mediada mühüm iştira-
kına qarşı çətinliklər və maneələr
Uşaq Hüquqları Komitəsi bir dəfə bəyan etmiş-
dir: «Uşaqlıq dövrü həyatın gözləmə otağı deyildir».
Dünya əhalisinin üçdə bir hissəsinin 18 ya-
şından aşağı olan uşaqlardan və gənclərdən
ibarət olmasına baxmayaraq, media nadir hal-
larda bu təbəqənin rəylərini və reallıqlarını
əks etdirir. Ümumilikdə həm şimal, həm cənub
yarımkürələrində media qurumları uşaqların me-
diada iştirak etmək hüququnun və onlara toxunan
məsələlərdə öz fikirlərini ifadə etmək hüququnun
yerinə yetirilməsi baxımından uşaqlar üçün məhdud
imkanlar yaradır.
Media monitorinqi daxil olmaqla, media-
nın hər bir səviyyəsində uşaqların mühüm iştira-
kı zərurətinə lazımi diqqət yetirilməmişdir. Onların
media qurumlarında iştirakına hələ də layiqli başlı-
ca diqqət göstərilməmişdir. Lakin uşaqların iştirakı-
nın təmin edilməsinə qarşı bir sıra ümumi çətinliklər
mövcud olaraq qalmaqdadır.
Uşağın iştirakına qarşı sosial
mövqelər və müqavimət
Media qurumlarına çox vaxt yaşlılar tərəfindən
nəzarət olunur ki, onlar da xəbər gündəliyinin
müəyyən olunması üçün öz səlahiyyətlərində uşaq-
lara güzəştə getməyi və imkan yaratmağı həmişə
istəmirlər. Digər tərəfdən, valideynlərin özləri də
uşaqların verə biləcəyi töhfənin dəyərini qavramır-
lar; onlar çox vaxt hesab edirlər ki, media layihələri
həddindən artıq vaxt tələb edir və məktəbdə uşaq-
ların rolunu əsaslandırmayacaqdır. Lakin fakt
göstərir ki, uşaqların bu cür layihələrdə iştirakının
nəticəsi kimi, onların məktəbdəki davranışı tez-tez
təkmilləşir.
Uşaq hüquqları haqda məlumat öyrənmək
üçün öz uşaqlarına imkan yaradılması ilə əlaqədar
valideynlər arasında həvəssizlik mövcud ola bilər.
Çoxsaylı ölkələrdə uşaqların hüquqlarının adətən
ənənəyə zidd olması kimi qəbul edilir ki, bunun-
la aidiyyəti işin icrası uşaqlara deyilməyənə qədər
onlar yaşlılara sual vermir və ya hətta müraciət
etmirlər. Əhəmiyyətlisi odur ki, media sektorunun və
valideynlərin məlumatı və həssaslığı vasitəsilə bu
cür münasibətlərə toxunulur.
Etika və müdafiə məsələləri
Mediada uşağın iştirakının artırılmasına dair bi-
zim kampaniyamızda həmçinin uşaqların medi-
anın təsirindən qorunmasına təminat verməliyik.
Məsələn, zorakılıqdan əziyyət çəkmiş uşaqla-
rın media tərəfindən nümayiş etdirilməsi zama-
nı əgər uşağın şəxsiyyəti açıqlanarsa, yalan və
hiylənin mümkünlüyü səbəbindən əlavə zorakılıq
halının baş verməsi tez-tez müşahidə olunur. Yaş-
lı jurnalistlər kimi, uşaq yaşında olan jurnalistlər
bəzən onlarla birlikdə çalışan digər uşaqları qoru-
ya bilmirlər.
Kommersiyalaşdırma, zorakılıq, seksual təzyiq,
gender stereotipləri və digər zərərli təsirlər uşaqla-
rın mediada iştirak etmək imkanını məhdudlaşdıra
bilər. Dünyanın əksər bölgələrində geniş say-
da şou verilişləri və proqramlar (məsələn, televi-
ziyada) uşaqların və gənclərin real həyat tərzini
əks etdirmir. Uşaqları zərərli təsirlərdən və mənfi
təsəvvürlərdən qorumaq üçün onlar uşaqların həyat
tərzindən bəhs edən və uşaq hüquqlarını pozma-
yan xoşməramlı məlumatları və əyləncəli proqram-
ları təmin etməklə media istehsalı prosesində tam
şəkildə rol oynamalıdırlar.
İnvestisiyaların azlığı və
resursların çatışmazlığı
Həlledici məqam odur ki, media proqramı-
nı hazırlayarkən onun istifadəsinə və keyfiyyətinə
BÖLMƏ 2: uşaqların hüquqları və peşəkar jurnalistika praktikası
Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi
77
təminat vermək üçün uşaqlar adekvat resurslarla
təmin edilməlidirlər. Uşaqların təmsil olunduğu me-
dia dünyanın digər media məhsulları ilə «rəqabət
aparır»; buna ciddi şəkildə yanaşıldıqda və müm-
kün qədər daha geniş oxucu kütləsi cəlb edildikdə,
eyni yüksək keyfiyyət təqdim olunmalıdır. Uşaqlar
ayrılıqda media peşəkarlarının köməkliyi olmadan
yüksək keyfiyyəti əldə edə bilməzlər.
Bacarıqları inkişaf etdirmək
Dostları ilə paylaş: |