Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?



Yüklə 2.19 Mb.
səhifə19/19
tarix25.11.2016
ölçüsü2.19 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19

982) Üz-çənə nahiyəsinin ikincili vərəmlə zədələnməsinə məxsus olan yayılmasının patogenetik mexanizmini təyin edin.
A) Yanaq nahiyəsinin zədələnmiş selikli qişasından kontakt yolla

B) Keçid büküşünün zədələnmiş selikli qişasından kontakt yolla

C) Damaq badamcıqlarından tonzillogen yolla

D) Dil badamcıqlarından tonzillogen yolla

E) Ağciyərlərdə olan vərəm ocağından bəlğəm vasitəsilə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 359
983) Üz-çənə nahiyəsinin ikincili vərəm zədələnməsinə məxsus yayılmasının patogenetik mexanizmini təyin edin.
A) Damaq badamcıqlarından tonzillogen yolla

B) Dil badamcıqlarından tonzillogen yolla

C) Sərt damaq nahiyəsinin zədələnmiş selikli qişasından kontakt yolla

D) Bağırsaqda mövcud olan vərəm ocağından limfogen yolla

E) Əsnək nahiyəsinin zədələnmiş selikli qişasınıdan kontakt yolla
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 359
984) Üz-çənə nahiyəsinin ikincili vərəm zədələnməsinə məxsus olan yayılmasının patogenetik mexanizmini təyin edin.
A) Sümükdə olan vərəm ocağından hematogen yolla

B) Dil badamcıqlarından tonzillogen yolla

C) Əsnək nahiyəsinin zədələnmiş selikli qişasından kontakt yolla

D) Sərt damaq nahiyəsinin zədələnmiş selikli qişasından kontakt yolla

E) Damaq badamcıqlarından tonzillogen yolla
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 39
985) Üz-çənə nahiyəsinin vərəmi zamanı aşağıdakılardan hansı zədələnən anatomik strukturlara aid deyil?
A) Üz dərisi

B) Ağız boşluğunun selikli qişası

C) Çənə sümüyü

D) Üçlü sinirin şaxələri

E) Üzün dərialtı piy təbəqəsi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 360
986) Üz-çənə nahiyəsinin vərəmi zamanı zədələnən anatomik strukturlara aid olmayan hansıdır?
A) Ağız boşluğunun selikli qişası

B) Üz nahiyəsinin magistral damarları

C) Üz dərisi

D) Tüpürcək vəziləri

E) Regionar limfa düyünləri
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 360
987) Vərəm limfadenitinə aid növ hansıdır?
A) İdiopatik limfadenit

B) Apalstik limfadenit

C) Metastatik limfadenit

D) İrinli limfadenit

E) Hiperplastik limfadenit
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 360
988) Aşağıdakılardan hansı vərəm limfadenitə aid növdür?
A) İrinli limfadenit

B) Aplastik limfadenit

C) Fibroz - kazeoz limfadenit

D) Metastatik limfadenit

E) İdiopatik limfadenit
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 360
989) Vərəm limfadenitinə aid olan növ hansıdır?
A) Metastatik limfadenit

B) İdiopatik limfadenit

C) Fibroz limfadenit

D) Apastik limfadenit

E) İrinli limfadenit
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 360
990) Vərəm limfadeniti zamanı limfa düyünündə baş verən hiperplastik növü səciyyələndirən patoanatomik prosses hansıdır?
A) Zədələnmiş limfa düyününün və ətraf toxumalarının fibrozlaşması və kazeozun kalsium duzları ilə hopdurulması

B) Limfatik düyünün afferent və efferent damarlarının seroz eksudatla infiltrasiyası

C) Limfa düyününün leykositar infiltrasiyası

D) Limfoid toxumanın proliferasiyası fonunda vərəm qranulyomalarının mövcudluğu

E) Subtotal nekroz və çoxsaylı birləşmiş vərəm qranulyomalarının irinləməsi və fistulların formalaşması
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 360
991) Vərəm limfadenit zamanı limfa düyünündə baş verən fibroz - kazeoz növü xarakterizə edən patalogoanatomik prosesi göstərin.
A) Limfa düyününün afferent və efferent damarlarının seroz eksudatla infiltrasiyası

B) Limfa düyününün leykositar infiltrasiyası

C) Subtotal kəsmik nekrozu və çoxsaylı birləşmiş vərəm qranulyomalarının irinlənməsi və fistulların formalaşması

D) Zədələnmiş limfa düyününün və ətraf toxumaların fibrozlaşması və kazeozun kalsium duzları ilə hopdurulması

E) Limfoid toxumanın proliferasiyası fonunda vərəm qranulyomalarının mövcudluğu
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 360
992) Vərəm limfadenit zamanı limfatik düyündə baş verən fibroz növü xarakterizə edən patalogoanatomik prosesləri göstərin.
A) Subtotal kəsmik nekrozu və çoxsaylı birləşmiş vərəm qranulyomalarının irinlənməsi və fistulların formalaşması

B) Limfatik düyünün leykositar infiltrasiyası

C) Zədələnmiş limfa düyününün və ətraf toxumaların fibrozlaşması və kazeozun kalsium duzları ilə hopdurulması

D) Limfoid toxumanın proliferasiya fonunda vərəm qranulyomalarının mövcudluğu

E) Limfatik düyünün afferent və efferent damarlarının seroz eksudatla infiltrasiyası
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 360
993) Vərəm periadeniti zamanı xarakterik klinik əlaməti göstərin.
A) Bədən hərarətin yüksəlməsi və tərləmə qeyd olunur

B) Mülayım leykositoz və EÇS-in yüksəklənməsi qeyd olunur

C) Zədələnmiş limfatik düyünün palpasiyası ağrısızdır

D) Zədələnmiş limfatik düyünün üzərindəki dəri normal rəngindədir və büküşə yığılır

E) Zədələnmiş limfatik düyünün üzərindəki dəri hiperemiyalıdır,nazikləşmişdir, irinli fistulalar mövcuddur
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 360
994) Üz - çənə nahiyəsi dərisinin vərəmi daha çox infeksiyanın hansı yolla yayılması nəticəsində baş verir?
A) Damaq badamcıqlarından tonzilogen yolla

B) Ətraf sümüklərdən hematogen yolla

C) Zədələnmiş limfa düyünlərindən limfogen yolla

D) Ağciyərlərdə olan patoloji ocaqdan bəlğəm vasitəsi ilə

E) Ağız boşluğunun zədələnmiş selikli qişasından kontakt yolu ilə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 360
995) Üz-çənə nahiyəsinin dərisinin vərəmi daha çox hallarda infeksiyanın hansı yolla yayılması nəticəsində baş verir?
A) Zədələnmiş limfatik düyünlərdən hematogen yolu ilə

B) Ətraf sümüklərdən hematogen yol ilə

C) Bağırsaqda mövcud olan pataloji ocağından hematogen

D) Dil badamcığından tonzillogen yolu ilə

E) Ağciyərlərdə olan pataloji ocağdan bəlğəm vasitəsi ilə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 360
996) Üz - çənə nahiyəsi dərisinin vərəminə aid olmayan patologiyanı göstərin.
A) Bərk şankr

B) Qurdeşənəyi vərəmi

C) Milliar - xoralaşmış vərəm

D) Skrofuloderma

E) Ziylli vərəm
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 360
997) Üz - çənə nahiyəsi dərisinin vərəm şankrına aid olan patoqnomanik əlaməti hansıdır?
A) “Alma jelesi” simptomu mövcuddur

B) Dəridə yastı əsasına malik olan eroziya və ya xora qeyd olunur

C) Sərt şankrdan fərqli olaraq xoranın əsasında infiltrasiya mövcud deyil

D) Regionar limfadenopatiya müşahidə olunur

E) “Zond fenomeni” mövcuddur
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 360
998) Üz - çənə nahiyəsinin dərisinin qurdeşənəyi vərəminə aid olan patoqnomanik əlaməti hansıdır?
A) Xoranın əsasında infiltrasiya mövcud deyil

B) Vensan simptomu mövcuddur

C) “Alma jelesi” simptomu mövcuddur

D) Regionar limfadenopatiya müşahidə olunur

E) Dəridə yastı əsasa malik olan eroziya və ya xora qeyd olunur
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 360
999) Üz - çənə nahiyəsinin dərisinin qurdeşənəyi vərəminə aid olan patoqnomonik əlaməti hansıdır?
A) Dəridə yastı əsasına malik olan eroziya və ya xora qeyd olunur

B) Regionar limfadenopatiya müşahidə olunur

C) Vensan simptomu mövcuddur

D) Xoranın əsasında infiltrasiya mövcud deyil

E) ” Zond fenomeni ” mövcuddur
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 360
1000) Üz - çənə nahiyəsi dərisinin qurdeşənəyi vərəminə məxsus olan zədələnmə növü hansıdır?
A) Eroziya

B) Lipoma

C) Xora

D) Şankr


E) Bulla
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 361
1001) Klinik olaraq çənə sümüyü vərəmi hansı patologiya ilə oxşardır?
A) Paradontoz ilə

B) Kəskin periostitlə

C) Generalizasiya olunmuş paradontitlə

D) Xroniki periodontitin kəskinləşməsi ilə

E) Xroniki osteomielitlə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 361
1002) Vərəm prosesi ilə zədələnmə zamanı hansı tüpürcək vəzi daha çox zədələnir?
A) Yanağın selikli qişasında olan kiçik tüpürcək vəziləri

B) Sərt damaq nahiyəsində kiçik tüpürcək vəziləri

C) Qulaqətrafı

D) Dilaltı

E) Çənəaltı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 361
1003) Qulaqətrafı tüpürcək vəziləri vərəm prosesi ilə zədələndikdə hansı əlavə anatomik struktur da vərəm prosesi ilə zədələnir?
A) Səthi gicgah arteriyası

B) Çeynəmə əzələsi

C) Vəzdaxili limfa düyünü

D) Üz arteriyası

E) Üz sinirinin şaxələri
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 361
1004) Vərəm prosesi zamanı patoloji ocaq qulaqətrafı tüpürcək vəzinin parenximasına açılarsa hansı simptomatika meydana çıxar?
A) Gicgah - çənə - oynağının artriti

B) Kəskin abses

C) Üz sinirinin nevriti

D) Kəskin fleqmona

E) Sialodenit
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 361
1005) Üz - çənə nahiyəsinin aktinomikotik prosesi zamanı aktinomisetlər tərəfindən yaradılan koloniyalar necə adlandırılır?
A) Druzlar

B) Papulalar

C) Torlar

D) Rozeolalar

E) Qummalar
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 362
1006) Aktinomikotik druzların daxilində göbələk mitselilərinin xarakterik yerləşməsi necədir?
A) Paralel

B) Dairəvi

C) Perpendikulyar

D) Radial

E) Nizamsız
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 362
1007) Aşağıdakı patologiyalardan hansı üz - çənə nahiyəsi dərisinin aktinomikozunun növünə aiddir?

A) Qummoz zədələnmə

B) Absesləşən zədələnmə

C) Pustulvari zədələnmə

D) Şankr

E) Papula


Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 362
1008) Hansı patologiya üz - çənə nahiyəsi dərisinin aktinomikozunun bir növüdür?
A) Papula

B) Qabarcıqvari zədələnmə

C) Absseslən zədələnmə

D) Qummoz zədələnmə

E) Şankr
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 362
1009) Üz - çənə nahiyyəsinin dərisinin aktinomikozun növlərinə aid olan patologiyanı göstərin.
A) Qummoz zədəlmə

B) Şankr


C) Abseslən zədələnmə

D) Papula

E) Qarışıq zədələnmə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 362
1010) Üz - çənə nahiyəsinin dərialtı aktinomikozun növlərinə aid olan patologiyanı göstərin.
A) Absesləşən zədələnmə

B) Qabarcıqvari zədələnmə

C) Pustulvari zədələnmə

D) Papula

E) Şankr
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 362
1011) Üz - çənə nahiyəsinin dərialtı aktinomikozunun növlərinə aid patologiya hansıdır?
A) Qummoz zədələnmə

B) Şankr


C) Qabarcıqvari zədələnmə

D) Pustulvari zədələnmə

E) Papula
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 362
1012) Üz - çənə nahiyəsinin aktinomikozunun selikaltı növünün əsas etioloji amili nədir?
A) Odontogen abses

B) Aktinomikozun dərialtı növünün yayılması

C) Ağız boşluğunun selikli qişasının travmatik zədələnməsi

D) Çənələrin kəskin osteomieliti

E) Xroniki periodontitin kəskinləşməsi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 362
1013) Üz - çənə nahiyəsi aktinomikozunun dərialtı-əzələ növündə çeynəmə əzələsində lokalizasiya edən proses hansı əlamələrlə səciyyələnir?
A) Papulyoz zədələnmə ilə

B) İnfiltratların irinlənməsi ilə

C) Bərk şankrın formalaşması ilə

D) Çapıq deformasiyanın formalaşması ilə

E) Pustulvari zədələnmə ilə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 362
1014) Solğun treponemanın orqanizmə daxil olma yolu hansıdır?

A) Alimentar yolla

B) Selikli qişanın və ya dərinin intakt epiteli vasitəsi ilə

C) Transmissiv yolla

D) Hava - damcı yolu ilə

E) Selikli qişanın və ya dərinin zədələnmiş epiteli vasitəsi ilə


Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 364
1015) Anadangəlmə siflis zamanı solğun treponemanın orqanizmə daxil olma yolu hansıdır?
A) Hava - damcı yolu ilə

B) Selikli qişanın və ya dərisinin intakt epiteli vasitəsi ilə

C) Selikli qişanın və ya dərisinin zədələnmiş epiteli vasitəsi ilə

D) Plasenta vasitəsi ilə

E) Alimentar yolla
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 364
1016) Anadangəlmə siflis zamanı solğun treponemanın orqanizminə daxil olma yolu hansıdır?
A) Hava - damcı yolu ilə

B) Alimentar yolla

C) Selikli qişanın və ya dərisinin intakt epiteli vasitəsi ilə

D) Göbəyin limfa damarları vasitəsi ilə

E) Selikli qişanın və ya dərisinin zədələnmiş epiteli vasitəsi ilə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 364
1017) Siflisə aid olamayan anlayış hansıdır?
A) Solğun treponema törədir

B) Əsasən cinsi yolla yoluxur

C) Qeyri - spesifik odontogen infeksiyadır

D) Anadangılmə və qazanılşmış immunitet yaranmır

E) Selikli qişanın və ya dərisinin zədələnmiş epiteli vasitəsi ilə daxil olur
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 364
1018) Superinfeksiya anlayışına aşağıdakılardan hansı aiddir?
A) Anadangəlmə sifilis

B) İnfeksiyanın inkubasiya dövrü

C) Yolxulmuş xəstənin bədəninə yeni bakteriyaların daxil olması

D) Sifilis fonunda vərəm xəstəliyinin mövcudluğu

E) Orqanizmin hiperreaktivliyi fonunda xəstəliyin atipik gedişi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 364
1019) Klinik olaraq birincili sifilis nə ilə xarakterizə olunur?
A) Rozeola ilə

B) Pustula ilə

C) Bərk şankr ilə

D) Qabarıqlı sifilid ilə

E) Ləkəli sifilid ilə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 365
1020) Klinik cəhətdən birincili sifilis nə ilə xarakterizə olunur?
A) Pustula ilə

B) Sifilitik skleradenit ilə

C) Qabarıqlı sifilid ilə

D) Ləkəli sifilid ilə

E) Rozeola ilə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 365
1021) Birincili sifilis zamanı qeyd olunan sərt şankrın sinonimini göstərin.
A) Rozeola

B) Pustula

C) Birincili affekt

D) Ləkəli sifilid

E) Qabarıqlı sifilid
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 365
1022) Birincili sifilis zamanı qeyd olunan poliadenit nədir?
A) Kontralateral limfadenopatiya

B) Kontakt sialodenit

C) Regionar limfangit

D) Bilateral limfadenopatiya

E) İpsilateral limfadenopatiya
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 365
1023) Klinik olaraq ikincili sifilis nə ilə xarakterizə olunur?
A) Ləkəli sifilid ilə

B) Sifilitik rozeola ilə

C) Qabarıqlı sifilid ilə

D) Sifilitik sklerodenit ilə

E) Bərk şankr ilə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 365
1024) Sifilitik xora aşağıdakılardan hansı ilə oxşar deyil?
A) Aktinomikoz xorası ilə

B) Yanıqla

C) Vərəm xorası ilə

D) Trofik xora ilə

E) Travmadan sonrakı xora ilə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 365
1025) Furunkul nədir?
A) Bir neçə tük follikularının və piy vəzilərinin dəriyə və dərialtı toxamalara yayılan kəskin irinli - nekrotik iltihabı

B) Dərinin qızdırma və intoksikasiya ilə xarakterizə olunan ocaqlı seroz və ya seroz - hemorragik iltihabı

C) Üz və ağız boşluğu toxumalarının ildırım sürətli gedişə malik yaş qanqrenası

D) Tük follikulunun və onu əhatə edən toxumaların kəskin irinli - nekrotik iltihabı

E) Dəri və dərialtı toxumanın odontogen mənşəli kəskin seroz iltihabı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 300
1026) Karbunkul nədir?
A) Dərinin qızdırma və intoksikasiya ilə xarakterizə olunan ocaqlı seroz və ya seroz - hemorrahik iltihabı

B) Üz və ağız boşluğu toxumalarının ildırımsürətli gedişata malik olan yaş qanqrenası

C) Bir neçə tük follikullarının və piy vəzilərinin dəriyə və dərialtı toxamalara yayılan kəskin irinli - nekrotik iltihabı

D) Tük follikulunun və onu əhatə edən toxumalarının kəskin irinli - nekrotik iltihabı

E) Dəri və dərialtı toxumanın odontogen mənşəli kəskin seroz iltihabı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 300
1027) Noma nədir?
A) Bir neçə tük follikullarının və piy vəzilərinin dəriyə və dərialtı toxamalara yayılan kəskin irinli - nekrotik iltihabı

B) Dəri və dərialtı toxumanın odontogen mənşəli kəskin seroz iltihabı

C) Dərinin qızdırma və intoksikasiya ilə xarakterizə olunan ocaqlı seroz və ya seroz - hemorragik iltihabı

D) Tük follikulunun və onu əhatə edən toxumalarının kəskin irinli - nekrotik iltihabı

E) Üz və ağız boşluğu toxumalarının çox sürətli gedişata malik yaş qanqrenası
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 310
1028) Qızılyel nədir?
A) Qızdırma və intoksikasiya ilə xarakterizə olunan dərinin ocaqlı seroz və ya seroz - hemorragik iltihabı

B) Üz və ağız boşluğu toxumalarının ildırım sürətli gedişə malik yaş qanqrenası

C) Tük follikulunun və onu əhatə edən toxumalarının kəskin irinli - nekrotik iltihabı

D) Bir neçə tük follikularının və piy vəzilərinin dəriyə və dərialtı toxamalara yayılan kəskin irinli - nekrotik iltihabı

E) Dəri və dərialtı toxumanın odontogen mənşəli kəskin seroz iltihabı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 305
1029) Furunkulun ən təhlükəli lokalizasiyası hansıdır?
A) Yanaq nahiyəsinin dərisi

B) Qulaqətrafı nahiyənin dərisi

C) Üst dodağın dərisi

D) Alt dodağın dərisi

E) Çənənin mental nahiyəsinin dərisi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 301
1030) Furunkulun ən təhlükəli lokalizasiyası hansıdır?
A) Ağız bucağının dərisi

B) Qulaqətrafı nahiyənin dərisi

C) Yanaq nahiyəsinin dərisi

D) Çənənin mental nahiyəsinin dərisi

E) Alt dodağın dərisi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 301
1031) Furunkulun ən təhlükəli lokalizasiyası hansıdır?
A) Çənənin mental nahiyəsinin dərisi

B) Qulaqətrafı nahiyənin dərisi

C) Alt dodağın dərisi

D) Yanaq nahiyəsinin dərisi

E) Gözaltı nahiyənin dərisi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 301
1032) Furunkulun ən təhlükəli lokalizasiyası hansıdır?
A) Periorbital nahiyənin dərisi

B) Qulaqətrafı nahiyənin dərisi

C) Alt dodağın dərisi

D) Çənənin mental nahiyəsinin dərisi

E) Yanaq nahiyəsinin dərisi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 301
1033) Karbunkulların tipik lokalizasiyası hansıdır?
A) Yanaq nahiyəsinin dərisi

B) Qulaqətrafı nahiyənin dərisi

C) Gözaltı nahiyənin dərisi

D) Çənənin mental nahiyyəsinin dərisi

E) Periorbital nahiyənin dərisi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 301
1034) Karbunkulun tipik lokalizasiyası hansıdır?
A) Alt və üst dodağının dərisi

B) Qulaqətrafı nahiyənin dərisi

C) Periorbital nahiyənin dərisi

D) Yanaq nahiyəsinin dərisi

E) Gözaltı nahiyənin dərisi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 301
1035) Karbunkul və furunkul zamanı abseslərdən fərqli olaraq piogen membranın strukturu necə olur?
A) Lövhəli

B) Bizvari

C) Bütöv “ val ” şəklində

D) Tor şəkilində

E) Girdə şəkildə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 301
1036) Ağırlaşmamış furunkulun inkişaf mərhələlərini ardıcıllıqla göstərin.

1 – Ostiofollikulit

2 – İltihabi infiltrasiya

3 – Dərin folikulit

4 – İrinli-nekrotik özəyin əmələ gəlməsi və ayrılması

5 – İltihabi infiltratın sorulması
A) 1, 3, 2, 4, 5

B) 4, 1, 3, 2, 5

C) 5, 4, 3, 2, 1

D) 1, 2, 3 , 4 , 5

E) 3, 1, 2, 5, 4
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 301
1037) Ostiofollikulit nədir?
A) Dərialtı birləşdirici toxumanın iltihabı

B) İrinli - nekrotik özəyin ayrılması

C) Tük folikulunun qıf hissəsinin iltihabı

D) Regionar limfa damarlarının iltihabı



E) Yumuşaq toxumaların altında olan sümüyün iltihabı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 301
1   ...   11   12   13   14   15   16   17   18   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə