Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


) Adenofleqmonanın səbəbi hansıdır?



Yüklə 2,19 Mb.
səhifə14/19
tarix25.11.2016
ölçüsü2,19 Mb.
#70
1   ...   11   12   13   14   15   16   17   18   19

718) Adenofleqmonanın səbəbi hansıdır?
A) İltihabi prosesin limfa düyünündən kənara yayılması

B) Periapikal iltihab

C) Periostit

D) Absesləşmiş furunkul

E) Parenximatoz sialodenit
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
719) Adenofleqmona zamanı periferik qanın ümumi analizində hansı əsas parametrlərdə dəyişikliklər olur?
A) Eritrositlərin çökmə sürəti artır və leykositoz müşahidə edilir

B) Leykopeniya baş verir

C) Eritrositlərin çökmə sürəti azalır, hemoqlobin artır

D) Leykositoz olmur, eritrositlərin çökmə sürəti dəyişilmir

E) Hemoqlobin azalır, leykositoz müşahidə edilmir
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
720) Adenofleqmonaların əsas müalicə üsulu hansıdır?
A) Medikamentoz, fizioterapevtik

B) Cərrahi

C) Fizioterapevtik

D) Cərrahi, fizioterapevtik

E) Medikamentoz
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
721) Adenofleqmonaların müalicəsi necə aparılır?
A) Fizioterapevtik üsulla

B) Medikamentoz üsulla

C) Seroz limfadenitdə olduğu kimi

D) Xroniki periodontitin cərrahi müalicəsi kimi

E) Fleqmonalarda olduğu kimi
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
722) Adenofleqmonaların klinikasında aşağıdakılardan hansı müşahidə edilir?
A) Yalnız hərarət

B) Yalnız ümumi halsızlıq

C) Bərk konsistensiyalı şişkinlik

D) Ağrı, lokal şişkinlik, intoksikasiya əlamətləri

E) Yalnız ağrı
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
723) Periferik qanda əsasən hansı göstəricilərin dəyişilməsi adenofleqmonaların diaqnostikasında mühüm rol oynayır?
A) Biokimyəvi markerlər

B) Lipid mübadiləsi göstəriciləri

C) İltihabın kəskin faza göstəriciləri və patoloji seroloji proteinlər

D) Qanın ümumi analizinin parametrləri

E) Osteomarkerlərin səviyyəsi
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
724) Adenofleqmonalar zamanı hansı xəstəliklərlə differensial diaqnostika aparılmalıdır?
A) Yalnız sarkoidoz

B) Yalnız karbunkul

C) Aktinomikoz, vərəm

D) Sarkoidoz, qarayara

E) Furunkul, karbunkul
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
725) Üz - çənə nahiyəsinin limfadeniti anlayışınına aşağıdakılardan hansı aiddir?
A) Limfa düyününün kapsulunun dağılması nəticəsində ətraf toxumalarının iltihabı

B) Limfa düyünündə iltihab nəticəsində kazeoz (kəsmik) nekroz

C) Limfa düyününün fibrozlaşması

D) Limfa damarının ilthabı

E) Limfa düyününün iltihabı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 258
726) Üz - çənə nahiyəsinin limfangoiti anlayışına aşağıdakılardan hansı aiddir?
A) Limfa damarının ilthabı

B) Limfa düyününün kapsulunun dağılması nəticəsində ətraf toxumalarının iltihabı

C) Limfa düyünün iltihabı

D) Limfa düyününün fibrozlaşması

E) Limfa düyündə iltihab nəticəsində kazeoz (kəsmik) nekroz
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
727) Üz - çənə nahiyəsinin adenofleqmonası anlayışınına aşağıdakılardan hansı aiddir?
A) Limfa düyünündə iltihab nəticəsində kazeoz (kəsmik) nekroz

B) Limfa düyününün kapsulunun dağılması nəticəsində ətraf toxumalarının iltihabı

C) Limfa damarının ilthabı

D) Limfa düyününün iltihabı

E) Limfa düyünün fibrozlaşması
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
728) Kəskin retikulyar limfanqoitdən fərqli olaraq trunkulyar limfanqoit zamanı hansı proses baş verir?
A) Dərialtı piy toxumasının irinli dağılması müşahidə olunur

B) İri arteriyalarının arteriti qeyd olunur

C) Limfa damarlarının səthi şəbəkəsi zədələnir

D) Üz dərisinin hissəvi nekrozu baş verir

E) Dərin limfatik damarlar zədələnir
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
729) Kəskin trunkulyar limfanqoitdən fərqli olaraq retikulyar limfangoit zamanı baş verən prosesi təyin edin.
A) Limfa damarlarının səthi şəbəkəsi zədələnir

B) Dərialtı piy toxumasının irinli dağılması müşahidə olunur

C) İri arteriyalarının arteriti qeyd olunur

D) Dərin limfa damarları zədələnir

E) Üz dərisinin hissəvi nekrozu var
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
730) Kəskin limfanqoit hansı patologiya ilə differensasiya olunmalıdır?
A) Qızılyel xəstəliyi

B) Odontogen abses

C) Dərialtı qranuloma

D) Odontogen fleqmona

E) Kavernoz sinusun trombozu
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
731) Kəskin seroz odontogen limfadenit zamanı xəstənin ağız boşluğunun müayinəsi zamanı aşağıdakılardan hansı müşahidə olunur?
A) Qlossit

B) Xroniki tonzilit

C) Ağız boşluğunun selikli qişasının irinləmiş yarası

D) Dilaltı tüpürcək vəzisinin sialodeniti

E) Periodontit
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
732) Kəskin seroz qeyri - odontogen limfadenit zamanı xəstənin ağız boşluğunun müayinəsi zamanı aşağıdakılardan hansı müşahidə olunur?
A) Xroniki periodontit

B) Xroniki tonzilit

C) Alveolit

D) Perikoronit

E) Periostit
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
733) Limfogen parotit nədir?
A) Qulaqətrafı tüpürcək vəzinin iltihablaşması nəticəsində regionar limfadenit

B) Qulaqətrafı tüpürcək vəzinin daxilində olan limfatik düyünün limfadenit nəticəsində stenon axarının stenozu

C) Qulaqətrafı tüpürcək vəzinin daxilində olan limfatik düyünün dağılması və irinin axar vasitəsi ilə ifraz olunması

D) Qulaqətrafı tüpürcək vəzinin daxilində olan limfatik düyünün hiperplaziyası

E) Qulaqətrafı tüpürcək vəzinin daxilində olan limfatik düyünün limfadenit nəticəsində vəzinin parexnimasının seroz iltihabı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 258-269
734) “ Hersenberq ” yanlış parotiti zamanı aşağıdakılardan hansı baş verir?

A) Qulaqətrafı tüpürcək vəzinin daxilində olan limfa düyünün hiperplaziyası

B) Qulaqətrafı tüpürcək vəzinin daxilində olan limfa düyünün limfadeniti nəticəsində stenon axarının stenozu

C) Qulaqətrafı tüpürcək vəzinin iltihablaşması nəticəsində regionar limfadenit

D) Qulaqətrafı - çeynəmə fassiyanın altında olan dərin qulaqətrafı limfa düyünlərinin limfadeniti

E) Qulaqətrafı tüpürcək vəzinin daxilində olan limfa düyünün limfadeniti nəticəsində vəzinin parexnimasının seroz iltihabı


Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с – 258-269
735) Rentgenoloji şəkildə haymor boşluqları harada yerləşir?
A) Kvadrat formasında olan göz yuvasının altında

B) Üçbucaq formasında olan göz yuvasının altında

C) Kvadrat formasında olan almacıq qövsünün altında

D) Üçbucaq formasında burun sümüklərinin altında

E) Üçbucaq formasında olan almacıq qövsünün altında
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
736) Düzgün olmayan cavabı göstərin.
A) Odontogen haymorit zamanı adətən hər iki əng boşluğu zədələnir

B) Odontogen haymorit zamanı boşluğun dibində perforativ dəlik qeyd olunur

C) Odontogen haymorit zamanı əng sümüyü nahiyəsində iltihabi prosesin olması ( periodontit , patoloji dişəti cibi, osteomielit )

D) Odontogen haymorit zamanı boşluğun ön və lateral divarının palpasiyası ağrılıdır

E) Odontogen haymorit zamanı dişdə və ya parodont toxumalarında ağrı qeyd olunur
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
737) Haymorotomiya zamanı qanaxma müşahidə olunduqda boşluğa doldurulan piltə hansı məhlulda isladılır?

A) Heparin

B) Antibiotik

C) Xlorheksidin

D) Furasilin

E) Yodoform


Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
738) Haymorotomiya əməliyyatından adətən neçə gün sonra piltə sinusdan çıxarılır ?
A) 6 - cı gün

B) 2 - ci gün

C) 7 - ci gün

D) 4 - cü gün

E) 5 - ci gün
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
739) Əng sinusunun perforasiyası oroantral fistuladan nə ilə fərqlənir?
A) 1 həftədən 4 həftəyə qədər perforasiya, 4 həftədən bir neçə aya qədər isə fistula yolu hesab olunur.

B) 4 həftədən bir neçə aya qədər perforasiya, 2 həftədən 4 həftəyə qədər isə fistula yolu hesab olunur.

C) 1 aydan 4 aya qədər perforasiya , 4 aydan çox isə fistula yolu hesab olunur.

D) Perforasiya zamanı perforativ dəlik epitel toxuması ilə örtülməyib ,oroantral fistula zamanı isə örtülüb.

E) 1 - 3 həftə perforasiya , 3 - 6 həftə isə fistula yolu hesab olunur.
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
740) Radikal haymorotomiya əməliyyatı üçün sinusa haradan yol açılır?
A) Medial divardan

B) Alt divardan

C) Lateral divardan

D) Ön divardan

E) Üst divardan
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
741) Haymor boşluğu xəstəliklərinin diaqnostikası üçün hansı rentgenoloji müayinə daha səmərəlidir?
A) Başın KT və MRT müayinəsi

B) Yan proyeksiyada kəllənin rentgenoqrafiyası

C) Düz proyeksiyada üz skeletinin rentgenoqrafiyası

D) Aksial proyeksiyada burunun əlavə ciblərinin rentgenoqrafiyası və üz skeletinin KT-si.

E) Ortopantomoqramma
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
742) Haymorotomiya əməliyyatı zamanı burun boşluğu ilə əlaqə hansı yolla yaradılır?
A) Orta burun yolu ilə

B) Orta burun balıqqulağının altından

C) Üst burun balıqqulağının altından

D) Aşağı burun yolu ilə

E) Yuxarı burun yolu ilə
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
743) İltihabi proseslərdə haymorotomiya əməliyyatı zamanı sinusun selikli qişasının hansı hissəsi götürülür?
A) Alt və medial divarların selikli qişası

B) Yan divarın selikli qişası

C) Sinusun bütün selikli qişası

D) Polipoz dəyişilmiş hissələr

E) Alt divarın selikli qişası
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
744) Xroniki haymoritlər zamanı, əsasən sinusun hansı divarında polipoz dəyişikliklərə rast gəlinir?
A) Üst divarın selikli qişasında

B) Alt və medial divarın selikli qişasında

C) Lateral divarın selikli qişasında

D) Medial divarın selikli qişasında

E) Alt divarın selikli qişasında
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
745) Oroantral fistula ilə müşaiyət olunan odontogen polipoz haymoritin müalicəsi hansı üsulla aparılır?
A) Oroantral fistulanın yolu ilə haymor boşluğundan, histoloji müayinə üçün toxumanın götürülməsi

B) Cərrahi əməliyyat – haymorotomiya, fistulanın plastik bağlanması

C) Sinusun antiseptik məhlullarla yuyulması və fistulanın plastik bağlanması

D) Medial divardan daxil olmaqla sinusun punksiyası , sanasiyası və fistulanın plastikası

E) Oroantral fistulanın yolu ilə sinusun selikli qişasının dəyişilmiş hissəsinin çıxarılması və fistulanın plastikası
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
746) Əngin hansı dişlərinin kök zirvələri haymor boşluğuna daha yaxındır?
A) 16, 26

B) 21, 11

C) 47, 37

D) 35, 45

E) 38, 48
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
747) Haymoritin hansı klinik forması konservativ müalicəyə davamsızdır?

A) Sinusun dibinin postekstraksion tamlığının pozulması ilə müşahidə edilən haymoritlərin xroniki forması

B) İrinli eksudasiya ilə olan kəskin forması

C) Haymoritlərin xroniki forması

D) Böyük perforativ dəlik ilə müşahidə edilən forması

E) Haymoritin polipoz forması


Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
748) Odontogen haymoritlərdə sinusun selikli qişa membranın hansı hissəsi ən çox zədələnir?
A) Medial divarın selikli qişası

B) Ön divarın selikli qişası

C) Medial və ön divar birlikdə

D) Yuxarı divarın selikli qişası

E) Aşağı divarının selikli qişası
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
749) Hansı diaqnostik taktika ilə odontogen haymoritin konservativ müalicəsinin effektivliyini təsdiqləmək olar?
A) Sinusların kontrast rentgen müayinəsi fonunda

B) Sinusun antiseptik işlənməsindən sonra mayenin sitoloji tətqiqatı ilə

C) Sinusun antiseptik işlənməsindən sonra alınmış mayenin qoxusuna görə

D) Sinusun boşluğuna onun dibinin 1/3 - ni təşkil edən qüsurunu hipertrofiyalaşmış selikli qişanın yerinə qaytarılması ilə

E) Antiseptik işlənilmiş mayedə çürüntülü eksudatın izlərinin olması
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
750) Əng cibinin perforasiyası zamanı xəstə əsasən nədən şikayətlənir?
A) Həmin tərəfdə burun keçəcəyindən ifrazatın axması

B) Göz nahiyəsində narahatlıq

C) Baş ağrıları

D) Qonşu dişlərdə ağrılar

E) Ağız boşluğundan burun boşluğuna havanın keçməsi
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
751) Əng cibinin quruluşuna görə hansı növləri var?
A) Pnevmatik ,aralıq, sklerotik

B) Sklerotik, sporadik ,aralıq

C) Pnevmatik, yuvalı, aralıq

D) Pnevmatik, sklerotik, yuvalı

E) Aralıq , pnevmatik, yuvalı
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
752) Odontogen haymoritin diaqnozunun təsdiqi zamanı hansı diaqnostik metod daha səmərilidir?
A) Histoloji

B) Sitoloji

C) Kontrast rentgenoqrafiya

D) Diafanoskopiya

E) Rentgenoloji
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
753) Dişin ekstraksiyasından sonra əng cibinin perforasiyası zamanı hansı klinik əlamətlər müşahidə edilir?
A) Burundan qanaxma, alın nahiyəsində ağrılar

B) Diş yuvasından qanaxma, gicgah nahiyəsində ağrılar

C) Diş yuvasından hava qabarcıqları ilə birlikdə qanlı ifrazatın olması, yuvanın tamlığının yoxlanılması zamanı alətin daha dərinə keçməsi

D) Burundan qanaxma, gözlərdə ağrılar, dəyişilmiş selikli qişanın hissəsinin diş yuvasından düşməsi

E) Burundan qanaxma, hava qabarcıqları ilə qanlı ifrazat, gözlərdə ağrı
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
754) Oroantral fistula zamanı həkimin taktikası necə olmalıdır?
A) Fistul yolunun plastikası ilə radikal haymorotomiya

B) Fistul yolundan əng cibinin hər gün antiseptik işlənməsi

C) Fistul yolunun körpüyəbənzər protezlə bərpası

D) Koaqulyatorla fistul yolunun bağlanması

E) Qoruyucu lövhənin hazırlanması
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
755) Radikal haymorotomiya zamanı naqil anesteziyasının hansı növü tətbiq edilmir?
A) Kəsici

B) Mandibulyar

C) İnfraortbital

D) Palatinal

E) Tuberal
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.312-326.
756) Çənələrin kəskin periostiti zamanı kompleks terapiyaya aşağıdakılardan hansı daxildir?
A) Fizioterapiya

B) Rentgenoterapiya

C) Kimyaterapiya

D) Krioterapiya

E) Antikoaqulyant terapiya
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 180-183
757) Çənələrin kəskin odontogen ostemielitinin müalicəsi zamanı istifadə edilən osteotrop təsirə malik olan preparat hansıdır?
A) Streptomisin

B) Kanamisin

C) Penisillin

D) Linkomisin

E) Ampisillin
Ədəbiyyat: В.М. Безруков, Т.Г.Робустова «Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии» s.234-241
758) Çənələrin kəskin odontogen osteоmielitinin müalicəsi zamanı orqanizmin reaktivliyinin stimulasiyası üçün aşağıdakılardan hansı istifadə edilir?
A) Korqlikon

B) Kanamisin

C) Metilurasil

D) Levamikol

E) Eritromisin
Ədəbiyyat: В.М. Безруков, Т.Г.Робустова «Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии» s.234-241
759) Çənələrin kəskin odontogen ostemielitinin müalicəsi zamanı orqanizmin reaktivliyinin stimulyasiyası üçün aşağıdakılardan hansı istifadə edilir?
A) Pentoksil

B) Eritromisin

C) Levamikol

D) Korqlikon

E) Kanamisin
Ədəbiyyat: В.М. Безруков, Т.Г.Робустова «Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии» s.234-241
760) Çənələrin xroniki odontogen ostemieliti olan xəstələrdə sekvestrin formalaşması zamanı seçilən müalicə taktikası nədən ibarət olmalıdır?
A) Səbəbkar diş nahiyəsində periostotomiya

B) Manual terapiya

C) Antibiotik müalicəsi

D) Fizioterapiya

E) Sekvestrektomiya
Ədəbiyyat: В.М. Безруков, Т.Г.Робустова «Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии» s.234-241
761) Aşağıdakı preparatlardan hansı çənələrin xroniki osteomielitinin müalicəsi zamanı istifadə edilən osteotrop təsirə malik olan preparatlar sırasına aiddir?
A) Ampisilin

B) Kanamisin

C) Linkomisin

D) Eritromisin

E) Penisillin
Ədəbiyyat: В.М. Безруков, Т.Г.Робустова «Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии» s.234-241
762) Uyğunluğu təyin edin:

I – Çənəaltı üçbucaq

II – Udlaqətrafı nahiyyə

1 – ikiqarıncıqlı əzələnin ön və arxa qarıncıqlar

2 – çənənin daxili səthi

3 – medial qanadvari əzələ və qulaqətrafı tüpürcək vəzinin udlaq payı

4 – çənə-qanadvari tikiş
A) I – 1, 2; II – 3, 4

B) I – 3, 4; II – 1, 2

C) I – 2, 4; II – 1, 3

D) I – 1, 4; II – 2, 3

E) I – 1, 3; II – 2, 4
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 286 - 287
763) Çənəaltı üçbucağın sərhədlərini təyin edin:

I – yuxarı;

II – aşağı;

III – xarici;

IV – ön;

V – arxa.

1 – ikiqarıncıqlı əzələnin ön qarıncığı

2 – ikiqarıncıqlı əzələnin arxa qarıncığı

3 – çənə cisminin daxili səthi

4 – çənə-dilatı əzələni örtən boynun xüsusi fassiyanın səthi layı

5 – boyun xüsusi fasiyanın daxili layı
A) I – 1; II – 2; III – 3; IV – 4; V - 5

B) I – 3; II – 4; III – 2; IV – 1; V - 5

C) I – 5; II – 4; III – 3; IV – 2; V - 1

D) I – 4; II – 5; III – 3; IV – 1; V - 2

E) I – 2; II – 5; III – 3; IV – 1; V - 4
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 286 – 287
764) Çənəaltı üçbucağın sərhədlərinə aid olmayan anatomik strukturu göstərin.
A) Boynun xüsusi fasiyasının daxili layı

B) İkiqarıncıqlı əzələnin ön qarıncığı

C) Çənə cisminin daxili səthi

D) Çənə-dilatı əzələni örtən boynun xüsusi fassiyasının səthi layı

E) Çeynəmə əzələsi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 286 – 287
765) Çənəaltı üçbucağın sərhədlərinə aid olmayan anatomik strukturu göstərin.
A) İkiqarıncıqlı əzələnin ön qarıncığı

B) Boynun xüsusi fasiyasının daxili layı

C) Çənə-dilatı əzələni örtən boynun xüsusi fassiyasının səthi layı

D) Çənə cisminin daxili səthi

E) Çənənin qalxan şaxəsinin daxili səthi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 286 – 287
766) Çənəaltı üçbucağın sərhədlərinə aid olmayan anatomik strukturu göstərin.
A) Çənə cisminin daxili səthi

B) Çənə - dilatı əzələni örtən boynun xüsusi fassiyasının səthi layı

C) Bizvari çıxıntı

D) İkiqarıncıqlı əzələnin arxa qarıncığı

E) Boynun xüsusi fasiyasının daxili layı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 286 – 287
767) Çənəaltı üçbucağda lokalizasiya olunmur?

A) Stenon axacağı

B) Üz arteriyası

C) Çənəaltı tüpürcək vəzisi

D) Limfatik düyünlər qrupu

E) Üz venası


Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 286 - 287
768) Çənəaltı üçbucaqda aşağıdakılardan hansı lokalizasiya etmir?
A) Bartalion axarı

B) Çənəaltı tüpürcək vəzisi

C) Üz arteriyası

D) Limfa düyünləri qrupu

E) Üz venası
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 286 – 287


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin