Üzeyir hacibəYLİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix01.12.2016
ölçüsü2,34 Mb.
#541
1   2   3   4   5   6   7   8   9   10   ...   21

İKİNCİ ŞƏKİL 

 

Hələb paşasının i m a r ə t i n d ə vaqe olur. P a ş a bir taxt üzərində  əyləşib

meypuş qəlyan çəkir. Onun qabağında bir neçə q ı z oynayır. Bir qədərdən sonra n ö 

k ə r daxil olur, qızlar oyunu kəsib, bir kənarda dayanırlar. 

 

N ö k ə r--Paşam, bir dəstə camaat hüzurunuza izn istəyir. 



P a ş a--Burax gəlsinlər. 

 

C a m a a t və Ş e y x-N u r a n i daxil olurlar. 



                            

(M u s i q i)  

 

C a m a a t (təsnif)-- 



 

Ey paşam, ey paşam, 

Kərəmi et azad. 

Ey paşam, ey paşam, Kərəmi et azad, azad et. 

Aşiq olub keşiş qızına, 

Aşiq olub keşiş qızına.(2dəfə) 

Ol aşiqdir! 

 

P a ş a (şur ilə)--Əmr olunsun, gedib dünənki məhbusu buraya gətirsinlər. 



Ş e y x-N u r a n i (Osmanlı üstə)  

 

Aşiqə etmə əziyyət, ey paşam,  



Aşiqin üftadədir, üftadədir, üftadədir. 

İstəsə aşiq əgər öz canını,  

Yar üçün qurban edə amadədir.  

 

C a m a a t-- 



 

Aşiq olub keşiş qızına,  

Aşiq olub keşiş qızına. (2dəfə)  

Ol aşiqdir. 

 


__________________Milli Kitabxana___________________ 

111 


 

Ş e y x (yenə təkrar haman sözlər başqa tərkib musiqi ilə)-- 

 

Kuhkəm nəqşin çəkib, Şirinə vermiş bir fərib,  



Gör nə cahildir, yonar daşdan özünə bir rəqib.  

 

C a m a a t-- 



 

Aşiq olub keşiş qızına,  

Aşiq olub keşiş qızına. (2dəfə)  

Ol aşiqdir. 

 

Oxuyub gedir. K ə r ə m i gətirirlər, əllərində zəncir vardır.  



 

P a ş a (söz ilə)--Ey şəxs, sən kimsən və nəçisən, söylə! 

                            

(M u s i q i)  

 

K ə r ə m-- 



 

Mən Kərəməm, İsfahandır elimiz,  

Ördək uçdu, viran qaldı gölümüz.  

Qoy olsun, necə olur halımız,  

Qurban olsun yar yolunda canımız. 

 

(M u s i q i) 



 

Ayrı düşdüm vətənimdən, elimdən,  

Gör kim, nələr çəkdim eşqin əlindən.  

Hər şəhərdə xəbər aldım gələndən,  

Hələbdədir Əsli,--mənə dedilər, 

 

(M u s i q i) 



 

Dərdimi duyanlar cümlə ağladı,  

Bəylər tutdu qollarımı bağladı,  

Ürəyimi eşq oduna dağladı,  

Burda mənə quldur adı verdilər. 

 


__________________Milli Kitabxana___________________ 

112 


 

(M u s i q i) 

 

Yandı ciyərciyim döndü büryana,  



Axdı çeşmim yaşı döndü ümmana.  

Gətirdilər məni ulu divana,  

Bağladılar ayağımı, əlimi. 

 

(M u s i q i) 



 

Dərdli Kərəm qoydu başın qəzaya,  

Yar ilə getmədi xəlvət odaya.  

Çox şükürlər olsun bari-xudaya,  

Kəsmədilər ağzımdakı dilimi. 

 

P a ş a--Ey oğlan, sən keşişin qızına aşiqsən və adın Aşiq Kərəmdir. Özün də 



İsfahan padşahının oğlusan, öylədirmi? 

K ə r ə m--Öylədir, paşam. 

P a ş a--Əmr olunsun, keşiş və qızı buraya gəlsinlər. (Nökər gedir). Açın Kərəmin 

əlin. (Açırlar). Aşiq Kərəm, sən gəl keşiş qızından əl çək, mən sənə bu şəhərdə hansı 

gözəli desən alaram. 

K ə r ə m--Paşam, bizim öz vilayətimizdə gözəllər çox idi, lakin mən ürək sevəni 

istirəm, başqa məramım yoxdur.  

P a ş a--Ya istərsən gəl səni vətənə göndərim get. 

K  ə r ə m--Vətən mənə  Əslidən  əziz olsaydı, onu buraxıb bunun dalınca 

düşməzdim. 

 

Bu halda k e ş i ş və Ə s l i daxil olurlar. Ə s l i və K ə r ə m  bir-birini görcək 



bihuş olurlar. 

    


P a ş a--Keşiş, bu oğlan quldur deyilmiş, bu sənin qızına aşiqdir. Sən gəl qızı ver 

ona, rəhm elə! Mən sənə nə qədər desən dövlət verərəm. 

K e ş i ş--Paşam, əgər mən dövlət sevən olsaydım İsfahan padşahının sözünü rədd 

etməz idim. Mən öz qızımı, qızımın milliyyətini hər şeydən əziz tuturam. 

P a ş a--Sən bilirsən ki, bu oğlan sənin qızının aşiqidir. 

K e ş i ş--Bilirəm. 

P a ş a--Və bilirsən ki, qızın buna aşiqdir.  

K e ş i ş--Bilirəm. 



__________________Milli Kitabxana___________________ 

113 


 

P a ş a--Və bilirsən ki, iki aşiqi mərama çatdırmaq savabdır. 

K e ş i ş--Bilirəm. 

P a ş a--Bəs nə üçün mane olursan? 

K e ş i ş--O mənim atalıq haqqımdır. 

Pa ş a--Keşiş, sən gəl bu işə razı ol, yoxsa.... 

K e ş i ş--Paşam, İran vilayətində mənim hörmətim padşah hörmətinə bərabər idi, 

amma mən yenə də oradan qaçıb, sənin şəhərinə gəldim və sənin kölgənə qısıldım, 

hərgah sən də məni incitmək istəsən, özgə bir şəhər hakiminə pənah apararam. 

P a ş a (Kərəmə)--Ey oğlan, sən müsəlmansan, bu erməni qızı, sən gəl bundan əl 

çək, get özünə özgə bir qismət axtar. 

                         

(M u s i q i) 

 

K ə r ə m-- 



 

Hey ağalar, necə edəyim,  

Mən dönərəm, könül dönməz.  

Bir gözələ düşdü könlüm,  

Mən dönərəm, könül dönməz. 

 

(M u s i q i) 



 

Kəklik kimi səkişindən,  

Köküs əlvan naxışından,  

Bir hərami baxışından,  

Mən dönərəm, könül dönməz. 

 

(M u s i q i) 



 

İstəmirəm başqa özündən,  

Mənə söylə Əsli sözündən.  

Əsli kimi keşiş qızından,  

Kərəm sevdi Əsli xanı.  

Mən dönərəm, könül dönməz. 

 

(M u s i q i) 



 

Yoluna qoymuşam canı,  

Gözümdən axıtdı qanı,  

Mən dönərəm, könül dönməz. 

 


__________________Milli Kitabxana___________________ 

114 


 

(M u s i q i) 

 

P a ş a--Ax!... Qoy indi bir qızdan soruşum, hərgah qız sənin yanında oğlana 



getmək istəsə o halda, keşiş, gərək heç bir sözün olmasın. Olsa da sənə  cəza 

elətdirərəm. Ey qız, söylə görüm, sən Kərəmə  aşiqsənmi və  Kərəmə getmək 

istəyirsənmi? 

 

(M u s i q i) 



 

Ə s l i-- 

 

Kərəm mənə, mən Kərəmə aşiqik,  



Ver Kərəmə məni, paşam, rəhm elə.  

Hər ikimiz aşiqliyə layiqik,  

Ver Kərəmə məni, paşam, rəhm elə. 

 

(M u s i q i) 



 

İllər ilə həsrətini çəkirdim,  

Gizli-gizli qan-yaşımı tökürdüm,  

İki əlli bir başıma döyürdüm,  

Ver Kərəmə məni, paşam, rəhm elə. 

 

(M u s i q i) 



 

Qorxum yoxdur keşiş babamdan mənim,  

Dözə bilməm, təngə gəlibdir canım.  

Mənim yarım ancaq Kərəmdir, Kərəm,  

Ver Kərəmə məni, paşam, rəhm elə. 

 

(M u s i q i)  



 

H a m ı (musiqi: təsnif)--          

Keşiş, razı ol bu işə!  

K e ş i ş--Olmam, olmam.  

C a m a a t--Keşiş, razı ol bu işə. 

P a ş a--Razı ol, razı ol (deyib, qılıncı sivirmək istəyir). 

C a m a a t--Əslini ver Kərəmə.  

K e ş i ş--Verməm, verməm.  

C a m a a t--Əslini ver Kərəmə. 

P a ş a--Razı ol, razı ol (deyib, qılıncı sivirir və keşişin üstünə qalxır.) 



__________________Milli Kitabxana___________________ 

115 


 

K e ş i ş--Olmam, olmam, olmam!... (Söz ilə birdən). Ver, ver, ver Əslini 

Kərəmə! Əmma hərgah bunlar həqiqi aşiqdirlərsə, gərək bu dünyada kam almasınlar! 

Almasınlar! Almasınlar! (Deyib, çıxıb gedir). 

P a ş a (Kərəmə)--Al oğlan, öz yarını apar! 

 

Ə s l i ağlayır, K ə r ə m hövlnak bir haldadır ki, guya canı odlanır. Əsliyə tərəf 



əllərini uzadıb oxuyur. 

 

(M u s i q i) 



 

K ə r ə m-- 

 

Gəl, gəl, Əslim, yetər, ağlama,  



Yanaram, Əslim, yanaram!  

Ciyərim artıq dağlama,  

Yanaram, Əslim, yanaram, hey!... 

 

Rəhm elə bir gəl halıma,  



Atəş düşübdür canıma,  

Öləndə gəl məzarıma,  

Yanaram, Əslim, yanaram, hey!... 

 

Mən Kərəməm, haqq aşiqiyəm,  



Aşiqliyə mən layiqəm.  

Rəhm eylə tez, mən yazığam,  

Yanaram, Əslim, yanaram! 

 

Kərəm söyləməz adım,  



Ərşə dayandı fəryadım.  

Əldən getdi muradım,  

Yanaram, Əslim, yanaram! 

Yanaram, yanaram, Əslim, yanaram, yanaram, hey!... 

                        

(M u s i q i) 

 

--deyirkən hər tərəfdən alov çıxıb, odlanıb yanır. Əsli də əlindəki xəncərini 



çıxarıb sinəsinə çaxır  və yıxılıb ölür. Bütün məclis əhli  mat və məəttəl qalıb, 

kamali-heyrətdə ikən pərdə yavaş-yavaş enir. 

 

P Ə R D Ə 



 

__________________Milli Kitabxana___________________ 

116 


 

HARUN VƏ LEYLA 

 

5 PƏRDƏLİ OPERA 

 

İŞTİRAK  EDİRLƏR: 



 

Ə m i r--ərəb mərasından birisi, 50 yaşında.  

L e y l a--Əmirin qızı, 17 yaşında gözəl bir qızdır. 

V ə z i r--Əmirin vəziridir ki, özü də alim və mürəbbidir, 60 yaşında. 

H a r u n--Sər əsgər, 25 yaşında, gözəl bir cavandır.  

Z e y d--Sər əsgər, z0 yaşında, çirkin bir şəxsdir. 

B ə k i r, R ə h m a n  v ə  d i g ə r  i k i s i--qoşun dəstəsi  böyükləridir (zabit 

kimidir.)     

B i r  d ə s t ə  q ı z, L e y l a n ı n  r ə f i q ə l ə r i  v ə  k ə n i z l ə r. 

B i r  d ə s t ə  o ğ l a n, q  u l a m l a r v ə s a i r ə. 

Q o ş u n  ə h l i. 

D ə r v i ş--qoca bir dərvişdir. 

 

 

 



 

__________________Milli Kitabxana___________________ 

117 


 

BİRİNCİ  PƏRDƏ 

 

Əmirin b a ğ ç a s ı: sağ tərəfdə Əmirin imarəti görünür, bağçaya yolu vardır. Sol 

tərəf ilə dal tərəf ağaclıqdır. İçlərindən xiyabanlar çəkilibdir, hər tərəfi gülzardır. 

Ortada bir hovuz vardır ki, su fəvvarə vurur. Qabaq tərəfdə bir ağacın dibində açıq 

yerdə fərş salınıb, v ə z i r əlində kitablar əyləşib, qabağında düzülmüş olan q ı z l a r 

a dərs verir və nəsihətlər edir. Əmirin qızı L e y l a dəxi bunların içindədir; lakin 

bütün qızlar kamali-huş və guş ilə dərsə və pənd və nəsihətə qulaq asdıqları yerdə, 

Leyla bir növ pərişan-hal görünüb, fikri özgə yerlərdə olduğunu izhar edir. Bilaxirə 

üzünü əli ilə tutub ağlayan kimi görünür. 

 

V ə z i r-- 



 

Guş edin pəndi nəsihətim mənim, zar olmayın,  

Guş edin bu sözləri kim, aqibət xar olmayın.  

Dinimiz, ayinimiz göstərdiyi yolla gedin;  

Səy edin, allah yanında həm günahkar olmayın. 

 

L e y l a ağlayır 



 

Yaxşı ilə həm yamanın fərqini seçmək gərək,  

Hər gözə görünən mətaə tez xiridar olmayın.  

Yarü yoldaş seçkisində ehtiyata var ehtiyac,  

Axtarın mərdi tapın, namərd ilə yar olmayın.  

 

Q ı z l a r  v ə  V ə z i r (Leylaya)-- 



 

Gəl söylə, Leyla, halını,  

Etdiyin qəm, qüssə, naləni.  

 

(M u s i q i) 



 

Gəl söylə, Leyla, halını, 

Etdiyin qəm, qüssə, naləni;  

Gizlətmə bizdən sirrini,  

Söylə, söylə əhvalını. (2 dəfə)  

Dərd nədir, qəm nədir,    

Ahü nəva hərdəm nədir? (2 dəfə)  

 

 



 

__________________Milli Kitabxana___________________ 

118 


 

L e y l a-- 

 

Düşmüşəm bir dərdə kim, yoxdur əlac dərman ilən,  



Vəslə yetməkdir dəvası dərdimin canan ilən.  

Bir qədəm qoysun ki, görsün naleyi-əfğan ilən,  

İntizarın çəkmədəyəm didəyi-giryan ilən. 

 

(M u s i q i) 



 

Bir nəzər salmaqla etdi qəlbimi bəndi-kəmənd,  

Çəkdi, qıldı qəlbimi öz qəlbinə zənciri-bənd.  

Bu səbəbdəndir olub avazeyi-eşqim bülənd,  

İntizarın çəkmədəyəm didəyi-giryan ilən.  

 

Q ı z l a r  v ə  V ə z i r-- 



 

Bəs söylə, bildir aşiqin  

Kimdir, kim ola layiqin. 

 

(M u s i q i) 



 

Bəs söylə görək, aşiqin 

Kimdir, kim ola layiqin. 

Sən tək gözəllikdə, Leyla,  

 

Yox, ola bir kəs faiqin. (2 dəfə) 



Dərd nədir, qəm nədir,  

Ahü nəva hərdəm nədir? 

 

L e y l a-- 



 

Aşiqim dava çölündə çün olur şiri-jəyan,  

Zərbi-dəstindən onun düşmən deyir ah, əlaman,  

Eylədi aşiq məni, saldı bəlayə ol cavan,  

İntizarın çəkmədəyəm didəyi-giryan ilən. 

 

(M u s i q i) 



 

Od tutub yaram yanır, suz ciyərdəndir tənim,  

Neyləyim, çarə nədir, siz öyrədin, mən öyrənim.  


__________________Milli Kitabxana___________________ 

119 


 

Söyləyim agah olun: Harunadır eşqim mənim!  

İntizarın çəkmədəyəm didəyi-giryan ilən.  

 

Q ı z l a r  v ə  V ə z i r-- 



 

Ax, Leyla! Harun olsa gər  

Aşiqin, layiqdirmi məyər? 

 

(M u s i q i) 



 

Ax, Leyla! Harun olsa gər,  

Aşiqin, layiqdirmi məyər?  

Sən Əmirin fərzəndisən,  

Bu, Əmirin şəninə dəyər. (2 dəfə) 

Dərd nədir, qəm nədir?  

Ahü nəva hərdəm nədir? (2 dəfə)  

    


V ə z i r (təəccüb ilə)--Leyla bu nə halətdir? Sən hara, Harun hara?! Sən Əmirin 

qızı, Harun sər əsgər.... Doğrudur, Harun şücaət və cəsarətdə ad qazanmış bir 

pəhlivandır, lakin yenə də sənə layiq olacaq dərəcəyə çatmamışdır. Sən bu daşı 

ətəyindən tök və bu yoldan qayıt! Əmirimiz Harunu nə qədər sevirsə də, yenə 

gümanım yoxdur ki, bu əmrə razı ola; çünki Harundan başqa bir sər əsgər dəxi 

vardır--Zeyd! Əmirimizin Haruna bu qədər iltifatı Zeydi sərnigun və xar edər. Və bir 

də Leyla! Səni xəbərdar edirəm: Harun səni və sən Harunu sevirsinizsə də Zeyd dəxi, 

mənə məlumdur ki, sənin aşiqindir. Lakin hərçənd mən onu bu xam xəyaldan mən 

etdim, amma yenə də sən onun qəlbində nəqş bağlayıbsan, odur ki, Zeyd sənin 

Haruna məhəbbətindən xəbərdar olsa, bil ki, dəli-divanə olar və xuda-aləmdir ki, nə 

tövr şəni əməllərə iqdam edər!... Sən gəl bu fikri başından və bu eşqi qəlbindən 

çıxart, vəssəlam! 

 

(M u s i q i)  



 

L e y l a-- 

 

Getdi əldən taqətim, səbrü qərarım, ey vəzir!  



Zərrə qədri qalmayıbdır ixtiyarım, ey vəzir!  

Ruzü şəb ahü nəvadır, bil ki, karım, ey vəzir!  

Günbəgündən tirə olmuş ruzigarım, ey vəzir! (ağlayır). 

 


__________________Milli Kitabxana___________________ 

120 


 

V ə z i r-- 

Səbr et, Leyla, ağlama! (2 dəfə) 

 

Q ı z l a r-- 



Ürəyimi dağlama! 

 

V ə z i r-- 



      Əl çək ahü zardan,  

 

Q ı z l a r-- 



Yara ümid bağlama! 

                         

(M u s i q i) 

 

V ə z i r-- 



Etmə özünə cəfa! (2 dəfə) 

 

Q ı z l a r-- 



Çək bir beş gün səfa! 

 

V ə z i r-- 



    At qəlbindən eşq odun! (2 dəfə) 

 

Q ı z l a r-- 



Etmə dünyaya vəfa! 

 

(M u s i q i) 



 

H a m ı b i r y e r d ə (öz-özlərinə)-- 

 

Hər birimiz bu dərdə 



Gəl çalışaq bir yerdə, 

Axtarıban hər yerdə dərmanını (2 dəfə)  

 

V ə z i r (tək, kənara)-- 



 

Mən görürəm kim, Leyla sövdadadır,  

Bir bu qədər sözlərimiz bifaydadır.  

 


__________________Milli Kitabxana___________________ 

121 


 

H a m ı-- 

 

Axtarıban hər yerdə dərmanını,  



Qurtararıq Leylanın canını! (2 dəfə)  

 

V ə z i r-- 



 

Səbr et, Leyla, ağlama!     

 

Q ı z l a r-- 



Ürəyimi dağlama!  

 

V ə z i r-- 



        Əl çək ahü zardan,  

 

Q ı z l a r-- 



Yara ümid bağlama! 

                         

(M u s i q i)  

 

L e y l a-- 



 

Eşqdən mən etməyin pəndü nəsihətlə məni,  

Rəhm edin, incitməyin beylə əziyyətlə məni,  

Heç rəvadırmı ölüm dərdi-məhəbbətlə məni,  

Bir əsər etməzmi, aya, ahü zarım, ey vəzir!  

 

V ə z i r-- 



Səbr et, Leyla, ağlama! (2 dəfə) 

 

Q ı z l a r-- 



Ürəyimi dağlama!  

 

V ə z i r-- 



        Əl çək ahü zardan,  

 

Q ı z l a r-- 



Yara ümid bağlama! 

                         

(M u s i q i)  

 


__________________Milli Kitabxana___________________ 

122 


 

V ə z i r-- 

Etmə özünə cəfa, (2 dəfə) 

 

Q ı z l a r-- 



Çək bir beş gün səfa!  

 

V ə z i r-- 



At qəlbindən eşq odun! (2 dəfə) 

 

Q ı z l a r-- 



Etmə dünyaya vəfa! 

 

(M u s i q i) 



 

H a m ı b i r y e r d ə (öz-özlərinə)-- 

 

Hər birimiz bu dərdə  



Gəl çalışaq bir yerdə,  

Axtarıban hər yerdə  

Dərmanını. (2 dəfə) 

 

V ə z i r (tək, kənara)-- 



 

Mən görürəm kim, Leyla sövdadadır, 

Bir bu qədər sözlərimiz bifaydadır. 

 

H a m ı-- 



Axtarıban hər yerdə dərmanını,  

Qurtararıq Leylanın canını. (2 dəfə)     

 

V ə z i r-- 



        Səbr et, Leyla, ağlama!      

 

Q ı z l a r-- 



Ürəyimi dağlama! 

 

V ə z i r-- 



        Əl çək ahü zardan,  

 

Q ı z l a r-- 



Yara ümid bağlama! 

__________________Milli Kitabxana___________________ 

123 


 

V ə z i r və onun dalınca q ı z l a r yavaş-yavaş dağılıb gedirlər. L e y l a  tək 

qalır. Bir qədərdən sonra H a r u n görünür. Leyla intizarında olduğu aşiqini görcək 

sürür-qəlb ilə bərabər hicrandan şikayətini bu növ ilə izhar edir. 

 

L e y l a-- 



 

Gəl, ey Harun, xilas eylə məni bu dərdü möhnətdən,  

Yanır canım, yetiş dadə, qutar bu nari-firqətdən,  

Bütün gün intizarında, gözüm həsrətdə qalmışdım,  

Əzabi-firqəti rəf et, mənə söylə məhəbbətdən. 

 

(M u s i q i) 



 

H a r u n--Dözməyə eşq oduna yox məndə taqət, gəlmişəm, 

 

(M u s i q i) 



 

Üz veribdir çün mənə bir başqa halət, gəlmişəm,  

 

(M u s i q i) 



 

Düşmənin zori qabağında könül xof eyləməz,  

Eşqə qarşı qəlbdə yoxdur mətanət, gəlmişəm! 

                     

(M u s i q i)  

 

L e y l a-- 



 

Səndən özgə heç kəsim yox könlümü şad eyləsin,  

Ya ki, viran qəlbimi bir ləhzə abad eyləsin. 

                     

(M u s i q i)  

 

H a r u n-- 



 

Varmı bir aşiq ki, ney tək böylə fəryad eyləsin,  

Çəkmişəm eşqin yolunda çox məlamət, gəlmişəm! 

                    

(M u s i q i)  

 

Ol zamandan kim, sənin mehrin edib valeh məni,                   



__________________Milli Kitabxana___________________ 

124 


 

(M u s i q i) 

 

Heç kəsi görmür gözüm, Leyla, görür ancaq səni! 



 

(M u s i q i) 

 

İstəməm sənsiz keçə bu ömrümün tək bir günü, 



Sən mənimsən, mən sənin, ta bər qiyamət, gəlməmiş!                     

 

(M u s i q i)  



 

L e y l a--Yardan, yoldaşdan əl çəkmişəm bilmərrə mən, 

                    

(M u s i q i)  

 

Görmədim heç içlərində dərdimə dərman edən. 



 

(M u s i q i) 

 

Bir kəsim varsa mənim, Harun, yenə sənsən və sən,  



Tut əlim, öyrət məni, eylə dəlalət, gəlmişəm! 

                     

(M u s i q i)  

 

H a r u n-- 



 

Şükr edirəm, ey xuda, nemətin əslin görüb,  

Yar ilə həmdəm olub neməti-vəslin görüb; 

 

L e y l a-- 



 

Şükr edirəm, ey xuda, yara yetirdin məni, 

Mənzilü vəslə gedən rahə gətirdin məni 

 

(M u s i q i) 



 

H a r u n-- 

 

Lütf elə, ver əl-ələ, gəl bəri Leyla gedək! 



Eşq havası ilə bir daği, baği seyr edək! 

 


__________________Milli Kitabxana___________________ 

125 


 

L e y l a-- 

 

Bağda tamaşa edər, dağa salıb ğəlğələ, 



Bülbül ilə gül bizi, biz gül ilə bülbülə! 

 

(M u s i q i) 



 

H a r u n  v ə  L e y l a-- 

 

Bağda bülbül olmasa, 



Şaxda cəh-cəh vurmasa, 

Güldə, sünbüldə də bəs 

Söylə, olurmu həvəs? (2 dəfə) 

  

(M u s i q i) 



 

(Bağa tərəf gedə-gedə) 

 

Bağda bülbül olmasa, 



Şaxda cəh-cəh vurmasa, 

Güldə, sünbüldə də bəs 

Söylə, olurmu həvəs? (2 dəfə) 

 

(M u s i q i) 



 

İki aşiq bağın əğyar nəzərindən kənar bir guşəsinə çəkilirlər; bu halda Z e y d  ki, 

o da  L e y l a y a aşiqdir, xəyal və fikrə qərq olmuş bir surətdə zahir olub deyir: 

 

Z e y d-- 



 

Günüz-axşam fikrim, zikrim Leyladır, (2 dəfə) 

  

(M u s i q i) 



 

Gecə sübhədək halım vaveyladır, (2 dəfə) 

 

(M u s i q i) 



 

Belə məlum, eşq aləmi peydadır, (2 dəfə) 

 

 


__________________Milli Kitabxana___________________ 

126 


 

(M u s i q i) 

 

Mənim bu dərdimə bais sövdadır (2 dəfə) 



 

(M u s i q i) 

 

Nədür bəs çara, nədür bəs çara? 



Nə edim, nə edim yetişim yara? 

Gəl, Leyla, yar ol, 

Gəl, vəfadar ol! 

Gəl gör ah-zarımdan,  

Gəl xəbərdar ol! ( 2dəfə) 

 

(M u s i q i)  



 

(Təkrar) 

 

Günüz-axşam fikrim, zikrim Leyladır,  



(ilaxır ... axıra kimi) 

  

Bu halda bağın guşəsindən H a r u n ilə L e y l a n ı n səsi gəlir.  



 

H a r u n  v ə  L e y l a-- 

 

Bağda bülbül olmasa,  



Şaxda cəh-cəh vurmasa,  

Güldə, sünbüldə də bəs, 

Söylə, olurmu həvəs? (2 dəfə) 

 

Z e y d bu səsləri eşitcək son dərəcə təğyiri-hal olub, paxıllıq və həsədlə bərabər 



qeyz və qəzəb izhar edir və deyir: 

 

Z e y d-- 



 

Leyla, Leyla! (akkord) 

(qəzəblə) Ah, Leyla, Leyla! Harun ilə bir yerdə!... 

 

(M u s i q i) 



 

Harun! Leyla!  

Ah, Leyla, Leyla! Harun ilə bir yerdə!. 


__________________Milli Kitabxana___________________ 

127 


 

(M u s i q i)  

 

Harun! Leyla! 



                         

(M u s i q i) 

 

Bu əsnada H a r u n tək gəlir. Z e y d bir növ acığını sıxıb, Haruna müraciətən 



deyir: 

 

Z e y d-- 



 

Harun, bu nə haldır? Söylə, nə əhvaldır?  

Leyla sənin ilə bir yerdə  

Məşğul, xoşhaldır! (2 dəfə)    

Harun, guş et bir dəm,  

Leylayə mən bəndəm;  

Fikrim, zikrim hər dəm,  

Hər dəm eşqi-Leyladır! 

 

Bu halda qoşun əhlindən o n  n ə f ə r i dəxi buraya gəlir. 



 

Məcnun sifət olmuşam, 

Hər dərdə mən dolmuşam. 

Rəhm et, rəhm et, Harun, bir ləhzə,  

Yarpaq kimi solmuşam! (2 dəfə) 

 

H a r u n (Zeydə)-- 



 

Çox əcəb təklifdir, Zeyda, edirsən sən mənə,  

Bilmirəm hətta cavabında nə ayətəm mən sənə;  

Bil ki, biz Leyla ilə bir təndə bir can olmuşuq,  

Eşqimiz cuş eyləyib artmaqdadır gündən-günə. 

 

Q o ş u n ə h l i (xor)-- 



 

Nə etmək bu müşkül işə,  

Həlli bizə gər düşə?  

(Zeyd bikef üzünü tutubdur)  

Əhvalı vəzirə ərz edək,  

İmdada tez yetişə! (2 dəfə)   

 


__________________Milli Kitabxana___________________ 

128 


 

Z e y d-- 

 

Harun, əl çək yarımdan, 



Gəl qorx ahü zarımdan; 

Bil ki, bu yolda keçərəm 

Canımdan, həm varımdan. 

Dövlət istə--verərəm, 

Sərvət istə--verərəm, 

Xidmət istə--verərəm, 

Əl çək, Harun, Leyladan! 

Məcnun sifət olmuşam, 

Hər bir dərdə dolmuşam. 

Rəhm et, rəhm et, Harun, bir ləhzə. 

Yarpaq kimi solmuşam! 

 

H a r u n-- 



 

Sən deyirsən əl çəkim Leyla kimi canandan?!  

Hazıram mən əl çəkim bu baş ilə candan.  

Sən məni təhqir edirsən simüzər təklif edib,  

Bir tükün həm yarımın verməm bütün dünyayə mən! 

 

Q o ş u n ə h l i (xor)-- 



 

Nə etmək bu müşkül işə,  

Həlli bizə gər düşə?  

Əhvalı vəzirə ərz edək,  

İmdada tez yetişə! (2 dəfə)  

 

Z e y d-- 



 

Ax, Harun! Məni sən oldurdun!... 

 

(M u s i q i)  



 

PƏRDƏ 


 

 

 



 

__________________Milli Kitabxana___________________ 

129 


 

İKİNCİ PƏRDƏ 

 

 

Əmirin s a r a y ı d ı r. Otaq ərəb əmirlərinə  məxsus gözəl bir  surətdə döşənib, 



bir tərəfdə dəxi Əmirin öz təxti vardır. Otaqda tək bir L e y l a  oturub, öz-özünə 

eşqdən danışır. 

 

L e y l a-- 



 

Çünki bildin təmini eşqin şərabi-nabinək, 

 İstərəm bir cam daha, ver saqiya, sərməst olam. 

 

(M u s i q i) 



 

Bu həqiqi aləmin qeydü qəmindən büsbütün,  

İstərəm kim, aləmi-məstdə mən sərməst olam. 

 

(M u s i q i) 



 

Yarımın bir gün fəraqi bir ilin dərdin verir,  

İstərəm kim, yar ilə mən daima həmdəst olam. 

 

(M u s i q i) 



 

Yarü əğyar tənəsi təqib edər hərdəm məni,  

Varmı bir kani-müqəddəs, istərəm mən bəst olam. 

 

(M u s i q i) 



 

Bu halda Z e y d daxil olur, L e y l a n ı görür və ona müraciətən deyir;  

 

Z e y d-- 



 

Leyla, sənə sözüm var,  

Etmə yenə məni xar.  

Rəhm etsən nə olar?      

Rüsxət ver!  (2 dəfə)  

Sevdim, billah! 

 

Səni, Leyla!  



Oldum mən sənə aşiq! (2 dəfə) 

 


__________________Milli Kitabxana___________________ 

130 


 

Leyla, Leyla!  

Sevdim, billah!  

Ah! Sevdim!  

Sevdim səni, Leyla! 

 

L e y l a-- 



 

Cürətin, Zeyda, təəccübdür sənin!  

İstəyirsən kim, əmirin düxtərin  

Yar qılasan özünə? Öyləsə bəs,  

Xam xəyaldır kim, edirsən sən əbəs! 

 

Z e y d--               



 

Gəl sən mənə kərəm et,  

İnsaf yolu ilə get, 

 

Bir dəm rəhm eylə,  



Yandırma böylə. (2 dəfə) 

Sevdim, billah! 

 

Səni, Leyla!   



Oldum mən sənə aşiq! (2 dəfə) 

Leyla, Leyla! 

Sevdim, billah! 

Ah, sevdim! 

Sevdim səni, Leyla! 

 

L e y l a-- 



 

Ahü nalən etməyir heç bir əsər,  

Sözlərin, bil kim, sənə verməz səmər.  

Qismətin axtar sən özgə yardan,  

Lütfü ehsan gözləmə mən sarıdan. 

 

Z e y d-- 



 

Rədd etmə, Leyla! 

İncitmə, Leyla! 

 

Bir nəzər lütf et,  



Bir əsər lütf et!  (2 dəfə) 

Sevdim, billah! 

 


__________________Milli Kitabxana___________________ 

131 


 

(M u s i q i) 

 

Sevdim, billah! 



 

Səni, Leyla!  

Oldum mən sənə aşiq! (2 dəfə) 

Leyla, Leyla! 

Sevdim, billah! 

Ah, sevdim! 

Sevdim səni, Leyla! 

 

L e y l a-- 



Bunca zəhmət bəs edər, Zeyda, mənə  

Artığın, insaf qıl, görmə rəva!  

Zərrə qədri meyl etməm mən sənə!  

Get, mənə vermə daha bir də cəfa!  

 

Z e y d (qəzəblə)-- 



           Bildim, sən Haruna aşiqsən!  

 

L e y l a-- 



           Bəli! Mən Haruna aşiqəm!  

 

Z e y d-- 



           Leyla! Yandırma məni!  

 

L e y l a-- 



           Sevdiyim yalnız bir Harundur!  

 

Z e y d-- 



Leyla, Leyla! Zal?m olma!... Bildim, sən Haruna aşiqsən!  

 

L e y l a-- 



          Bəli! Mən Haruna aşiqəm!  

 

Z e y d-- 



         Leyla! Yandırma məni!  

 

L e y l a-- 



         Sevdiyim yalnız bir Harundur!  

 


__________________Milli Kitabxana___________________ 

132 


 

Z e y d-- 

 

Leyla, Leyla! Zalım olma!                            



 

(M u s i q i)  

 

Z e y d bihalət bir surətdə miz üzərinə yıxılıb, üzünü əli ilə tutur; L e y l a isə 



məğruranə bir surətdə ona baxıb qalır.  

 

Z e y d (yalvara-yalvara)-- 



 

Olma zalım, rəhm qıl, sən mən fəqirə, Leyla!  

Xoş nəzərlə bir kərə bax mən fəqirə, Leyla!  

Gör, əlində dönmüşəm mən əsirə, Leyla!  

Bir də etmə sən nişanə seyfi-tirə, Leyla! 

 

(ƏLAVƏ) 



 

Allaha bax, rəhm elə!  

Zalım olma bir belə! (2 dəfə)  

İstəmə sən Zeyd axır  

Eşq dərdindən öl?!... 

 

(M u s i q i) 



 

Olma zalım, rəhm qıl, sən mən fəqirə, Leyla!  

Xoş nəzərlə bir kərə bax mən fəqirə, Leyla!  

Gör, əlində dönmüşəm bir əsirə, Leyla!  

Bir də etmə sən nişanə seyfi-tirə, Leyla! 

 

L e y l a-- 



 

Əbəsdir naleyi-zarın,  

Xəyalın, xam əfkarın.  

Yəqin et qətiyyən, Zeyda!  

Deyil Leyla sənin yarın! 

 

Z e y d-- 



 

Rəhm eylə, Leyla! 

Leyla, rəhm eylə! 


__________________Milli Kitabxana___________________ 

133 


 

Allaha bax, rəhm eylə! (2 dəfə) 

(Yaxınlaşır) Zalım olma bir belə!...  

L e y l a (acıqla)--Əl çək məndən! (Tez çıxıb gedir.) 

 

(M u s i q i) 



 

Bu məqamda H a r u n daxil olub, Z e y d ə tərəf yaxınlaşır. Zeyd onu görüb, bu 

səfər dəxi ona yalvarır. 

 

Z e y d-- 



 

Harun, sənə sözüm var!    

Etmə yenə məni xar,          

Rəhm etsən nə olar? (2dəfə) 

Rüsxət ver! 

Sevdim, bil sən, 

Leylanı mən;  

Oldum Leylaya aşiq! (2dəfə) 

Harun, Harun, 

Leyla yarım! 

Ah! Sevdim, sevdim Leylanı mən! 

 

H a r u n-- 



 

Cürətin, Zeyda, təəccübdür sənin.  

İstəyirsən özgə şəxsin dilbərin  

Yar qılasan özünə! Öylə isə bəs,  

Xam xəyaldır kim, edirsən sən əbəs! 

 

Z e y d-- 



 

Gəl sən mənə kərəm et,  

İnsaf yolu ilə get;  

Bir dəm rəhm eylə,      

Yandırma böylə! (2 dəfə)  

Sevdim, bil sən,  

Leylanı mən,  

Oldum Leylaya aşiq!  (2 dəfə) 



__________________Milli Kitabxana___________________ 

134 


 

Harun, Harun,  

Leyla yarım. 

Ah! Sevdim, sevdim Leylanı mən!  

 

H a r u n-- 



 

Ahu nalən etməyir heç bir əsər,  

Sözlərin, bil kim, mənə verməz səmər.  

Qismətin axtar sən özgə yardan,  

Heç dərd, qəm çəkmə Leyla sarıdan.  

 

Z e y d-- 



 

Rədd etmə, Harun!  

İncitmə, Harun!          

Bir nəzər lütf et! 

Bir əsər lütf et! (2 dəfə)   

Sevdim, bil sən, 

 

(M u s i q i) 



 

Sevdim, bil sən,   

Sevdim, bil sən,   

Leylanı mən,  

Leylanı mən, 

Oldum Leylaya aşiq! (2 dəfə) 

Harun, Harun!  

Leyla yarım! 

Ah! Sevdim, sevdim Leylanı mən!  

 

H a r u n-- 



 

Bunca zəhmət bəs edər, Zeyda, mənə!  

Artığın, insaf qıl, görmə rəva!  

Candan artıq sevdiyim cananımı,  

Sən alınca, alginən bu canımı! 

 

Z e y d (qəzəbnak)-- 



           

Harun! Qorx məndən!  

 


__________________Milli Kitabxana___________________ 

135 


 

H a r u n-- 

           Boş və bihudə danışma!  

 

Z e y d-- 



          Harun, əl çək Leyladan!  

 

H a r u n-- 



              Candan, başdan əl çəkərəm!  

 

Z e y d-- 



   Harun, Harun! olma bais!... Harun! Qorx məndən!  

 

H a r u n-- 



          Boş və bihudə danışma!  

 

Z e y d-- 



           Harun! Əl çək Leyladan!  

 

H a r u n-- 



           Candan, başdan əl çəkərəm!  

 

Z e y d-- 



Harun, Harun! Olma bais! 

 

Deyib qılıncını çəkir; H a r u n dəxi qılınc çəkir və hər ikisi qalxan götürüb dava 



edirlər; bu halda v ə z i r daxil olub, bunları görür. 

  

V ə z i r--Allahu əkbər! (Aralarına girir). Siz nə işdəsiniz?!  Bu saat Əmir buraya 



gəlir.  Qasid gəlibdir  ki, üstümüzə düşmən qoşun çəkib gəlməkdədir; siz nə ilə 

məşğulsunuz?! 

 

Z e y d  və H a r u n  davadan əl çəkib, qılınclarını qınına qoyurlar. Bu halda 



Əmirin  ə y a n l a r ı, o ğ l a n l a r və q ı z l a r  cərgə-cərgə gəlib düzülürlər və bədə 

Ə m i r daxil olduqda oxuyurlar: 

 

H a m ı-- 



 

Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox. 

Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə) 


__________________Milli Kitabxana___________________ 

136 


 

Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox. 

Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə) 

Canü başdan keçməyə hazırıq biz, bil, 

 

Ömr versin allahım, çox yaşasın il. (2 dəfə) 



Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! 

 

V ə z i r  məktub pişnəhad edir, Ə m i r mütaliə edir. Musiqi çalır, bədə yenə h a 



m ı oxuyur: 

 

H a m ı-- 



Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox! 

Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə) 

Ə m i r-- 

  Allahın mərhəməti cümləmizin üzərinə olsun.  

H a m ı-- 

Amin! 


Ə m i r--Üzərimizə düşmən gəlir. Bizi qırmaq və müqəddəs məkanlarımızı 

əlimizdən almaq istəyir. Nə etmək lazımdır? 

H a r u n v ə Z e y d (irəli durub)--Düşmənə müqabil durub, onu məğlub və 

pərişan etmək! 

Ə m i r--Əmr edirəm: qoşun bu gün hazır olsun! Harun və Zeyd, Zeyd və Harun! 

Qoşun çəkib gedirsiniz, düşmən ilə dava edirsiniz, eşidin! Hansı biriniz davadan 

müzəffər gəlsə, əmir sözü verirəm ki, məndən hər nə istəsə,--təxtü tacımdan başqa,--

onu əmələ gətirərəm. Amma məğlub olsa, daha bir də gözümə görünməsin! 

Eşitdinizmi? 

H a r u n  v ə  Z e y d--Əlbəttə, Əmir sağ olsun! 

Ə m i r--Mürəxxəssiniz, gedin qoşun tədarük edin. Allahın mərhəməti 

cümləmizin üzərinə olsun! 

H a m ı--Amin! 

 

H a r u n və Z e y d  gedirlər, dallarınca B ə k i r, R ə h m a n və sairə. 



 

V ə z i r--Əmir sağ olsun! Səxavətiniz aləmə əyandır? Lakin, xudanəkərdə, sui-

istifadə edən olmasın! 

Ə m i r--Vəzir, bilirsənmi ki, bir söz ki, Əmirin ağzından çıxdı, o hökmü-

qanundur! 

V ə z i r--Şübhəsizdir, Əmir sağ olsun? (Deyib çəkilir). 

 

Bədə Ə m i r  işarə edir, s a z ə n d ə  və  b a z ə n d ə l ə r gəlib, çalıb oynayırlar, 



ondan sonra Ə m i r durub gedir, dalınca q ı z l a r və o ğ l a n l a r. 

 


__________________Milli Kitabxana___________________ 

137 


 

(M u s i q i) 

 

H a m ı-- 



Şanü şövkət, ey Əmir, səndən artıq kimdə jox, 

Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə) 

 

(M u s i q i) 



                 

H a m ı gedir, L e y l a qayıdır. 

 

L e y l a-- 



Neyləmişdim, ey fələk, hicran qəmin verdin mənə,  

Bir bu qədri ahü naləm heç əsər etmir sənə.  

Gər muradın canımı almaqsa, billah, alginən,  

Bir kərə öldür məni, qurtar əzabi-hicrdən! (ağlayır). 

 

H a r u n (daxil olur)-- 



Ayrılıq, Leyla, pərişan eylədi əhvalımı,  

Yandırıb yaqmaqdadır suzi-ciyarlə canımı.  

Heç ümidim yox bu firqət dərdinə tab eyləyim,  

Fikrimə gəlməz ki, bir gün görməyim mən yarımı. 

 

(M u s i q i) 



Beylədir əmri qəzanın kim, gərəkdir ayrılaq,  

Məhv qıl, pərvərdigara, zülm ilə həm zalımı. 

 

L e y l a-- 



Sən gedirsən, söylə, Harun, mən nasıl tənha qalım,  

Kim səda versin sədamə, kim eşitsin zarımı. 

                

(M u s i q i) 

 

L e y l a ağlayır, H a r u n durub gedə-gedə oxuyur. 



 

H a r u n-- 

Əlvida, Leyla, yetişdi çün zamanım,əlvida! 

Bax, unutma cəngdə fovt olsa canım, əlvida! (Gedir). 

 


__________________Milli Kitabxana___________________ 

138 


 

L e y l a-- 

 

Ax, Harun getmə, getmə! (Ağlaya-ağlaya dalınca çıxır). 



                           

(M u s i q i)  

 

Z e y d (daxil olur)-- 



 

Dedi: hər kəs müzəffər gəlsə, 

Hər nə istəsə verərəm. 

Bunca möhnət, bunca zillət 

Səndədir, Leyla! Ax, Leyla, Leyla, gedirəm! 

Bunca zillət səndən, Leyla! Getdim! (Tez çıxır). 

 

PƏRDƏ 


 

 

 



 

ÜÇÜNCÜ PƏRDƏ 

 

 

M e ş ə içində boş yerdə vaqe olur. İki çadır qurulubdur, hər çadır ağzında bir 



nəfər  ə s g ə r durubdur. B ə k i r tək ora-bura gəzinir. Pərdə qalxır.  

 

B ə k i r (söz ilə)--Harun, bəli, düşməni məğlub etdi! Zeyd məyus qaldı.... Nə 



edim? Zeydin təklifini qəbul edim, etməyim? Təklif ağırdır. Lakin əvəzində verdiyi 

simuzərin çəkisi də ağırdır! (Fikrə gedir). Olsun! Mənə simuzər lazımdır! (Bu halda 

pərdə dalından qoşunun səsi gəlir). Aha, gəlirlər! 

 

Q o ş u n ə h l i (pərdə dalından)-- 



Davaya getdik,     

Meydana yetdik;    

Biz məğlub etdik  

Ol düşməni! (2 dəfə)     

Etməzdi düşmən böylə güman,  

Yalvardı, istədi əlaman!  

Davaya getdik,  

Meydana yetdik;  

Biz məğlub etdik  

Ol düşməni! 



__________________Milli Kitabxana___________________ 

139 


 

(M u s i q i) 

 

H a r u n, Z e y d və q o ş u n səhnəyə gəlir; bir də haman marşı oxuyurlar.  



 

H a r u n-- 

 

Çalınsın təbli-zəng, qoşun rəqs etsin! 



 

M u s i q i. Qoşun rəqs edir; rəqsin bir yerində qılınclarını siyirib oxuyurlar.  

 

Q o ş u n-- 



 

Hər davada üst olduq,       

Düşmən gördü süst oldu, (2dəfə) 

Əl çəkdi ol davadan,         

Düşmən döndü dost oldu. (2dəfə) 

    


H a r u n--Allahın köməyi ilə düşməni məğlub etdik. Bir arzumuz varsa, o da bu 

şadlıq xəbərini tezliklə Əmirə yetirməkdir. Yaşasın Əmirimiz! 

Q o ş u n--Yaşasın Əmirimiz! 

H a r u n--İndi istirahət zamanıdır. 

 

Deyib çadıra girir; q o ş u n əhli istirahətə əyləşir. Axşam düşur, Z e y d B a k i r i  



kənara çəkib danışır. 

 

Z e y d--Hər şey dediyim kimi hazırdırmı? 



B ə k i r--Bəli, hazırdır! 

Z e y d--İndi get, işə şüru eylə. 

B a k i r--Baş üstə. 

 

H a r u n u n çadırına tərəf gedir. H a r u n çadırdan çıxır. 



    

B ə k i r (Haruna)--Sər əsgər sağ olsun! İzn ver, qoşun dayanmasın, biz qoşunu 

götürüb gedək, siz isə gecə istirahət edib sonra gələrsiniz. Yoxsa qoşun ağır gedir, 

bizi ləngə salar! 

H a r  u n (Zeydə)--Zeyd, sən nə məsləhət görürsən?  

Z e y d--Əlbəttə, qoşunu saxlamaq lazım deyildir. 

H a r u n--Qoşun getsin! Bəkir, sən qoşunu çək, Rəhman isə yoldaşı ilə bizimlə 

qalsın. 


B ə k i r--Baş üstə (Qoşuna). Səfər təbli çalınsın. Dayanmaq bəsdir. 

 


__________________Milli Kitabxana___________________ 

140 


 

Təbil çalınır, q o ş u n durur, yenə haman marşı oxuyub sonra gedirlər. R ə h m a 

n ilə digəri və i k i  q a r a u l ç u qalırlar. Axşam olur. Z e y d çadıra girir. 

 

R ə h m a n (Haruna)-- 



 

Lap nahaqdır leşkəri göndərdiniz böylə uzaq,  

Qorxuram kim, nagahan düşmən hücumunda qalaq. 

 

H a r u n-- 



 

Qorxma, Rəhman! Düşnəni bərk əzmişik, imkanı yox! 

 

R ə h m a n--Doğrudur, amma ki, düşmən gər bir olsa, baki |ox. (Zeydə tərəf işarə 



edir). 

H a r u n (Barmağını ağzına tutur)--Anladım.... Mən anladım! Həqdir sözün, 

Rəhman, sənin, amma gecdir.... 

R ə h m a n--Bəli, gecdir. 

H a r u n--Fikri vardır düşmənin.... (Qeyz ilə) Qorxmuram mən ol dənidən, 

bildiyin qoy eyləsin. 

R əh m a n--Doğrudur. Biz hazırıq. Hər nə edirsə eyləsin! 

 

Ç a d ı r a girirlər. Qaranlıq düşür. 



 

(M u s i q i)  

 

H a r u n (çadırdan çıxıb oturur)-- 



 

Bir aman ver, ey qənim,  

Qoy bir görüm cananımı;  

Çün gözü yolda qalıb,  

Qıyma tökülsün qanımı. 

 

(M u s i q i) 



 

Çəngdə hər anidə çıxmaz yadımdan Leyla,  

Ah, olurmu bir o gün bir də görəydim yarımı.  

 

Ç a d ı r a girir. M u s i q i.   Lap qaranlıq olur. 



 

__________________Milli Kitabxana___________________ 

141 


 

Z e y d (qısıla-qısıla və çadırından çıxıb meşəyə tərəf gedir). 

 

Vaxtdır çəngə, vaxtdır çəngə, ah!  



Düşməyin ləngə, düşməyin ləngə, ah! 

 

Bu əsnada meşədən on-on beş nəfər m ü s ə l l ə h adam çıxıb, Z e y d ilə bir 



yerdə  H a r u n  və y o l d a ş l a r ı üzərinə hücum edirlər. Bunlar yuxudan ayılır, 

dava başlanır. Lakin bunlar az, onlar çox; odur ki, hamını qırıb, qaçıb gedirlər. 

Gedərkən Z e y d yerə yıxılıb qalmış H a r u n u n ölmüş olduğuna inanıb, çıxıb 

gedir. Amma H a r u n ölməyib, bərk yaralıdır. 

 

H a r u n (güc ilə başını qaldırır)-- 



 

İncidir yaralarım, yoxdur ümidim özümə,  

Bu nə haldır.... (ora-bura baxır). Görünür cürbəcür insan gözümə! 

 

(M u s i q i) 



 

Ax, Leyla! Sənə qurban edirəm canımı mən,  

Tərk qıl, yoxdur ümidim, gözləmə gəl rahimi sən! 

 

Musiqi çalır, H a r u n uzanır. Yavaş-yavaş, sübh açılır, işıqlanır. Bu halda bir 



nəfər d ə r v i ş gəlib buradan keçərkən yerə yıxılmış meyitləri görüb, təəccüblə 

dayanır. 

 

D ə r v i ş-- 



 

Allah, allah, bu nədir böylə? Əcəl meydanıdır?  

Bu tökülmüş nəşlər insanın qurbanıdır!  

Gör bəni-adəm necə zülmü sitəmlə bir-birin,  

Öldürüb qırmaqdadır ...  aya, kimin fərmanıdır  

Bu əməl bunca sitəm, böylə fəna rəftarlar?!... 

                

D ə r v i ş gedib meyitlərə bir-bir baxır.  

 

D ə r v i ş--Heç birində can yoxdur. (Haruna gedib baxır). 



D ə r v i ş--Bu hələ ölməyibdir. Bəlkə nicatı mümkündür? 

 

Cibindən cürbəcür otlar və dərmanlar çıxarıb, onlardan birini H a r u n u n  



burnuna tutur. 

 


__________________Milli Kitabxana___________________ 

142 


 

H a r u n (ayılır)--Ax, Leyla ... bir içim su ... ölürəm! 

D ə r v i ş--Qorxma, mən səni sağaldaram. Mən yaraların dərmanını bilirəm, 

qorxma! 


H a r u n--Sən kimsən? 

D ə r v i ş--Mən sənə müalicə edənəm. Qorxma, sağalarsan! 

 

(M u s i q i) 



 

H a r u n-- 

 

Bir bu qədri yaralar qoymaz məni sağa çıxam  



Kim, görəm Leylanı mən, gül tək cəmalına baxam.  

(Birdən qəhr və qəzəblə). Zeyd! Alçaq Zeyd!  

Ölməyəydim, intiqam alaydım, intiqam!  (Deyib yıxılarkən dərviş tutur). 

 

PƏRDƏ 



Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin