LEYLİ VƏ MƏCNUN
4 PƏRDƏ 6 ŞƏKİLLİ OPERA
İŞTİRAK EDİRLƏR
M ə c n u n (Q e y s)--məşhur cavan ərəb.
Ə b ü l-Q e y s--Məcnunun atası.
Ü m m ü l-Q e y s--Məcnunun anası.
L e y l i--Məcnunun sevgilisi.
F ə t t a h--Leylinin atası.
Ü m m ü l-Leyli--Leylinin anası.
İ b n-S ə l a m--dövlətli ərəb.
N o f ə l--sərkərdə.
Z e y d--Məcnunun dostu.
B i r i n c i ə r ə b.
İ k i n c i ə r ə b.
Ü ç ü n c ü ə r ə b.
D ö r d ü n c ü ə r ə b.
B e ş i n c i ə r ə b.
A l t ı n c ı ə r ə b.
Y e d d i n c i ə r ə b.
Ə r ə b l ə r, d ö y ü ş ç ü l ə r, u ş a q l a r.
__________________Milli Kitabxana___________________
18
BİRİNCİ PƏRDƏ
Vaqe olur məktəbdən kənarə bir ç ə m ə n d ə. M ə c n u n bir kənarda durub, L e y l i
n i n yolunu gözləyir. Pərdədən qabaq musiqi çalınır, xor və cəmi əhli-məclis "Şəbi-
hicran" havası oxuyurlar.
(M u s i q i)
H a m ı (xor)--
Şəbi-hicran yanar canım,(2 dəfə)
Tökər qan çeşmi-giryanım, (2 dəfə)
Oyadar xalqı əfqanım, (1 dəfə)
Qara bəxtim oyanmazmı?! (2 dəfə)
(M u s i q i)
Güli-rüxsarına qarşu (2 dəfə)
Gözümdən qanlı axar su, (2 dəfə)
Həbibim, fəsli-güldür bu, (1 dəfə)
Axar sular bulanmazmı?! (2 dəfə)
PƏRDƏ
(Hamı dağılır, Məcnun qalır)
M u s i q i: mahur-hindi.
M ə c n u n--
Yandı canım hicr ilə, vəsli-rüxi-yar istərəm,
Dərdməndi-firqətəm, dərmani-didar istərəm.
Bülbüli-zarəm, deyil bihudə əfqan etdiyim,
Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm.
L e y l i (gəlir, mahur-hindi üstə)--
Eşq daminə giriftar olalı zar olubam,
Nə bəladır ki, ona böylə giriftar olubam.
Qüdrətim yox ki, qılam kimsəyə şərhi-qəmi-dil,
Öylə kim, arizeyi-hicr ilə bimar olubam.
__________________Milli Kitabxana___________________
19
(Musiqi şikəsteyi-fars çalır, M ə c n u n L e y l i y ə yavuqlaşıb oxuyur).
M ə c n u n--
Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı,
Sayə tək bir yerdə durmağa qərarım qalmadı.
Rahi-eşq içrə mənə ancaq fəna məqsud idi,
Şükr kim, məqsudə yetdim, intizarım qalmadı.
L e y l i--
Dili-zarimdə nə kim, var bilirsən, bilirəm,
Yar, hali-dilimi zar bilirsən, bilirəm,
Mən, nə hacət ki, qılım şərh sənə hali-dilim,
Dili-zarimdə nə kim, var bilirsən, bilirəm,
(M u s i q i: təsnif)
L e y l i v ə M ə c n u n (bir yerdə)--
Ah eylədiyim sərvi-xuramanın üçündür, (2 dəfə)
Qan ağladığım qönçeyi-xəndanın üçündür. (2 dəfə)
Sərgəştəliyim kakili-mücganın ucundan, (1 dəfə)
Aşüftəliyim zülfi-pərişanın üçündür. (1 dəfə)
(M u s i q i: segah)
M ə c n u n--
Payibənd oldum səri-zülfi-pərişanın görüb,
Nitqdən düşdüm ləbi-ləli-dirəxşanın görüb.
Oda yandım şəmvəş canım baxıb rüxsarına,
Çərxə çəkdim dudi-dil sərvi-xuramanın görüb.
L e y l i--
Könlüm açılır zülfi-pərişanını görcək,
Nitqim tutulur qönçeyi-xəndanını görcək.
Baxdıqca sənə qan saçılır didələrimdən,
Bağrım dəlinir navəki-mücganını görcək.
__________________Milli Kitabxana___________________
20
(M u s i q i: segah)
M ə c n u n--
Qəddin həlakiyəm, düşə bilməm əyaqinə,
Bir eşqə düşmüşəm ki, bulunmaz nəhayəti.
Bildim təriqi-eşq xətərnakdır, vəli
Mən dönməzəm bu yoldan, ölüm olsa qayəti.
L e y l i--
Ey hər təkəllümüm xəti-səbzin hekayəti,
Virdim həmişə məshəfi-rüxsarın ayəti,
Mən kim, səni görəndə gedir əldən ixtiyar,
Gəlməz bəyanə möhnəti-eşqin şikayəti,
(Bu halda q ı z l a r L e y l i y ə tərəf gəlib oxuyurlar).
(M u s i q i)
Q ı z l a r--
Nagah olur, Leyli, atan agah (2 dəfə)
Kim, qeyrilə aşina olubsan, ay Leyli! (2 dəfə)
(M u s i q i)
Layiq deyil, Leyli, sənə bu üslub, (2 dəfə)
Yaxşı nəzər eyləsən yamandır, Leyli! (2 dəfə)
(M u s i q i)
(L e y l i n i aparırlar, M ə c n u n tək qalıb, bikef oturur. Bu halda M ə c n u n u n a t
a s ı gəlir).
M ə c n u n u n a t a s ı (çahargah üstə)--
Ey bülbüli-bustani-bidad!
Hali-dilini mənə bəyan et,
Əsrari-nəhanini əyan et.
Kim aldı əlindən ixtiyarın?
__________________Milli Kitabxana___________________
21
Kim eylədi tirə ruzigarın?
Nə seyrdəsən, sənə tələb nə?
Bu naleyi-zarinə səbəb nə?
Dəryadə isə sənə düri-kam,
Sən söylə, mən eyləyim sərəncam.
(M u s i q i: çahargah)
M ə c n u n--
Ey piri-şikəstə hali-naşad,
Tanrıyçün əlimdən eyləmə dad.
Demə ki, nədir bu macəralar,
Səndən mənə yetdi bu bəlalar.
Mən bilməz idim qəmi-cahanı,
Təşvişi-zəminü asimanı.
Bilməzlik ilə xoş idi halım,
Nə hüsnü, nə eşq idi xəyalım.
(M ə c n u n u n a n a s ı gəlir və müxalif üstə oxuyur)
M ə c n u n u n a n a s ı--
Ey rahəti-canü nuri-didə!
Fərzəndi-yeganeyi-güzidə!
Sən sərvsən, olmagil giranbar!
Azad ola gör, nə kim giriftar!
Sən ləlsən, olmagil səbüksəng,
Döndərmə günəş görüb rəvan rəng!
Bizdən bu nəsihəti qəbul et!
Hər ləhzə bizi, yetər, məlul et!
M ə c n u n--
Ey ruhi-rəvanım ata, ana!
Kami-dilü canım ata, ana!
Bildim bu işi özümə layiq,
Leyli sənəmə mən oldum aşiq.
Sonra olubam bu işdən agah,
__________________Milli Kitabxana___________________
22
Amma nə deyim, nə söyləyim?
Ah! Yoxdur bu işimdə ixtiyarım,
(Çahargaha enir)
Əql oldu zəifü, eşq ğalib,
Xatir nigəran, nigari cazib.
A t a s ı (çahargah üstə)--
Can vermə ğəmi-eşqə ki, eşq afəti-candır.
Eşq afəti-can olduğu məşhuri-cahandır.
Yaxşı görünür surəti məhvəşlərin, əmma
Yaxşı nəzər etdikdə sərəncamı yamandır.
Eşq içrə əzab olduğun ondan bilirəm kim,
Hər kimsə ki, aşiqdir işi ahü fəğandır.
(M u s i q i: təsnif)
A t a s ı--
Durun gedək evimizə! (2 dəfə)
A n a s ı--
Qeysim, Qeysim!... (1 dəfə)
M ə c n u n--
Ata, ana, eşqin həvası
Məni məcnun edəcəkdir,
Məni məcnun edəcəkdir!...
(M u s i q i)
A t a s ı--
Mən sənə Leylini gedib, alıb istərəm, (2 dəfə)
A n a s ı--
Oglum, oglum!... (1 dəfə)
__________________Milli Kitabxana___________________
23
M ə c n u n--
Ata, ana, eşqin həvası
Məni məcnun edəcəkdir,
Məni məcnun edəcəkdir.
(M u s i q i)
PƏRDƏ
İKİNCİ PƏRDƏ
Vaqe olur L e y l i n i n evində. L e y l i v ə a n a s ı oturubdurlar. Pərdə qalxmazdan
qabaq musiqi (səmayi-şəms) çalınır; pərdə qalxır, Leylinin anası oxuyur.
L e y l i n i n a n a s ı--
Ey şux! Nədir bu göftügülər?
Qılmaq sənə tənə eybculər?
(M u s i q i)
Nəyçün özünə ziyan edirsən?
Yaxşı adını yaman edirsən?
(M u s i q i)
Derlər səni eşqə mübtəlasən,
Biganələr ilə aşinasən.
L e y l i--
Ey munisi-ruzigarım, ana!
Dürgi-düri-şahvarım ana!
(M u s i q i)
__________________Milli Kitabxana___________________
24
Sözlər dersən ki, bilməzəm mən,
Məzmununu fəhm qılmazam mən.
L e y l i n i n a n a s ı--
Sən hardanü eşq zövqü hardan?
Sən hardanü dust zövqü hardan?
(M u s i q i)
Oğlan əcəb olmaz olsa aşiq,
Aşiqlik işi qıza nə layiq?
L e y l i--
Dersən məşuqü eşqü aşiq,
Mən sadə ürək tifli-sadiq;
Bilməm nədir ol hədisə məzmun?
Söylə! Necə olmayım digərgun?
L e y l i n i n a n a s ı--
Neylərsən əgər atan eşitsə,
Qəhr ilə sənə siyasət etsə?
(M u s i q i)
Minbəd gəl eylə tərki-məktəb.
Bil əbcədini həmin cədü əb.
(M u s i q i)
Gərçi adın oda dildə məzkur,
Görmək səni ola ğeyri-məqdur.
L e y l i--
Mən məktəbə rəyim ilə getməm,
Bir şüğli xilafi-rəyin etməm.
__________________Milli Kitabxana___________________
25
Billah, mənə həm bu idi məqsud,
Məktəbdə olurmu tifl xoşnud?
Artıq bu sözü mükərrər etmə,
Lütf eylə, məni mükəddər etmə!
(M u s i q i)
(Şur çalınır. Qapı döyülür. L e y l i a n a s ı i l ə durub o biri qapıdan çıxırlar. L e y l
i n i n a t a s ı gəlib qapını açır. M ə c n u n u n a t a s ı və bir neçə ərəb gəlirlər. L e y l i
n i n a t a s ı onlara oturmağı təklif edir. M ə c n u n u n a t a s ı onlara müraciət edib
oxuyur).
M ə c n u n u n a t a s ı (şur üstə) --
Ey qədrlə qibleyi-qəbait!
Əslü nəsəbim sənə əyandır,
Hökmüm neçə min evə rəvandır.
Məşhuri-qəbailəm səxadə,
Mərufi-təvaifam ətadə.
Nəxli-əməlim səmər veribdir,
İyzəd mənə bir gühər veribdir.
Hala dilərəm bu türfə lölu,
Bir ləl ilə ola həmtərazu.
Lütf eylə, inayətü kərəm qıl!
Ol ləl ilə dürrü möhtərəm qıl!
L e y l i n i n a t a s ı (şur üstə)--
Ey qovm içində bir xirədmənd!
Mən kimi əsiri-dami-fərzənd!
Müşgülcə xitabdır xitabın,
Bilməm necə verəyim cavabın.
Qürbün, bilirəm, mənə şərəfdir,
Əmma xələfin əcəb xələfdir.
"Məcnun"--deyə tən edir xəlayiq,
Məcnuna mənim qızım nə layiq?!
(M u s i q i)
__________________Milli Kitabxana___________________
26
X o r--Ərəblər (təsnif üstə)
Ey ərəb, bizləri məyus etmə!
Vergilən Leylini Qeysə getsin.
Q e y s--
Maldan da, candan da, puldan da,
Maldan da, candan da, puldan da,
Hamıdan artıqdır, bil bunu, ərəb
Bil bunu, ərəb!
(M u s i q i)
L e y l i n i n a t a s ı--
Xeyr, vermərəm, vermərəm, vermərəm!
Vermərəm, vermərəm, vermərəm!
Leyliyə yaraşmaz divana oğlan,
Divanə oğlan!
(M u s i q i: kurd-şahnaz)
Ərəblər əl ilə, göz ilə L e y l i n i n a t a s ı n ı rağib etmək istəyirlər.
M ə c n u n--
Ya rəbb! Bəlayi-eşq ilə qıl mübtəla məni,
Bir dəm bəlayi-eşqdən etmə cida məni.
Az eyləmə inayətini əhli-dərddən,
Yəni ki, çox bəlalara qıl mübtəla məni.
(Qonaqlar gedirlər, musiqi yenə şur çalır.)
L e y l i n i n a t a s ı (təkcə)--
Nəsl ilə olur bəqayi-insan,
Nəzmi-bəşərü nizami-dövran.
Can cövhərinə bədəldir övlad;
Övlad qoyan, qoyur həmin ad.
Xoş ol ki, xələfdən ola xoşdil,
__________________Milli Kitabxana___________________
27
Dünyada bir oğlu ola qabil.
Ah, olsa əgər səfihü sərkəş,
Ətvari kərihü xülqi naxoş,
Təşni oxuna olub nişanə,
Bizar ola ondan ata-anə.
(Qapı döyülür, L e y l i n i n a t a s ı qapını açır. İ b n-S ə l a m ilə bir neçə ərəb
daxil olub oxuyurlar).
(M u s i q i)
Ə r ə b l ə r--
Ali-cahani bilib, gəlmişik ziyarətə,
Bir əmri edib izhar, əncamın alaq səndən,
Əncamın alaq səndən.
(M u s i q i)
L e y l i n i n a t a s ı--
Xoş gəldiz, səfa gəldiz, məni siz uca etdiz,
Hər əmrə varam hazır, mümkündürsə əlaci,
Mümkündürsə əlaci.
(M u s i q i)
Ə r ə b l ə r--
Bu oğlan İbn-Səlam, hər cahi-cəlali çox.
Əmma ki, onun, heyfa, həmdərdi-həmsirri yox,
Həmdərdi-həmsirri yox.
(M u s i q i)
Ə r ə b l ə r--
Bilmişdir sənin vardır ismətli
gözəl qızın,
__________________Milli Kitabxana___________________
28
İstər kim, ola sənlə həm qom, həm dost, həm aşina.
Həm qom, həm dost, həm aşina.
(M u s i q i)
L e y l i n i n a t a s ı--
Ey tayifeyi-nəcib, mən bu təklifə şadam.
Xudavəndin əmrilə verdim Leylini getsin,
İbn-Səlamın olsun.
Ə r ə b l ə r (İbn-Səlama)--
İbn-Səlam, ilahi
Səni xoşbəxt eyləsin!
(M u s i q i)
İ b n-S ə l a m--
İmdi sən mənə oldun ata-anadan əziz,
Allah qoysa, mən də ollam sənə oğul yerində,
Sənə oğul yerində.
Ə r ə b l ə r--
İndi biz gedək toy üçün tədarükə başlayaq,
Tədarükə başlayaq.
(H a m ı gedir. L e y l i çıxıb qatar oxuyur.)
L e y l i--
Xilafi-rəyim ilə, ey fələk, mədar etdin,
Məni gül istər ikən mübtəlayi-xar etdin....
PƏRDƏ
__________________Milli Kitabxana___________________
29
ÜÇÜNCÜ PƏRDƏ
Vaqe olur bir m e ş ə d ə , sübh açılmağa yavuqdur; səhnədə əvvəl heç kəs yoxdur;
ətrafda bir dağ görünür, musiqi bayatı-Şiraz başlayır; bir qədər sonra M ə c n u n dəli
sifətində çıxır, başıaçıq, ayaqyalın və s.
(oxuyur).
(M u s i q i)
M ə c n u n--
Fəzayi-eşqi ta gördüm, səlahi-əqldən durəm,
Məni rüsva görüb, eyb etmə, ey naseh ki, məzurəm.
Əgər çaki-giriban eyləsəm, mən etməyin, çün mən
Mətai-nəngdən arəm, libasi-ardən urəm.
Mənu səhrayi-vəhşət mənzil etməm afiyət güncün,
Əsiri-dami-zülmət olmazam, çün talibi-nurəm.
Bəlayi-eşqü dərdi-dust tərkin qılmazam, zahid,
Məni rəyimlə sanmın, eşq sultaninə məmurəm.
(M ə c n u n oxuduqca dağ tərəfindən əks-səda gəlir.)
(M u s i q i: bayatı-kürd)
(M ə c n u n dağa üz tutub oxuyur.)
Ey guşənişini-pakdamən!
Suzi-cikərimdən oldun agah,
Əhsən-tü əhsən-tü, barəkallah!
Sənsən mənə həmdəmü müvafiq,
Birdəm qoşalım səda sədayə,
Gəl ağlayalım bu macərayə.
(M u s i q i)
Q ı z l a r (pərdə dalından)--
Bu gələn yara bənzər,
Telləri qara bənzər.
Oğlan, oğlan, bir bəri bax, bəri bax, bəri bax!...
__________________Milli Kitabxana___________________
30
Qoşa xal var üzündə....
Allana-sallana telləri var,
Xırdaca-xırdaca gözləri var,
Gəl, Leyli, bala, gəl, Leyli!
Gedək gəzək bu bağda.
Gül açılıb, bülbül oxur,
Gül açılıb, bülbül oxur,
Gul acılıb, bulbul oxur!...
(M ə c n u n L e y l i n i və L e y l i M ə c n u n u görüb, bir-birinin üstünə yüyürüb
bərk qucaqlaşırlar. Bir-iki saniyə sonra işıq keçir, qaranlıqda q i z l a r L e y l i n i
aparırlar, M ə c n u n tək qalır).
(M u s i q i: rast)
(M ə c n u n u n a t a s ı n ı n səsi gəlir və sonra özü də səhnəyə çıxır və M ə c n u n u
tapır).
M ə c n u n u n a t a s ı--
Ey cövhəri-canımın həvası,
Ey dideyi-bəxtimin ziyası!
Səndən nə rəva bu macəralər,
Sərmayeyi-eyb olan sədalər.
Derdim olasan mənim pənahım,
Fəxrim, şərəfim, ümidgahım.
Vəhşilər ilə nədir bu birlik?
İnsan ilə xoş deyilmi dirlik.
Rəhm et məni-zarü namuradə,
Qoyma bu məşəqqətü bəladə.
M ə c n u n--
Söylə görüm, ey mənə verən pənd,
Danayi-süxən və ru xirədmənd.
Kimsən və nədir bu küftükulər?
Bifaidə batil arizulər.
Get! Dərdimə sən dəva deyilsən,
Biganəsən, aşina deyilsən.
Mən böylə kəlamə tutmazam guş,
Leyli sözü söylə, yoxsa xamuş!
__________________Milli Kitabxana___________________
31
(Bu halda bir neçə ərəb gəlib keçərkən bu macəranı görüb, M ə c n u n u n a t a s ı n d
a n soruşurlar).
(M u s i q i; təsnif)
Ə r ə b l ə r--
Söylə bir görək, ərəb, bu cavan nədən xəstə, (2 dəfə)
Bəlkə bizdə bu dərdin davası tapıla kaş....
Davası tapıla kaş, davası tapıla kaş....
Ey, biz də dünya görmüş adamız, (2 dəfə)
Xəstələrə dava edəriz.
İnsan başına ələni bilmək gərək. (2 dəfə)
(M u s i q i)
M ə c n u n u n a t a s ı--
Allahın bəndələri, bu mənim fərzəndimdir, (2 dəfə)
Eşqdir bunun dərdi, olub bir qıza aşiq,
Leyliyə budur aşiq! (2 dəfə)
Ey, hər təbibə getdim, söylədim,
Dərdi-eşqə əlac istədim.
Min cürə dəva verdilər, kar etmədi.... (2 dəfə)
(M u s i q i)
Ə r ə b l ə r--
Ey pir, bunun dərdinə əlac bircə şey var, (2 dəfə)
Kəbəyə aparasan, həcəri görə bəlkə.
Həcəri görə bəlkə,
Dərdindən ola azad,
Ey, səcdə qılsın Kəbəyə oğlan, (2 dəfə)
Sən də üz tut dərgahi-ilahə,
Qılgilən münacat, dilə bir əlac. (2 dəfə)
(M u s i q i: əraq)
__________________Milli Kitabxana___________________
32
M ə c n u n--
Eşq dərdi, ey müalic, qabili-dərman deyil!
Cövhərindən eyləmək cismi cida asan deyil!
Dövr cövründən şikayət edənə aşiq demə,
Eşq məsti vaqifi-keyfiyyəti-dövran deyil!
Canı canan ittihadi fariq eylər cismdən,
Cismdən agah olan can vasili-canan deyil!
(M u s i q i: heyratı; N o f ə l qoşunu ilə gəlir; bunları görüb oxuyur.)
N o f ə l--
Ey xəstə, nədir bu çəkdiyin zəhmətü rənc,
Viranədə zaye etdiyin dürü gənc?!
Vəhşi nə bilir sənin məqamın? (2 dəfə)
Hal əhlisən, istə, əhli-hali etsin əlac,
Hal əhlisən, istə, tapasan şəfa.
Ə r ə b l ə r h a m ı s ı--
Bu oğlan aşiqdir
(M u s i q i)
Leyli adlı bir gözələ.
Əmma bəxti yar olmaz;
Atası qızı verməz.
Bu da qızın eşqindən olmuş divanə, (2 dəfə)
Əl çəkib dünyadan, ata-anadan qaçıbdır.
Əl çəkib dünyadan, məcnun olubdur.
(M u s i q i)
N o f ə l--
Ey cavan, bildim dərdini sənin, bəladır,
Əmma ümidini kəsmə, allah kərimdir.
Mən cəhd eylərəm, Leylini sənə alaram,
Qızıl istəsələr, qızıl bəxş eylərəm.
Yoxsa qılıncımın zoru ilə alaram.
__________________Milli Kitabxana___________________
33
(M u s i q i)
(N o f ə l kağız yazıb göndərir.)
M ə c n u n (Kabili üstə)--
Şükr eylərəm, ey yeganeyi-əhd!
Tədbirimə çoxlar etdilər cəhd.
Səndə, bilirəm ki, lütf çoxdur,
Nə sud ki, məndə bəxt yoxdur.
Bəxtim, bilirəm, mənim yamandır,
Sud istədiyin mənə ziyandır.
Ə r ə b l ə r--
Ey Nofəl, məlumdur, səndə şücaət çoxdur,
Əmma ki, Məcnunun bəxti, taleyi yoxdur.
M ə c n u n--
Bəxtim, taleyim yoxdur, bəxtim, taleyim yoxdur,
Mən ki, məcnunəm.
Ə r ə b l ə r--
Məcnunin də allahdan başqa bir əlacı yox,
Ona əlac olsa allahdan olar.
(M u s i q i)
N o f ə l--
Qəm çəkmə ki, mən olunca sənə qəmxar,
Yarın, bil ki, ənqərib olur sana yar.
Ümidvar ol!
Sən cəhd elə ki, yar ola sənə mayil,
Çün yar olsa mayil, kar olur asan.
(M u s i q i)
(Bu vaxt L e y l i n i n a t a s ı on nəfər yaraqlı ərəblə gəlir. N o f ə l onlara deyir:)
__________________Milli Kitabxana___________________
34
N o f ə l--
Ey qom büləndpayə,
Biganə olmuş aşinayə.
Leylini verin Məcnunə,
Bu işə siz razı olsanız,
Sizi eylərəm dövlətmənd.
Simüzər verərəm,
Əgər sözlərimi yerə salsanız, eylərəm
Sizi şəmşirin zərbinə qurban.
(M u s i q i)
L e y l i n i n a t a s ı--
Ey hünərvər, bu cünundur,
Bizdə cünunə qız yoxdur.
Lazım deyil bizə zərin,
Əl çəkirik zərindən.
Qorxmuruq şəmşirindən.
Hər nə bilsən et!
Laf ilə qılıncdan gəl urma qıl dəm
Kim, vardır qılınclar bizlərdə də həm.
(M u s i q i)
(Qılınclarını çəkib davaya başlayırlar. M ə c n u n əlinə bir xəncər alıb N o f ə l i n
qoşunlarını qırmağa başlayır. N o f ə l onu kənara çəkib deyir:)
N o f ə l--
Nə iş görürsən, divanə!
Düşmənə kömək edirsən.
Biz ölürük sənin üçün,
Sən qırırsan bizi neçün?
Xəncəri tulla,
Mən cəhd edirəm ki, düşməni məğlub eyləyim
Kim, Leylini alıb sənə verdirim.
(M u s i q i)
__________________Milli Kitabxana___________________
35
M ə c n u n (Kabili üstə)--
Ey Nofəl, mən fədayi-yarəm,
Vəslinə onun ümidvarəm,
Yarım tərəfində ola nüsrət,
Bəlkə ki, bulam vüsalə fürsət.
Canım ola dust dilpəziri,
Ya köştəsi ola, ya əsiri.
(Bu vaxt L e y l i n i n a t a s ı ilə İ b n-S ə l a m gəlir; qılınclarını salıb, N o f ə l ə
müraciətlə oxuyurlar:)
L e y l i n i n a t a s ı--
Ey hünərvər, səndə zəfər.
Bizə aman ver, nahaq bu xəlqi
Qırma, qırma, qırma, qırma!
Leylini vermişəm özgə ərə,
Leyli verilib İbn-Səlamə.
İndi razı olma iki əri olsun yarın,
Namusa toxunan iş deyilmi bu?!
(M u s i q i)
N o f ə l (əl verir)--
Doğrudur, doğrudur, doğrudur,
(Qoşuna)
Ey ləşkər! Çəkilin davadan,
Dəxi bəsdir cəng;
Əvvəldən bilsəydim tökməzdim bu qədər qan,
Məcnunə allahdan əql istərdim.
(M u s i q i)
(H a m ı bir yerdə əllərini yuxarı qaldırır).
__________________Milli Kitabxana___________________
36
H a m ı--
Bar, ilahi, əfv et
Bu günahı biz bəndədən.
Bu Məcnuni eylə
Aşiqlikdən xilas.
(M u s i q i)
PƏRDƏ
Dostları ilə paylaş: |