DÖRDÜNCÜ PƏRDƏ
Yenə Əmirin s a r a y ı n d a vaqe olur. Ə m i r, yanında v ə z i r və ə y a n l a r
taxt üstündə əyləşibdir. Qabağında q ı z l a r rəqs edirlər. Bədə rəqs tamam olur.
Ə m i r (qızlara)--
Bir nəğmə çalın, həm oxuyun, qəlbimi şad eyləyəsiz,
Həm şəbabətdə keçən günləri yad eyləyəsiz!
(M u s i q i)
Q ı z l a r--
Yadındadır keçmişlər,
Keçirdiyin xoş günlər;
Gözəl idi o dəmlər,
Keçdi getdi, o günlər hanı?
Keçdi getdi o dəmlər! (2 dəfə)
(M u s i q i)
__________________Milli Kitabxana___________________
143
Cəh-cəh vurur bülbüllər,
Hər yan açıbdır güllər.
Pəh, nə nazikdir bellər,
Keçdi getdi, o günlər hanı?
Keçdi getdi o dəmlər. (2 dəfə)
O ğ l a n l a r--
Olsun o günlər,
Gəlsin o dəmlər,
Güllər, bülbüllər! (2 dəfə)
Q ı z l a r--
Saqi, tez ver badəni,
Çağır Pərizadəni,
Salsın yada ol günü.
Keçdi getdi, o günlər hanı?
Keçdi getdi o dəmlər. (2 dəfə)
(M u s i q i)
Tut əlimdən seyr edək,
Zövqü şövqə meyl edək,
Eşqin yolu ilə gedək.Keçdi getdi, o günlər hanı?
Keçdi getdi o dəmlər. (2 dəfə)
O ğ l a n l a r--
Olsun o günlər,
Gəlsin o dəmlər,
Güllər, bülbüllər! (2 dəfə)
Q ı z l a r v ə o ğ l a n l a r--
Yadındadır keçmişlər,
Keçirdiyin xoş günlər,
Gözəl idi o dəmlər.
Keçdi getdi, o günlər hanı?
Keçdi getdi o dəmlər. (2dəfə)
__________________Milli Kitabxana___________________
144
(M u s i q i)
Q a s i d (söz ilə)--Əmir sağ olsun, qoşunumuz davadan qayıtdı, budur,
gəlməkdədirlər. (Leylada bəşaşət əsəri).
Ə m i r--Allahın mərhəməti cümləmizin üzərinə olsun, xeyirxəbər olsunlar!
H a m ı--Amin!
Q o ş u n pərdə dalından əvvəlki marşı oxuyur. Sonra Z e y d B ə k i r ilə daxil
olur; L e y l a bunların içində H a r u n u görməyib, müztərib hal olur və intizardadır
ki, görsün Harundan nə xəbər vardır.
Ə m i r (Zeydə)--Qalibsiniz, ya məğlub?
Z e y d--Əmir sağ olsun, allahın köməyi ilə qalibik.
Ə m i r--Allahın mərhəməti cümləmizin, üzərində olsun!
H a m ı--Amin!
Ə m i r--Söylə təfsilatı, qulaq asaq!
Z e y d--Düşməni məğlub və pərişan etdik. Söz verdi on il bizimlə dava etmasin.
Budur əhdnaməsi! (Təqdim edir).
Ə m i r (mütaliə edir, vəzirə verir)--Bəs Harun?
Z e y d (başını aşaqı salıb, boğuq səc ilə)--Şəhid oldu!
Hər kəsdən bir təəssüf və təhəssür nidası qalxır. L e y l a isə bərk qışqırıb
özündən getməkdə ikən vəzirin işarəsi ilə qızlar Leylanı götürüb, o biri otağa
çıxarırlar.
Ə m i r--Şəhid oldu? Allahu əkbər! Allah rəhmət eyləsin.... Zalım düşmən! Harun
kimi sər-əsgərimi əlimdən aldı.... (Fikir). Ax, Harun, Harun! (Fikir, bədə Zeydə).
Zeyd, sən ki, davadan müzəffər və qalib gəldin əvəzində məndən bir ənam istə!
Z e y d--Əmir sağ olsun, siz bizi göndərəndə buyurdunuz ki, hər kəs qalib gəlsə
hər nə istəsə verərəm.
Ə m i r--Doğrudur, necə?
Z e y d--Sizin o sözünüz mənə mürət verir və mən sizdən qızınız Leylanı
istəyirəm.
Bu sözdən h a m ı pərişanhal olur və təəccüb edir.
Ə m i r (qeyz ilə)--Nə cürət etdin? (Yada salır). Ax, söz vermişəm.... Nə ağır
təklifdir! Zeyd, sən məndən özgə şey istə, qızıl istə!
__________________Milli Kitabxana___________________
145
Z e y d--Əmir sağ olsun, Leyladan başqa özgə istəyim yoxdur, Sizin vədiniz
mənə cürət verib istəyirəm.
Ə m i r--Bir övladım var, o da Leyladır.... Zeyd, Leylanı əlimdən alma!
Z e y d--Əmir sağ olsun, cürətim böyükdür, buyur boynumu vursunlar; amma sən
söz verdin, mən də cürət etdim.Ə m i r (vəzirə)--Sənin sözün doğru imiş.... (Zeydə).
Hansı şəhərimi istəsən sənə verərəm, amma Leylanı alma!
(M u s i q i)
Z e y d--
Sən söz verdin,
Mən eşitdim.
Düşmən ilə
Cəngə getdim. (2 dəfə)
Qoşun çəkdim,
Mən cəng etdim;
Düşmən halın
Mən təng etdim! (2 dəfə)
Nə tövr komanda etdiyini əli ilə işarə edir.
Hay ... hay ... hay.... Leylanı mən
(M u s i q i)
Sevdim, ey Əmir!
Leylanı mən.
Sevdim ey Əmir! (2 dəfə).
Bəs nə edim,
Nədir tədbir?
Qoşun çəkdim,
Mən cəng etdim.
Düşmən halın
Mən təng etdim! (2 dəfə)
__________________Milli Kitabxana___________________
146
Hay ... hay....
Hay ... cəngə gəl!
Ə m i r--Zeyd, bir ləhzə gözlə, mən sənə cavab verərəm!
Z e y d çıxır.
Ə m i r (Vəzirə)--Vəzir, nə etməli? Bu mənhus dava Harun kimi sər-əsgərimi
əlimdən aldı.... Bu nakəs də qızımı almaq istəyir, təki düşmən bizə qalib gələydi, bu
iş olmayaydı.
V ə z i r--Əmir sağ olsun, əlbəttə, sən istəsən bu saat əmr edərsən, Zeydin boynu
vurulsun. Lakin sən söz verdin.... Əmir sözü ... nə etmək!
Ə m i r--
Bu qulu bir əmr ilə rədd eyləmək məqdur ikən,
Gör əlində mən onun acizü naçar olmuşam;
Çünki mən söz vermişəm, sözdən dönüm, ya dönməyim.
Bunca müşkül məsələ həllinə vadar olmuşam!
H a m ı--
Çox çətin məsələ!
Həlli onun müşkül,
Həlli onun müşküldür.
Zeydi rədd eyləmək
Hər bir şeydən yüngül,
Hər bir şeydən yüngüldür.
Amma ki, söz verdin,
Əmrini bildirdin,
Əmrini bildirdin!
Çünki sən söz verdin!
Ə m i r (söz ilə)--Vəzir, nə etməli? Bir çarə tap!
V ə z i r--Əmir sağ olsun, sən Zeyddən qırx gün möhlət istə, bəlkə bu qırx günün
ərzində bir əlac tapaq.
Ə m i r (şad olur)--Doğru deyirsən, vəzir. Cağırın Zeydi?!... Bəlkə bu qırx gündə
bir əlac tapılsın. (Zeyd daxil olur).
__________________Milli Kitabxana___________________
147
Ə m i r--Zeyd, mənim sözüm əmir sözüdür, onda xilaf ola bilməz; Leylanı sənə
verərəm. Lakin sən mənə qırx gün möhlət ver, sonra Leylanı apar.
Z e y d--Mərhəmət və iltifatın, Əmir, artıq olsun! Baş üstə, mən qırx gün
gözlərəm.
Ə m i r--İndi mürəxxassən (Zeyd baş əyib gedir).
(M u s i q i)
Ə m i r--
Nökərimdən, nökərimdən möhlət aldım, çünki mən söz vermişəm.
Verdiyim sözlərdə mən daim vəfadar olmuşam.
H a m ı--
Çox çətin məsələ,
Həlli onun müşkül,
Həlli onun müşküldür.
Zeydi rədd eyləmək
Hər bir şeydən yüngül,
Hər bir şeydən yüngüldür,
Amma ki, söz verdin,
Əmrini bildirdin,
Əmrini bildirdin!
Çünki sən söz verdin!
Ə m i r və h a m ı durub gedirlər.
(M u s i q i)
L e y l a gözü yaşlı daxil olur.
L e y l a--
Bu qədər zülmü, fələk, sən ki, rəva gördün mənə,
Təqsirim nəydi mənim, aya, nə etmişdim sənə?
Zülm ilə aldın əlimdən yarımı, qıydın ona,
Təqsirim nəydi mənim, aya, nə etmişdim sənə?
__________________Milli Kitabxana___________________
148
Qaldı yolda gözlərim, canım, ənisim gəlmədi,
Çünki Leyladır adım, səhrada Qeysim gəlmədi;
Eylədin zayil ümidim, verdirdin həsrət mənə,
Təqsirim nəydi mənim, aya, nə etmişdim sənə?
(ağlayır).
PƏRDƏ
BEŞİNCİ PƏRDƏ
Əmirin hamankı s a r a y ı n d a vaqe olur, Səhnəda v ə z i r ilə B ə k i r d i r.
Pərdə qalxır.
V ə z i r--Qırx gün keçdi.... Bu gün vədə tamamdır. Zeyd gələcəkdir, amma biz
bir əlac tapa bilmədik ... hiyləgər Zeyd Əmirin sözündən asıldı özünə yol tapdı.
Harun isə ... ax, Harun, Harun! Kim bilir, davadamı öldürdülər, ya Zeydin namərd əli
ilə qətl oldun. (Fikrə gedib, sonra Bəkirə tərəf yönəlir). Bəkir! Doğrusunu söylə,
yoxsa həm bu dünyada və həm o dünyada şədid cəzalara düçar olarsan! Harunu
davada öldürdülər, yoxsa?...
B ə k i r (başını aşaqı salır)--Vəzir sağ olsun, davada öldürdülər.
V ə z i r--Davada! Hansı davada? Bəs Rəhmanı?
B ə k i r--Onu da öldürdülər!
V ə z i r--Amma, bil, Bəkir! Nahaq tökülmüş qan yerdə qalmaz! (Tez dönüb
çıxır).
B ə k i r (tək)--Vəzirin gözünə düz baxa bilmirəm. Vicdanım özümü incidir,
deyim, deməyim? Kim bu sirri aça bilər? Harun ölübdür, Rəhman ölübdür.... (Qəti
surətdə). Yox! Demərəm. (Dönüb bu da tez çıxır).
Bu halda L e y l a qara geyimli, gözü yaşlı, zəif, pərişanhal, iftan və xizan daxil
olub oturur, bədə əllərini yuxarı qalxızıb minacat diləyir.
(M u s i q i)
L e y l a--
Ya ilahi, ya ilahi!
Bir ölüm ver, canımı qurtar əzabi-hicrdən,
Bir dəqiqə rahatım yox dərddən, min fikrdən.
__________________Milli Kitabxana___________________
149
Heç rəvadırmı ki, Harundan sonra mən sağ qalam,
Ol şəhidi ticikən, mən həm əsiri-dam olam.
Ağlayır; bədə birdən fikrinə düşür ki, qırx gün keçibdir və Z e y d gələcəkdir.
L e y l a (söz ilə hövlnak)--Ax, qırx gün keçdi.... Bu gün vaxt tamamdır, Zeyd
gələcəkdir! (Daha hövlnak). Yox, yox! Mən özümü xilas edərəm.
Belindən xəncərini çəkir və oxuyur.
Çünki yox başqa əlacım, var ümidim bir sənə,
Mərhəmət eylə, a xəncər! Tez əcəl göndər mənə!
(Yanıq ilə), Gəl, gəl, Zeyd! (Lakin yenə sustalıb,Harunu yad edir).
Bir bu qədri dərd içində könlümü məsrur edən,
Bir odur ki, tez ölüm, ta kim, görüm Harunu mən.
Çatmadıq çün biz murada bu cahani-fanidə,
Axirətdir aqibət hər yarı yara vəsl edən.
Bu yerdə Ə m i r və h a m ı daxil olub, L e y l a n ı nalan görürlər.
H a m ı--
Bəsdir, Leyla, bunca möhnət,
Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)
Qismətdir bu, keçdi müddət,
Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)
T ə k q ı z l a r--
Ax, necə etmək, ax, necə etmək?
Bax, yola getmək, başqa da çarə yox! (2 dəfə)
H a m ı--
Allahdandır çün bu işlər,
Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)
Səbr et, səbr et söyləmişlər;
Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)
__________________Milli Kitabxana___________________
150
T ə k q ı z l a r--
Ax, necə etmək, ax, necə etmək?
Bax, yola getmək, başqa da çarə yox! (2 dəfə)
H a m ı--
Bəsdir, Leyla, bunca möhnət,
Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)
Qismətdir bu, keçdi müddət,
Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)
Ə m i r--
Qismətin buymuş, qızım, yox çarəmiz təğyir edək,
Biz gərək daim bizə qismət olan yolla gedək.
L e y l a--
Ax, ata, bil sirrimi: Haruna aşiqdir qızın!
Aşiqi etmiş bu yarın halətin, fikr et özün!
Ə m i r--
Gər desəydin sən qabaq: Haruna ver, ata, məni,
Bil, yəqin Haruna, Leyla kim, verərdim mən səni.
L e y l a--
Oldu Harunum şəhid, söz vermisən həm Zeydə sən,
Qoy olum qurban, sözün ver, ver ... gedim ol Zeydə mən,
(Ağlayır).
H a m ı--
Bəsdir, Leyla, bunca möhnət!
(Necə ki, qabaqda var, axıra kimi).
__________________Milli Kitabxana___________________
151
(M u s i q i)
Ə m i r əyləşir. Hər kəs öz məqamında durur. Bu əsnadə Z e y d daxil olur.
Z e y d--
Qırx gün keçdi,
Qırx gün keçdi.
Leylanı aparmağa gəldim,
Leyla, Leyla!
Sevdim, billah, ah!
Sevdim, sevdim səni, Leyla!
Ə m i r--Zeyd! Əmirin sözü sözdür.... Apar, apar Leylanı. (Zeyd baş əyir).
L e y l a (rişxənd ilə)--Gəl, gəl, Zeyd! Mən hazıram! (Zeyd Leylaya tərəf hərəkət
edərkən). Apar Leylanın nəşini!
Xancərini çəkir və qalxızır ki, sinəsinə çaxsın, bu halda qapılar açılır, H a r u n
daxil olur və tez L e y l a n ı n qolundan tutur. Bu əhvalat hamını mat və məəttəl
qoyur; elə ki, bir neçə saniyə heç kəsdə söz deməyə ixtiyar olmur. Leyla heyran,
təəccüb, sürur və xof ilə yavaş-yavaş dönərək Haruna baxır və bunun Harun
olduğunu yəqin edib qışqırır.
L e y l a--Harun!
Ürəyi gedir. İndiyə qədər gözləri bərəlmiş və Haruna təəccüb ilə baxan Z e y d,
axır özünə gəlib qaçmaq istərkən H a r u n cəld onun qolundan yapışır və deyir:
H a r u n--Dayan, namərd qatil! Qaça bilməzsən!
Ə m i r (təəccüblə)--Harun, sən qəbirdən dirilib gəldinmi?
L e y l a şadlığından ağlayır.
H a r u n--Əmir sağ olsun! Qəbirdən dirilən kimi olmuşam, lakin allahın
mərhəməti üstümdə çox imiş!
Ə m i r--Bəs söylə bu nə əhvalatdır!
__________________Milli Kitabxana___________________
152
H a r u n--Mən düşməni məğlub edib qayıdarkən, bu məlun hiylə ilə qoşunu
ötürüb, öz gizli qatilləri ilə üzərimə hücum etdi. Adamlarımı və Rəhmanı öldürüb,
məni də ağır yaralar ilə yıxdılar!
Ə m i r--Səbəb?
H a r u n--Səbəbini qızın Leyladan soruş!
Ə m i r--Harun, Leyla mənə söylədi ki, sənə aşiqdir. Sən də ona aşiqsənmi?
(M u s i q i)
H a r u n--
Ax, Əmir! Leylanı mən canımdan artıq sevmişəm,
Sevmişəm, bu yolda həm min cür cəfalar görmüşəm.
(Leyla ilə bir yerdə).
Sevmişik bir-birimizi, olmuşuq bir təndə can,
Olma razı, ey Əmir, kim, ayrılıq, ah, əlaman!...
(M u s i q i)
Ə m i r (dəbdəbə ilə)--
Olun agah, qızım Leylanı mən verdim bu Haruna,
Gərək qırx gün-gecə şadlıq edək hər növü hər gunə.
H a m ı--
Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox,
Həm ədalət, həm səxavəq, həm şücaət səndə çox! (2 dəfə)
Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox,
Həm ədalət, həm səxavət, həm şücaət səndə çox!
Canü başdan keçməyə hazırıq biz, bil,
Ömr versin allahım, çox yaşasın il,
Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə)
Canü başdan keçməyə hazırıq biz, bil,
Ömr versin allahım, çox yaşasın il;
Həm ədalət həm səxavət, həm şücaət səndə çox! (2 dəfə)
Z e y d--
Öldürün, öldürün,
Qoy yetim mən öz cəzama! (2 dəfə)
__________________Milli Kitabxana___________________
153
Öldürün, öldürün,
Böylə lazımdır mənə!
H a m ı--
Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox,
Həm ədalət, həm səxavat, həm şücaət səndə çox! (2 dəfə)
PƏRDƏ
__________________Milli Kitabxana___________________
154
RÜSTƏM VƏ SÖHRAB
(Firdovsidən)
Dörd məclisli opera sayağında yazılmış bir dramdır
ƏFRADİ ƏHLİ-MƏCLİS
R ü s tə m - məşhur İran pəhləvanı, 40 yaşında
S ö h r a b - onun oğlu, 15 yaşında
T ə h m i n ə - Rüstəmin övrəti, Səməngan padşahının qızı, 20 yaşında
S ə m ə n g a n padşahı-45 yaşında
K e y k a v u s- İran padşahı, 45 yaşında.
H ü c e y r-əsir, 35 yaşında
Vəxirlər, qoşun, xor və qeyriləri
__________________Milli Kitabxana___________________
155
ƏVVƏLİNCİ MƏCLİS
Vaqe olur Səməngan padşahının evində. Padşah oturub, vəzirlər də yanında. Bu
əsnada bir qoşun nəfsri daxil olub rast oxuyur.
Bir nəfər
Sağ olsun padşahımız çox
Xəbər gəldi qarovuldan
Budur bir pəhləvan tənha
Gəlir dağda bizə sarı (sükut)
Əlində tıgü burrandır
Oolunda qanlı qalxandır.
Devirlər kı, bu surətlə
Ki Rustəm pəhləvandır o.
(Hamısı bir yerdə oxuyurlar. M u s i q i)
Xor
Əyər Rustəmsə o,
Əyər Rustəmsə o,.
Bizə yoxdur aman
Nədir qəsdi onun
Ki tək-tənha gəlir.
(Padşah rast oxuyur.)
Padşah
Yığılsın hər nə var əsgər
Düzülsün həm qoşun səf-səf
Gərək Rüstəm cəlal ilə
Qəbul olsun imarətdə.
(Padşalı və hamısı gedirlər. Sonra Təhminə daxil olub "Bayatı-Şiraz" oxuyur.)
T ə h m i n ə
Arslan simalı yar eşqilə xumar olmuşam,
Rüstəm adlı arslana aşiqi zar olmuşam,
__________________Milli Kitabxana___________________
156
Etməyə nəzara bülbül tək güli ruxsarına
Ah həsrətlə dəmadəm didə xumbar olmuşam.
Ey təbibi-haziqim gəl bir dəva qıl dərdimə
Yox əlac sənin eşqində bimar olmuşam.
Ey səbah, cənanının ver bir suraği zülfünü
Lütf qıl billah əsiri-eşqi dildar olmuşam.
(Təhmina gedir. Marş çalınır. Rüstəm və qeyriləri daxil olur.)
Xor
Xoş gəldin bizə Rüstəm, xoş gəldin sən (2)
Bizləri eylədin sən sərəfraz (2)
Bir belə sən bizə etdin lütfi təvazöh
Xoş gəldin bizə Rüstəm, xoş gəldin sən. (2)
(Rüstəm rast oxuyur.)
Rüstəm
Mənəm Rüstəm ki qeyzimdən bütün məxluq
lərzandır
Atam seyf, anam qalxan, məkanım qanlı
meydandır
Şərabım ruzi dəvada olur düşmənlərin qanı
Kəməndimdən xilas olmaz əgər kim şirigərrandır
Küdurətlə dolub qəlbim itibdir
Rəxş rəxşanım
Mənə hər kəs xəbər versə ona bezmim
firavandır.
(Təsnif)
Rəxşim, Rəxşim şiri-jəyanım
Sənsiz olmaz rahat canım Raxşim,
Rəxşim ahu maralım
Sənsiz gəlməz səbrü qərarım.
Xor
Hər yerdə dəvadəsən
Düşmənlərə qalibsən
__________________Milli Kitabxana___________________
157
Heç kəsə olmaz kim cürət, Rəxşim, Rəxşim (2)
Canın edə bəxş, canın edə bəxş.
P a d ş a h
Gəl ey aləmdə fərzane
Ki sənsiz gəlmişik canə
Bizim bu bezmi-şahanə
Səfa goldiıı, səfa Rüstəm
Nədən tərk etdin
İranı Diyarı qürbətə gəldin
Şücaət qeyrətin kanın
Dilirü əjdaha Rüstəm
Əgər sən olmasan İran
Yəqin eylə olur viran
Bizə gəl olginən mehman Sərvi vəfa Rüstəm.
(M u s i q i)
Xor
Sənə yoxdur heç kəs
Ola büsiıı həmta
Girə bilsin cəngə
Meydana tək-tənha.
(M u s i q i)
Budur işdə meydan.
(M u s i q i)
Düzəlibdir min can
Hər biri bir arslan.
(M u s i q i)
Edə bilməz heç kəs cürət
Qədəmin qoysun. (2 dəfə)
__________________Milli Kitabxana___________________
158
Rüstəm
İtibdir Rəxşi Rəxşanım
Ki qəmdən inciyib canım
Gərək Rəxş olsun
Ki etsin canımı rahət.
Padşah
Bütün dünyanı axtarram
Sənin Rəxşini tapdırram
Günahkarın başın vurram
Nədir qəm çəkməyə hacət.
Gedək biz Rəxş dalınca
Sən ol rahət bu İranda
Tapıb Rəxşi gətirdirrəm
Əyər olmuşsa hər yanda.
(M u s i q i)
Xor
Sənə yoxdur heç kəs
Ola bilsin həmta
Girə bilsin cəngə
Meydanə tək-tənha.
Rüstəm
Budur iştə meydan. (2)
Xor
Budur İştə meydan.
Rüstəm
Düzülübdür min can.
Xor
Düzülübdür min can
Hər biri bir arslan.
__________________Milli Kitabxana___________________
159
Rüstəm
Edə bılməz heç kəs cürət
Oədəm qoysun.
Xor
Edə bilməz hcç kəs cürət
Qədəmin qoysun.
(Hamısı gedirlər, Rüstəmi yuxu tutur, Təhminə yavaş-yavaş daxil olub kürd-şahnaz
oxuyur.)
Təhminə
Bəski dərdi, qəmi eşqində pərişan oldum
Pəhləvanım, belə axir ürəyi qan oldum.
Hər gələn söylədi avareyi nami nəsəbin
Mən də nadidə sənə aşiq nalan oldum
Həsrətin canda çəkirdim, neçə vaxt yarım
Şimdi görcək səni pek valehi heyran oldum
Dedilər adını Rüstəm mənə təsir etdi
Bənd olub adına kim həsrəti didar oldum.
Təsnif
Aldı məni eşqi dərdi saldı bir müşkül işə
Olmadı bir çarə səndən yandı qəlbim atəşə (2)
Görməmişdim aşiqindim gönmüşəm kim qurbanın
Getdi əldən tabü taqət yandı canım atəşə (2)
Dur əlac et mən fəqjrə qoyma zari giryanam
Dut əlimdən qoyma zinhar yandı canım atəşə.
(Rüstəm oyanıb təəccüblə baxıb şur ilə oxuyur.)
Rüstəm
Kimsən ey meh, belə xurşid kimi rəxşansan
Mənə bu şihridə bir canalıcı canansan
Gər desəm huri sənə huri yer üzrə olmaz
__________________Milli Kitabxana___________________
160
Ya pərisən sən haşa demərəm insansan
Vəh nə ziba nə gözəl ahu baxışlı dilbər
Bu vacahətlə yəqin padşahi xubansan
De adın bircə mənə getdi qəranın əldən
Mən sənə valehi şeyda nə sən heyransan
(Təhminə simayi-şəms oxuyur.)
T ə h m i n ə
Sənə cy şiri jəyan sevgili bir dildaram
Aşiqi namin olub eşqinlə xumbarım
Şükr lillah səni gördüm ürəyim şad oldu.
Möhnəti hicri çəkib vəslinə minnətdaram.
Rüstəm
Mənə sən aşiq olubsan, bunu bildim söylə
Kimsən a, mənzilimə sən necə gəldin söylə.
Təhminə
Mənəm ol şah qızı ismim kim
Söyləyir bər bilən amma yüzmi kimsə
Görməyibdir görə bilməz sən ancaq Rüstəm
Eylədim faş bu sirri bunu əfv eylə mənə.
(Təhminə - təsnif oxuyur, yıxılıb diz üsle)
Elə gəl Rüstəm sən məni qəbul (2 dəfə)
Rədd etmə Təhminəni sən.
Layiq bilməsəm gər özümü mən (2)
Qoymaram olam mən məqbul.
Rüstəm
Dur ayağa ey nazlı dilbərim
Eyləmə məni xəcalət.
Milli Kitabxana
(qucaqlaşırlar)
Qoy mən sənə öz canımı verim (2)
Söz söyləməyə nə hacət. ( Bazubəndi verir.)
Rüstəm (şur ilə)
Budur Təhminə məndən bu bazubəndi
al saxla
Əyər oğlan əta olsa onu bazusuna bağla
Əyər davada mən görsəm bu bazubəndi bir
kəsdə
Odur oğlum deyib bağrıma basmaqdır
xəyalımda.
(İkisi bir yerdə təsnif oxuyurlar.)
Allah eyləsin o günlər olsun (2 dəfə)
Qəlbimiz şadlıq ilə dolsun. (2 dəfə)
(Qucaqlaşıb qalırlar.)
PƏRDƏ
Dostları ilə paylaş: |