Üzeyir hacibəYLİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix01.12.2016
ölçüsü2,34 Mb.
#541
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

BEŞİNCİ PƏRDƏ 

 

 



B i r i n c i  c a r ç ı-- 

 

Ya əyuhənnas! Ya əyuhənnas! 



Bu gün meydanda kəsilir üç baş! 

 

İ k i n c i  c a r ç ı-- 



 

Ya əyuhənnas! Ya əyuhənnas! 

Bu gün meydanda kəsilir üç baş! 

 

Ü ç ü n c ü  c a r ç ı-- 



 

Ya əyuhənnas! Ya əyuhənnas! 

Bu gün meydanda kəsilir üç baş! 

 


__________________Milli Kitabxana___________________ 

216 


 

X o r-- 


 

Gündə-gündə baş kəsilməz,  

Xanlar qandan doymaq bilməz!  

Rədd olsun, batsın zalım xan!  

Rədd olsun bəy, rədd olsun xan!  

Rədd olsun bəy, rədd olsun xan! 

 

Ə y a n l a r-- 



 

Olsa xain xana hər kəs-- 

Ya ölüm var, ya da məhbəs.  

Məhv edilsinlər. 

 

X o r-- 


 

Gündə bir baş, gündə bir qan,  

Qatil insan, zalım insanlar.  

Rəiyyət təngə gəldi,  

Məhv edildi, talan edildi. 

 

Ə y a n l a r-- 



 

Olsa xain xana hər kəs-- 

Ya ölüm var, ya da məhbəs. 

Bir də sizdən çıxmasın səs,  

Oğru bidinlər! 

 

X o r-- 



 

Gündə bir baş, gündə bir qan,  

Qatil insan, vəhşi insan.  

Bu rəiyyət təngə gəldi,  

Məhv edildi, talan edildi. 

 

Ə y a n l a r-- 



 

Gətirin o məlunları, 

Vurulsun boyunları! 

Qəzəbdir tutan onları, cəzalansınlar! 

 


__________________Milli Kitabxana___________________ 

217 


 

X o r-- 


 

Gəl rəhm et, ey xan, bu cavanlara,  

Rəhm et  bunlara, öldürmə!  

Gəl rəhm et, ey xan, sən rəhm eylə, 

Gəl rəhm et bunlara, öldürmə! (2 dəfə) 

 

Ə y a n l a r-- 



 

Etsə hər kəs xana üsyan,  

Məhv edilsin, vəssalam! 

 

X o r-- 



 

Bir gün olsun kütlə çoşsun,  

Sizdən alsın intiqam. 

 

E h s a n  p a ş a-- 



 

Bu gündən bircə insan 

Xana qarşı etsə üsyan, 

Ya ölüm var, ya da zindan! 

Əfv edilməz xain insan! 

Verməriz biz bir də fürsət 

Çıxsın üsyanlar,Xəyanətpərvər insanlar

Bu yolsuz, oğru nadanlar, 

Bu cahil, bu qudurğanlar, 

Kəsilsin, məhv olunsunlar! 

Xəyanət çıxsa bir kəsdən, 

Əlindən, ya dilindən, 

Məhv edilsin, məhv edilsin, məhv edilsinlər! 

 

Ə y a n l a r-- 



 

Etsə hər kəs xana üsyan,  

Məhv edilsin, vəssalam! 

 


__________________Milli Kitabxana___________________ 

218 


 

X o r-- 


 

Bir gün olsun, kütlə coşsun,  

Sizdən alsın intiqam. 

 

İ b r a h i m  x a n-- 



 

Bu gündən bircə insan 

Xana qarşı etsə üsyan, 

Ya ölüm var, ya da zindan! 

Əfv edilməz xain insan! 

Verməriz biz bir də fürsət 

Çıxsın üsyanlar, 

Xəyanətpərvər insanlar, 

Bu yolsuz, oğru nadanlar, 

Bu cahil, bu qudurğanlar, 

Kəsilsin, məhv olunsunlar! 

Xəyanət çıxsa bir kəsdən, 

Əlindən, ya dilindən, 

Məhv edilsin, məhv edilsin, məhv edilsinlər! 

 

Ə y a n l a r-- 



 

Olsa xain xana hər kəs-- 

Ya ölüm var, ya da məhbəs, məhv edilsinlər! 

 

X o r-- 



        

Gündə bir baş, gündə bir qan!  

 

H ə s ə n  x a n-- 



        

Etməsinlər bir də üsyan!  

 

X o r-- 


 

Bu rəiyyət təngə gəldi,  

Məhv edildi, talan oldu.  


__________________Milli Kitabxana___________________ 

219 


 

Zalım, zalım, qatil xanlar,  

Vəhşi xanlar, qanlı xanlar! 

 

H ə s ə n   x a n-- 



 

Sənə mən əmr edirəm, İbrahim xan,  

Bu saatda gərək boşalsın meydan! 

Gedib camaatı qovun hər nə var,  

Düzəltsin qoşunlar poladdan hasar! 

Divani-ədalət qurulsun bu gün!  

Boynu vurulsun xainlərin bu gün!  

Əvvəlcə Nigarın başı kəsilsin,  

Xanın ədalətin aləm bilsin! 

 

X o r-- 



 

Zalım, zalım, zalım, qatil xanlar,  

Vəhşi xanlar, qanlı xanlar! 

 

İ b r a h i m  x a n-- 



 

Cəllad başı, tez ol, hökmü et icra,  

Ən əvvəl bu işi Nigardan başla! 

 

Q ı z l a r  x o r u-- 



 

Ax ... yazıq, bədbəxt Nigar! 

Nigar, Nigar, Nigar! 

Onu apardılar başını kəsməyə! 

Afərin! Afərin! 

Öldür, öldür, öldür, öldür, 

Qoy düşmən ölsün, qoy düşmən ölsün! 

Ölsün, ölsün, ölsün, ölsün, ölsün! 

 

X o r-- 


      

Zəfər bizimdir, Nigarı etdin xilas!  

 


__________________Milli Kitabxana___________________ 

220 


 

K o r o ğ l u-- 

 

Sevimlim, sevgilim, ayrı düşdün məndən,  



Ax, Nigarım, gülüzarım,  

Qanlı düşmən eylədi qəsd,  

İntiqamın alsın səndən, 

Uçmuşam quş kimi, özümü yetirdim. 

 

N i g a r-- 



 

Bu xalqı sən eylədin azad, azad, 

Xalqa sən olmusan ən əziz qəhrəman, qəhrəman! 

 

K o r o ğ l u-- 



 

Məni yaşatdı, məni böyütdü 

Bu qəhrəman xalqım mənim! Yaşa!... 

                       

R ə q s.  

 

X o r-- 



 

Nə şənli, şənli bayram,  

Nə şənli əyyam, yaşa, yaşa!... 

Koroğlu qəhrəman, qəhrəman!... 

 

SON 


 

__________________Milli Kitabxana___________________ 

221 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Musiqili 

komediyalar 

__________________Milli Kitabxana___________________ 

222 


 

__________________Milli Kitabxana___________________ 

223 


 

ƏR VƏ ARVAD 

 

 



3 PƏRDƏLİ OPERETTA 

 

 



İŞTİRAK EDİRLƏR 

 

K ə r b ə l a y ı  Q u b a d--40 yaşında. 



K ə r b ə l a y ı  Q u b a d ı n  k ə n d d ə k i  q o c a  a r v a d ı. 

M ə r c a n  b ə y--cavan. 

M i n n ə t  x a n ı m--onun  arvadı.        

G ü l p ə r i--qulluqçu. 

S ə f I--nökər. 

Q e y r i  n ö k ə r l ə r, t a r z ə n, x a n ə n d ə, x o r  v ə  q e y r i l ə r i. 

 

 

 



 

__________________Milli Kitabxana___________________ 

224 


 

BİRİNCİ PƏRDƏ 

Vaqe olur M ə r c a n  b ə y i n otağında; otaq Avropa qaydasında düzəlmişdir. 

Musiqi çalınır. M ə r c a n  b ə y tək; pərdə qalxır. 

 

M ə r c a n  b ə y-- 



Mən bir kişiyəm, düşmüşəm arvadın əlinə, (2 dəfə)  

Əldən qoya gər dolayacaq məni dilinə, (2 dəfə)  

Bəs mən nə edim kim, qurtarım böylə bəladan;  

Təxlisi-giriban eləyim cövri-cəfadan. (2 dəfə) 

 

(M u s i q i) 



 

Allah səni vursun, belə arvad, belə arvad! (2 dəfə)  

Kim etdi səni mən fəqirə tuş, a bədzad? (2 dəfə)  

Saldı çatını dar boğazıma, məni boğdu,  

Eylədi mənim zəhmətimi on dəfə min qat. (2 dəfə) 

 

(M u s i q i) 



 

Nəzr eyləmişəm, iş düşə arvadı boşayam, (2 dəfə) 

Çünki başqa əlacı yoxdur, boşamasam çatlaram. 

Heç bilmirəm, amma, nə kələk mən gəlim ona, (2 dəfə) 

Tərs kimi, kəbin pulu da beş min manat yazılıb. 

Bəs mən nə edim kim, həmi arvadı boşayım, 

Həm də kəbin pulu cibimdə qalsın, 

Həm də yenə bir arvad alım, sözümə baxsın. (2 dəfə) 

 

M i n n ə t  x a n ı m (tələsik daxil olur)--Bu saat mənə de gorum, udmusan, 



yoxsa uduzmusan?... Tez ol! 

M ə r c a n  b ə y (özünü itirib)--Udmuşam! Yox.... Belə uduzmuşam! Yox, mən 

qumar oynamamışam ki, udam, ya uduzam, əvvəla. İkiminciyə qalan yerdə, çox da 

udmuşam, ya çox da uduzmuşam, sənə nə? 

M i n n ə t  x a n ı m  (qeyzlə)--Mənə nə? Mənə nə?... 

M ə r c a n  b ə y   (lap özünü itirir)--Məsələn deyirəm! 

M i n n ə t  x a n ı m--Çıxart bu saat cibindəki pulları mənə ver! 

M ə r c a n  b ə y--Əcəb ekspropriatorsan, "ruki verx"!  

M i n n ə t  x a n ı m--Tez ol, işim var! 

M ə r c a n  b ə y--İşin var, get işinə! Ancaq məndən əl götür. Cibimdə beş-altı 

şahı var, o da özümə lazımdır. Bu gün müsəlman qəzetəsi alıb oxuyacağam. Daha 

bundan sonra mən millətpərəst olmuşam. 



__________________Milli Kitabxana___________________ 

225 


 

M i n n ə t  x a n ı m--Bura ver pulu! Mən özüm aldıraram, oxuyarsan. 

M ə r c a n  b ə y--Minnət! Sənin bu cürə hərəkətin çox pis hərəkətlərin birisidir. 

Heç bilirsən bu cürə  hərəkətlərin adına rusca nə deyirlər? Bu hərəkətlərə deyirlər: 

vmeşatelstvo vo vnutrennie dela, yəni mənim öz məxsusi işimə  sən qarışırsan. 

Qoymursan ki, mən öz işimi özüm görüm. Canım, mən səni aldım ki, mənə arvad 

olasan, nəinki üstümdə  qəyyum! Mənə  qəyyum lazım deyil. Allaha şükür, həddi-

büluğa çatmışam, ağlım başımdadır. Özüm də camaat arasında sayılan bir kişiyəm; 

belə olan surətdə sənin nə haqqın var ki, mənim cibimə girəsən? 

M i n n ə t  x a n ı m--İndi beləmi, Mərcan?! Beləmi? Çox əcəb! Zərər yoxdur. 

Bir də sən məndən pul istəsən, onda özün bil! Xudahafiz! 

 

(Tez gedir.) 



 

M ə r c a n  b ə y--De görüm, ay camaat! Tutubdur ki, gərək ciblərini soyam. Bu 

nə kələk idi mən ozumu sald?m, ay camaat!... Bu nə kələk idi? Pulun ola, malın ola, 

amma arvad sənə göz verə, işıq verməyə? 

 

(M u s i q i) 



 

Nəzr eyləmişəm, iş düşə arvadı boşayam, (2 dəfə) 

Çünki başqa əlacı yoxdur, boşamasam, çatlaram. 

Heç bilmirəm, amma, nə kələk mən gəlim ona, (2 dəfə) 

Tərs kimi, kəbin pulu da beş min manat yazılıb. 

Bəs mən nə edim kim, həmi arvadı boşayım, 

Həm də kəbin pulu cibimdə qalsın. 

Həm də yenə bir arvad alım, sözümə baxsın. (2 dəfə) 

 

M u s i q i: tarda şur çalınır, K ə r b ə l a y ı  Q u b a d  daxil olur. 



 

K ə r b ə l a y ı  Q u b a d--Səlamünəleyküm. 

M ə r c a n  b ə y--Ay əleyküməssalam. 

K ə r b ə l a y ı  Q u b a d--Ağanın kefi-əhvalı necədir? 

M  ə r c a n  b ə y--Sağ olasan, Kərbəlayı, çox yaxşıdır. (Kənara). Başıma bir 

yaxşı fikir gəlibdir, görüm mənim arvadımı bu kişi ala bilərmi? 

 

(M u s i q i) 



 

M ə r c a n  b ə y--Kəblə Qubad, gəl bəri!  

K ə r b ə l a y ı  Q u b a d--Baş üstə, baş üstə.  

M ə r c a n  b ə y--Bir qulaq ver sən mənə!  

K ə r b ə l a y ı  Q u b a d--Baş üstə, baş üstə.  


__________________Milli Kitabxana___________________ 

226 


 

M ə r c a n  b ə y--Mən sənə söz söyləyim.  

K ə r b ə l a y ı  Q u b a d--Sən buyur, sən buyur. 

 

M ə r c a n  b ə y diqqətlə K ə r b ə l a y ı  Q u b a d ı n üzünə baxır. 



 

M ə r c a n  b ə y--Mənə bir söylə görüm, Kərbəlayı Qubad, Qubad, neçə dənə 

arvadın var, ay neçə dənə arvadın var? Tez söylə görüm! 

K ə r b ə l a y ı  Q u b a d--Bir danə! 

M ə r a d a n b ə y--Tək bircə danə? 

K ə r b ə l a y ı  Q u b a d--Bir danə. 

 

M ə r c a n  b ə y-- 



Bəs necəsən, Kablayı, sən?  

Bəs necəsən, Kablayı, sən!  

İstəyirsənmi sənə bir danə arvad alım, ay!  

Özü dövlətli ola! 

 

K ə r b ə l a y ı  Q u b a d--Özü  dövlətli ola?...  



M ə r c a n  b ə y--Yaxşı pulu var, dövləti var! 

 

K ə r b ə l a y ı  Q u b a d-- 



Yaxşı pulu var, dövləti var? 

Al, sənə mən qurban olum. (2 dəfə) 

M ə r c a n  b ə y--Kərbəlayı Qubad! Sən özün bilirsən ki, bir arvad ilə kişinin 

ömrü keçməyir; ona görə kişiyə heç olmasa iki danə arvad lazımdır. Belədir, belə 

deyil?... 

K  ə r b ə l a y ı  Q u b a d--Doğrudan da, mənim də  ağlım kəsir ki, iki arvad 

salahdır. Əlbəttə, kişinin hər bir ləvazimatı iki olsa dəxi yaxşı olar. Buna kimin bir 

sözü ola bilər. 

M ə r c a n  b ə y--Yox, məndən sənə əmanət! Arvadını həmişə iki saxla, kişi olan 

şəxsin arvadı  gərək qoşa ola və "Molla Nəsrəddin" jurnalı  əbəs yerə bu barədə 

danışmır. 

K ə r b ə l a y ı  Q u b a d--Belə görürəm ki, bəy, fərmayişatın hamısı doğrudur. 

Məsələn, mənim, üzüm ayağının altına, eyb olmasın, bir danə arvadım var; özü də 

kənddə; deməli, mən şəhərdə lap tək qalmışam. Əlbəttə, əgər bir arvadım da şəhərdə 

olsa idi, heç halıma təfavüt eyləməzdi. Halbuki indi halıma bərk təfavüt eyləyir. Bəy, 

təvəqqə eyləyirəm ki, bu biədəb sözlərimi bağışlayasınız. 

M ə r c a n  b ə y--Zərər yoxdur, doğru sözdür ki, danışırsan. İndi mən özüm də 

niyyət eyləmişəm ki, iki danə arvad alam, indi mən istəyirəm ki, əvvəlcə öz arvadımı 

boşayam; çünki mən bu arvadı heç istəmirəm. 

K ə r b ə l a y ı  Q u b a d--İstəmirsən, boşa! Daha nəyə məəttəlsən? 



__________________Milli Kitabxana___________________ 

227 


 

M ə r c a n  b ə y--Boşaram. Ancaq iş burasındadır ki, qabaqda axmaqlıq edib, 

kəbin pulunu beş min manat yazdırmışam. 

K ə r b ə l a y ı  Q u b a d--Əcəb sözdür, kəbin pulu nədir, zad nədir? Bir-iki dəfə 

üzünə baxma, inciyib onda özü deyər ki, kəbinim halal, canım azad. 

M ə r c a n  b ə y--Vallah, onun özü məni o qədər incidib ki, az qalmışam özüm 

deyəm ki, kəbinim halal, canım azad, məndən əl çək.... (Bu əsnada qapıdan səs gəlir). 

Dur gedək o biri otağa, burada bizi pusarlar. 

 

Gedirlər; M i n n ə t  x a n ı m daxil olur. 



 

M i n n ə t  x a n ı m-- 

Mənim adım Minnətdir; 

Yerim burda cənnətdir. 

Təzə ayı gördükdə 

 

Mənə baxmaq sünnətdir. (2 dəfə)  



Gəl məni gör, dərdimdən öl!  

Mənim adım Minnətdir;  

Gəl məni gör, dərdimdən öl!  

Yerim burda cənnətdir. 

 

(M u s i q i) 



 

Sizə doğrusun deyim,  

Ərimin  başı  yoxdur.  

Ağlı yoxdur axmağın,         

Qədrimi bilmir, bilmir. (2 dəfə)  

Gəl məni gör, dərdimdən öl!  

Mənim adım Minnətdir;  

Gəl məni gör, dərdimdən öl!  

Yerim burda cənnətdir. 

 

(M u s i q i) 



 

Belə fikri vardır kim, 

Məni boşasın, özgəsin alsın. 

Onu bilmir ki, axmaq,    

Belə fikri müşküldür. (2 dəfə)  

Gəl məni gör, dərdimdən öl!  

Mənim adım Minnətdir;  

Gəl məni gör, dərdimdən öl!  

Yerim burda cənnətdir. 


__________________Milli Kitabxana___________________ 

228 


 

(M u s i q i) 

M ə r c a n  b ə y  tez daxil olur 

 

M ə r c a n  b ə y-- 



 

Bu nə səs küydür burda?  

Qonağım vardır orda.  

Səsin düşüb hər yana,  

Çığırırsan, ay ... arvad! 

M i n n ə t  x a n ı m  (gedir  o tərəfə)-- 

Əcəb eyləyirəm mən,  

İstəmirsən, çıx get sən.  

Qulağına pambıq tut,  

Boynuna sal ağ kəfən. (2 dəfə )  

Gəl məni gör, dərdimdən öl!  

Mənim adım Minnətdir;  

Gəl məni gör, dərdimdən öl!  

Yerim burda cənnətdir. 

 

M ə r c a n  b ə y acıqlı-acıqlı çırtıq vurur. 



 

M i n n ə t  x a n ı m--İndi buyura bilərsən. Buyura bilərsən! (Gedə-gedə). Buyur, 

buyur, buyur! 

M ə r c a n  b ə y--Tfu!...  

M i n n ə t  x a n ı m--Tfu!...  

M ə r c a n  b ə y--Tfu!... (Gedir).  

M i n n ə t  x a n ı m--Tfu!... (Gedir.) 

S ə f i (daxil olur)--Tfu!... Süpürək! 

M ə r c a n  b ə y (Kərbəlayı Qubad ilə daxil olurlar)--Tfu!... Balam, gedək o biri 

otağa. (Gedirlər). 

S ə f i--Bu canım ölsün ki, bularda bir kələk var; gedim görüm nə danışırlar. 

 

Gedir dallarınca. M i n n ə t daxil olur və tez yüyürüb  pərdənin dalında  gizlənir. 



 

M ə r c a n  b ə y (daxil olur, dalınca Kərbəlayı Qubad əvvəlki qərar ilə)--Balam, 

orada olmadı, gəl yenə burada danışaq. İndi, Kərbəlayı, mən istəyirəm ki, arvadımı 

boşayam, ona görə də.... 

S ə f i (daxil olur)--Bəy, çay gətirim? 

M ə r c a n  b ə y--Allahu Əkbər! (Çığırır). Gədə, rədd ol! Bir də bu otağa girmə, 

xəlvət sözüm var. (Nökər gedir). Mənim arvadımın kəbin pulu beş min manat eləyir, 

əgər bu beş min manatı....  



__________________Milli Kitabxana___________________ 

229 


 

S ə f i (daxil olur)--Ağa, istəyirsiniz qapıları daldan bağlayım? 

M  ə r c a n  b ə y--Pa atannan, yeri, gədə yiyəsi! A gədə, qoçaq, mən səni 

çağırmayınca sən bu otağa girmə! 

S ə f i--Baş üstə, ağa. (Gedir). 

M  ə r c a n  b ə y (qapılara qulaq asıb, sonra deyir)--İndi mən bilməyirəm ki, 

arvadımı nə tövr boşayım. 

K ə r b ə l a y ı  Q u b a d--Nə qayırım, arvad mənim olaydı, görəydin ki, nə tövr 

boşayırdım. 

M ə r c a n  b ə y--Bu cürə arvadı sən də boşaya bilməzdin. 

K ə r b ə l a y ı  Q u b a d--Xeyr, boşayardım. 

M ə r c a n  b ə y--Yaxşı, nə tövr edərsən? 

K ə r b ə l a y ı  Q u b a d--Onu mən bilirəm, sənə demərəm və bir də mən arvad 

almağın da yolunu bilirəm, boşamağın da, amma siz oxumuşlar o cürə şeyləri dürüst 

bilməzsiniz. Sizin bu cürə səriştəniz olmaz. 

M ə r c a n  b ə y--Yaxşı, sən heç uxajivat eləmisən ki, belə danışırsan? 

K ə r b ə l a y ı  Q u b a d--Eləmişəm, amma bilmirəm ki, uxajivat nədir, çünki 

urusca savadım yoxdur. 

M ə r c a n  b ə y--Kərbəlayı Qubad, indi ki, sən, belə mahir kişisən, gəl bir iş 

eyləyək. 

K ə r b ə l a y ı  Q u b a d--Nə is?... 

M ə r c a n  b ə y--Bax, əgər mən arvadımı boşasam, onda  gərək beş  min  manat 

kəbin  pulu verəm. Amma  əgər sən bir iş görə bilsən ki, arvadım mənə deyə kəbinim 

halal, canım azad və  məndən çıxıb gedə, onda sənə iki  min  manat nəqd pul  

verərəm. Anladınmı  nə deyirəm? 

K ə r b ə l a y ı  Q u b a d--Nə üçün, heyvan ki, deyiləm, yaxşı anlayıram. 

M ə r c a n  b ə y--Bacararsanmı? 

K ə r b ə l a y ı  Q u b a d--Bacararam. Ancaq  bunu  bil ki, iki min manat çox 

azdır. 

M ə r c a n  b ə y--Paho, nə danışırsan? İki min manat iyirmi danə yüzlük eləyir. 



K ə r b ə l a y ı  Q u b a d--Bəy, qorxuram zərər eyləyim, çünki kənddəki arvadım 

çox bədzat şeydir, sən gəl beş yüz manat da artır. 

M ə r c a n  b ə y--Zərər yoxdur, iki min beş yüz manat olsun! 

K ə r b ə l a y ı  Q u b a d--Allah sənə ömr versin, indi, bəy, olmazmı ki, bu işi 

notarius əli ilə eyliyək? 

M ə r c a n  b ə y--Yaxşı, o da mümkündür. Gedək notariusun yanına; ancaq de 

görüm nə tövr edəcəksən? 


__________________Milli Kitabxana___________________ 

230 


 

K ə r b ə l a y ı  Q u b a d--Sən bir iş eylə ki, mən bu otaqda arvad ilə bir dəfə 

görüşüm, vəssəlam. Ondan sonra sənin işin yoxdur. 

M ə r c a n  b ə y--Elə bu?... 

K ə r b ə l a y ı  Q u b a d--Elə bu, vəssəlam.  

M ə r c a n  b ə y--Di onda gedək. (Gedirlər). 

M i n n ə t  x a n ı m (pərdənin dalından çıxır)--Bəs belə, Mərcan, bəs belə; məni 

iki min beş yüz manata satmaq istəyirsən? Ha ... ha ... ha.... Bəs belə, Mərcan! Məni 

iki min beş yüz manata satmaq istəyirsən? İndi görək kim bədzatdır; sən, yoxsa mən? 

(Çağırır). Səfi! Səfi! 

S ə f i (daxil olur)--Nə buyurursan, xanım?  

M i n n ə t  x a n ı m--Gülpərini tez buraya çağır.  

 

N ö k ə r gedir. Musiqi. 



 

G ü l p ə r i (daxil olur)-- 

Nədir dərdin sənin, xanım? (2 dəfə)  

Sənə nə olub, sənə nə olub,  

Sənə nə olub, kefsizsən?   (2 dəfə) 

 

(M u s i q i)  



 

M i n n ə t  x a n ı m-- 

Mənim dərdim var, Gülpəri! 

Sənə söyləyim dərdimi; 

Ona sən bir əlac eylə (2 dəfə) 

Mənim dərdimin dərmanı 

Ərimi aldatmaqlıqdır. 

Mənə nə olub, mənə nə olub,  

Mənə nə olub, bildinmi? (2 dəfə) 

 

Gülpəri, mənim ərim istəyir ki, məni iki min beş yüz manata satsın. 



 

G ü l p ə r i--Buy, allah o cürə ərin başına bir daş salsın! 

M i n n ə t  x a n ı m--Qarğış eləmə. Təqsir ərimdə deyil. 

G ü l p ə r i--Bəs kimdədir? 

M i n n ə t  x a n ı m--Təqsir ərimin başındadır ki, içində beyin yoxdur. 

G ü l p ə r i--Bəs mən də deyirəm ki, başına daş salsın, özünə ki, demirəm. 

M i n n ə t  x a n ı m--Bax, Gülpəri, sabah bura bir kişi gələcəkdir. Onda sən 

üzünü bərk-bərk tutub və burada otur; o kişi başlayacaq səni tovlamağa və 

deyəcəkdir ki, gəl səni alım, onda sən də deginən yaxşı.  


__________________Milli Kitabxana___________________ 

231 


 

Ancaq gərək  ərimdən boşanam sonra.... O kişi sənə  hər nə desə razı ol, 

bacararsanmı? 

G ü l p ə r i--Elə bacararam! Hanı o bəxtəvər  kişi, gəlsin görək. 

M i n n ə t  x a n ı m--Sabah gələcəkdir. Sən bu saat mənə bir qədər kağız ilə 

mürəkkəb və qələm gətir.  

G ü l p ə r i--Bu saat. (Gətirir). 

M i n n ə t  x a n ı m--İndi mən ərimin axmaq başına bir oyun açım ki, özü də 

məəttəl qalsın. 

G ü l p ə r i--Buyur. (Kağız, qələm verir). 

M i n n ə t  x a n ı m--Mən kağız yazıram. (Yazır).  İndi, Gülpəri, sən get 

nökərlərin, qulluqçuların hamısını buraya çağır, gəlsinlər. 

G ü l p ə r i--Bu saat. (Gedir). 

M i n n ə t  x a n ı m--İndi qoy bu kağızı Mərcan bəy oxusun, onsuz da dəli başı 

lap dəli olsun. 

 

Bu əsnada n ö k ə r l ə r, q u l l u q ç u l a r bir-birini basa-basa daxil olurlar. 



Yoğun a ş p a z əlində kəfkir, qolları çirməkli; m e h t ə r əlində xəlbir, üzü samanlı; 

birinin əlində süpürgə, suçiləyən və G ü l p ə r i də gəlirlər. 

 

M i n n ə t  x a n ı m--Ay uşaqlar, bilirsiniz nə var?  



H a m ı--Xeyr, xanım, bilmirik. 

M i n n ə t  x a n ı m--Mənim ərim məni satmaq istəyir. 

H a m ı--Yox, belə iş ola bilməz; bu nə hərəkətdir, bu nə bədnamçılıqdır. 

M i n n ə t  x a n ı m--Amma ... (hamı sakit), mən bir elə iş görəcəyəm ki, məni 

sata bilməyəcəkdir. 

H a m ı (sevinclə)--Ha, bu yaxşıdır. 

M i n n ə t  x a n ı m--Amma ... (hamı sakit). Siz gərək mən deyən sözlərə, mən 

elədiyim işlərə dürüst diqqət edəsiniz. (Onlar dim-dik dururlar). Və ərimə heç bir söz 

deməyəsiniz. (Onlar düz dururlar). Əyər biriniz demiş olsa, vay onun halına! (Hamı 

tez aşağı oturub qalır).  Əyər mən deyənə qulaq assanız hərənizə on manat pul 

bağışlayacağam. (Hamı sevincək ayağa qalxır). 

H a m ı--Sağ ol, xanım, sağ ol! 

M i n n ə t  x a n ı m--Gülpəri, bayaqkı sözlər yadından çıxmasın. Səfi! Buraya 

gəl, bu kağızı al, Mərcan bəy gələndə ona verib deyərsən ki, bir nəfər qulluqçu arvad 

gətirdi və başqa heç bir söz demə! 

S ə f i--Heç bir söz! 

 

(M u s i q i) 



 

__________________Milli Kitabxana___________________ 

232 


 

M i n n ə t  x a n ı m-- 

 

İnsaf eyləyin, bir baxın mənə!  



Mərcan eyləyir çox zəbun məni! (2 dəfə) 

 

X o r-- 



 

Ay xanım, xanım, siz qəm etməyin,  

Peşiman olacaq Mərcanın sənin. (2 dəfə) 

Ağzı bir çuval, boynu şam piyi, 

Başı gərmək, burnu yelpənək; 

Əbləhin biri Kərbəlayı Qubad 

İstəyir gələ xanıma kələk. 

Ay xanım, xanım, siz qəm etməyin,  

Peşiman olacaq Mərcanın sənin. (2 dəfə) 

 

(M u s i q i)  



 

PƏRDƏ 


 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin